Məhkəmə qərarları › İş №2-2(105)-144/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-144/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-144/2025 29.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi ilə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2- 2(119)-710/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları:

1. Sığorta şəhadətnamələrindən və 06 mart 2025-ci il tarixli maliyyə arayışına əlavə edilmiş cədvəldən görünür k cavabdehə məxsus olan - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli Krone markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı yarımqoşqu 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KOGEL SN 24 markalı yarımqoşqu 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli MERCEDES BENZ markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli MAN markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022- ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; -GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli LAMBERET markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli SCANİA markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021- xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli MAN markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022- ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə sığortalanmışdır.

2. 27 sentyabr 2024-cü il tarixli AS-24/845 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-dən sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələrinə (blanklar) görə sığortalılardan alınmış 7370 manat məbləğində sığorta haqqının 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

3. 11 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı sığorta ödənişi olmaqla Cavabdeh MMC tərəfindən "xxxx" ASCnin hesabına 1000 manat ödənilmişdir.

4. 07 mart 2025-ci il tarixli AS-25/441 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-dən sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələrinə (blanklar) görə sığortalılardan alınmış 6370 manat məbləğində sığorta haqqının 5 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

5. 06 mart 2025-ci il tarixli AS-25/440 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə 31 yaşıl kart müqaviləsi üzrə 6370 manat məbləğində debitor borcu mövcuddur.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 16 iyul 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, sığorta şəhadətnamələri üzrə sığorta təminatının qüvvədə olduğu müddətdə şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələri Cavabdeh MMC-nin mülkiyyətində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqqı və 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6453,70 (altı min dörd yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələri (blanklar) Cavabdehnə təhvil verilmiş, lakin cavabdeh sığortalılardan aldığı 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqlarını iddiaçının hesabına köçürməmişdir. Maliyyə arayışından da göründüyü kimi, yaşıl kart üzrə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində şəhadətnamələrin sığortalılara çatdırılması, sığortalılardan müvafiq sığorta haqqı məbləğlərinin alınaraq iddiaçının hesabına köçürülməsi üçün sığorta müqavilələri Cavabdehnə təhvil verilmişdir. Yaşıl kart üzrə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində şəhadətnamələrin sığorta haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi cavabdehin vəzifəsidir. İddiaçı tərəfindən Cavabdeh ünvanına 07 mart 2025-ci il tarixli AS-25/441 saylı pretenziya məktubu göndərilsə də, müvafiq sığorta haqqı bu günədək iddiaçıya ödənilməmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlə arasında nə müqavilə münasibətlərinin mövcud olmasını, nə də müqavilədənkənar (əsassız varlanma və ya delikt) münasibətlərin mövcud olmasını sübut etmişdir. Məhkəməyə iddianın faktiki əsasını təsdiq edə bilən hər hansı müqavilə və ya cavabdehin hərəkəti nəticəsində iddiaçının 6370 manat zərərə məruz qalmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Bu isə ona dəlalət edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-134/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqqı və 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6453,70 (altı min dörd yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-134/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətində göstərir ki, qətnamə ciddi prosessual pozuntularla çıxarılmışdır. Belə ki, işdə tərəflər arasında sığorta münasibətlərini təsdiq edən heç bir sübut, o cümlədən sığorta şəhadətnamələri yoxdur. İddiaçı da cavabdehlə sığorta münasibətlərində olmasını sübut etməmişdir. Halbuki, sığorta münasibətlərini təsdiq edə biləcək yeganə sübut sığorta şəhadətnamələri ola bilərdi. Çünki “İcbari Sığorta haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. MPM-in 89.1-ci maddəsinə əsasən iş üçün əhəmiyyətli hallar barədə məlumat verən [...] müqavilələr yazılı sübutlara aiddir. Göründüyü kimi, sığortalı və sığortaçı arasında sığorta münasibətlərinin olmasını, yəni sığorta müqaviləsinin mövcudluğunu təsdiq edən yeganə sənəd icbari sığorta şəhadətnaməsidir ki, həmin yazılı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədən qətnamə çıxarıldığından ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Sığorta müqaviləsinin mövcudluğu sığorta haqqının ödənilməsini təsdiq edir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmənin gəldiyi nəticəyə əsasən icbari sığorta şəhadətnamələri iş materiallarında vardır. Belə olan halda da, iddia tələbi rədd edilməlidir. Çünki “İcbari sığorta haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. Göründüyü kimi, əgər sığorta şəhadətnaməsi verilmişdirsə, bu onu deməyə əsas verir ki, sığorta haqqı ödənilmişdir. Yəni sığorta şəhadətnaməsinin işdə mövcud olması belə bir qanuni prezumpsiya (əksi sübut edilənədək həqiqi sayılan ehtimal) yaradır ki, sığorta haqqı ödənilmişdir. İddiaçı isə sığorta haqqının ödənilməməsini təkzib edə bilməmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Halbuki həmin halın təkzib edilməsi iddiaçının vəzifəsidir. Belə ki, Ali Məhkəmə Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli, 1/2024 nömrəli qərarındakı hüquqi mövqeyə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Qanuni prezumpsiya mövcud olduğu şəraitdə, onun əksini iddia edən şəxsin üzərinə MPM-in 77.1-ci maddəsi tələb və etirazın əsası kimi istinad edilən halları sübut etmək vəzifəsini qoyur. Bu baxımdan sığorta şəhadətnaməsinin mövcudluğu sığorta haqqı ödənilməsi barədə qanuni prezumpsiya yaradır və həmin prezumpsiyanı aradan qaldıran hər hansı bir sübutu iddiaçı təqdim etməli olduğu halda, təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə sübutları ağlabatan mühakimə əsasında düzgün qiymətləndirməmiş, sığorta şəhadətnaməsinin mövcudluğunun sığorta haqqı ödənilməsinə dair qanuni prezumpsiya yaratmasını nəzərə almamış və həmin prezumpsiyanı təkzib edəcək hər hansı sübutun iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq, qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

13. İddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələri (blanklar) cavahdeh "Uğurlu Yol” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş, lakin cavabdeh sığortalılardan aldığı 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqqlarını iddiaçnın hesabına köçürməmişdir. Maliyyə arayışından da göründüyü kimi yaşıl kart üzrə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində şəhadətnamələrin sığortalılara çatdırılması, sığortalılardan müvafiq sığorta haqqı məbləğlərinin alınaraq iddiaçının hesabına köçürülməsi üçün sığorta müqavilələri Cavabdehnə təhvil verilmişdir. Yaşıl kart üzrə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində şəhadətnamələrin sığorta haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi cavabdehin vəzifəsidir. Cəmiyyətləri tərəfindən cavabdeh "Uğurlu Yol” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 07 mart 2025-ci il tarixli AS-25/441 saylı pretenziya məktubu göndərilsə də, müvafiq sığorta haqqı bu günədək ödənİlməmişdir. Həmçinin bildirmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə Cəmiyyət tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək 7370 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi xahiş olunmuş və 11 oktyabr 2024-cü il tarixdə "Uğurlu Yol” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfındən Cəmiyyətin hesabına 1000 (bir min) manat məbləğində vəsait köçürülmüşdür. Bu hal cavabdehin apellyasiya şikəyətində geyd etdiyi tərəflər arasında müqavilə olmaması halını təkzib edir və cavabdeh tərəfindən həyata keçirilmiş bu qismən ödəniş də ''Uğurlu Yol” MMC-nin Cəmiyyətləri ilə sığorta münasibətlərini qəbul etdiyini və öhdəliyin mövcudluğunu etiraf etdiyini göstərir. Etirazda "İcbari sığortalar haqqında" Qanunun müvafiq maddələrinə istinad edilməklə göstırilir ki, cavabdeh "Uğurlu Yol” MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə əsassızdır.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 899. Sığorta müqaviləsinin forması 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. Maddə 903. Sığorta haqqı 903.1.Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Maddə 907. İcbari sığorta müqaviləsinin məcburiliyi 907.1. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. İcbari sığorta haqqı 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. 11.2. Bu Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortalıya sığorta ödənişi verilərkən, sığortalı sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək niyyətində olmadıqda, sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılır. Maddə 50–1.0. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin aşağıdakı növləri var: ... Maddə 50–1.0.3. bu Qanunun 4–1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq sığorta müqaviləsi (Azərbaycan Yaşıl Kartı). Maddə 55.3. Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanır. - 55.6-cı maddəsinə əsasən Azərbaycan Yaşıl Kartı, onda başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir. Maddə 63–1.2. Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda X3 idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonra - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir. Maddə 63–2.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi X3 tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl, bu Qanunun 50–1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir. Maddə 63–2.2. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız X4 fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus yuxarıda göstərilən 31 nəqliyyat vasitəsinə münasibətdə nəqliyyat vasitələrinin istismarından irəli gələ biləcək mülki məsuliyyətin icbari qaydada sığortalanması təmin edilmiş və bu barədə iddiaçı sığortaçı tərəfindən cavabdehin mülkiyyətində olan avtomobillərə dair müvafiq “Yaşıl Kart” sığorta şəhadətnamələri təqdim edilmiş, bununla da cavabdehin qeyd edilən sığorta müqavilələri üzrə sığorta haqqını ödəmək vəzifəsi yaranmışdır. Kollegiya yuxarıda istinad olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, “Yaşıl Kart” beynəlxalq sığorta sistemi mahiyyət etibarilə avtomobil sahiblərinin transsərhəd məsuliyyətini tənzimləyən xüsusi sığorta mexanizmidir və bu sistemin hüquqi bazası Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və Avtonəqliyyat Vasitələri Sığortaçılarının Milli Bürolarının Beynəlxalq Assosiasiyası və X3 idarəedici təşkilatı olan Bürolar Şurası tərəfindən müəyyən edilmişdir. Qəbul olunmuş qaydalara əsasən “Yaşıl Kart” sığorta şəhadətnaməsi beynəlxalq standart forma üzrə rəsmiləşdirilir və bu tərəflər arasında bağlanmış beynəlxalq sığorta müqaviləsi kimi hüquqi qüvvəyə malik olur.

20. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə 7370 (yeddi min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi tələbi ilə yazılı pretenziya göndərilmiş, cavabdeh isə həmin tələbin əsaslı olduğunu təsdiq edən hərəkətlər edərək xx.xx.2024-cü il tarixdə iddiaçının hesabına 1000 manat məbləğində ödəniş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş həmin ödəniş onun iddiaçı ilə sığorta münasibətlərini qəbul etdiyini və öhdəliyin mövcudluğunu etiraf etdiyini göstərir. Cavabdeh iddiaçının pretenziyası əsasında qeyd edilən məbləğin ödənilməsi ilə bağlı dəlili təkzib etməmiş, bu halı mübahisələndirməmiş, habelə həmin məbləğin iddiaçıya məhz sığorta haqqı olaraq deyil, digər əsaslarla ödənildiyinə dair hər-hansı sübut təqdim etməmişdir. Bu hal bir daha sübut edir ki, tərəflər arasında sığorta münasibətləri mövcud olmuşdur və cavabdehin müqavilənin mövcud olmamasına dair apellyasiya şikayətinin dəlilləri də əsassızdır.

21. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi işin faktiki hallarını tədqiq edilmiş sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, qətnamə tərəflər arasında mübahisənin mahiyyətinə uyğun düzgün əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2-2(119)-710/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar