Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-17/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: borcun tutulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-2(119)-383/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 293.204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 183,2 (yüz səksən üç manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293787,2 (iki yüz doxsan üç min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) ilə fərdi sahibkar Cavabdeh (bundan sonra - “cavabdeh”) arasında 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi (bundan sonra “Alğı-satqı müqaviləsi”) bağlanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən mal və materiallar cavabdehin mülkiyyətinə verilmişdir. Həmin Alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 315204 (üç yüz on beş min iki yüz dörd) manat ödənilməmiş borcu qalmışdır. Daha sonra satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında 16 mart 2021-ci il tarixində 1791 nömrəli Saziş (bundan sonra - “Saziş”) imzalanaraq, cavabdeh tərəfindən ödənilməmiş 315204 (üç yüz on beş min iki yüz dörd) manat borc etiraf edilmiş və tərəflər borcun Sazişdə müəyyən edilmiş qrafik üzrə ödənilməsi barədə razılığa gəlmişlər. Sazişin 4-cü bəndinə əsasən, cavabdeh 2021-ci ilin aprel ayından etibarən 2022-ci ilin mart ayına qədər hər ay 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Lakin, bu günədək cavabdeh Saziş üzrə öhdəsinə götürdüyü borcdan sadəcə cəmi 22000 (iyirmi iki min) manat ödəniş etmişdir. Saziş üzrə sonuncu ödəniş 10 avqust 2021-ci il tarixində 4000 (dörd min) manat olmaqla həyata keçirilmişdir. Hal-hazırda cavabdehin Saziş üzrə 293.204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, iddiaçı Müqavilələr və Sazişlə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh həmin Müqavilədən irəli gələn öhdəliklərini pozmuş, satılmış malların dəyərinin tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin, borcun qaytarılması məqsədi ilə yazılmış 11 aprel 2022-ci il tarixli pretenziya məktubunun 13 aprel 2022-ci il tarixində kağız daşıyıcıda şəxsin faktiki ünvanında (ünvan 1sə pretenziyanın 08 sentyabr 2022-ci il tarixində Vahid Məhkəmə Portalında elektron informasiya sistemi vasitəsilə cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi qalıq borc məbləğini iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görməmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Tərəflər arasında bağlanmış Sazişin 8-ci bəndinə əsasən, tərəflər bu Sazişin öhdəliklərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Sazişin 9-cu bəndinə əsasən, tərəflər bu Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxmış mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Həmçinin, həmin Sazişin 10-cu bəndinə istinadən isə, mübahisələr danışıqlar yolu ilə tənzimlənmədikdə, onun həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aidiyyəti məhkəmələr tərəfindən həyata keçirilir. Hazırda cavabdehin iddiaçıya olan borc məbləği 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri adlanan 8.1.4-cü maddəsinə istinadən 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat iddia məbləği üçün 583,2 (beş yüz səksən üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu hesablanmışdır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununa və “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 308 nömrəli Qərarına əsasən iddia qiyməti 50000 manatdan yuxarı olduqda İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 400 (dörd yüz) manat məbləğində hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iddia ərizəsinə əsasən ödənilməli olan dövlət rüsumu 583,2 (beş yüz səksən üç manat 20 qəpik) manat, mediasiya xərci isə 400 (dörd yüz) manat olduğu üçün, iddiaçı tərəfindən dövlət rüsumunun kəsiri kimi 183,2 (yüz səksən üç manat 20 qəpik) manat məbləğində pul da Dövlət Büdcəsinə ödənilmişdir.
3. Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən “iddia tələbinə qarşı etiraz” təqdim edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Yəni, cavabdehin həmin müqavilə üzrə heç bir ödənilməmiş borcu qalmamışdır. Sonradan tərəflər arasında yeni mal və məhsulların verilməsi barədə razılıq əldə olunmuş və bu məqsədlə cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 27000 manat məbləğində pul ödənilmişdir. Lakin, ödənilmiş pulun müqabilində iddiaçı tərəfindən cavabdehə heç bir mal və materiallar verilməmişdir. Cavabdeh iddiaçı ilə olan işgüzar əlaqələrini pozmamaq məqsədi ilə bir müddət gözləmişdir. Bir müddət sonra iddiaçı tərəfindən 16 mart 2021-ci il tarixli 1791 nömrəli yeni Saziş tərtib edildiyi, həmin müqavilə üzrə guya cavabdehin borcu olduğu və həmin borcu ödəmək niyyətində olduğu barədə öhdəlik götürdüyü bildirilmişdir. Qeyd olunan müqavilə üzrə borc ödəmək öhdəliyinin olmasından cavabdeh xəbərsiz olmuşdur. Sonradan iddiaçı mal və materiallar vermək adı ilə qeyd edilən məbləğdə pulun cavabdeh tərəfindən ödənilməsini təmin etmiş, cavabdehin iradəsi əleyhinə və hansı şəraitdə tərtib olunması məlum olmayan yeni Sazişin olduğunu bildirərək, cavabdehə formal olaraq borc öhdəliyi yaratmışdır. Həmçinin cavabdeh bildirmək istəyir ki, 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsinin davamı olaraq tərtib edildiyindən, həmin borcun olması əvvəlki müqavilə ilə müəyyən olunmalıdır. Lakin, borcun mövcud olmasını təsdiq edəcək heç bir sənəd və sübut yoxdur. Ona görə də, iddiaçının formal olaraq 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş tərtib etməsi, mal və material vermək adı ilə 27000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini təmin etməsi - iddiaçı tərəfindən formal olmaqla, məqsədli xarakter daşıyır.
4. “Satıcı” - hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 14 may 2018-ci il tarixində № 180514/08-093 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır.
5. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.
6. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflərdən biri digərinə Müqavilənin müddətinin bitməsinədək 12.1-ci bənddə nəzərdə tutulmuş qaydada Müqaviləyə xitam verilməsinə dair yazılı bildiriş vermədikdə, müqavilə eyni müddətə və eyni şərtlərə uzadılmış hesab edilir, uzadılmaların sayı məhdudiyyətsizdir.
7. Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh arasında bağlanmış 14 may 2018-ci il tarixli 180514/08- 093 nömrəli Alğı-satqı Müqaviləsi əsasında “Satıcı” - hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 16 mart 2021-ci il tarixində 1791 nömrəli Saziş imzalanmışdır.
8. Həmin Sazişin "Sazişin predmeti" adlanan hissəsində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-d il tarixli 180514/08-093 nömrəli Alğı-satqı Müqaviləsi imzalanmışdır. Nəzərə alaraq ki: həmin Alğısatqı Müqaviləsinə əsasən Satıcı Alıcıya mallar satmış və nəticədə Alıcının Satıcıya ƏDV daxil olmaqla, ümumilikdə 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu yaranmışdır; Alıcı 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcu hissə-hissə ödəmək niyyətindədir. Satıcı və Alıcı (birlikdə bundan sonra "Tərəflər" adlanacaq) aralarında yaranmış borc münasibətlərini qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Sazişi (bundan sonra "Saziş') aşağıdakı şərtlərlə bağladılar”.
9. Həmin Sazişin 1-ci bəndinə əsasən, Alıcı təsdiq edir ki, onun 15 mart 2021-ci il tarixə Satıcıya 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcu vardır.
10. Həmin Sazişin 2-ci bəndinə əsasən, Alıcı Satıcıya olan 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcunu hissə-hissə ödəmək şərti ilə, tam həcmdə ödənilməsini öhdəsinə götürür.
11. Həmin Sazişin 3-cü bəndinə əsasən, Satıcı Alıcının ona ödəməli olduğu pul məbləğinin 315204 (üç yüz on beş min iki yüz dörd) manat olduğunu təsdiq edir və bu pul məbləği tam ödənildiyi halda Borcluya qarşı 15 mart 2021-ci il tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
12. Həmin Sazişin 4-cü bəndinə əsasən, tərəflər razılaşır ki, Alıcı yaranmış borcu 12 (on iki) ay müddətində hissə-hissə aşağıdakı qaydada ödəyəcəkdir: 20 aprel 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 may 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 iyun 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 iyul 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 avqust 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 sentyabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 oktyabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 noyabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 dekabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 21 yanvar 2022-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 fevral 2022-ci il tarixədək 26267 (iyirmi altı min iki yuz altmış yeddi) manat; 20 fevral 2022-ci il tarixədək 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat.
13. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 4/1300 nömrəli Ekspert Rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş e-2-2(119)- 383/2023 nömrəli işin 86-93-cü vərəqələrində olan 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsinin sonuncu vərəqəsində “Alıcı” adından “Fiziki şəxs Cavabdeh” qrafasındakı imza, işin 77-78-ci vərəqələrində (i/v: 77-78-də) olan 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişin 1-ci və 2-ci vərəqələrində sonunda "C.İ.A" hərflərinin qarşısındakı imzalar və həmin Sazişin 2-ci vərəqəsində "Cavabdeh" qrafasındakı imza eyni şəxs - Cavabdeh tərəfindən icra olunmuşdur.
14. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 29 aprel 2021-ci il tarixli, 08 iyun 2021ci il tarixli və 09 avqust 2021-ci il tarixli Ödəniş Tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına müvafiq qaydada 10000 (on min) manat, 8000 (səkkiz min) manat və 4000 (dörd min) manat məbləğində pul vəsaitləri köçürülmüşdür.
15. Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında olan dövriyyə cədvəlindən görünür ki, 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişə əsasən ümumilikdə cəmi 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində hesablanmış borcdan alıcı Cavabdeh tərəfindən 03 may 2021-ci ildə 10000 manat məbləğində, 09 iyun 2021-ci ildə 8000 manat məbləğində və 10 avqust 2021-ci ildə 4000 manat məbləğində ödəniş olmaqla, cəmi 22000 (iyirmi iki min) manat məbləğində ödəniş həyata keçirilmiş və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən Saziş üzrə cəmi 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu qalmışdır.
16. 22 iyun 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişə əsasən sonuncunun 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcu olmuş və alıcı Cavabdeh tərəfindən qeyd olunan Saziş üzrə cəmi 22000 (iyirmi iki min manat) manat məbləğində ödəniş edilmişdir. Hazırda alıcı Cavabdeh satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən Siziş üzrə ödənilməmiş cəmi 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində borcu qalmışdır.
17. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, Cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 10 iyun 2013-cü il tarixdə ********** nömrəli X2 Nömrəsi əldə etmiş və həmin VÖEN-nin statusu hal-hazırda da aktivdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
18. Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2- 2(119)-383/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın təmin edilməsi, Cavabdeh (VÖEN **********) 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 183,2 (yüz səksən üç manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293787, 2 (iki yüz doxsan üç min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh dövlət rüsumunun qalığı kimi 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaitinin Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.4, 390.1, 882.1, 882.2, 882.5, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 448.1 və 448.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2, 16-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
20. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-2(119)-383/2023 nömrəli qətnaməsini ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə mübahisə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə olduğundan, yəni alqı-satqı müqaviləsindən əmələ gəldiyindən həmin tələblər elə iddiaçının özü tərəfindən pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılması vacib olan və hüquqi nəticəyə nail olmaq üçün diqqət yetirilməli məqamlar düzgün araşdırılmamış və düzgün qərar qəbul edilməmişdir. Belə ki, iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli 1791 nömrəli Saziş təqdim edərək həmin Sazişə əsasən onun iddiaçıya cəmi 293787.20 (iki yüz doxsan üç min yeddi yüz səksən yeddi manat, iyirmi qəpik) manat məbləğində borcu olduğunu qeyd etmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1791 nömrəli “Sazişin predmeti” isə onunla bağlanmış xx.xx.2018-ci il tarixli № 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqaviləyə görə ona heç bir mallar və məhsullar verilməmişdir. Bunu təsdiq edən sənədlər, yəni elektron qaimələr və malların təhvil verilməsini təsdiq edən yük nəqliyyat qaimələri məhkəməyə təqdim edilməmişdir. Həmçinin o, iddianı qəbul etmədiyini, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1791 nömrəli Saziş üzrə borcunun olması barədə üzərinə heç bir öhdəlik götürmədiyini, həmin məzmunda Sazişın onun iradəsi ilə bağlanmadığını bildirmişdir. Belə olan halda iddia tələbinin əsasını təşkil edən elektron və yük nəqliyyat qaimələrinin iddiaçıdan tələb edilməsinə baxmayaraq, iddiaçı həmin qaimələri məhkəməyə təqdim etməmiş, işə baxan birinci instansiya məhkəməsi özü də həmin sübutları iddiaçıdan tələb etməmişdir. Buna baxmayaraq, həmin qaimələr əsas sübut növü olduğundan cavabdeh kimi E-məhkəmə sistemi vasitəsilə ərizə və vəsatət verərək təmin edilməsi məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üçün vacib olan bu tələbi təmin etməmişdir. Məhkəmə qətnamədə onun fərdi sahibkar kimi 10 iyun 2013-cü il tarixdən vergi ödəyicisi kimi ********** nömrəli VÖEN əldə etdiyini və hal-hazıradək aktiv olduğunu qeyd etmişdir. Lakin iddiaçı "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1791 nömrəli Sazişin ikinci vərəqinin sonunda o, fərdi sahibkar kimi VÖEN nömrəsi ********** kimi göstərilmişdir. Həmin VÖEN isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Həmçinin, məhkəmə qətnamədə “Satıcı”-hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli № 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsinin 5.1 və 5.2- bəndlərinə istinad etsə də, həmin müqavilənin 3.3-cü bəndinin də olmasına diqqət yetirməmişdir. Həmin müqavilənin 3.3-bəndinə əsasən, Mallar Təhvil yerində Satıcı tərəfindən Alıcının sahibliyinə verildikdə, Mallar təhvil verilmiş hesab olunur və Tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, Mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə Alıcıya təhvil verildikdən sonra Alıcıya keçir. Belə olan halda “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli № 89 nömrəli qərarına dəyişiklik edilməsi haqqında 2 fevral 2021-ci il tarixli 26 nömrəli qərarının tələblərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən Sazişi mübahisəli olduğu üçün zəruridir ki, malların verilməsini iddiaçı sübut etsin. Hər iki tərəf VÖEN ilə fəaliyyət göstərir və vergi karguzarlığı qaydasında əməliyyatlar ararırlar. İddiaçı borcun necə yaranmasını, hansı elektron qaimələrə və malların təhvil verilməsini təsdiq edən yük nəqliyyat qaimələrini məhkəməyə təqdim etməmiş və işə baxmış məhkəmə isə qeyd olunan xüsusatları araşdırmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında e-qaimələrlə əlaqədar aşağıdakı hüquqi mövqe müəyyən olunmuşdur ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “HTM Holding” Məhdud MəsuliyyətliCəmiyyətinə qarşı iddiası ilə bağlı).“Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir”. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi elektron qaimə-fakturalar digər sübutlarla birlikdə qiymətləndirildiyi təqdirdə malların verilməsini, işlərin görülməsini təsdiq edə bilər. Lakin hazırkı işdə ümumiyyətlə mallarin verilməsinə dair qaimələr mövcud deyıldir. İş üzrə xx.xx.2023-cü il il tarixli № 3-16-16/2-4/1300 nömrəli məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən xx.xx.2018-ci il tarixli № 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsindəki imza ilə xx.xx.2021-ci il tarixli 1791 nömrəli Sazişdəki imza eyni şəxs – yəni onun tərəfindən icra olunduğu qeyd edilmişdir. Ekspert rəyi sübut növlərindən biri sayılsa da xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi ilə xx.xx.2021-ci il tarixli Sazişdəki imzaların eyni şəxsə aid olması malların verilməsini, işlərin görülməsini təsdiq etmir. İddiaçının məhkəməyə təqdim etdiyi əlavə sübutlardan da görünür ki, onunla iddiaçı "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən o, xx.xx.2015-ci tarixli №-100-KŞ/t nömrəli əmrlə "xxxx" MMC-nin satış şöbəsində işə qəbul olunmuş və xx.xx.2016-cı il tarixli №-14-KŞ/K nömrəli əmrlə Xaçmaz rayonu üzrə pərakəndə satış üzrə müdir vəzifəsində işləmişdir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli № 118-KŞ/X nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Yəni onun işi "xxxx" MMC-nin istehsal etdiyi məhsulların nümayəndə kimi satışını təşkil etmək olmuşdur. İddiaçı "xxxx" MMC onunla əmək müqaviləsinə son haqq-hesab kağızını imzalamaqla xitam vermişdir. Onun iddiaçı "xxxx" MMC-ə heç bir borcu olmamışdır. O, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi karguzarlığı vasitəsilə heç bir borcunun olmadığı barədə iddiaçı "xxxx" MMC-ə məktub ünvanlamışdır. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, onun nümayəndəsinin E-məhkəmə sistemi vasitəsilə şəxsi kabinet üzərindən göndərdiyi ərizə, vəsatət və faktlara qətnamədə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi sübutları düzgün tətqiq etməmiş və düzgün hüquqi qiymət verməmişdir. Ona görə də hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. İddiaçının nümayəndəsi Nümayəndə4 tərəfindən 16 fevral 2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
23. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəməyə vəsatət ünvanlayaraq, iddiaçı tərəfindən məhkəməyə verilmiş apellyasiya şikayətinə etiraza münasibət bildirmiş və subutların məhkəməyə təqdim edilməsini məhkəmədən xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırlmışdır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində vəsatət təqdim edilərək tərəfindən məhkəməyə verilmiş apellyasiya şikayətinə etiraza münasibət bildirilmiş və subutların məhkəməyə təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərindən təqdim olunmuş etiraza dair vəsatətdə bildirilən münasibətlə bağlı onu qeyd edir ki, etirazda göstərilənlər xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi şifahi izahatla eynidir. Yəni tərəfindən təqdim olunan etiraz onların məhkəmə çıxışıdır. Bir daha qeyd edir ki, cavabdehə qarşı irəli sürülmüş tələbin predmetini xx.xx.2018-ci il tarixli 180514/08-093 saylı alqı-satqı müqaviləsi deyil, borcun etiraf edilməsi barədə xx.xx.2021-ci il tarixli 1791 saylı Saziş təşkil edir və cavabdehin bütün məhkəmə prosesi ərzində etdiyi hərəkətlər (imzanın ona məxsus olması, saziş üzrə etdiyi ödənişlərin əsasını (məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazına əsasən) inkar etməsi və s. kimi hallar) onun üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmaq məqsədi daşıdığına dəlalət edir. Hazırkı iş üzrə iddianın predmeti Cavabdeh tərəfindən borcun etiraf edilməsi barədə Sazişdir və Sazişə əsasən cavabdehə nəyinsə təhvil verilməsi nəzərdə tutulmur, əksinə pul öhdəliyinin hissə-hissə icra edilməsi müəyyən olunub ki, cavabdeh də xx.xx.2021-ci il tarixli, 1791 saylı Sazişi imzalamaqla borcunun olduğunu təsdiq etmiş və həmin Saziş üzrə qismən ödənişlər etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi (iddiaçının) subyektiv hüququ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında qeyd edilir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə (yəni Saziş) şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə (Saziş) üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Üstəlik hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülən iddianın predmeti xx.xx.2021-ci il tarixli 1791 saylı Sazişə (borcun etiraf edilməsinə) əsaslanır və qanunun tələbinə əsasən cavabdeh başlıca (alqı-satqı) müqavilə(sinə)yə qarşı etiraz irəli sürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Beləliklə, Cavabdeh borcun etirafı barədə Sazişi imzaladıqdan uzun zaman sonra borcunun olmadığını bildirməsi, mübahisənin məhkəməyədək həlli mərhələsində etirazını bildirmək imkanının olmasına baxmayaraq, məhkəməyə müraciət olunduqdan sonra borcunun olmasını inkar etməsi, daha sonra Saziş üzrə borcuna görə qismən ödəniş etdiyi halda, həmin vəsaitin xx.xx.2023-cü il tarixli etirazda (ancaq mal almadan) mal alışı ilə bağlı olduğunu (əsaslandıra bilmədən) qeyd etməsi, habelə Sazişdəki imzanın ona məxsus olmadığını sübut etməyə çalışması (lakin bu halın təkzib olunaraq, xx.xx.2023-cü il tarixli 4/1300 saylı ekspert rəyi ilə imzanın Cavabdeh məxsus olması) kimi hərəkətlərindən çıxan nəticə odur ki, cavabdeh götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Sadalananlardan başqa sübutların məhkəməyə təqdim edilməsi barədə vəsatətə münasibətdə isə aşağıdakıları qeyd edirik. Belə ki, birinci instansiyada işə baxılarkən cavabdeh tərəfindən sübutların təqdim edilməsi barədə ərizə xx.xx.2023-cü il tarixində işə mahiyyəti üzrə baxmağın qurtarması elan edildiyi və məhkəmə çıxışlarına keçildiyi gün verilmişdir. Bundan başqa cavabdehin vəkili tərəfindən sözügedən tələblə/vəsatətlə müraciət edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən isə sübutların təqdim edilməsi və tələb olunması yalnız birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. Lakin hazırkı işin hallarına əsasən apellyasiya instasniyasında cavabdeh tərəfindən verilən vəsatət qanunvericiliyin tələbinə görə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsatətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsindən borcun yaranmasına səbəb olan malların verilməsini təsdiq edən elektron qaimələrin və yük nəqliyyat qaimələrinin məhkəməyə təqdim edilməsi həm məhkəmə, həm də cavabdeh kimi tərəfindən tələb olunmuşdur. Lakin iddiaçı "xxxx" MMC malların verilməsini təsdiq edən elektron qaimələri və yük nəqliyyat qaimələrini məhkəməyə təqdim etmək əvəzinə qanunla nəzərdə tutulmuş müddət tələbinə zidd olaraq xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Bildirir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən Cavabdeh borcunun necə yaranması barədə sübutları məhkəməyə təqdim edilməsini iddiaçı "xxxx" MMC-dən tələb etmiş, lakin həmin sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin həmin sübutları, yəni elektron qaimələri və yük nəqliyyat qaimələrinin təqdim edilməsini məhkəmə qaydasında iddiaçı "xxxx" MMC-dən tələb edilməsini Sumqayıt Kommersiya Məhkəməsindən xahiş etməyinə baxmayaraq, məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. İddiaçı isə yalnız xx.xx.2021-ci il tarixli 1791 nömrəli Sazişi təqdim etməklə kifayətlənmişdir. Lakin iddiaçının təqdim etdiyi həmin Sazişin predmeti Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Birbaşa xx.xx.2021-ci il tarixli 1791 nömrəli Sazişdə xx.xx.2018-ci il tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsinə istinad edildiyi üçün alqı-satqı müqaviləsini təsdiq edən vergi karkuzarlığı qaydasında aparılmış əməliyyatlar, yəni elektron qaimələr və yük nəqliyyat qaimələri məhkəməyə təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixli № 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsinin 3.3-bəndinə əsasən, Mallar Təhvil yerində Satıcı tərəfindən Alıcının sahibliyinə verildikdə, Mallar təhvil verilmiş hesab olunur və Tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, Mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə Alıcıya təhvil verildikdən sonra Alıcıya keçir. Cavabdeh borcun olmasını etiraf etmədiyi və üzərinə heç bir borc öhdəliyi götürmədiyi, belə bir iradə ifadəsi olmadığı, həmçinin qeyd edilən Saziş mübahisəli olduğu üçün zəruridir ki, malların verilməsini iddiaçı sübut etsin. Hər iki tərəf VÖEN ilə fəaliyyət göstərir. Vergi karguzarlığı qaydasında əməliyyatlar aparırlar. İddiaçı borcun necə yaranmasını, hansı elektron qaimələrə əsasən malların təhvil verilməsini təsdiq edən yük nəqliyyat qaimələrini sübut kimi məhkəməyə təqdim etməlidir. Həmin sübutlar tərəfindən birinci instansiya məhkəməsində tələb olunsa da məhkəmə tərəfindən təmin olunmadığı üçün apellyasiya instansiya məhkəməsi sübutların tələb edilməsi haqqında vəsatəti təmin etməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılması ilə nəticələcəkdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən - işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə etiraz vaxtında verilmədiyi üçün təmin edilməməsi, iddiaçı tərəfindən borcun olmasını təsdiq edən elektron qaimələr və malların təhvil verilməsini təsdiq edən yük nəqliyyat qaimələrinin sübut kimi məhkəməyə təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh malların təhvil verilməsini təsdiq edən yük nəqliyyat qaimələrinin və borcla bağlı elektron qaimələrin təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab göndərərək bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında hazırkı mübahisənin predmeti olan borcun təsdiqinə dair xx.xx.2021-ci il tarixli 1791 nömrəli Saziş imzalandıqdan sonra sorğu olunan sənədlər saxlanılmamışdır. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında hazırkı mübahisənin predmeti olan borcun təsdiqinə (və etirafına) dair xx.xx.2021-ci il tarixli 1791 nömrəli Sazişi (bundan sonra - Saziş) bağlandıqdan sonra sorğu olunan müvafiq sənədlərin saxlanılması zərurəti aradan qalxmışdır. Tərəflər bu Sazişi bağlamaqla öz iradə ifadələrini bildirmiş və cavabdeh iddiaçı qarşısında icra olunmamış öhdəliyinin həcmini aşkarcasına qəbul etmişdir. Belə olan halda sorğu edilən sənədlər öz mahiyyətini itirdiyi və hazırkı mübahisənin predmetini təşkil etmədiyi üçün tərəflər arasında bağlanmış Sazişin əsas götürülməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
28. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
29. İddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-2(119)-383/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, satıcı "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh arasında bağlanmış 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alğı-satqı Müqaviləsi üzrə sonuncunun ödənilməmiş cəmi 315204 manat məbləğində borcunun etirafı və həmin borcun hissə-hissə, yəni hər ay 26267 manat olmaqla ödənilməsi (sonuncu ödəniş 20 fevral 2022-ci il tarixədək ödənilməli idi) ilə əlaqədar həmin tərəflər arasında 16 mart 2021ci il tarixli 1791 nömrəli Saziş imzalanmışdır. Lakin, alıcı Cavabdeh tərəfindən həmin Sazişlə müəyyən edilmiş qaydada və məbləğlərdə ödənişlər edilməmiş və o, 03 may 2021-ci ildə 10000 manat məbləğində, 09 iyun 2021-ci ildə 8000 manat məbləğində və 10 avqust 2021-ci ildə 4000 manat məbləğində ödəniş olmaqla, cəmi 22000 (iyirmi iki min) manat məbləğində ödəniş etdikdən sonra Saziş üzrə ödənişlərini tam dayandırmışdır. Bununla da, məlum Saziş üzrə 20 fevral 2022-ci il tarixədək ödənilməli olan 315204 manat məbləğində borcun cəmi 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat hissəsi Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borcun, 400 manat məbləğində mediasiya xərcinin və 183,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması xahiş olunmuşdur.
36. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Saziş üzrə ödənilməmiş 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddianı qəbul etməyərək, öz mövqeyini “16 mart 2021ci il tarixli 1791 nömrəli Sazişdə ona aid edilən imzanın ona aid olmaması”, “ödədiyi pulları Saziş üzrə deyil, mal almaq üçün ödəməsi” və s. bu kimi dəlillərlə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, o cümlədən də işin konkret halları, cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 4/1300 nömrəli Ekspert Rəyi və digər mötəbər sübutlarla cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib olunmuşdur.
37. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür, hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
42. Apellyator şikayətin əsas dəlili olaraq göstərmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli 1791 nömrəli Saziş təqdim edərək həmin Sazişə əsasən onun iddiaçıya cəmi 293787.20 (iki yüz doxsan üç min yeddi yüz səksən yeddi manat, iyirmi qəpik) manat məbləğində borcu olduğunu qeyd etmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1791 nömrəli “Sazişin predmeti” isə onunla bağlanmış xx.xx.2018-ci il tarixli № 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqaviləyə görə ona heç bir mallar və məhsullar verilməmişdir. Bunu təsdiq edən sənədlər, yəni elektron qaimələr və malların təhvil verilməsini təsdiq edən yük nəqliyyat qaimələri məhkəməyə təqdim edilməmişdir.
43. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır və əsassız hesab edir, bununla bağlı aşağıda şərh olunanları bildirir:
44. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması və bu konteksdən hüquqi dəyərləndirmə aparılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur.
45. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.
46. Kollegiyanın qənaətincə iddianın əsasını təşkil edən Sazişin bağlanması tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğuna, həmin alqı-satqı müqaviləsi əsasında satıcının (STP MMC) alıcıya (Cavabdeh) mallar satıldığına və nəticədə qeyd olunan məbləğdə borcun yarandığına dəlalət edən və inkar olunmayan haldır. Bu baxımdan malların təhvil verilməsinə dair qaimələrin təqdim edilə bilməməsi (iddiaçı, tərəflər arasında borcun təsdiqinə dair xx.xx.2021-ci il tarixli 1791 nömrəli Saziş imzalandığı üçün sənədlərin saxlanılmadığını bildirdi) malların təhvil verilməsini və borcun yaranmasını şübhə altına alan hal kimi qəbul edilə bilməz.
47. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-2(119)- 383/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.