Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-20/2020 24.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X10 və X9 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2ov Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2ov Cavabdeh2 qarşı sığorta haqqı üzrə borcların və faizlərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)-180/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt İnizibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 355828 manat sığorta haqqı üzrə borcun, 523452.64 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 879310.30 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh2ov Cavabdeh2 cavabdeh kimi işə cəlb olunmasını, İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə Cavabdeh1 304799,21 manat sığorta haqqı üzrə borcun, 448599 (dörd yüz qırx səkkiz min beş yüz doxsan doqquz) manat dəbbə pulunun və 15,2 manat ödənilmiş dövlət rüsumunun tutulması, Ə.Cavabdeh2ovdan 51028,79 manat sığorta haqqı üzrə borcun, 74853,64 manat dəbbə pulunun və 15,2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsinə əlavəsi icraata qəbul edilmiş və Ə.Cavabdeh2ov iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. İddiaçı ilə əməkdaşlıq etdiyi müddət ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə bağladığı sığorta müqavilələrinin dəyərini sığortaçıya tam ödəməmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək, 358632 manat məbləğində borcunu etriaf etmiş və ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin aradan uzun müddət keçsə də, xx.xx.2018-cı il tarixinə cavabdehin Sığortaçıya ödəmədiyi borcunun-sığorta haqlarının məbləği 355828 manat təşkil edir. Halbuki, Agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Bundan başqa, sığorta haqlarının Sığortaçıya ötürülməsini gecikdirdiyinə görə xx.xx.2018-cı il tarixinə ödəyəcəyi dəbbə pulu 523452,64 manat təşkil edir. Cavabdeh2ov Cavabdeh2 xx.xx.2015-ci il tarixli ərizəsinə görə o, Cavabdeh1 birgə qrup agentliyinin iddiaçıya olan sığorta haqqı borcunun 51028,79 manat borcun ona aid olduğunu etiraf etmiş və qısa zaman ərzində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin heç bir ödəniş etməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 180/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Cavabdeh1 ilə bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən ona iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, iddiaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Lakin Cavabdeh1 sığorta müqavilələrinin 355 828 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmiş və nəticədə sığorta haqqı üzrə 355 828 manat, gecikdirilmiş günlərə görə 523 452,64 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh1 borcunu xx.xx.2015-ci il tarixdə iddiaçıya ünvanladığı ərizəsində etiraf etmiş, lakin borcunu könüllü şəkildə ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 ifadəsinə və Cavabdeh2ov Cavabdeh2 xx.xx.2015-ci il tarixli ərizəsinə görə o, Ələmov birgə qrup agentliyinin iddiaçıya olan sığorta haqqı borcunun 51 028,79 ( əlli bir min iyirmi səkkiz, 79) manat borcun ona aid olduğunu etiraf etdiyi üçün iddiaçının vəsatəti əsasında Ə.Cavabdeh2 2-ci cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçı cavabdehlərin sözügedən borc üzrə sonuncu ödənişinin xx.xx.2016-cı il tarixdə ödənildiyini əsas gətirərək, iddia müddətinin axımının bu tarixdən hesablanmalı olduğunu hesab etsə də, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Aşağıdakı səbəblərə görə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, bu səbəbdən də qətnamə apelyasiya qaydasında ləğv edilməlidir. 1. Məhkəmənin qətnamədə iddianı Cavabdeh1 münasibətdə rədd etməsində əsası xx.xx.2016-c tarixli Kassa mədaxil orderi, AR DİN Baş X1 İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu və Kərimli Nurlanın ifadəsində ödənişin (10800 manat) konkret olaraq cavabdehlərdən hansı tərəfindən icra olunduğunun dəqiq göstərilməməsidir. Halbuki, məhkəmə Ə.Cavabdeh2ova münasibətdə iddianı rədd edərkən Ə.Cavabdeh2ovun iddiaçıya deyil, Ələmov birgə qrup agentliyinə borclu olduğunu və borcun cavadehlər arasında olan münasibətlər zamanı yarandığını qeyd edir. Bununla məhkəmə Ə.Cavabdeh2ovun 51028,79 manat borcunun Ələmov birgə qrup agentliyin iddiaçıya olan 355828 manat əsas borcunun tərkib hissəsinin olduğunu, onların birgə borclu olduğunu qəbul edir. Belə olan halda ödənişin konkret hansı cavabdeh tərəfindən icra olunmasının əhəmiyyəti yoxdur. Ödəniş xx.xx.2016-cı il tarixli Kassa mədaxil orderi ilə Ələmov birgə qrup agentliyin iddiaçıya olan borcu üzrə ödənilmişdir, deməli iddia müddətinin axımı da bu tarixdən hesablanmalı idi. Belə ki, MM-in 380-ci maddəsinə görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmənin belə mövqedə olması heç bir qanuna söykənmir. Bundan başqa ciddi hesabat blankı olan kassa mədaxil orderi qəbzinin forması Maliyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli 1-163 nömrəli əmri ilə təsdiq edilmişdir və bu formaya görə, həmin qəbzdə ödəniş edən şəxsin imzası olmur. Göründüyü kimi, məhkəmə Kərimli Nurlanın iş üçün əhəmiyyətli olan izahatını (ödəniş barədə müvafiq məlumatları), iş üzrə toplanmış digər sübutlarla, yəni AR DİN Baş X1 idarəsinin xx.xx.2017-ci il tarixli məktubu və xx.xx.2016-cı il tarixli Kassa mədaxil orderi ilə yanaşı yoxlamadan, qiymətləndirmədən, işə obyektiv, qərəzsiz və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.
2. Cavabdeh Ə.Cavabdeh2ova münasibətdə iddianı rədd edərkən nəzərə almamışdır ki, MM-in 386.1-cı maddəsinə görə, bir şəxsin digərinə zərər vurması nəticəsində öhdəliyinin əmələ gəlməsi üçün onlar arasında müqavilə olmasına ehtiyac yoxdur. (386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır). MM-in 14.2.6-cı maddəsinə görə, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Cavabdeh Ə.Cavabdeh2ov iddiaçının filial-bölgə müdiri vəzifəsində çalışmış, buna səlahiyyəti çatmadığı halda Cavabdeh1 sığorta haqqı qəbul etmişdir (Cavabdeh1 da ödənişi Ə.Cavabdeh2ova ödəməklə Agent müqaviləsinin 5.2-ci bəndinə əsasən Sığortaçının mühasibatlığına, yaxud bank hesabına ödəməli idi). Bununla da cavabdeh Ə.Cavabdeh2ov iddiaçıya zərər vurmuşdur. Qeyd edilən hallara əsasən birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddia müddətinin keçməsinə, Ə.Cavabdeh2ova münasibətdə isə onun iddiaçı qarşısında öhdəliyinin olmamasına dair səhv qənaətə gəlmişdir, bu isə qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
TƏRƏFLƏRİN İZAHATLARİ
Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş üzrə Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu ərizə ilə cavabdeh borcunun olduğunu etiraf etmiş, lakin iddia müddətinin keçdiyini hesab etdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə iddia müddətinin tətbiqinə dair olsa da, məzmununda xx.xx.2015-ci il tarixli ərizəni "sadəcə rəhbərliyin xahişi ilə imzaladığını" bildirmişdir. Lakin qoşmaya əlavə etdiyi 37 saylı xx.xx.2015-ci il tarixli əmrdən və AMAZ15-01/H saylı xx.xx.2015-ci il tarixli Komissiya hesabatından da görünür ki, Ələmov birgə qrup agentliyinin iddiaçıya olan sığorta haqqı üzrə borcu ətraflı araşdırılmış, borclu şəxslərdən ərizə və izahatlar alınmışdır. Cavabdeh1 əlavə edilmiş izahatlarından görünür ki, hər dəfə o borcun dəqiq məbləğini hesablamaq və Cavabdeh2 Cavabdeh2ovla olan borcunu dəqiqləşdirmək üçün vaxt istəmişdir. Bu izahatlardan aydın görünür ki, Cavabdeh1 heç də xx.xx.2015-ci il tarixli ərizəni "sadəcə rəhbərliyin xahişi ilə" imzalamamışdır. Cavabdeh1 borcunun məbləğini hesablamaq və dəqiqləşdirmək üçün kifayət qədər vaxta malik olmuşdur. Bundan başqa, Ələmov birgə qrup agentliyinin iddiaçıya olan borcu ilə bağlı iddiaçının hüquq mühafizə orqanlarına etdiyi müraciət əsasında xx.xx.2016-cı il tarixdə borcun bir qismini ödəmişdir. Borc ödənilərkən pul həmin vaxt onlara müqavilə əsasında xidmət göstərən X5 ödənilmiş, o da öz növbəsində borcu iddiaçının hesabına keçirmişdir. Belə olan halda iddia müddətinin axımı kəsilir və xx.xx.2016-cı il tarixdən başlayır. Çünki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsi tətbiq edilməməlidir. Cavabdeh2ov Cavabdeh2 münasibətdə isə ümumi iddia müddəti şamil edilməlidir. Bu isə 10 ildir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh1 "İddiaçı" Sığorta Şirkəti ASC-yə borcunun olmasını və nədən yaranmasını, nə üçün məbləğin belə miqdarda olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb. İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 xx xxxxxx 2018-ci ildə göndərilən pretenziya məktubunda və məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Cavabdeh1 iddiaçıya 355828 manat (üç yüz əlli beş min səkkiz yüz iyirmi səkkiz) borcu var. Əgər iddiaçının özünün dediyi kimi, Cavabdeh1 tərəfindən 10800 manat həqiqətən də ödənilmişdirsə həmin məbləğ iddiaçı tərəfindən iddia ərizəsinə verilən əlavədə nəzərə alınmalıydı. İddia müddətinin axımının yenilənməsinə xidmət edən, istinad etdikləri xx.xx.2016-cı il tarixli Kassa mədaxil orderinə Cavabdeh1 adı sonradan və tamamilə başqa xətlə yerləşdirilib. Əgər həmin məbləğ ödənilsəydi, Cavabdeh1 bu barədə qəbz verilməli idi. Həmçinin həmin məbləği qəbul etmək üçün müəssisə tərəfindən X4 adına vəkalətnamə verilməli və onunla “Maddi məsuliyyət barədə" müqavilə bağlanmalı idi. Ən əsası isə tərəflər arasında müqavilə öhdəliklərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsində deyil, məhkəmədə araşdırılır. Hətta həmin idarədə belə cavabdeh tərəfindən ödəniş edilsəydi, cavabdehə bu barədə qəbz verilməli və həmin məbləğ borcdan çıxılmalı idi. Cavabdehin istinad etdiyi X7 nəinki məhkəmədə izahat verməyib, hətta dəfələrlə iddiaçıya həmin şəxsin məhkəməyə gətirilməsi tapşırılsa da, həmin şəxs məhkəməyə gəlməyib. Çünki iddiaçının yalanına şahidlik etmək, şərik olmaq istəməyib. Cavabdeh1 iddiaçıya borcunun olmasına istinad edilən xx xxxx 2015ci il tarixli ərizə hətta əsas kimi götülsə belə (baxmayaraq ki, təsdiqedici heç bir sənəd yoxdur) həmin iş üçün iddia müddəti ötürülüb. Bu borcun mövcud olması barədə heç bir sübutun olmaması öz yerində, iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişlər. Belə ki, həmin borc əsaslı olsa belə, iddia müddəti xx xxxx 2015-ci ildən hesablanmalıdır və xx xxxx 2018-ci ildə başa çatmalıdır. İddia ərizəsi isə məhkəməyə 2019-cu ildə təqdim edilib. Göründüyü kimi, məhkəmə iddia müddətini tətbiq etməklə tamamilə qanunauyğun bir qətnamə qəbul etmiş və həmin qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ümumiyyətlə apelyasiya şikayətində Sumqayıt inzibati-iqtisadi Məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması barədə heç nə qeyd edilməyib. Sonda cavabdehin vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2ov Cavabdeh2 nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı Ə.Cavabdeh2ova qarşı olan tələbini xx.xx.2015-ci il tarixli hüquqi mahiyyəti məlum olmayan ərizə ilə əsaslandırmışdır. İddiaçının Ə.Cavabdeh2ova qarşı olan tələbi əsassızdır və mülki qanunvericiliyinin normaları ilə ziddiyyət təşkil edir. Cavabdeh2ov Sığorta agenti deyildir. Belə olan halda onun iddiaçıya qarşı ödənməmiş sığorta haqqı borcunun qalması mümkün deyildir. Lakin ondan ödəmədiyi sığorta haqları tələb olunur. Bu əmələ gəlməsi mümkün olmayan bir öhdəliyin tələb olunmasıdır ki, bu qanunla qəbul edilməzdir. Belə ki, iddiaçının tələbini əsaslandırdığı mahiyyəti məlum olmayan xx.xx.2015-ci il tarixli ərizədə Cavabdeh2ovun iddiaçıya sığorta haqqı borcu qaldığını, iddia ərizəsində də elə bir borcun qaldığı bildirilir. Məlum olduğu kimi, sığorta haqqı ya Sığorta şirkətinin özü tərəfindən, ya da onun agenti tərəfindən qəbul oluna bilər. Belə olan halda sığorta agenti olmayan Cavabdeh2ovun belə bir borcunun əmələ gəlməsi absruddur və qəbul edilməzdir.
ƏSASLANDİRİCİ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın və Kommersiya hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti xx xxxxxx 1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli xx/xx/142116 saylı Sığorta xidməti haqqında agent müqaviləsinin (eksklüziv agentlik) surətindən görünür ki, Sığorta agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. Müqavilənin 5.2-ci və 5.3-cü bəndlərinə əsasən Sığorta haqqı nağd qaydada ödənildikdə Sığorta agenti sığorta haqqının qəbul edilməsi barədə, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada, qəbz yazmalı və qəbzin əslini haqqını ödəyən şəxsə təqdim etməlidir. Sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Əks təqdirdə hər gecikdirilmiş gün üçün Sığortaçıya komissiyon mükafatın 5 %-i (beş faizi) miqdarında dəbbə pulu ödəyir. Sığorta haqqı köçürmə yolu ilə ödənildikdə Sığorta agenti vasitəsi ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi üçün Sığortaçı (onun mühasibatlığı) tərəfindən hazırlanmış "Hesab faktura"nı Sığorta agenti sığortalıya təqdim etməlidir. Sığortalı "Hesab faktura"da və ya sığorta müqaviləsində müəyyən olunmuş müddətdə sığorta haqqının Sığortaçının bankdakı hesabına köçürülməsini təmin etməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli 080568 saylı Lisenziyanın surətindən görünür ki, Cavabdeh1 müddətsiz sığorta agenti fəaliyyəti həyata keçirməyə icazə verilmişdir. Cavabdeh1 xx xxxx 2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan borcundan (sığorta haqqı) 358632 manat borc Cavabdeh1 aiddir və bu borcun ödənişini Cavabdeh1 həyata keçirəcəkdir. Cavabdeh1 xx xxxx 2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan sığorta haqqı borcundan icbari növlər üzrə 35000 manat, könüllü növlər üzrə isə 16028,00 manat sığorta haqqı borcu, cəmi olaraq 51028,00 manat sığorta haqqı borcu Şimal bölgə müdiri Cavabdeh2ova aiddir. Cavabdeh1 birgə agentliyinin qalan digər borcu Cavabdeh1 aiddir. Bu borcun məbləği 342603 manat borc Cavabdeh1dur. Cavabdeh2ov Cavabdeh2 xx xxxx 2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan sığorta haqqı borcundan 35000 manat icbari satışlarına görə və 16028,79 manat könüllü növlərə görə Cavabdeh1 birgə agentlik qrupuna borcu var. Bu borcun ödənişini qısa vaxtda həyata keçirəcəyinə söz vermişdir. Ümumi borc məbləği 51028,79 manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli 007-6257-1217 saylı məktubunun surətindən görünür ki, iddiaçının Cavabdeh1 və Cavabdeh2ov Cavabdeh2 Təmraz oğlunun qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanladığı müraciətə baxılmışdır. Araşdırma zamanı İddiaçı sığorta şirkəti ASC-yə dəymiş maddi ziyanın qismən ödənilməsi təmin edilmişdir. Aralarında yaranmış mübahisənin mülki xarakterli olmaqla məhkəmədə baxılmalı olmasını nəzərə alaraq aidiyyəti üzrə müvafiq məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. xx xxxxxx 2016-cı il tarixli AEP seriyalı 409878 saylı Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X7 tərəfindən sığorta haqqı (Cavabdeh1) üçün 10800 manat kassaya mədaxil edilmişdir. X4 notarial qaydada təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, X7 təsdiq edir ki, 2015-2017-ci illərdə İddiaçı Sığorta Şirkəti ASC-yə müqavilə əsasında hüquqi xidmət göstərmişdir. Bu müddətdə şirkətə borclu olan şəxslərdən hüquqi vasitələrdən istifadə etməklə borcun tələb edilməsi, habelə həmin şəxslərin şirkətlə münasibətlərdəki əməlində (hərəkət və hərəkətsizlik) cinayət tərkibinin yoxlanılması ilə bağlı materialları hüquqmühafizə orqanlarına hazırlanması və təqibi üzrə işlər görmüşdür. Bu qəbildən olan işlər üzrə şirkətlə əməkdaşlıq etmiş sığorta agenti Cavabdeh1 və işçisi Cavabdeh2ov Cavabdeh2 əməlləri Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində araşdırılarkən, borcun müəyyən hissəsi - 10800 manatı nağd formada ödənilmiş və həmin pul vəsaitini xx.xx.2016-cı il tarixdə AEP/2 409878 nömrəli mədaxil qəbzi əsasında şirkətin xəzinəsinə təhvil vermişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və iddiaçı tərəfindən Cavabdeh1 münasibətdə iddia müddətinin ötürülməsinə, iddiaçı ilə Cavabdeh2ov Cavabdeh2 arasında isə mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç birinin mövcud olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixli xx/xx/142116 saylı Sığorta xidməti haqqında agent müqaviləsi (eksklüziv agentlik) bağlanmış, müqaviləyə əsasən Sığorta agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə ərizələrlə iddiaçıya müraciət edərək, bildirmişdir ki, Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan sığorta haqqı borcundan icbari növlər üzrə 35000 manat, könüllü növlər üzrə isə 16028,00 manat sığorta haqqı borcu, cəmi olaraq 51028,00 manat sığorta haqqı borcu Şimal bölgə müdiri Cavabdeh2ova aiddir. Cavabdeh1 birgə agentliyinin qalan digər borcu Cavabdeh1 aiddir. Bu borcun məbləği 342603 manat borc Cavabdeh1dur. Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan borcundan (sığorta haqqı) 358632 manat borc Cavabdeh1 aiddir və bu borcun ödənişini Cavabdeh1 həyata keçirəcəkdir. Cavabdeh2ov Cavabdeh2 xx xxxx 2015-ci il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək, Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan sığorta haqqı borcundan 35000 manat icbari satışlarına görə və 16028,79 manat könüllü növlərə görə Cavabdeh1 birgə agentlik qrupuna borcu olduğunu, bu borcun ödənişini qısa vaxtda həyata keçirəcəyinə söz verdiyini və ümumi borc məbləğinin 51028,79 manat təşkil etməsini bildirmişdir. İddiaçının Cavabdeh1 və Cavabdeh2ov Cavabdeh2 Təmraz oğlunun qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanladığı müraciəti əsasında aparılmış araşdırma zamanı İddiaçı sığorta şirkəti ASC-yə dəymiş maddi ziyanın qismən ödənilməsi təmin edilmiş, müqavilə əsasında iddiaçıya xidmət göstərən X7 tərəfindən sığorta haqqı (Cavabdeh1) üçün 10800 manat kassaya mədaxil edilmişdir. X7 notarial qaydada təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli ərizəsində bildirmişdir ki, 2015-2017-ci illərdə İddiaçı Sığorta Şirkəti ASC-yə müqavilə əsasında hüquqi xidmət göstərmişdir. Bu müddətdə şirkətə borclu olan şəxslərdən hüquqi vasitələrdən istifadə etməklə borcun tələb edilməsi, habelə həmin şəxslərin şirkətlə münasibətlərdəki əməlində (hərəkət və hərəkətsizlik) cinayət tərkibinin yoxlanılması ilə bağlı materialları hüquq-mühafizə orqanlarına hazırlanması və təqibi üzrə işlər görmüşdür. Bu qəbildən olan işlər üzrə şirkətlə əməkdaşlıq etmiş sığorta agenti Cavabdeh1 və işçisi Cavabdeh2ov Cavabdeh2 əməlləri Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində araşdırılarkən, borcun müəyyən hissəsi 10800 manatı nağd formada ödənilmiş və həmin pul vəsaitini xx.xx.2016-cı il tarixdə AEP/2 409878 nömrəli mədaxil qəbzi əsasında şirkətin xəzinəsinə təhvil vermişdir. İddiaçı ilə Cavabdeh2ov Cavabdeh2 arasında müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 941.5-ci maddəsinin xx xxxxxx 2016cı il tarixədək qüvvədə olmuş məzmununa əsasən sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqlarını sığortaçı (təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin sığortaçıya (təkrarsığortaçıya) ötürməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli xx/xx/142116 saylı Sığorta xidməti haqqında agent müqaviləsinin (eksklüziv agentlik) 5.2-ci və 5.3-cü bəndlərinə əsasən sığorta haqqı nağd qaydada ödənildikdə Sığorta agenti sığorta haqqının qəbul edilməsi barədə, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada, qəbz yazmalı və qəbzin əslini haqqını ödəyən şəxsə təqdim etməlidir. Sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Əks təqdirdə hər gecikdirilmiş gün üçün Sığortaçıya komissiyon mükafatın 5%-i miqdarında dəbbə pulu ödəyir. Sığorta haqqı köçürmə yolu ilə ödənildikdə Sığorta agenti vasitəsi ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi üçün Sığortaçı (onun mühasibatlığı) tərəfindən hazırlanmış "Hesab faktura"nı Sığorta agenti sığortalıya təqdim etməlidir. Sığortalı "Hesab faktura"da və ya sığorta müqaviləsində müəyyən olunmuş müddətdə sığorta haqqının Sığortaçının bankdakı hesabına köçürülməsini təmin etməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin qeyri-müəyyən müddətə bağlanmasını nəzərə aldıqda, yuxarıda qeyd olunanlardan göründüyü kimi, həmin müqavilə üzrə öhdəlik vaxtaşırı icra edilməli olan öhdəlikdir və həmin öhdəlikdən irəli gələn tələb üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Apelyasiya şikayətində iddiaçı iddia müddətinin axımının başlanma anının xx.xx.2016-cı il tarixdən hesablanmasını qeyd etmiş və bunu onunla əsaslandırmışdır ki, Ələmov birgə qrup agentliyinin iddiaçıya olan borcu ilə bağlı iddiaçının hüquq mühafizə orqanlarına etdiyi müraciət əsasında xx.xx.2016-cı il tarixdə borcun bir qismini ödəmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlayır. İddiaçı buna əsas kimi xx xxxxxx 2016-cı il tarixli AEP seriyalı 409878 saylı Kassa mədaxil orderinin qəbzinə, X4 notarial qaydada təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli ərizəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli 007-6257-1217 saylı məktubuna istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının apelyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, qeyd edilən dəlillərdə 10800 manat məbləğində pulun cavabdehlər tərəfindən ödənilməsi müəyyən olunmur. Belə ki, X7 ərizəsində qeyd etmişdir ki, “şirkətlə əməkdaşlıq etmiş sığorta agenti Cavabdeh1 və işçisi Cavabdeh2ov Cavabdeh2 əməlləri Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində araşdırılarkən, borcun müəyyən hissəsi - 10800 manatı nağd formada ödənilmiş və həmin pul vəsaitini xx.xx.2016-cı il tarixdə AEP/2 409878 nömrəli mədaxil qəbzi əsasında şirkətin xəzinəsinə təhvil vermişdir.” Göründüyü kimi, ərizədən pulun X2 (hansı cavabdeh) tərəfindən və hansı şəraitdə verilməsi müəyyən olunmur. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli 007 6257-1217 saylı məktubunda da ödənilən ziyanın kimlər tərəfindən və nə qədər ziyanın ödənilməsi müəyyən deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən apelyasiya şikayətində göstərilən dəlillər borcun Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə ödənilməsini təsdiq edən dəlil kimi mötəbər hesab oluna və bu halda iddia müddətinin axımının başlanma anı xx.xx.2016-cı il tarixdən hesablana bilməz. İş materiallarından göründüyü kimi, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli ərizəsi ilə iddiaçıya olan borcunu etiraf etmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia müddətinin axımının başlanma anı xx xxxx 2015-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını və iddiaçı ilə Cavabdeh1 arasında yaranmış borc üzrə iddia müddətinin axımının xx xxxx 2015-ci il tarixdən başlamasını, eləcə də Cavabdeh1 tərəfindən xx xxxx 2015-ci il tarixdən sonra heç bir ödəniş etməməsini nəzərə aldıqda, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış borc üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apelyasiya şikayətinin Cavabdeh2ov Cavabdeh2 qarşı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh2ov Cavabdeh2 arasında mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç biri mövcud deyildir. Belə ki, iddiaçı ilə Cavabdeh2ov Cavabdeh2 arasında hər hansı müqavilə bağlanmamış, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. İddiaçı Cavabdeh2ov Cavabdeh2 iddiaçı qarşısında mülki hüquqi məsuliyyətin yaranmasına əsas kimi onun xx xxxx 2015-ci il tarixli ərizəsinə istinad edir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli ərizəsində Cavabdeh2ov Cavabdeh2 qeyd etmişdir ki, “Cavabdeh1 birgə qrup agentliyinin şirkətə olan sığorta haqqı borcundan 35000 manat icbari satışlarına görə və 16028,79 manat könüllü növlərə görə Cavabdeh1 birgə agentlik qrupuna borcu var. Bu borcun ödənişini qısa vaxtda həyata keçirəcəyinə söz vermişdir. Ümumi borc məbləği 51028,79 manat təşkil etmişdir”. Ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh2ov Cavabdeh2 51028,79 manat məbləğində borcun iddiaçıya deyil, Cavabdeh1 birgə agentlik qrupuna olmasını qeyd etmişdir. Göründüyü kimi, həmin borc məbləği Cavabdeh2ov Cavabdeh2 ilə Cavabdeh1 arasındakı münasibətlər zamanı yaranmış və Cavabdeh2ov Cavabdeh2 iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımır. Buna görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti Cavabdeh2ov Cavabdeh2 aid hissədə də rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
İddiaçı «İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 180/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Məmmədov
Hakimlər Aqil Abbasov
Fuad Məmmədov