Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-175/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2-2(119)-426/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 18 iyun 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli e-2-2(119)426/2020 nömrəli qətnaməsi ilə həmin iddia ərizəsi təmin edilmiş və Cavabdehndən 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2880 (iki min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. Cavabdeh “qətnamənin rəsmi qaydada verilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli e-2- 2(119)426/2020 nömrəli qətnaməsinin rəsmi qaydada verilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2-2(119)426/2020 nömrəli qərardadı ilə Cavabdeh “qətnamənin rəsmi qaydada verilməsi” haqqında ərizəsi təmin olunmamışdır. Cavabdeh 17 noyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 10 noyabr 2021ci il tarixli e-2-2(119)-426/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunması və “qətnamənin rəsmi qaydada verilməsi” haqqında ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə onlara rəsmi qaydada verilməyib və bu səbəbdən şikayət vermə hüququndan məhrum olmuşlar. Qərardada qeyd olunub ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 426/2020 saylı 25 Sentyabr 2020-ci il tarixli qətnaməsi 06 oktyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Lakin məhkəmə nəzərə almayıb ki, nə rəsmi qaydada verilməsi tələb olunan Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-426/2020 saylı 25 Sentyabr 2020-ci il tarixli qətnaməsi, nə də ki, qərardadda sadalanan bildirişlər rəsmi qaydada qəbul edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli e-2-2(119)-426/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli e-2-2(119)-426/2020 nömrəli qətnaməsinin tam mətni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və qətnamə 02 oktyabr 2020-ci il tarixli məktubla “sifarişli-xəbərnaməli” poçt göndərişi ilə Cavabdeh rəsmi ünvanına-yəni iş materiallarında olan və cavabdehin özünün də məhkəməyə ünvanladığı ərizələrində poçt ünvanı kimi qeyd etdiyi “ünvan 1mişdir. Həmin poçt göndərişi üzrə məhkəməyə qaytarılmış “Xəbərnamə” ilə müəyyən olunur ki, qətnamənin göndərildiyi poçt göndərişinin üzərində Cavabdeh MMC” sözləri qeyd edilməklə və müvafiq qaydada imzalanmaqla 06 oktyabr 2020-ci ildə cavabdehin ünvanında həmin məhkəmə qətnaməsi rəsmi qaydada qəbul edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" ASCnin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olandan sonra 02 iyul 2020-ci il saat 12:00-a təyin olunmuş məhkəmə hazırlıq iclasının, 29 iyul 2020-ci il saat 12:30-a təxirə salınmış məhkəmə hazırlıq iclasının, 27 avqust 2020-ci il saat 16:30-a təyin olunmuş məhkəmə baxış iclasının və 25 sentyabr 2020-ci il saat 15:30-a təxirə salınmış məhkəmə baxış iclasının yeri və vaxtı barədə “sifarişli-xəbərnaməli” poçt göndərişləri ilə rəsmi olaraq göndərilmiş məhkəmə bildirişləri müvafiq olaraq 23 iyun 2020-ci ildə, 22 iyul 2020-ci ildə, 04 avqust 2020-ci ildə və 31 avqust 2020-ci ildə cavabdehin ünvanında rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh şikayətdə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli e-2-2(119)-426/2020 nömrəli qətnaməsindən xəbərsiz olduqlarını bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. Belə ki, qeyd olunduğu kimi, qətnaməni cavabdeh 06 oktyabr 2020-ci il tarixdə rəsmi qaydada almışdır, bu səbəbdən, məhkəmə qətnaməsinin surətinin təkrarən alınması - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə müvafiq qaydada və məbləğdə dövlət rüsumu ödənildiyi halda mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1-ci maddəsinin tələblərinə görə məhkəmə birinci instansiya məhkəməsinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-ci maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 227.3-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 108.1.9-cu maddəsinə əsasən, məhkəmə aktlarının surətləri təkrarən verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli e-2-2(119)-426/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-175/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-175/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver