Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-18/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı müvəqqəti istifadəyə verilmiş torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv olunması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-82/2009 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Günay kənd təsərrüfatı məhsulları” ASC-yə qarşı müvəqqəti istifadəyə verilmiş torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğvi olunması tələbinə dair iddiası X8 Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2-(85)-82/2009 saylı qətnaməsi ilə təmin olunaraq, İddiaçı xx xxxxxx 1999-cu il tarixli, 404 saylı sərəncamı ilə “Çarxı quşçuluq” açıq tipli səhmdar cəmiyyətinin (2000-ci ildə “xxxx” ATSC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmiş Xaçmaz rayonunun inzibati sərhədləri daxilində yerləşən 737 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi, torpaqdan müvəqqəti istifadə hüququna dair “Çarxı quşçuluq” açıq tipli səhmdar cəmiyyətinin (2000-ci ildə “xxxx” ATSC-yə çevrilmişdir) adına verilmiş JN-0381 seriyalı, 30224018 kodlu şəhadətnamənin ləğv edilməsi qət olunmuşdur. İş üzrə cavabdeh “xxxx” ASC həmin qətnamədən apelyasiya şikayəti və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-82/2009 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə X8 Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-(85)-82/2009 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair iş üzrə cavabdeh “xxxx” ASC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X4 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixə qədər qətnamə “xxxx” ASC-yə göndərilməmişdir. Məhkəməyə təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, “xxxx” ASC-nin hüquqi ünvanı Xaçmaz rayonu, Çarxı kəndidir. Həmin ünvana heç bir sənəd, bildiriş daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini X1 ərizəsindən görünür ki, o, "xxxx” ASC-də işlədiyi dövrdə X8 Məhkəməsi tərəfindən heç bir məhkəmə qərarı almamışdır. Lakin məhkəmə məlum olmayan səbəbdən onun ərizəsini qəbul etməmiş,iddiaçının nümayəndəsinin ehtimallarına əsaslanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X4 şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İşdə olan poçt qəbzinə əsasən qətnamə birinci dəfə “xxxx” ATSC-yə göndərilmişdir və zərf “imtina edilib” qeydi ilə geri qaytarılmışdır. (səh 104) İşdən görünür ki, ikinci dəfə göndərilən qətnaməni “xxxx” ATSC-nin baş mühasibi B.Seyidullayev adlı şəxs xx.xx.2009-cu il tarixdə imza etməklə alınmışdır. İş üzrə İddiaçı məhkəməyə təqdim etdiyi etiraz məktubunda göstərilir ki, X8 Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2- (85)-82/2009 saylı qətnaməsi “xxxx” ASC-nin ünvanına rəsmi qaydada göndərilmişdir, həmçinin qətnamənin surəti cəmiyyətin baş mühasibinə də təqdim edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini X1 ərizəsindən görünür ki, o, “xxxx” ASC-də işlədiyi dövrdə Azərbaycan İqtisad Məhkəməsi tərəfindən heç bir məhkəmə qərarı almamışdır. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasının əsası kimi qətnamənin surətinin həmin vaxt cavabdeh “xxxx” ASC-yə təqdim edilmədiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iş üzrə qəbul olunmuş qətnaməni “xxxx” ASC-nin baş mühasibi işləmiş B.Seyidullayev xx.xx.2009-cu il tarixdə imza etməklə almış, lakin ötən müddət ərzində qətnamədən apelyasiya şikayəti verilməmişdir. Hətta bundan sonra da cavabdehin qətnaməni yenidən rəsmi qaydada müraciət edib almaq üçün ötən 11 il ərzində imkanı olmuş, lakin bu imkandan istifadə etməmişdir. Yəni, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzürsüz səbəbdən ötürmüşdür. Göründüyü kimi, qətnamənin çıxarılmasından 11 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində cavabdeh tərəf qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 ay müddətin üzürlü səbəbdən buraxılmasına dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-82/2009 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-82/2009 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-18/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-18/2021
29.01.2021 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver