Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-15/2025 10.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 iştirakı iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e- 2-2(119)-12/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat əsas borc, 31,486.08 (otuz bir min dörd yüz səksən altı manat səkkiz qəpik) manat faiz borcu və 7,292.83 (yeddi min iki yüz doxsan iki manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 238,778.91 (iki yüz otuz səkkiz min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli DCS00302237- 01 nömrəli kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 22 yanvar 2021-ci il tarixli ZM-471/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən Borclu davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini tələb edə bilər. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış DCS00302237-01 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 24 yanvar 2021-ci il tarixli, DGS**********76 saylı, Cavabdeh2 arasında isə 24 yanvar 2021-ci il tarixli, DGS**********76 saylı zaminlik müqavilələri imzalanmışdır. Lakin, borc alan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 463 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.1.5-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, Borcalan tərəfindən ödənişlər 12 ay ərzində ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə Bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Borclunun xx.xx.2022-ci il tarixinə “"xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında DCS00302237-01 saylı kredit müqaviləsi üzrə öhdəliyi 200000 (iki yüz min) manat əsas borc, 31486,08 (otuz bir min dörd yüz səksən altı manat səkkiz qəpik) manat faiz borcu, 7292,83 (yeddi min iki yüz doxsan iki manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 238778,91 (iki yüz otuz səkkiz min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat təşkil edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Əlavə olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu ödəmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237- 01 nömrəli kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat əsas borc, 33346,47 (otuz üç min üç yüz qırx altı manat 47 qəpik) manat faiz borcu və 11865,08 (on bir min səkkiz yüz altmış beş manat 08 qəpik) manat cərimə borcu olmaqla, cəmi 245211,55 (iki yüz qırx beş min iki yüz on bir manat 55 qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 12/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə 200000 (iki yüz min) manat məbləğində əsas borc, 28206,92 (iyirmi səkkiz min iki yüz altı manat 92 qəpik) manat məbləğində faiz borcu, 11865,08 (on bir min səkkiz yüz altmış beş manat 08 qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 136 (yüz otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 240408 (iki yüz qırx min dörd yüz səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 394,07 (üç yüz doxsan dörd manat 07 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim İslam Əliyev). Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 12/2024 nömrəli qətnaməsindən cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 12/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətləri verilərək qətnaməninn faiz borcuna münasibətdə ləğv edilməsi və iddia tələbi üzrə tələbin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Hazırki mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə faiz məbləğini azaltdıqda tərəflər arasında bağlanmış ərizələr üzrə şərtləri nəzərə almamışdır. Belə ki, maliyyələşdirmə üçün ərizənin təsdiq edilməsi zamanı tərəflər müvafiq ərizədə öz əksini tapan faiz dərəcələri ilə razılaşdığını bəyan edirlər. Müvafiq ərizə X7 müddəalarına uyğun olaraq imzalanmış və tərəflər arasında olan münasibətlər də müvafiq müddəalara uyğun olaraq tənzimlənmişdir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən faiz məbləği əsaslı hesab edilə bilməz. Cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 22246,68 manat ödənişi nəzərə almamış, bundan başqa bank tərəfindən tələb edilən cərimə məbləğini də azaltmamışdır. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına 117316,59 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qalan məbləğ isə cavabdeh hüquqi şəxs tərəfindən ödənilmişdir. İddia ərizəsinə etiraz olaraq da cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 22246,68 manat ödənişin nəzərə alınmadığı məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin məhkəmə 200000 (iki yüz min) manat məbləğində əsas borc, 28206,92 (iyirmi səkkiz min iki yüz altı manat 92 qəpik) manat məbləğində faiz borcu, 11865,08 (on bir min səkkiz yüz altmış beş manat 08 qəpik) manat məbləğində cərimənin cavabdehlərdən tutulması barədə qətnamə qəbul etmişdir. Halbuki ödənilmiş məbləğlər proporsional qaydada əsas borcdan da azalmalı idi. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qətnaməsində göstərilən əsas və faiz borcuna nisbətdə cərimə məbləği əsassız olaraq hesablanmışdır. Lakin qeyd edilən xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmadığı üçün qətnamə əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq nümayəndənin üzrlü səbəbdən iştirakının təmin edilə bilməyəcəyini bildirmiş, buna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən ərizəyə üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən sənəd əlavə edilmədiyindən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "Bank" - “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Müştəri" - “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 12 yanvar 2021-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X7 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 03509LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla müştəri “X6” MMC X8 qeyd edilmiş şərtləri qəbul etmişdir. 12 yanvar 2021-ci il tarixli Razılaşmanın 1-ci bəndinə əsasən, borcalan “X6” MMC (VÖEN **********) bu Razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” X7 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarında olan həmin Razılaşma əsasında imzalanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsindən görünür ki, “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən”, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti – “Borc alan” olmaqla, bağlanaraq imzalanıb təsdiqlənmiş Müqaviləyə əsasən, Kreditor Azərbaycan Respublikası Sahibkarlığın inkişafı Fondunun (bundan sonra - Fond) “22” yanvar 2021-ci il tarixli ZM-471/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borclu “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə 200000 (iki yüz min) manat məbləğində illik 15% (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə (kredit üzrə güzəşt müddəti əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir (1.1-ci bənd). 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən, Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 1.3-cü bəndinə istinadən, kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun AZ5011, ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra - layihə) maliyyələşdirilməsinə verilir. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 1.5.1-ci bəndinə görə, Kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürmərinə dair “Cavabdeh2” (ş/v: seriya AA*******; Fin kod: xxxxxxx) ilə Kreditor arasında zaminlik müqaviləsi bağlanılır. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 1.5.2-ci bəndinə əsasən, Kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair “Cavabdeh3” (ş/v: seriya AA*******; Fin kod: xxxxxxx) ilə Kreditor arasında zaminlik müqaviləsi bağlanılır. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Müqavilənin 3.2.11-ci bəndinə əsasən, borclu Fond tərəfindən bu kreditə verilmiş zəmanət üzrə ödəniş edildikdən sonra, Borclunun Kreditora istənilən digər kreditlər (və ya kredit xətləri) üzrə ödədiyi vəsaitlərin bu kreditin tam ödənilməsinə yönəldilməsinə (3.2.11.1-ci bənd); Borclunun Kreditorda Fond tərəfindən zəmanət üzrə ödəniş edilmiş iki və daha çox krediti olduqda, həmin kreditlər üzrə sonradan daxil olan ödənişlərin, ilk növbədə, zəmanətin kreditə nisbəti daha yüksək olan öhdəliklərə yönəldilməsinə (3.2.11.2-ci bənd), bu kredit gecikmədə olduqda, Kreditor tərəfindən Borclunun Kreditorda olan digər kreditləri (və ya kredit xətləri) üzrə daxil olan vəsaitlərin zəmanət verilmiş bu kredit gecikmədən çıxanadək bu kreditin ödənilməsinə yönəldilməsinə (3.2.11.3-cü bənd) razılıq verir. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit üzrə faizlər kreditin Borcluya verildiyi gündən tam ödənilənədək hesablanır. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 8.1-ci bəndinə istinadən, bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 24 yanvar 2021-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi imza etmişdir. X9 əsasən kreditin tam qaytarılması üçün nəzərdə tutulan ödənişin son tarixi 24 yanvar 2023cü il müəyyən olunmuşdur. İş materiallarında olan, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və müvafiq olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə ayrı-ayrılıqda bağlanmış 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli və 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli Zaminlik Müqavilələrindən görünür ki, həmin Müqavilələr üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 olaraq kredit alan "X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür (həmin müqavilələrin 1.1-ci bəndi). X2 3.1-ci bəndlərinə istinadən, zaminlik Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvədə qalır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10 mart 2023-cü il tarixli PB/PBLOUT-00162-2023 nömrəli Maliyyə Arayışında 09 mart 2023-cü il tarixinə 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit müqaviləsi üzrə borcalan “X6” MMC-nin borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 200000 manat məbləğində əsas borc, 33346,47 manat faiz borcu və 11865,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 245211,55 (iki yüz qırx beş min iki yüz on bir manat 55 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 562) olduğu göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 yanvar 2024-cü il tarixli PB/BPŞ- OUT-00138-2024 nömrəli Maliyyə Arayışında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə ödənilməmiş əsas borc 200000 (iki yüz min) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 8764,43 (səkkiz min yeddi yüz altmış dörd manat qırx üç qəpik) manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə ödənilməmiş əsas borc 200000 (iki yüz min) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 11865,08 (on bir min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 mart 2022-ci il tarixli 03 nömrəli X5 və 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq Müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəzərə alınmaqla, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X6” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği 117316,59 (bir yüz on yeddi min üç yüz on altı manat əlli doqquz qəpik) manat təşkil etmişdir. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi əsasında borcalan “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kreditin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş hissəsi nəzərə alındığı halda, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24 yanvar 2023-cü il tarixinə ödənilməmiş əsas borc 82683,41 (səksən iki min altı yüz səksən üç manat qırx bir qəpik) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 8764,43 (səkkiz min yeddi yüz altmış dörd manat qırx üç qəpik) manat və 09 mart 2023-cü il tarixinə ödənilməmiş əsas borc 82683,41 (səksən iki min altı yüz səksən üç manat qırx bir qəpik) manat, faiz borcu 33346,47 (otuz üç min üç yüz qırx altı manat qırx yeddi qəpik) manat, cərimə borcu 11865,08 (on bir min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ünvan 2 ünvanlanmış 19 aprel 2023-cü il tarixli 3-21- 8/2-1495/2023 nömrəli məktubdan görünür ki, "X6" MMC-yə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra-Fond) vəsaiti hesabına "xxxx" ASC vasitəsilə 200000 (iki yüz min) manat miqdarında kredit ayrılmış, həmin kredit Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" na uyğun olaraq 22 yanvar 2021-ci il tarixli ZM- 471/2021 nömrəli zəmanət məktubu əsasında dövlət zəmanəti ilə təmin edilmişdir. Qeyd olunur ki, "X6" MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən "xxxx" ASC tərəfindən Fonda zəmanət üzrə ödənişin verilməsi ilə bağlı müraciət edilmiş və yuxarıda adıçəkilən Qaydanın tələblərinə uyğun olaraq 08 iyun 2022ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 117316,59 manat məbləğində zəmanət üzrə ödənişin "Paşa Bank” ASC-nin hesabına köçürülməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 31 mart 2022-ci il tarixli SİF-X/O12/02/691/2022 nömrəli məktubdan görünür ki, X5 2.1.3-cü yarımbəndinə əsasən tələbin güzəşti barədə borclunun məlumatlandırılması və bu məlumatın ötürülməsini təsdiq edən sənədin Fonda təqdim edilməsi zəruridir. Qeyd edilənlərlə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "Paşa Bank” ASC-yə həvalə edilir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03 nömrəli X3 görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “müvəkkil kredit təşkilatı”, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu – “Fond” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin Müqaviləyə əsasən, müvəkkil kredit təşkilatı “24” Yanvar 2021-ci il tarixli DCS00302237-01 №-li Kredit Müqaviləsinə (bundan sonra - Kredit Müqaviləsi) əsasən Borclu olan “X6” MMC verilmiş kredit üzrə və “24” Yanvar 2021-ci İl tarixli DGS**********76 №-li və “24” Yanvar 2021-ci il tarixli DGS**********76 №-li zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir (həmin müqavilənin 1.1-ci bəndi). İş materiallarında olan 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair " Əməkdaşlıq Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “müvəkkil kredit təşkilatı”, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu – “Fond” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin Müqaviləyə əsasən, Tərəflər arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını. Müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, zəmanət verilmiş kredit uzrə monitorinqin aparılmasını, sahibkarlıq subyekti Müvəkkil kredit təşkilatı qarşısında kredit uzrə borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən Müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, Müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir (həmin müqavilənin 1-ci bəndi). 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair" Əməkdaşlıq Müqaviləsinin 2.2-ci bəndinə istinadən, müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün kredit üzrə tələb hüquqlarını Fonda güzəşt etdikdən sonra, Qaydanın və bu Müqavilənin tələbləri nəzərə alınmaqla zəmanət üzrə ödənişi 30 (otuz) iş gunü müddətində Müvəkkil kredit təşkilatının hesabına köçürülməsi üçün Maliyyə Nazirliyinə müraciət etmək (2.2.4-cü yarım bəndi), tələb hüquqlarını Fondun adından həyata keçirmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək (2.2.5-ci yarım bəndi) – Fondun vəzifələri vardır. 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair" Əməkdaşlıq Müqavilənin 3.1-ci bəndinə əsasən, fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüququnu həyata keçirmək (3.1.3-cü yarım bəndi), Fondun tələbləri tam icra edildikdən sonra, Fond tərəfindən sahibkarlıq subyektinə münasibətdə tələb hüququnun geriyə güzəşt edilməsini Fonddan tələb etmək (3.1.4-cü yarım bəndi)– müvəkkil təşkilatın hüquqlarıdır. 17 iyul 2020-ci il tarixli "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair" Əməkdaşlıq Müqavilənin 3.2-ci bəndinə uyğun olaraq, zəmanət üzrə öhdəliyin icra edilməsi uçün sahibkarlıq subyektinə qarşı tələb huququnu tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt etmək (3.1.15-ci yarım bəndi), zəmanətə görə ödəniş olunmuş və tələb hüquqları Fonda güzəşt edilmiş kreditlər üzrə Müvəkkil kredit təşkilatına daxil olan vəsaitləri zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq Fonda köçürmək (3.2.17-ci yarım bəndi) – müvəkkil təşkilatın vəzifələridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması" barədə Qaydaların 4.1-ci bəndinə əsasən, Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir: kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı (4.1.2-ci yarım bənd), kreditin müddəti 3 (üç) ildən çox olmamalı (4.1.3-cü yarım bənd), kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalı bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı (4.1.5-ci yarım bənd). Həmin Qaydaların 12.3-cü bəndinə əsasən, Fond bu Qaydanın 12.2-ci bəndində göstərilən tələblər tam icra edildikdə, 3 (üç) iş günü müddətində müvəkkil kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil kredit təşkilatına geri qaytarır. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli 9/4787 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, "xxxx" MMC ilə İddiaçı ASC arasında imzalanmış 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 200000 manat, faiz borcu üzrə 33346,47 manat. Qeyd edilir ki, iş materialları ilə təqdim edilmiş hesabdan çıxarış məlumatları əsasında 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X6” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləğini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 26 fevral 2024cü il tarixli 9/8802 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24 yanvar 2021-ci il tarixli, DCS00302237-01 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 24 yanvar 2023-cü il və 09 mart 2023-cü il tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 24 yanvar 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 28206,92 manat, 09 mart 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 29757,23 manat. Təqdim edilmiş əlavə sənədlərə (hesabdan çıxarışa) əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 mart 2022-ci il tarixli 03 nömrəli X5 və 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq Müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəzərə alınmaqla, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X6” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği 117316,59 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən 117316,59 manat məbləğində pul vəsaiti tədqiqat zamanı nəzərə alınmışdır. İş materiallarında olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2024cü il tarixli 9/3172 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 24 yanvar 2023-cü il və 09 mart 2023-cü il tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 24 yanvar 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 28206,92 manat. 09 mart 2023-cü il tarixə: əsas borc üzrə 82683,41 manat, faiz borcu üzrə 28206,92 manat, İllik 5% dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda borcu üzrə 516,77 manatdır. Birinci instansiya məhkəməsi əsas borca münasibətdə qeyd etmişdir ki, borcalan (cavabdeh) “X6” MMC, zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh2 oğlu müvafiq olaraq 12 yanvar 2021-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X7 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 03509LE/2019 nömrəli Razılaşmanı, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsini, 24 yanvar 2021-ci il tarixli DGS**********76 nömrəli və 24 yanvar 2021ci il tarixli DGS**********76 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Eyni zamanda, müəyyən olunmuşdur ki, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X6” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilən pul vəsaitinin məbləği 117316,59 manat olmuşdur. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 31 mart 2022-ci il tarixli "zəmanət ödənişi üzrə öhdəliyin icrası haqqında" Məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydalar”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Belə olan halda, iş materiallarında olan əməkdaşlıq müqaviləsi, zəmanət məktubu və digər maliyyə sənədləri və həmçinin tərəflərin izahatları müəyyən olunmuşdur ki, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi ilə borcalan “X6” MMC-yə verilmiş kredit üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmiş 117316,59 manat məbləğində pul vəsaitini də əsas, faiz və cərimə borcu ilə birlikdə tələb etməyə İddiaçı Açıq Səhmdar Cəmiyyəti haqlı olmuşdur. Borcalan “X6” MMC 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini 09 mart 2023cü il tarixədək təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc borcalan “X6” MMC-dən tutulmalıdır. 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli Kredit Müqaviləsi üzrə faiz borcunun tutulmasına münasibətdə isə iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2024-cü il tarixli 9/3172 nömrəli Ekspert Rəyini mötəbər sübut kimi nəzərə alan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin müqavilə üzrə Ekspertiza Rəyi ilə 09 mart 2023-cü il tarixə müəyyən edilmiş "200000 manat miqdarında əsas borc və 28206,92 manat miqdarında faiz borcu” cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Cərimə borcunun tutulmasına münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən müəyyən edilir ki, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. Həmin Kredit Müqaviləsinə istinadən, illik faiz dərəcəsi 15% (on beş) təşkil edir. Həmçinin, 24 yanvar 2021-ci il tarixli DCS00302237-01 nömrəli "Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən, Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. Buna görə iddia tələbinin bu hissəsi də təmin edilməli, 11865,08 manat məbləğində cərimə cavabdehlər “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, həmçinin tərəflərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə müqavilə üzrə faiz borcunun düzgün hesablanmadığını mübahisələndirmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və verilmiş 28 avqust 2024-cü il tarixli 9/3172 nömrəli ekspert rəyi ilə faiz borcunun 28206,92 manat miqdarında olması müəyyən edilmişdir. MPM-in 101-1.3-cü maddəsinə əsasən ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Buna görə də həmin ekspert rəyini sübut qismində nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, faiz borcunun 28206,92 manat miqdarında hesablamaqla birinci instasniya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 22246,68 manat ödənişin proporsional qaydada əsas borcdan da azalmalı olması ilə mübahisələndirmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən də ödənişlər olduqda əvvəlcə faiz borcundan silinməli, sonra isə əsas borcdan silinməli olduğundan apellyasiya şikayətinin həmin dəlili əsassızdır.Bundan əlavə apellyasiya şikayətində cərimə borcunun düzgün müəyyən edilməməsi mübahisələndirilsə də, işin araşdırılmış hallarına əsasən əsas borc məbləğinə münasibətdə tutulmalı olan cərimə məbləği mütənasib olduğundan, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 12/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-15/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-15/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver