Məhkəmə qərarları › İş №2-2(105)-169/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-169/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-169/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1698/2025 nömrəli qətnaməsindən Cavabdeh1 Ağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 25 aprel 2023-cü il tarixli 017L**********40 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır.

2. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 20000 (iyirmi min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23% olmaqla 30 ay müddətinə kredit alana verir.

4. Həmin razılaşmaya görə AZ26ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.

5. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh1 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 27 oktyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir.

6. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 21 iyun 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8706,37 (səkkiz min yeddi yüz altı manat otuz yeddi qəpik) manat məbləğində əsas bоrc, 868,73 (səkkiz yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu və 309,95 (üç yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9885,05 (doqquz min səkkiz yüz səksən beş manat beş qəpik) manat məbləğində borcu vardır.

7. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 12000 (on iki min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə kredit alana verir.

8. Həmin razılaşmaya görə AZ26ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 12000 (on iki min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.

9. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh1 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 08 dekabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir.

10. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 21 iyun 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8896,07 (səkkiz min səkkiz yüz doxsan altı manat yeddi qəpik) manat məbləğində əsas bоrc, 994,13 (doqquz yüz doxsan dörd manat on üç qəpik) manat məbləğində faiz bоrcu və 285,59 (iki yüz səksən beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10175,79 (on min yüz yetmiş beş manat yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8706,37 (səkkiz min yeddi yüz altı manat otuz yeddi qəpik) manat məbləğində əsas bоrc, 868,73 (səkkiz yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 309,95 (üç yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə və 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8896,07 (səkkiz min səkkiz yüz doxsan altı manat yeddi qəpik) manat məbləğində əsas bоrc, 994,13 (doqquz yüz doxsan dörd manat on üç qəpik) manat məbləğində faiz bоrcu, 285,59 (iki yüz səksən beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 20060,84 (iyirmi min altmış manat səksən dörd qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150,18 (yüz əlli manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 017L**********40 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 uzun müddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 25 dekabr 2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 11293,63 manat ödəmiş, onun 8706,37 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21 iyun 2025-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 868,73 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,2%-i məbləğində cərimə ödəməlidir. 21 iyun 2025-ci il tarixə 178 gün üçün hеsablanmış cərimə 309,95 manat təşkil edir.

13. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 08 yanvar 2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3103,93 manat ödəmiş, onun 8896,07 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21 iyun 2025-ci il tarixə 164 gün üçün hesablanmış faiz borcu 994,13 manat, cərimə 285,59 manat təşkil edir. Uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1698/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8706,37 (səkkiz min yeddi yüz altı manat otuz yeddi qəpik) manat məbləğində əsas bоrc, 868,73 (səkkiz yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu, 309,95 (üç yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində cərimə, 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8896,07 (səkkiz min səkkiz yüz doxsan altı manat yeddi qəpik) manat məbləğində əsas bоrc, 994,13 (doqquz yüz doxsan dörd manat on üç qəpik) manat məbləğində faiz bоrcu, 285,59 (iki yüz səksən beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə və 150,18 (yüz əlli manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20211,02 (iyirmi min iki yüz on bir manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı QSC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli və 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalarda nəzərdə tutulan pul vəsaitini borcalan Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 25 aprel 2023-cü il tarixli 017L**********40 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini, 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı və 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilələr üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1, 743.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

17. Cavabdeh1 Ağa oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 m

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə müəyyən edilmiş faiz və cərimə məbləği Mülki Məcəllənin 445-ci maddəsinə zidd olaraq həddindən artıqdır, faiz və cərimə məbləği ədalətli dərəcədə yəni əsas borcun 10-15 faizi miqdarında müəyyən edilməlidir. Bu baxımdan birinci inistansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...) Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...) Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 739. Borc müqaviləsi (əvvəlki redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli və 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə tələb edilən faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirilir.

28. Məhkəmə ilk öncə apellyasiya şikayəti üzrə iki əsas məqama aydınlıq gətirməyi zəruri hesab edir. Birincisi cavabdehin birinci instansiya məhkəməsində borcu bütün hissələrdə etiraf etməsi, ikinci məsələ isə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə apellyasiya şikəyətindəki dəlili.

29. Belə ki, hazırki cavabdeh birinci instansiya məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli iclasında iddia ərizəsi üzrə tələb edilən əsas, faiz və cərimə məbləğlərinin olması faktını etiraf etmiş və borcu bütünlükdə şifahi formada etiraf etmişdir. Bununla bağlı isə həmin məhkəməyə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verməmişdir. Hazırki apellyasiya şikayətindən həmçinin müəyyən edilir ki, cavabdehin kredit sazişləri üzrə əsas borc məbləğləri ilə razılaşması işin mübahisəsiz halıdır. Lakin buna baxmayaraq cavabdeh borcun olması faktını etiraf etməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun gəlsədə , iddia tələbinin etiraf etməsi şifahi formada olduğundan bu hissə iddianın etirafı kimi qəbul edilə bilməz və bu halda mübahisələndirilən hissə mahiyyət üzrə araşdırılmalıdır.

30. Bundan əlavə isə məhkəmə bildirir ki, cavabdeh apellyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsini və hazırda bundan narazı olduğunu qeyd etmişdir. Lakin kollegiya bu halda hesab edir ki, cavabdeh tərəf qeyd edilən vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ olmuş, lakin o vəsatət verməməklə yanaşı bütün borcu şifahi etiraf etməklə faiz, cərimə məbləğini ümumiyyətlə mübahisələndirməmiş və bu hüququ artıq apellyasiya isntansiyası mərhələsində itirmişdir (AR MPM 372.2.- Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın). Bu səbəbdən cavdebhin apellyasiya şikayətindəki bu dəlili əsaslı hesab edilməməlidir.

31. Məhkəmə bu halda apellyasiya şikayətinin mübahisələndirilən hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-1698/2025 nömrəli qətnaməsi cavabdehlərdən müştərək qaydada 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8706,37 manat məbləğində əsas bоrc, 868,73 manat məbləğində faiz bоrcu, 309,95 manat məbləğində cərimə, 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8896,07 manat məbləğində əsas bоrc, 994,13 manat məbləğində faiz bоrcu, 285,59 manat məbləğində cərimə və 150,18 (yüz əlli manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20211,02 (iyirmi min iki yüz on bir manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-in xeyrinə tutulması qət edilmişdir.

32. Tərəflər arasında kredit sazişləri əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı bank kredit sazişləri üzrə öhdəliyi icra edərək sazişlərdə nəzərdə tutulan məbləği Cavabdeh1 Ağa oğluna versə də, sonuncu, sazişlər üzrə öhdəliyi lazımı qaydada icra etməyərək aldığı kredit üzrə pul vəsaitini faiz məbləği ilə birlikdə hissə-hissə ödəməli olduğu pul məbləğini vaxtlı-vaxtında ödəməmiş, bununla da cavabdeh sazişlərinin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

33. İş materiallarından görünür ki, iddiaçı bank xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərərək kredit sazişləri üzrə əsas, faiz və gecikmə günü üçün hesablanmış cərimə məbləğlərinin qaytarmasını tələb etmişdir.

34. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2025ci il tarixli bildiriş əsasında kredit sazişlərini birtərəfli qaydada ləğv olunması tarixi kimi qəbul edilməli, müqavilə şərtləri üzrə həmin tarixə yaranmış faiz borcunun və penyanın tutulmasına dair iddia tələbinin təmin olunması barədə gəldiyi nəticə əsaslı olmuşdur.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

36. Ona görə də, məhkəmə kollegiyası 25 aprel 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi üzrə 868,73 manat və 08 dekabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit sazişi üzrə 994,13 manat məbləğində faiz bоrcunun tutulması barədə gəldiyi nəticə ilə razılaşır.

37. Razılaşmalar üzrə cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.

38. Tərəflər arasında bağlanmış kredit sazişlərinin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddia tələbi hər iki müqaviləyə əlavələr üzrə cərimə məbləğinin əsas borclara münasibətdə mütənasibliyini ağlabatan hesab edir və azaldılması üçün əsaslar müəyyən etmir.

39. Həmçinin məhkəmə onuda qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədən sonra edilmiş ödənişlər yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində nəzərə alınmalı olan məbləğlərdir və tərəflər narazı qaldığı təqdirdə məhkəmə qətmasənin icra mərhələsində bunula bağlı müraciət etmək hüquqları vardır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktının qanuniliyini yoxlayır, maddi və prosessual hüququ normalarının düzgün tətbiq edilməsinə qiymət verir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

41. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 Ağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1698/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar