Məhkəmə qərarları › İş №2-2(105)-161/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-161/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-161/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "knablaṫ ıpaK" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh "itṅ ık̇ ıteyanəsrəzA" Səhmdar Cəmı̇ yyətı̇ nin 2 saylı Müəssı̇ səsı̇ nə qarşı kommersiya işi üzrə (Açar sözlər: prosessual normaların tətbiqində səhvə yol verilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı "Kapitalbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə qarşı "kredit borcunun qaytarılması" tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 nömrəli qiyabi qərarından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 12134,40 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)- 564/2016 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi 08 avqust 2023cü il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi tərəfindən verilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2- 2(85)- 564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə prosessual müddətin keçməsi ilə əsası ilə geri qaytarılmışdır.

5. 20 sentyabr 2023-cü il tarixdə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)- 564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 saylı 20 may 2016-cı il tarixli qiyabi qətnamənin ləğv edilməsi üçün 08 may 2023-cü il tarixdə müvafiq inzibati məhkəməyə şikayət verilmiş və həmin məhkəmədən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunması tövsiyə edilmişdir. Ancaq inzibati məhkəmədən müvafiq məktub cavabdehə vaxtında verilməmiş və cavabdehin müraciətində göstərilmiş əlaqə nömrəsinə zəng edilməmişdir. Bir neçə gün axtardıqdan sonra 418xx-xx/2023 saylı 12 may 2023-cü il tarixdə cavabdehə ünvanlanmış məktub həmin məhkəmənin dəftərxanası tərəfindən təqdim edilmişdir (müraciətdən 2 ay 13 gün sonra). Bundan sonra cavabdeh tərəfindən 26 iyul 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş ərizə prosessual müddətin keçməsi ilə əsası ilə icra edilmədən geri qaytarılmışdır.

7. Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi tərəfindən verilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2- 2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi üçün ərizə verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir.

8. 27 noyabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

10. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(85)-564/2016 nömrəli 20 may 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında 08 may 2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilmiş və cavabdehə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Ancaq həmin məktub cavabdehə vaxtında verilməmiş və göstərilmiş əlaqə nömrəsinə zəng edilməmişdir. Bir neçə gün axtardıqdan sonra cavabdehə ünvanlanmış 418xxxx/2023 saylı 12 may 2023-cü il tarixli məktub dəftərxana tərəfindən 2 ay 13 gün gecikmə ilə 25 iyul 2023-cü ildə təqdim edilmişdir. Sonra cavabdeh tərəfindən 26 iyul 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş şikayət, 30 avqust 2023-cü il tarixdəki müraciət və 19 sentyabr 2023-cü il tarixdə verilmiş ərizə müddətin keçməsi ilə əsaslandırılaraq Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Cavabdehin iştirakı təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə verilmiş ərizə və ərizə verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Madə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 244. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadının tam yoxlanılmasını qanunamüvafiq hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

15. Kollegiya hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadı qəbul edilərkən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuş, şikayətə baxan məhkəmə şikayətdə olan ziddiyyətli, qeyri-dəqiq məqamlara aydınlıq gətirməmiş, nəticədə düzgün olmayan qərardad qəbul edilmişdir.

16. Hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıkı digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Xüsusilə, hüquqi müəyyənlik prinsipindən kənara çıxma hüquqi purizm maraqları üçün deyil, ancaq məhkəmə sistemi üçün əhəmiyyətli səhvlərin aradan qaldırılması məqsədi daşıyır. (bax Avropa Məhkəməsinin “Sutyajkin Rusiya Federasiyasına” qarşı qərarı, şikayət №8269/02, paraqraf 38).

17. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

18. Məhkəmə kollegiyası araşdırılan şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həlli baxımından aşağıda şərh olunanları qeyd etməyi zəruri bilir.

19. Göründüyü kimi tərəf şikayət ərizəsi ilə müraciət edərək Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etdiyi halda birinci instansiya məhkəməsi həmin şikayəti Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadından verimiş şikayət kimi qiymətləndirmiş və gəldiyi bu nəticəni şikayətin məzmunu ilə əsaslandırmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, şikayətin istinad olunan məzmunu qiyabi məhkəmə aktının mübahisələndirilməsi ilə bağlı aparılmış prosessual hərəkətlərin ardıcılığının göstərilməsi kimi də dəyərləndirilə bilinər. Bununla yanaşı qeyd olunmalıdır ki, şikayətin məzmunu məhkəmədə şübhə doğurduğu və dəqiq qiymətləndirmədə çətinlik yaratdığı halda məsələyə qanuni və əsaslı qiymət verilməsi üçün şifahi icraat qaydasında, tərəfin iştirakı ilə ziddiyətli məqamlara aydınlıq gətirilməsi, tərəfin iradəsi ifadəsinin öyrənilməsi mümkündür. Lakin göründüyü kimi qeyd olunan xüsusata birinci instansiya məhkəməsi diqqət yetirməmiş, tərəfin iştirakı ilə məsələyə aydınlıq gətirilməsi üçün lazımı prosessual hərəkətlər edilməmişdir.

21. Prosessual qanunvericiliyin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Eyni zamanda qeyd olumalıdır ki, şikayətdə tərəf 20 may 2016-cı il tarixli 2- 2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini göstərmişdir. Mülki prosessual qanunericiliyə əsasən qiyabi qətnamədən tərəflərin bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilməsi hüququ tanınmışdır.

23. Həmin halda birinci instansiya məhkəməsi tərəfindən şikayətə mülki qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi tələb olunur.

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.

25. Məhkəmə təminatı hüququ həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

26. Məhkəmə kollegiyası hesab edir ki, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətlər edilməli, işin müəyyən edilmiş hallarına uyğun qanuni və əsaslı qərar qəbul edilməlidir.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2- 2(119)-564/2016 nömrəli qərardadı ləğv edilməli, şikayət yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayətə tərəfin iştirakı ilə baxılaraq, tərəfin mübahisələndirdiyi məhkəmə aktı ilə bağlı iradə ifadəsi aydınlaşdırılmalı, şikayətə sadalanan xüsusatlar nəzərə alınmaqla qiymət verilməlidir.

28. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı: Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 nömrəli qiyabi qərarından verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 nömrəli qiyabi qərarından verilmiş şikayətə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar