Məhkəmə qərarları › İş №2-2(105)-160/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-160/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-160/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun, cərimənin və iş üzrə ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 1248/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 1248/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank nümayəndəsinin adına olan asan imza kimi istifadə edilən nömrə (***-*******) asan imza biznes və şəxsi sertifikatına malikdir. Həmin nömrənin biznes serifikatı həqiqətən "xxxx" MMC tərəfindən istifadə olunur. Ancaq bundan başqa həmin nömrə şəxsi sertifakt kimi istifadə olunur. Uzun müddətdir həmin nömrədən şəxsi sertifikat vasitəsi ilə Azərbaycan Respeblikasının bütün məhkəmələrinə “Elektron məhkəmə” sistemi vasitəsi LPO İddiaçı ASC-nin adından 1000-dən çox iddia ərizəsi məhkəməyə göndərilib, həmin işlərdən apellyasiya və kassasiya şikayətləri verilib. Bunlar hamsı ***-******* asan nömrənin şəxsi sertifikatından istifadə edilib. Sumqayıt Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli qərardadı ilə geri qaytarılan iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi də Nümayəndə adından, şəxsi sertifikat vasitəsi göndərilib (çıxarış təqdim olunur). “Elektron məhkəmə” sisteminə nəzər keçirən zaman müyyən olunur ki, biznes sertifikat vasitəsi ilə “Elektron məhkəmə” sistem vasitəsi ilə heç bir iddia məhkəmələrə göndərilməyib (çıxarış təqdim olunur). Ümumiyyətlə, LPO Zaminbank ASC-nin adından “Elektron məhkəmə” sistemi vasitəsi göndərilən iddialar Nümayəndə adından göndərilib (çıxarış təqdim olunur). Qeyd olunanlara əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli, e-2-2(119)- 1248/2021 saylı qərardadı ləğv edilməli və şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1248/2021 saylı 15 oktyabr 2021ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Məmmədov) Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin və sənədlərinin elektron imza ilə imzalanmasına dair məlumatlarda iddia ərizəsi iddiaçının özünə, yaxud da məhz onun işçisi və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi A.Nəzəf-zadəyə məxsus olan elektron imza ilə deyil, hazırkı işə aidiyyəti olmayan başqa hüquqi şəxsin – "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri kimi Nümayəndə məxsus elektron imza ilə imzalanmışdır. İddiaçının nümayəndəsi hazırkı şikayətində iddia ərizəsinin Nümayəndə adından, şəxsi sertifikat vasitəsilə göndərildiyini göstərsə də, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin və sənədlərinin elektron imza ilə imzalanmasına dair məlumatlardan görünür ki, iş üzrə iddia ərizəsi, habelə hazırkı şikayət də işə aidiyyəti olmayan başqa hüquqi şəxsin–"xxxx" MMC-nin (VÖEN **********) rəhbəri kimi Nümayəndə məxsus elektron imza ilə imzalanmışdır (“iş mat. səh-6, səh 18). Halbuki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən isə elektron imzaya digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən isə elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Qeyd edilən qanunun “Elektron imzanın istifadəsi” adlanan 5-ci maddəsinin tələblərinə əsasən isə elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir (maddə 5.1 və 5.2). Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1248/2021 saylı 08 oktyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar