Məhkəmə qərarları › İş №2-2(105)-2/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-2/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-2/2022 06.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə Qüdrət oğlunun və Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)- 14/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh mənzil tikinti kooperativinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsindən irəli gələn 255.000 ABŞ dolları əsas borcun, kredit müqaviləsinin müddəti ərzində hesablanmış 39.915 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 15.720 ABŞ dolları faiz borcunun, cəmi 310.635 ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən borcalana 12 ay müddətinə illik 18 % ödəmək şərti ilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti üzrə borcalana 255.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit xətti müqaviləsinin 2.1-ci bəndinə əsasən “Borcalan” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 25-dən gec olmayaraq və kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx.xx.2016-cı il tarixinə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, verilmiş kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmiş, bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınmış, hal-hazırda xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 255.000 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 39.915 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 15.720 ABŞ dolları, cəmi borc 310.635 ABŞ dolları təşkil edir.

3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2-2(85)-14/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsindən irəli gələn 255.000 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti ərzində hesablanmış 39.915 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 15.720 ABŞ dolları faiz borcu, cəmi 310.635 ABŞ dolları borc ödənildiyi gün üçün manat məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmuşdur (hakim Z.Pirverdiyev).

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-14/2019 saylı 21 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normalar düzgün tətbiq edilmədiyinə və eləcə də sübutlara obyektiv və hərtərəfli, düzgün qiymət verilmədiyinə görə tamamilə əsassızdır. Qətnamədən görünür ki, məhkəmə, ancaq iddia ərizəsinə və İddiaçı ASC-nin X24 və həmin bankın sahibi X15 barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-490/2018 saylı hökmündə şahid qismində ifadə vermiş X10 ifadəsinə istinad etmişdir. Məhkəmə hökmdə göstərilən və iddia üzrə mühüm əhəmiyyət daşıyan digər hallara istinad etmədiyinə görə səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış və bankın X24 X15 cinayət məsuliyyətinə cəlb edilmişdir. O cümlədən, ibtidai araşdırma zamanı Cavabdeh-ya verilmiş iddiada göstərilən kredit müqaviləsi, məbləği araşdırılmış və istintaqın əldə etdiyi sübutlarla müəyyən olunmuşdur ki, həmin kredit real kredit olmamış, İddiaçı ASC-nin təsisçisi X5 "xxxx" şirkətinin daha əvvəl götürdüyü 3.000.000 manat məbləğində kredit məbləğindən borc kimi aldığı ******* manat kreditin sahibinə qaytarılması məqsədi ilə formal olaraq bağlanmış müqavilələrdən biridir. Həmin kredit müqaviləsində etdiyi qanunazidd əməllərinə görə Elmixan Nəbiyev Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham edilmişdir. Elmixan Nəbiyev barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. O cümlədən, "xxxx" MTK-nın adına iddiada göstərilən kredit müqaviləsində vəzifəsindən sui-istifadə etdiyinə görə təqsirli bilinərək barəsində hökm çıxarılmışdır. xx.xx.2018-ci il tarixli hökmün 2-ci səhifəsində, 2-ci abzasın sonunda göstərilir ki, "xxxx" MMC-nin direktoru X11 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə xx.xx.2015-ci il tarixdə 5,5 faiz olmaqla ******* (üç milyon) manat kredit ayrılmasını təmin edib həmin vəsaitin ******* (bir milyon beş yüz min) manat hissəsini borc olaraq alıb onun 1.362750 manatını xx.xx.2014-cü il tarixdə özünə məxsus AZ80ATRA**********00000005 saylı cari, xx.xx.2014-cü il tarixdə isə həmin hesabdan ********************2 saylı subordinasiya depozit hesabına köçürüb, həmin vəsaiti İddiaçı ASC-nin nizamnamə kapitalının formalaşmasına yönəltmişdir. Sonradan "xxxx" MMC-nin direktoru X18 tərəfindən həmin ******* manat borc vəsaitinin geri qaytarılması tələb olunduqda, Nəbiyev Elimxan həmin tələb olunan vəsaiti qaytarmaq üçün ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən Cavabdeh-nın sədri X10 adına xx.xx.2015-ci il tarixli ******* ABŞ dolları məbləğində kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 255000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267979,50 manat, X3 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə 14 faiz ödəmək şərti ilə 600000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629940 manat və "xxxx" ASC-nin direktoru X12 adına xx.xx.2015-ci il tarixli 500000 ABŞ dolları məbləğində olan kredit müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 396436 ABŞ dolları, həmin dövrün valyuta məzənnəsi ilə 415464,92 manat olmaqla qanunsuz kreditlər rəsmiləşdirmişdir. Hökmün 8-ci səhifəsində 2-ci abzasda "xxxx" MMC-nin adına ******* manat kredit alan X6 ifadəsində göstərilir ki, əvvəllər tanışlıq münasibətində olan İddiaçı ASC-nin X24 Elmixan Nəbiyevin yanına gəlmiş, "xxxx" MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün girov qoymaqla ******* manat məbləğində kredit almışdır. Həmin məbləğin ******* manatını götürmüş, qalan məbləği hissə ilə istifadə edəcəyini nəzərə alaraq bankda saxlamışdır. Qalan məbləğin hissə-hissə xərclənəcəyi barəsində Elmixan Nəbiyevlə aralarında razılaşmışlar. Sonradan həmin məbləğ ona lazım olanda Elmixan Nəbiyev demişdir ki, krediti başqa adamların adına verə bilərlər. O da 2 nəfər iş adamı bir nəfər fiziki şəxslə məsləhətləşmiş və onların adına 600000 birinə, 396000 birinə, 255000 də birinin adına ayrı-ayrı vaxtlarda götürmüşdür, bankda haradasa 200000 manata yaxın qalmışdır, onu da Elmixan müəllimə borc vermişdir. Hökmün 9-cu səhifəsində şahid qismində ifadə verən X19 və X7 da eyni məzmunlu ifadələr vermişlər. Hal-hazırda İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinə uyğun olaraq İddiaçı ASC ilə "xxxx" şirkəti arasında bağlanmış qeyd edilən ******* manat həcmində kredit müqaviləsi ilə bağlı mübahisəyə 2 saylı İnzibati-İqtisad Məhkəməsində baxılmaqdadır. Göründüyü kimi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin 3.000.000 manat kredit vəsaitini "xxxx" şirkətindən tələb etməkdədir. "xxxx" MTK-nın adına bağlanmış müqavilə real müqavilə olmayaraq formal xarakterli olmaqla, faktiki olaraq X6 bankdan götürdüyü 2014-cü il tarixli kredit müqaviləsinin bankda saxlanılan hissəsinin qaytarılmasıdır. Ə.Məmmədova kredit məbləğinin bu qaydada qaytarılması bankın X24 Elmixan Nəbiyevin təklifi ilə baş tutmuşdur. Belə ki, Elimxan Nəbiyev "xxxx" şirkətinin rəhbəri Məmmədov Əkbərə bildirmişdir ki, həmin vəsaitin birbaşa qaytarılması bankın maliyyə göstəricilərinə mənfi təsir etməsin deyə bir neçə firma və ya fiziki şəxs tapıb gətirsin və həmin şəxslərin adına kredit müqaviləsi rəsmiləşdirməklə həmin vəsaiti qaytarsın. Həmçinin bildirmişdir ki, həmin kreditlər üzrə faiz ödənişlərini, kreditin qaytarılmasını və s. məsrəfləri Elimxan Nəbiyev özü ödəyəcəkdir. Məhkəmə Elmixan Nəbiyevin göstərilən əməlini CM-nin 308.2-ci maddəsi ilə tövsif edərək həmin hal barəsində ittiham hökmü çıxarmışdır. Eyni zamanda istintaq tərəfindən iddiada göstərilən kredit müqaviləsi ilə bağlı aparılmış istintaq zamanı yuxarıda qeyd edilən hallar müəyyən edildiyinə görə X18, X20 və X13 əməlində cinayət tərkibi olmadığına görə barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi barəsində istintaq tərəfindən xx.xx.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar da qanuni qüvvəsini almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin ləğvedicisinin, yəni iddiaçının apellyasiya şikayətinin rədd edilməsi barəsində qərar qəbul etmişdir. Həmçinin, Elmixan Nəbiyev barəsində çıxarılmış hökm qanuni qüvvəsini almışdır. Buna baxmayaraq məhkəmə qərar çıxararkən qeyd olunan sübutlara düzgün qiymət verməmiş və bununla da səhv nəticəyə gəlmişdir. MPM-in 82.4-cü maddəsində göstərilir ki, “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyatı hissəsində məcburidir”. Yuxarıda qeyd edilənlərlə sübut olunur ki, “Polad 2008“ MTK-nın ləğv prosesində olan İddiaçı ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşısında heç bir kredit öhdəliyi yoxdur.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2-2(105)-113/2019 saylı qətnaməsi ilə (sədrlik edən Z.İ.Məmmədov, hakimlər N.M.Nəsibov və H.Ç.Babayeva) Cavabdeh mənzil tikinti kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh mənzil tikinti kooperativi tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu özünə aid edilmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2-2(105)-95/2020 nömrəli qərarı ilə (hakimlər İlqar Dadaşov (sədrlik edən və məruzəçi), Bəhram Məmmədli və Bəhman Qəribov) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2-2(105)- 113/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır.

8. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC-nin cavabdehə 12 ay müddətinə illik 18 % ödəmək şərti ilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, cavabdeh isə kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 25-dən gec olmayaraq və kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx.xx.2016-cı il tarixinə qədər tam şəkildə ödəməyi öhdələrinə götürdüklərini, cavabdeh tərəfindən kredit xətti üzrə 255.000 ABŞ dollarının istifadə edildiyini, cavabdehin iddiaçıya olan borcunun ümumilikdə 310.635 ABŞ dolları təşkil etdiyini, eyni zamanda cavabdehin sədri F.C.Bədəlov Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-490/2018 saylı cinayət işi üzrə şahid qismində dindirilərkən ifadəsində İddiaçı ASC ilə bağlanmış kredit xətti müqaviləsi üzrə 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxardığını təsdiq etdiyini nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab etmişdir.

ç) Konstitusiya Məhkəməsində icraat

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cavabdeh Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarı ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn tələblərinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-2(102)-1(k)/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2-2(102)-95/2020 saylı qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2-2(105)-113/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-2(102)-1(k)/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2-2(102)-95/2020 saylı qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2-2(105)-113/2019 saylı qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə Qüdrət oğlu apellyasiya şikayətinin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər...

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC cavabdehə 12 ay müddətinə illik 18 % ödəmək şərti ilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, cavabdeh isə kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 25-dən gec olmayaraq və kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx.xx.2016-cı il tarixinə qədər tam şəkildə ödəməyi öhdələrinə götürmüşlər.

18. 30 sentyabr 2016-cı il tarixli xəbərdarlıq bildirişinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən cavabdehdən 30 sentyabr 2016-cı il tarixə olan hesablamara görə 255.000 ABŞ dolları kredit borcu, 32648 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, cəmi 287648 ABŞ dolları borcun ödənilməsi tələb edilmişdir.

19. 15 mart 2017-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 09 mart 2017-ci il tarixinə kredit üzrə 255000 ABŞ dolları məbləğində əsas borcun, 57638 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 312638 ABŞ dolları borcun ödənilməsi tələb edilmişdir.

20. Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 255000 ABŞ dolları, müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu üzrə 39915 ABŞ dolları, cərimə borcu üzrə 175720 ABŞ dolları, ümumilikdə 310635 ABŞ dolları təşkil edir.

21. Məhkəmə qətnaməsində göstərmişdir ki, cavabdehin sədri X20 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-490/2018 saylı cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsində İddiaçı ASC ilə bağlanmış kredit xətti müqaviləsi üzrə 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxardığını bildirmişdir.

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 255.000 ABŞ dolları məbləğində əsas borcun iş materialları ilə təsdiq olunmasına, kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdehin kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri ödəməyi öhdəsinə götürməsinə, bu səbəbdən iddiaçı tərəfindən əsas kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faiz borclarının əsaslı olmasına əsaslanmışdır.

23. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 1(101)-490/2018 nömrəli hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsasları ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2ci maddəsi ilə bəraət verilməsi, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X5 dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Tural Əmənov tərəfindən verilmiş mülki iddianın (mülki iddiaya əlavələr də daxil olmaqla) təmin edilməməsi və bu iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun zərərçəkmiş qismində statusuna xitam verilməsi, iş üzrə 21 yanvar 2016-cı il tarixli KM 02 saylı kredit müqaviləsinin, 007901 saylı çekin, 21 yanvar 2016-cı il tarixli KM 05 saylı kredit müqaviləsinin, 077876 saylı çekin, 21 noyabr 2014-cü il tarixli KM 01 saylı kredit müqaviləsinin, 21 yanvar 2016-cı il tarixli GM 01 saylı girov müqaviləsinin, 20 fevral 2015-cı il tarixli KM 01 saylı kredit müqaviləsinin, həmin tarixli GM 01 saylı girov müqaviləsinin, 065726 saylı çekin, 23 sentyabr 2011-ci il tarixli 02 saylı kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin, 24 sentyabr 2013-cü il tarixli 07 saylı kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin, bu qovluğa aid məxaric orderinin, 29 aprel 2015-ci il tarixli 06 saylı kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin, 03 iyul 2015-ci il tarixli 07 saylı kredit müqaviləsinin və həmin tarixli zaminlik müqaviləsinin, eləcə də bu qovluğa aid məxaric orderinin, 25 noyabr 2015-ci il tarixli KXM 01 saylı xətti kredit müqaviləsinin, 059277, 059278, 059279, 059280, 059281, 059282, 059283 saylı çeklərin, 23 noyabr 2015-ci il tarixli məktubun, 21 iyul 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, 22 iyul 2015-ci il tarixli məxaric orderinin, 08 oktyabr 2015-ci il tarixli KXM 02 saylı kredit xətti müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, 075876, 075879, 075878 saylı çeklərin, 21 nolyabr 2014-cü il tarixli KM 01 saylı kredit xətti müqaviləsinin, həmin tarixli GM 01 saylı girov müqaviləsinin, həmin tarixli sonrakı ipoteka müqaviləsinin, 066002 saylı çekin, 21 mart 2011-ci il tarixli İKM 04, 07 avqust 2014-cü il tarixli İKM 07, 29 may 2015-ci il tarixli KM 08 və 26 noyabr 2015-ci il tarixli KM 09 saylı kredit müqavilələrinin, eləcə də 29 may 2015, 02 iyun 2015, 07 avqust 2014-cü il tarixli kassa məxaric orderlərinin kserosurətlərinin 20 fevral 2018-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməklə orada saxlanılmasının nəzərə alınması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 122 (yüz iyirmi iki) manat məbləğində pulun təqsirləndirilən şəxs X4 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir.

24. İşdən görünür ki, Əmanətlərin Sığortalanması Fondu Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmü ilə razılaşmayaraq apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1337/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qərarı ilə şikayət və protest təmin edilməmişdir.

25. Həmin qərardan Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti, dövlət ittihamçısı isə kassasiya protesti vermişdir.

26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2019-cu il tarixli 1(102)-602/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarının məhkum X5 haqqındakı qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X22 oğlu kassasiya protestinin və zərər çəkmiş şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi-müdafiəçisi X14 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 1(103)-49/2020 saylı qərarına əsasən dövlət ittihamçısının apellyasiya protestinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum edilməsinə dair 05 iyul 2018-ci il tarixli, 1(101)-490/2018 saylı hökmünün dəyişdirilməsi, zərərçəkmiş (mülki iddiaçı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata və həmin Fondun mülki iddiaçı qismində statusuna xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun zərərçəkmiş qismində statusuna xitam verilməsi barədə müddəaların hökmdən xaric edilməsi, hökmün verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

28. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 1(103)-49/2020 saylı qərarından narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Ələkbərov Anar Akif oğlu kassasiya protesti verərək, kassasiya protestinin təmin olunması, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 1(103)-49/2020 saylı qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli, 1(102)-907/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsi, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

30. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-59/2022 nömrəli 26 aprel 2022-ci il tarixli hökmü ilə məhkum X5 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunmuş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü ləğv edilmiş, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu X8 qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 (üç) il sınaq müddətinin müəyyən edilmiş, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur.

31. Həmin hökmlə müəyyən olunmuşdur ki, istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2-ci maddələri ilə təqsirləndirilmiş və ittihamda eyni zamanda qeyd olunmuşdur ki, "xxxx" MTKnın sədri X10 adına 25 noyabr 2015-ci il tarixli 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 (iki yüz altmış yeddi min doqquz yüz yetmiş doqquz manat əlli qəpik) manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə ləğvetmədə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

32. Həmin qanuni qüvvəyə minmiş hökmdə göstərilən "xxxx" MTK-nın direktoru X10 ifadəsindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Məmmədov 2015-ci ildə ondan sədri olduğu MTK-nın adına kreditin sənədləşdirilməsini xahiş etmişdir. O, da Əkbərlə dost olduğundan ona etiraz etməyərək, razılaşmışdır. O, İddiaçı X16 Sumqayıt filialına getmiş, orada təqdim edilmiş müəyyən sənədlərə imza etmişdir. Adına həmin Açıq Səhmdar Cəmiyyətində hesab açılmış, 25 noyabr 2015-ci il tarixdə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanılmışdır. İlkin olaraq Əkbərin deməsinə əsasən filialdan təxminən 24.750 ABŞ dolları çıxararaq Əkbərə vermişdir. Bundan sonra kredit xətti olduğundan müəyyən vaxtlarda Əkbərin deməsinə əsasən hissə-hissə pul çıxararaq Əkbərə verirmiş, ümumilikdə İddiaçı X17 adına olan 1.000.000 ABŞ dolları dəyərində olan kredit xəttindən 255.000 ABŞ dolları məbləğində pulu çıxarıb Əkbərə vermişdir. Sonradan 2016-cı ilin əvvəllərində Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırıldığından heç bir məbləğ pul çıxara bilməmişlər. 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxarılmışdır. Həmin kredit üzrə də Əkbər tərəfindən faizlər ödənilmişdir. Həmin kredit üzrə girov qoyulmamışdır. Belə ki, Əkbərlə Elmixan arasında olan razılıq əsasında həmin kredit üzrə təminat onun "xxxx" MTK-nın adından vermiş olduğu 23 noyabr 2015-ci il tarixli məktub olmuşdur. Həmin məktub sənədləşmənin aparılmasında vacib olduğundan yazılmışdır ki, məktubda da kredit pulunun qaytarılması kimi binada olan mənzillərin satışından əldə edilmiş gəlirlər olduğu qeyd olunmuşdur. Həmin məktubu yazmağını ona Əkbər demişdir, o, da yazıb vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, həmin kredit müqaviləsinə imza etməyini ondan Əkbər xahiş etmiş, 255.000 ABŞ dolları da çıxarılaraq tərəfindən Əkbərə verilmişdir. Elmixan Nəbiyevi şəxsən tanımır, krediti də Əkbər müəllimə görə götürmüşdür. İddiaçı X16 Sumqayıt filialı ilə arasında bağlanılmış 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsi, 23 noyabr 2015-ci il tarixli məktub təqdim olunmuşdur. Həmin sənədlərdə olan imzalar ona məxsusdur, möhürü də o vurmuşdur.

33. Həmin hökmdən görünür ki, şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə "xxxx" X1 fəaliyyətini genişləndirmək üçün banklardan kredit götürmək qərarına gəlmişdir, bununla əlaqədar əvvəlcədən tanışlıq münasibəti olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X24 Elmixan Nəbiyevin yanına gəlmişdir. "xxxx" X1 fəaliyyətini genişləndirmək üçün 3.000.000 manat kredit götürmək istədiyini, girov kimi isə X1 əmlakını qoyacağını demişdir. Elmixan etiraz etməmişdir. Həmin vaxt "xxxx" X1 Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Lökbatan yolu 22A ünvanında yerləşən əmlakı bank tərəfindən təxminən 4.000.000 manat dəyərində qiymətləndirilmiş, ona kreditin verilməsinin mümkün olduğunu demişlər. 21 noyabr 2014-cu ilə tarixdə "xxxx" X1 adına İddiaçı ASC-dən 3.000.000 manat ayrılmış və həmin tarixdə də kredit müqaviləsi imzalanmışdır. O, 3.000.000 manatın 1.500.000 manatını götürmüş, yarısınıda saxlamışlar bankda, hissə hissə xərcləyəcəyinə görə öz aralarında razılaşmışlar. Sonra ona lazım olanda Elmixan müəllim demişdir ki, “kredit başqa başqa adamların adınadı verə bilmərik.” O, da iki nəfər iş adamı, bir nəfər fiziki şəxslə məsləhətləşmiş və onların adına 600.000 birinə, 396.000 birinə, 255.000 də birinin adına ayrı ayrı vaxtlarda götürmüşlər. Qalan hissəni də hissə hissə ödəyəcəkmişlər.

34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilən hallar iş üzrə preyudisial əhəmiyyət daşıyır.

35. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ASC "xxxx" MMC ilə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla, 3.000.000 manat kreditin ayrılmasını təmin etmiş, bu vəsaitin yarı hissəsini borc olaraq alıb kredit götürənə verməyərək, İddiaçı ASC-də saxlamışdır. Sonradan "xxxx" MMC tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, o, həmin pulu ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən Cavabdeh-nın adına formal qanunsuz kreditlər rəsmiləşdirməklə qaytarmağa çalışmışdır. Kreditlər real olaraq müştərilərin özlərinə, o cümlədən Cavabdeh-ya deyil, "xxxx" MMC-dən alınmış borc pulun qaytarılması üçün verilmiş, lakin Cavabdeh-nın adına formal olaraq kredit müqaviləsi kimi rəsmiləşdirildiyindən, Cavabdeh-nın sədri F.Bədəlov barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cavabdeh Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, məhkəmə kollegiyası qeyd edir ki, kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

37. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.

38. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

39. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş 1(103)-59/2022 nömrəli 26 aprel 2022-ci il tarixli hökmü ilə aşağıdakı hadisələrin olması müəyyən edilmişdir: İddiaçı ASC ilə "xxxx" MMC arasında 21 noyabr 2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinin bağlanması; fəaliyyətin genişləndirilməsi məqsədi ilə kredit vəsaitinin 25 noyabr 2014-cü il tarixində İddiaçı ASCnin kredit hesabından "xxxx" MMC-yə məxsus cari hesaba köçürülməsi; 25 noyabr 2014cü il tarixində həmin vəsaitin "xxxx" MMC-yə məxsus hesabdan kassa hesabına köçürülməsi və həmin hesabdan məxaric edilməsi; həmin məbləğin yarı hissəsinin "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin X24 E.Nəbiyevə verilməsi; 25 noyabr 2014-cü il tarixində bu məbləğin kassa hesabından mədaxil edilərək E.Nəbiyevə məxsus cari hesaba köçürülməsi; E.Nəbiyev (depozitor) və İddiaçı ASC arasında 26 noyabr 2014-cü il tarixli subordinasiyalı depozit müqaviləsinin bağlanması və s.

40. Göründüyü kimi Cavabdeh-nın adına bağlanmış kredit xətti müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

42. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri).

43. Sadalanan qanunvericilik aktları normalarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Odur ki, hazırkı iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(085)-14/2019 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsindən irəli gələn 255.000 ABŞ dolları əsas borcun, kredit müqaviləsinin müddəti ərzində hesablanmış 39.915 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 15.720 ABŞ dolları faiz borcunun, cəmi 310.635 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(085)-14/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsindən irəli gələn 255.000 ABŞ dolları əsas borcun, kredit müqaviləsinin müddəti ərzində hesablanmış 39.915 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 15.720 ABŞ dolları faiz borcunun, cəmi 310.635 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar