Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-153/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2-2(119)-767/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 20 aprel 2021-ci il tarixli AMX-2053/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
2. KY242260413 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh təfərindən İddiaçınə məxsus sahibkarlıq obyektində başlama tarixi 06 dekabr 2024-cü il, qurtarma tarixi 10 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir.
3. 06 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçındə yoxlama aparmış, müəssisədə istehsal olunan qaz cihazlarının maksimal gücü 28,1 m3 , istismarda olan qaz sayğacının maksimal buraxma həddindən 18,1 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunduğu müəyyən edilmişdir.
4. “Təbii X5nın pozulması haqqında” 06 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda İddiaçındə istehsal olunan qaz cihazlarının maksimal gücü 28,1 m3 , istismarda olan qaz sayğacının maksimal buraxma həddindən (10 m3 ) 18,1 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunduğu qeyd edilmişdir. Aktda X5nın 4.1-ci bəndinin və 3.4.1-ci yarımbəndinin pozulması ilə əlaqədar LSS-dən kənar qoşulmuş qaz cihazlarının ayrılması, qazın alqı-satqı müqaviləsinin 2,3,5-ci yarımbəndinə əsasən dəymiş ziyanın hesablanması və ödənişin təmin edilməsi tələb edilmişdir.
5. 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “X5”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3 /saat olduğu halda halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 28,1 m3 /saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 28.1- 10=18.1x12x90=19548 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 19548 m3 həcmində müəyyən edilmişdir.
6. Abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında İddiaçınə məxsus **********00020 nömrəli abonent koduna 4887 manat məbləğində borc hesablanmışdır.
7. Azərbaycan Respublikasının Energetika Nazirliyi “X3 Agentliyi” publik hüquqi şəxsinin 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, istehlakçının abonent saldosu təhlil edilərkən məlum olmuşdur ki, müvafiq dövrlərdə qeyri-yaşayış sahəsində ay ərzində (noyabr ayı) maksimal 2797 v (orta günlük 93.2 m3 ) olmaqla təbii qaz istehlak olunmuşdur (abonentin saldosu əlavə olunur). İstehlak olunan təbii qazı ayın günlərinə və günün saatlarına böldükdə qaz sayğacının hesablama qabiliyyətinin yuxarı həddi (12 saat işləmə vaxtı G-6 markalı qaz sayğacının maksimal həddi 30 gün, yəni 12*10*30=3600 v) aşılmır. Belə ki, G-6 markalı qaz sayğacı ay ərzində 3600 m3 qaz ötürmək qabiliyyətinə malik olduğu halda qeyriyaşayış sahəsində 2797 m3 istehlak olunmuş və qaz sayğacı istehlak olunan təbii qazın sərfiyyatının qeydiyyatı aparmışdır. Bildirilir ki, “X5”nın (bundan sonra- Qaydalar) 5.2-ci bəndinə əsasən 5.4-cu, 6.5-cı, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda qaz sayğcına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyri-qanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “X5”nın 6.5-ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin keçməsi nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aprılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin yoxlamanın aparılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə qazdan Cavabdeh tərəfindən verilmiş 07 oktyabr 2015-ci il tarixli 25281 saylı texniki şərt əsasında istifadə edilir. 06 dekabr 2024-cü il tarixdə Sumqayıt Qaz İstismar İdarəsinin nümayəndələri tərəfindən heç bir xəbərdarlıq edilmədən həmin qeyriyaşayış obyektində qaz təchizatına baxış keçirilmiş və bununla bağlı ******* nömrəli akt və 06 dekabr 2024-cü il tarixli bildiriş tərtib edilmişdir. Həmin sənədlər X2 imza etdirilərək ona təqdim edilmişdir. Sözügedən sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, müəssisədə istifadə olunan saatlıq qaz sərfiyyatının nəzərdə tutulduğundan yüksək olması səbəbilə 20 gün müddətində Asan Kommunal Mərkəzinə müraciət edilərək yeni texniki şərt alınması tələb edilmişdir. Tərtib edilmiş ******* nömrəli aktın məzmunu oxumaq mümkün olmadığından xəbərdarlıq əsas götürülərək 16 dekabr 2024-cü il tarixdə yeni texniki şərt alınmsı üçün Bakı 1 saylı X7 iddiaçı tərəfindən müraciət olunmuşdur. Bundan sonra 13 yanvar 2025-ci il tarixdə iddiaçının şəxsi vərəqinə MT2501- 10596795 nömrəli elektron qaimə daxil olmuşdur və həmin elektron qaimədə real istifadə edilən qaz sərfiyyatından başqa əlavə sərfiyyat tətbiq olunmuş və nəticədə 5578,5 manat məbləğində ödənilməli olan borc göstərilmişdir. Halbuki, iddiaçı tərəfindən 07 yanvar 2025-ci il tarixdə 691 manat məbləğində qaz sərfiyyatı üçün ödəniş edilmiş, lakin bununla əlaqədar Sumqayıt Qaz İstismar İdarəsinə müraciət edilsədə, heç bir sənəd əldə edilməmişdir. Daha sonra yoxlama zamanı müəssisədə istifadə olunan qaz cihazlarının maksimal gücü 28,1 m3 istismarda olan G-6 markalı 28101389 nömrəli qaz sayğacının maksimal buraxma həddindən 18,1 m3 çox olması, sayğacın sərfiyyata uyğun olmaması, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunması barədə aktda qeydlər edildiyi məlum olmuşdur. Lakin yoxlama zamanı qeyri yaşayış sahəsində istifadə olunan avadanlıqların qeydiyyatını özündə əks etdirən 06 dekabr 2024-cü il tarixdə tərtib olunmuş inventar aktında göstərilən avadanlıqların işlək olub-olmaması haqqında təqdim olunmuş göstərilən foto şəkillər reallığı əks etdirmir. Belə ki, aktda göstərilən avadanlıqlardan bəziləri kombi 5 ədəd 24 kv-lıq müəssisədə mövcud deyildir (3 ədəd mövcuddur). Eyni zamanda qeyd olunan məişət tipli qaz plitəsinin də özü mövcud olsa da, bəziləri sistemə qoşulu olmayıbdır. Bununla da bu nəticəyə gəlinir ki, yoxlayıcılar tərəfindən tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli inventar aktı düzgün tərtib olunmamışdır. Odur ki, 07 yanvar 2025ci il tarixdə istifadə edilmiş qaz sərfiyyatı üçün 691 manat vəsait ödənildiyindən yenidən 13 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10596795 nömrəli elektron qaimə göndərilərək 5578,5 manat məbləğində əlavə vəsait hesablanması tamamilə yalnışdır. Çünki iddiaçı tərəfindən sərfiyyatına uyğun 691 manat ödənilmiş, qalan 4877,50 manat cavabdeh tərəfindən artıq hesablanmışdır.
10. Cavabdeh 06 may 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı ünvanında sahibkalıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla 06 dekabr 2024-cü il tarixdə qeydiyyatdan keçərək sayğaca baxış keçirilmiş və aşkar olunan nöqsanlar barədə akt tərtib edilmişdir. Aktda layihədən kənar qaz cihazlarından istifadə olunduğu, mövcud qaz sayğacının saatlıq maksimal ölcmə həddi 10 m3 /saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 28.1 m3 /saat olduğu qeyd edilmişdir. Akta əsasən tələbnamə tərtib olunmuş və 19548 m3 itirilmiş qaz, mövcud qaydalara uyğun olaraq 0,25 qəpiklə 4877,5 manat məbləğində hesablanmışdır. Tərtib olunan aktla abonent tanış olmuş və imza etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Abonent sənaye qaz istifadəçisi olduğundan mövcud nasazlığa görə məsuliyyəti özü daşıyır. Bununla bağlı “X5”nın 4.8- ci bəndinə əsasən fiziki şəxs olan istehlakcıların qaz sayğaclarını işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Abonent sayğaca müdaxilə etməklə (hərəkət və ya hərəkətsizliyindən) qazdan qeyri-qanuni istifadə etmiş, nəticədə qaz itkisinə yol verilmiş və dövlət əmlakı talanmışdır. Bununla bağlı iddiaçıdan vurulmuş zərərin ödənilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən ödəniş edilməmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2-2(119)- 767/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu **********00020) 06 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akta əsasən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2-2(119)-767/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Yoxlama zamanı yoxlayıcının yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq, yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək; yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq və yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq hüququ vardır. “Azəriqaz İB”-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus müəssisədə aparılmış yoxlama qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242260413 saylı çıxarış əsasında həyata keçirilmiş və obyektdə Layihə Smeta Sənədlərindən kənar qaz avadanlıqlarından istifadə edilməsi aşkar olunmuşdur. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, iddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də, bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Hətta cavabdeh tərəf olaraq təqdim etdikləri sənədləşmələrdə İddiaçı MMC nümayəndəsinin iştirakı ilə tərtib edilmiş və etirafedici hərəkətlilik olaraq imzalanmış Təbii X5nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı AKT əsasında məhkəmə icraatı zamanı araşdırılmış, lakin heç bir səbəb qeyd olunmadan nəzərə alınmamışdır. Beləliklə məhkəmə icraatı müddətində iddiaçı olaraq sübut təqdim etmək əvəzinə tərəflərindən təqdim edilmiş sübutları da əngəlləmiş, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Qeyd olunan maddəyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə mütəxəssis qismində cəlb edilmiş X1 Agentliyinin verdiyi rəyə əsaslanaraq qətnamə qəbul etmişdir. Qeyd olunan rəydə isə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı maddəsində qeyd olunmuş“ yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz” kimi tələblərinə istinad edərək Cavabdeh İB tərəfindən hesablanmış dəymiş ziyan məbləğinin əsassız olduğunu qeyd etmişdir. Bununla əlaqədar bir daha qeyd etmişdir ki, sözügedən yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242260413 saylı çıxarış əsasında həyata keçirilmişdir. Qeyd olunan çıxarışın “Yoxlamanın predmeti və hüquqi əsasları” hissəsində - Müqavilə şərtlərinin yoxlanılması “Yoxlamanın təyin edilməsi üçün əsas” hissəsində isə - Sayğac göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi qeyd edilmişdir. İddiaçı MMCyə məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı isə müəssisədə layihədən kənar qaz avadanlıqlarından istifadə etməklə qaz sayğacının iş prinsipinin pozulması müəyyən edilmişdir. Belə ki, quraşdırılmış qaz sayğacının maksimal ölçmə həddi 10 m olduğu halda ünvan üzrə qanunsuz olaraq quraşdırılmış qaz qurğularının maksimal saatlıq qaz sərfi 28,1 m təşkil edir. Bu isə abonent tərəfindən qaz sayğacına müdaxilə kimi qiymətləndirilməlidir. Demək ki, mütəxəssis rəyində qeyd olunanın əksinə olaraq Cavabdeh İB tərəfindən çıxarışda qeyd edilmiş, yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılmışdır. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi təqdim olunmuş sübutları, eləcə də işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-767/2025 nömrəli qətnaməsi ilə İddiaçı MMC-yə məxsus, Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən qeyri-yaşayış sahəsinə itirilmiş təbii qaza görə hesablanaraq abonent hesabına daxil edilmiş 4877,50 manat məbləğin hesabından silinməsi tələbinə dair iddiasını təmin etmişdir. Məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə - sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242260413 saylı çıxarış əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən müəssisədə yoxlama aparılmış və iddiaçı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının tələblərinin kobud surətdə pozulması müəyyən edilmişdir. Belə ki, aparılmış yoxlama zamanı obyektdə layihə smeta sənədlərində nəzərdə tutulmayan, kənar qaz avadanlıqlarından istifadə edilməsi faktı aşkar olunmuşdur. Müəssisədə quraşdırılmış qaz sayğacı sərfiyyata uyğun deyildir, belə ki, sayğacın saatlıq maksimal ölçmə həddi 10 m olduğu halda ünvan üzrə qanunsuz olaraq quraşdırılmış qaz qurğularının maksimal saatlıq qaz sərfi 28,1 m təşkil edir. Qeyd olunan pozuntu ilə bağlı tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı AKT iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq ünvan üzrə X5nın pozulması faktı etiraf edilmişdir. Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib olunmuş, 19548 m – 4887,00 manat itirilmiş qazın hesabatı aparılaraq iddiaçının abonent hesabına daxil edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş materiallarında yer alan formal, əsassız sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında heç bir halda sübut olunmadan, faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod.
18. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”: 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. ... 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2.Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
1. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
2. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçınə məxsus məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən obyektə baxış keçirilmiş, baxış zamanı müəssisədə istehsal olunan qaz cihazlarının maksimal gücünün 28,1 m3, istismarda olan qaz sayğacının maksimal buraxma həddindən 18,1 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 4887 manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır.
3. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi “X3 Agentliyi” publik hüquqi şəxsindən 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyi almış və və həmin rəydə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyanın hesablanmasının əsassız olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi “X3 Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu **********00020) 06 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akta əsasən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borc məbləği silinməlidir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, aparılmış yoxlama zamanı obyektdə layihə smeta sənədlərində nəzərdə tutulmayan, kənar qaz avadanlıqlarından istifadə edilməsi faktının aşkar olunduğu, müəssisədə quraşdırılmış qaz sayğacının sərfiyyata uyğun olmadığı, belə ki, sayğacın saatlıq maksimal ölçmə həddinin 10 m olduğu halda ünvan üzrə qanunsuz olaraq quraşdırılmış qaz qurğularının maksimal saatlıq qaz sərfinin 28,1 m təşkil etdiyi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi izahatlarında Cavabdeh İB-nin sistemində plandankənar yoxlamaların təyin edilməsi üçün əsas qismində yalnız 2 bənd - 1. sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; - 2. Sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” hallarının seçilməsinin mümkünlüyünü bildirmiş, “X5”nda sayğaca müdaxilə ifadəsinin göstərildiyini, texniki şərtdə göstərilməyən əlavə cihazların quraşdırılmasının da sayğaca müdaxilə faktı hesab edildiyini qeyd etmişdir.
5. Məhkəmə kollegiyası qeyd edir ki, qaz paylayıcı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək obyektə quraşdırılmış qaz sayğacının maksimal sərf ölçmə qabiliyyətinə uyğun olmayan əlavə qaz avadınlıqları quraşdırması öz-özlüyündə “X5”nın tələblərinə uyğun olmasa da ,cavabdeh tərəfindən təqdim olunmuş X5nın pozulması barədə akt və digər sənədlər mötəbər sübut meyarlarına cavab vermədiyindən həmin sənədlərlə müəyyən olunan faktların həqiqiliyi şübhə doğurur. Məhkəmənin belə sənədlərə istinad edərək müvafiq faktları sübut olunmuş hesab etməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qanunsuz istifadə olunması və qaz paylayıcısına maddi ziyan vurulması ilə bağlı Cavabdeh istinad etdiyi dəlillər yetərincə əsaslı deyildir və həmin dəlillərin əsaslandırılması üçün təqdim olunmuş sənədlər, o cümlədən cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” akt mötəbər sübut standartlarına cavab vermir.
6. Odur ki, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi sözügedən akt əsasında cavabdeh tərəfindən iddiaçının abonent saldosuna sayğacdan kənar qaz istifadəsi və buna görə əlavə borc hesablanmasını qanunsuz hesab etməkdə, bu səbəbdən iddiaçının tələbi üzrə 4877,5 manat məbləğdə qanunsuz olaraq hesablanmış borcun silinməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir.
7. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2-2(119)- 767/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.