Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-16/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(085)-19/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə 10-11 avqust Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx xxxx 2013-cü il tarixli 58AV/20-13№-li kredit müqaviləsinə əsasən 613.97 manat əsas borc, 383.88 manat faiz borcu, cəmi 997.85 manat borcun, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh-nin mülkiyyətində olan ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 20 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 58AV/20-13 №-li kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 20% faiz olmaqla, 108,540 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh-nin mülkiyyətində olan buraxılış ili 2012-ci il olan 3 ədəd “İSUZU ECOBUS” markalı avtobuslar ipoteka predmeti kimi banka təqdim edilmiş və tərəflər arasında xx xxxx 2013-cü il tarixli 58İP/20-13 №-li ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit məbləğinin xeyli hissəsini ödəsə də, onun iddiaçı qarşısında əsas borc üzrə 613.97 manat, faiz borcu üzrə 383.88 manat, cəmi 997.85 manat borcu qalmışdır. Cavabdeh-nin direktoru X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəlilklər tam yerinə yetirilmiş, cavabdeh müəssisənin iddiaçıya borcu qalmamışdır. Bununla bağlı iddiaçı bank borcun olmaması ilə bağlı məktub vermiş və həmin məktub əsasında ipoteka predmeti olan nəqliyyat vasitələri ipotekadan azad edilmişdir. Cavabdehin cüzi olsa da iddiaçıya borcu qalmış olsaydı, iddiaçı ipoteka predmetini azad etməzdi. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-19/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-19/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsininləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxxxx 2020-ci il tarixə, saat 12:00-a təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən cavabdehin borc məbləğinin mövcud olduğu görünür. Eyni zamanda, cavabdehin borcunun mövcud olub-olmamasını müəyyən etmək üçün hesabdan çıxarış sənədlərinin tədqiq edilməsi tələb edilir ki, bu xüsusi biliklər tələb edir. Qeyd edilən sənədlər bu sahədə xüsusi biliyi olan şəxstərəfindən tədqiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. AR MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mühasibatlıq sahəsində xüsusi biliyi olmayan şəxs tərəfindən cavabdehin borcunun olmadığı qənaətinə gəlinirsə, qəbul edilmiş bu qərarı nə dərəcədə obyektiv hesab etmək olar? Məhkəmə sübutlara obyektiv qiymət verməli olduğuna görə, qeyd edilən vəziyyətdə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi hüquq yox vəzifə qismində çıxış edir. Başqa situasiyalarda ekspertizanın təyin edilməsi hakimin hüququdur, ona görə ki, ekspertiza olmadan da sübutlara obyektiv qiymət verilə bilir, lakin bu vəziyyətdə ekspertiza təyin edilmədən sübutlara obyektiv qiymət verilə bilməz. Yalnız ekspert rəyi əldə edildikdən sonra hakim bütün sübutlara məcmu halda qiymət verərək mülki mübahisəyə yekun hüquqi qiymət verə bilər. Ekspertiza təyin edilməklə sübutlar tam və obyektiv şəkildə araşdırılmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)-19/2019 saylı qətnaməsi qismənləğv edilməli, iddia 613.97 manat əsas borc, 334.00 manat faiz borcu, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının cavabdehdən tutulması hissəsində təmin edilməli, qətnamə qalan hissədə, yəni- tutmanın ipoteka predmeti olan Cavabdeh-nin mülkiyyətində olan ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtotobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: 2 saylı X5 tərəfindən verilmiş **********16800 saylı kommersiya qurumunun reyestrindən çıxarışdan görünür ki, Cavabdeh hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC-nin 20 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 58AV/F20-13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh-yə illik 20 % ödənilməsi şərti ilə 48 ay müddətinə 108540 manat məbləğində kredit xətti açılmış və həmin kreditin təminatı kimi tərəflər arasında eyni tarixdə 3 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobusları ipoteka ilə yüklü edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğveğici təyin edilmişdir. xx.xx.2018-ci il tarixli **********1 saylı maliyyə arayışından görünür ki, 58 AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh-nin xx.xx.2018-ci il tarixə əsas borcu 613,97 manat, faiz borcu 383,88 manat olmaqla Ləğv prosesində olan İddiaçı ASC-yə 997,85 manat borcu vardır. İddiaçı ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 ünvanlanmış xx.xx.2014-cü il tarixli 3577 saylı məktubundan görünür ki, İddiaçı ASC həmin məktubla X6 İdarəsi və Texniki Baxış şöbəsinə müraciət edərək xx.xx.2013-cü il tarixli 58İP/F20-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh-nin öhdəliklərinin təminatı olan 3 ədəd, buraxılış ili 2012-ci il olan İSUZU ECOBUS markalı avtobusların girovdan azad edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. “xxxx” ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə “xxxx” ASC və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh-yə məxsus 13 ədəd İSUZU ECOBUS markalı, o cümlədən ** AE ***, ** AE *** və ** AE *** qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklənmişdir. Kredit və ssuda ödənildiyi üçün bank həmin məktubla göstərilən avtobusların girovdan çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə xx.xx.2018-ci il tarixdə BDYPİ-dən ünvanlanmış məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 kompyuter bazasına əsasən 3 ədəd İSUZU ECOBUS markalı ** AE ***, ** AE ***, ** AE *** qeydiyyat nişanlı avtomaşınlar xx.xx.2017-ci il tarixdə daxil olmuş məktuba əsasən ipotekadan azad edilmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli 9/836 saylı ekspert rəyindən görünür ki, Cavabdeh-nin xx.xx.2017-ci il tarixə banka olan borcu 955.07 manat məbləğində müəyyən olunmuş, o cümlədən əsas borc üzrə- 621.07 manat, faiz borcu üzrə -334.00 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, tərəflər arasında təminatlı kredit müqaviləsinin bağlanması və ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitələrinin ipotekasaxlayan İddiaçı ASC-nin məktubu əsasında ipotekadan azad edilməsi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklərin lazımınca yerinə yetirilidiyinə dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə qismən düzgün nəticəyə gəlmişdir. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığı hissəyə münasibətdə bildirir ki, xx xxxx 2013-cü il tarixli 58AV/F20-13 saylı kredit müqaviləsi üzrə alınmış kredit vəsaitindən istifadəyə görə cavabdehin borcunun olub-olmamasının müəyyənləşdirilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mərkəzdən daxil olmuş xx.xx.2020-ci il tarixli 9/836 saylı ekspert rəyinə əsasən Cavabdeh-nin xx.xx.2017-ci il tarixə banka olan borcu 955.07 manat məbləğində müəyyən olunmuş, o cümlədən əsas borc üzrə- 621.07 manat, faiz borcu üzrə -334.00 manat təşkil etmişdir. İddia tələbindən görünür ki, iddiaçı xx xxxx 2013-cü il tarixli 58AV/20-13№-li kredit müqaviləsinə əsasən 613.97 manat əsas borc, 383.88 manat faiz borcunu mübahisələndirmişdir. Ekspert rəyindən isə müəyyən edilir ki, əsas borcun məbləği tələbdən çox, faiz borcunun məbləği isə tələbdən azdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, əsas borcun məbləği tələbdən artıq ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığı hissəyə münasibətdə bildirir ki, “xxxx” ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə “xxxx” ASC və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh-yə məxsus 13 ədəd İSUZU ECOBUS markalı, o cümlədən ** AE ***, ** AE *** və ** AE *** qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklənmişdir. Kredit və ssuda ödənildiyi üçün bank həmin məktubla göstərilən avtobusların girovdan çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə xx.xx.2018-ci il tarixdə BDYPİ-dən ünvanlanmış məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 kompyuter bazasına əsasən 3 ədəd İSUZU ECOBUS markalı ** AE ***, ** AE ***, ** AE *** qeydiyyat nişanlı avtomaşınlar xx.xx.2017-ci il tarixdə daxil olmuş məktuba əsasən ipotekadan azad edilmişlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Göründüyü kimi, bankın xx.xx.2017-ci il tarixli məktubu əsasında xx.xx.2017-ci il tarixdə qeyd olunan avtomaşınlar girovdan çıxarılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında qeyd edilən borcu yaranmışdır. Cavabdeh borcunun olmamasını iddia etsə də, iş üzrə təyin edilmiş ekspertiza onun borcunun olmasını təsdiqlədiyi üçün cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşır və hesab edir ki, Cavabdehdən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx xxxx 2013-cü il tarixli 58AV/20-13№-li kredit müqaviləsi üzrə 613.97 manat əsas borc, 334.00 manatfaiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)-19/2019 saylı qətnaməsi qismənləğv edilməli, iddia 613.97 manat əsas borc, 334.00 manat faiz borcu, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının cavabdehdən tutulması hissəsində təmin edilməli, qətnamə qalan hissədə, yəni- tutmanın ipoteka predmeti olan Cavabdeh-nin mülkiyyətində olan ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtotobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri- 200 (iki yüz) manatın 190 manatı Cavabdeh-dən, qalan 10 manatı isə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 382, 384.0.2, 392 və 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindənverilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)- 19/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia 613.97 manat əsas borc, 334.00 manat faiz borcu, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının cavabdehdən tutulması hissəsində təmin edilsin. Qətnamə qalan hissədə, yəni- tutmanın ipoteka predmeti olan Cavabdeh-nin mülkiyyətində olan ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS, ** AE *** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtotobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri- 200 (iki yüz) manatın 190 manatı Cavabdeh-dən, qalan 10 manatı isə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-16/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-16/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver