Məhkəmə qərarları › İş №2-2(105)-179/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-179/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-179/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi , iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2-2(119)-1687/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 23 iyun 2023-cü il tarixli 009R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2740,98 (iki min yeddi yüz qırx manat doxsan səkkiz qəpik) manat məbləğində əsas bоrc, 175,13 (yüz yetmiş beş manat on üç qəpik) manat məbləğində faiz bоrcu, 65,79 (altmış beş manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə, 24 avqust 2023-cü il tarixli 009R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5112,28 (beş min yüz on iki manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc, 371,99 (üç yüz yetmiş bir manat doxsan doqquz qəpik) manat məbləğində faiz bоrcu,137,29 (yüz otuz yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə və 30 aprel 2024-cü il tarixli 009R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6635,5 (altı min altı yüz otuz beş manat əlli qəpik) manat məbləğində əsas bоrc, 450,7 (dörd yüz əlli manat yetmiş qəpik) manat məbləğində faiz bоrcu, 122,11 (yüz iyirmi iki manat on bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 15811 (on beş min səkkiz yüz on bir manat yetmiş yeddi qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,44 (yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2-2(119)- 1687/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 avqust 2023-cü il tarixli 009R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5112,28 (beş min yüz on iki manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc, 371,99 (üç yüz yetmiş bir manat doxsan doqquz qəpik) manat məbləğində faiz bоrcu, 137,29 (yüz otuz yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə və 30 aprel 2024-cü il tarixli 009R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6635,5 (altı min altı yüz otuz beş manat əlli qəpik) manat məbləğində əsas bоrc, 450,7 (dörd yüz əlli manat yetmiş qəpik) manat məbləğində faiz bоrcu, 122,11 (yüz iyirmi iki manat on bir qəpik) manat məbləğində cərimə və 128,49 (yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12958,36 (on iki min doqquz yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2-2(119)-1687/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbindən imtina etməsi barədə ərizəni təqdim etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 24 avqust 2023-cü il tarixli 009R********** və 30 aprel 2024-cü il tarixli 009R********** saylı kredit müqavilələri üzrə banka olan qalıq borc xx.xx.2025-ci il tarixində ödənilmişdir. Ona görə də iddia tələbindən imtina edir və iddiadan imtinanın nəticələri aydındır. Odur ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qızma qarşı “borcun tutulması” tələbinə dair 2- 2(105)-179/2025 saylı iş üzrə iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsini, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək iddiadan imtina ərizəsinin qəbul edilməsi və iddia tələbindən imtinanın hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2025ci il tarixli, e-2-2(119)-1687/2025 nömrəli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2-2(119)-1687/2025 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e- 2-2(119)-1687/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2a və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar