Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-20/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, e-2- 2(119)-274/2022 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 88557 manat əsas, 64174,99 manat faiz, 15309,32 manat cərimə, 50639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 218680,41 (iki yüz on səkkiz min altı yüz səksən manat 41 qəpik) manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və ödənilmiş 109 (yüz doqquz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2009-cu il tarixli, 113 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə, illik 4% ödənilmək şərtilə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 88557 manat əsas, 64174,99 manat faiz, 15309,32 manat cərimə, 50639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 218680,41 (iki yüz on səkkiz min altı yüz səksən manat 41 qəpik) manat borcu mövcuddur. Cavabdehə 17 sentyabr 2009-cu il tarixli, 113 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, e-2-2(119)- 274/2022 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibat və əlavə məhkəmə-mühasibat ekspertizaları tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, e-2-2(119)-274/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bank xx.xx.2022-ci il tarixli, 9/3581 saylı ekspert rəyi ilə razı olmadığını və rəydə göstərilən nəticəyə gəlməsinin aydın olmaması ilə əlaqədar yeni ekspertizanın keçirilməsini xahiş etmişdir. Belə ki, xx.xx.2022ci il tarixli, 9/3581 saylı ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi borcun müəyyən edilməməsi, habelə 283469.35 manat artıq ödənişin olmasını müəyyən etmişdir. Bank anlaşılmamazlığın olmasını nəzərə alaraq ekspertizanın yenidən təyin olmasını barədə qərardadın qəbul edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə tərəfindən təkrar ekspertiza təyin olunmuşdur. xx.xx.2022-ci il tarixli, 9/6396 saylı ekspert rəyinin nəticə hissəsində borcun müəyyən olunmaması və 182700.08 manat artıq ödənişin olmasını qeyd etmişdir. Bank borcun mövcud olmaması ilə razı olmadığını, habelə artıq ödənişin olmamasının açıq aydın göründüyü təqdirdə ekspert tərəfindən bu nəticəyə gəlməsinin əsaslarının yoxlanılması üçün ekspertizanın yenidən keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Bankın bu mövqeyi ilə razılaşmamış və eksperti məhkəmə iclasına dəvət etmişdir. Ekspert, ekspertiza rəyinə uyğun izahat vermişdir. Bank tərəfindən verilən sualları cavablandırmasına baxmayaraq verdiyi ifadə belə nəticəyə gəlməyinə tam aydınlıq gətirməməsi ilə əlaqədar iş üzrə tam və obyektiv araşdırılması ekspertin cavablarının kifayət etməməsi qənaətinə gəlmək olar. Belə ki, Bankın məhkəməyə və ekspertiza araşdırılmasına təqdim edilmiş hesabdan çıxarışda aydın görünür ki, daxil olmalar necə və hara silinib. Lakin ekspertiza rəyində bu öz əksini tapmamışdır. Bununla da hesaba mədaxil edilən məbləğin qalıq hissəsinin hesablanmaması sual doğurur. Ekspert rəyinin tam olması əsaslı şübhə doğurur. Hesab edirlər ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə tərəfindən belə qərar qəbul edilməmişdir. Bu baxımdan mühasibatlıq ekspertizasının keçirilməsi mütləqdir. Cavabdeh borcun olmamasını və habelə guya artıq ödəmənin olmasını öz izahat və mülahizələrində dəfələrlə qeyd etsə də, bu faktı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə öz növbəsində cavabdehin izahat və mülahizələrinə əsaslansa da, dəlilərin təqdim edilməsi kimi məhkəmə tapşırığı cavabdehə verilməmiş və ödənişləri ilə bağlı müvafiq sənədlər cavabdehdən tələb edilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iş üzrə cavabeh hüquqi şəxsdir. Hüquqi şəxsin tədiyyə balansı, vergi hesabatları məhkəmə tərəfindən tələb olunsa, həmin sənədlər ekspert tərəfindən araşdırılsa və üzləşdirilsə bu zaman cavabdeh tərəfindən kredit üzrə ödənişlərlə bağlı vəziyyətin nə yerdə olması açıq aydın görünərdi. Lakin görünən odur ki, məhkəmə bu hissəyə əhəmiyyət verməmiş, təkrar ekspertizanın keçirilməsi ilə bağlı Bankın vəsatətini təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsində təyin edilmiş iclasla əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2009-cu il tarixli, 113 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən borc alana ******* (iki milyon beş yüz min) manat məbləğində 12 (on iki) ay müddətinə, 17 mart 2010-cu il tarixinədək qaytarılmaqla, illik 4 (dörd) faiz ödənilmək şərti ilə kredit verir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2010-cu il tarixli, 113/1 saylı kredit müqaviləsinin (133 saylı kredit müqaviləsinə əlavə) 1.1-ci bəndinə əsasən 14 noyabr 2011-ci il tarixinədək qaytarılmaq şərti ilə borc verən tərəfindən borc alana ******* (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. 16 noyabr 2010-cu il tarixindən etibarən verilmiş kreditin illik faiz dərəcəsi 4 faizdən 6,5 faizə artırılır. Həmin müqavilələrin 2.4-cü bəndlərinə əsasən, kreditdən istifadəyə görə faizlər borc alanın ssuda hesabı üzrə borcun yarandığı gündən başlayaraq hər təqvim günü üçün borcun tam ödənildiyi tarixə qədər hesablanır (əsas kimi ayda 30 (otuz) gün, ildə isə 360 (üç yüz altmış) gün götürülür) və hər ayın axırıncı iş günündən gec olmayaraq “borc alan” tərəfindən ödənilməlidir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin 30 iyun 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 31 mart 2009-cu il tarixdən 20 iyul 2017-ci il tarixədək əsas borc üzrə ******* manat və faiz borcu üzrə 768609,89 manat olmaqla, ümumilikdə 3180052,89 manat ödəniş etmişdir. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 iyun 2021-ci il tarixinə əsas borc üzrə 88557 manat, faiz borcu üzrə 64174,99 manat, cərimə borcu üzrə 15309,32 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu üzrə 50639,10 manat olmaqla, cəmi 218680,41 (iki yüz on səkkiz min altı yüz səksən manat 41 qəpik) manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, Cavabdeh MMC-nin banka heç bir borcunun qalmadığını bildirmiş və məhkəməyə yazılı vəsatət təqdim edərək kredit müqaviləsi üzrə borc məbləğinin iddiaçıya tam şəkildə ödənildiyini, lakin müqavilə üzrə edilən ödənişlərin borc məbləğindən silinməsinin düzgün aparılmadığından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli 9/3581 nömrəli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları əsasında 17 mart 2009-cu il tarixli, 133 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 2.500.000 manat, faiz borcu 12.390,44 manat olduğu, müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixdən 24 iyun 2021-ci il tarixədək olan dövr üzrə illik 4% ilə hesablanan faiz borcunun 427.884,71 manat məbləğində təşkil etdiyi, borcalan tərəfindən 17 mart 2010-cu il tarixdən son ödənişin aparıldığı 20 iyul 2017-ci il tarixədək 3.223.744,49 manat məbləğində ödəniş aparıldığı, aparılmış ödənişin 12.390,44 manatı müqavilə müddəti bitən tarixə olan faiz borcu üzrə, 2.500.000 manatı əsas borc üzrə, 427.884,71 manatının isə 17 mart 2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə illik 4% ilə hesablanan faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcunun olmadığı, 283.469,35 manat məbləğində artıq ödəniş aparıldığı, Bank tərəfindən kredit müqaviləsi üzrə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan ekspert rəyi alindıqdan sonra cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə həmçinin iddia müddətinin tətbiq olunmasına dair ərizə verərək iddia tələbinin digər hüquqi əsasa görə də rədd olunmasını xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olmadığını, ekspertiza aparılarkən 17 mart 2009-cu il tarixli 133 nömrəli nömrəli kredit müqaviləsinə 18 noyabr 2010-cu il tarixli 133/1 nömrəli əlavənin nəzərə alınmadığını bildərək iş üzrə əlavə məhkəmə-mühasibat ekspertizasının təyin olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 9/6396 nömrəli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 17 mart 2009-cu il tarixli 133 nömrəli nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcunun 2.500.000,0 manat, faiz borcunun 12.390,44 manat olduğu, hazırkı ekspertiza tədqiqatı zamanı əsas borc üzrə faiz məbləğinin 17 mart 2009-cu il tarixdən müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixinədək illik faiz dərəcəsi 4% ilə, 16 noyabr 2010cu il tarixdən kredit müqaviləsinə əlavənin müddətinin bitdiyi 14 noyabr 2011-ci il tarixinədək illik faiz dərəcəsi 6,5% ilə faiz borcu, 14 noyabr 2011-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək 5% dərəcəsi ilə faizlər hesablandığı, borcalan tərəfindən 31 mart 2009cu il tarixdən son ödənişin aparıldığı 20 iyul 2017-ci il tarixədək 3.311.632,0 manat məbləğində ödəniş aparıldığı, aparılmış ödənişin 100.277,78 manatı müqavilə müddəti bitən tarixə olan faiz borcu üzrə, 2.500.000,0 manatı əsas borc üzrə, 157.621,76 manatı 16 noyabr 2010-cu il tarixdən 14 noyabr 2011-ci il tarixədək illik 6,5% ilə hesablanmış faiz borcundan və 14 noyabr 2011-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 371.032,21 manat faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun olmadığı, 182.700,08 manat məbləğində artıq ödəniş aparıldığı, Bank tərəfindən kredit müqaviləsi üzrə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, 22 iyul 2022-ci il tarixli 9/3581 nömrəli və 08 sentyabr 2022-ci il tarixli 9/6396 nömrəli ekspert rəylərinə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna əsas və faiz borcu yoxdur, hətta artıq ödənişlər edilmişdir. Cavabdehin cərimə borcu ilə bağlı hər iki ekspert rəyində bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borc alana həmin kredit müqaviləsi üzrə cərimə hesablanmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassızdır və göstərilən kredit müqaviləsi üzrə cavabdehin borcunun olması sübuta yetmir, bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi vəsatət verərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 9/1581 nömrəli rəyi ilə iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 17 mart 2009-cu il tarixli, 133 saylı nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 2.512.390,44 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu 2.500.000 manat, faiz borcu 12.390,44 manat, hazırki ekspertiza tədqiqatı zamanı əsas borc üzrə faiz məbləği xx.xx.2009-cu il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixədək illik faiz dərəcəsi 4% ilə, xx.xx.2010-cu il tarixdən kredit müqaviləsinə əlavənin müddətinin bitdiyi xx.xx.2011-ci il tarixədək illik faiz dərəcəsi 6,5% ilə faiz borcu, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5% dərəcəsi ilə faizlər hesablanmış, xx.xx.2011-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 2.436.926,08 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu 2.430.781,6 manat, faiz borcu 6144,48 manat, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə əsas borca illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 371.032,21 manat təşkil edir. Borcalan tərəfindən xx.xx.2009-cu il tarixdən son ödənişin aparıldığı xx.xx.2017-ci il tarixədək 3.311.632,0 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmiş, aparılmış ödənişin 100.277,78 manatı müqavilə müddəti bitən xx.xx.2010-cu il tarixədək illik 4% dərəcəsi ilə hesablanan faiz borcu üzrə, 2.500.000 manatı əsas borc üzrə, 157.621,76 manatı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək illik 6,5% ilə hesablanmış faiz borcundan və xx.xx.2011-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 371.032,21 manat faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh MMCnin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun olmadığı, 182.700,08 manat məbləğində artıq ödəniş aparıldığı, Bank tərəfindən kredit müqaviləsi üzrə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna əsas və faiz borcu yoxdur, hətta artıq ödənişlər edilmişdir. Cavabdehin cərimə borcu ilə bağlı hər üç ekspert rəyində bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borc alana həmin kredit müqaviləsi üzrə cərimə hesablanmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli 9/3581 nömrəli, 08 sentyabr 2022ci il tarixli 9/6396 nömrəli və 10 mart 2023-cü il tarixli, 9/1581 nömrəli rəyləri qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kolegiyası həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi münasibət bildirilməsini zəzruri hesab edir.Belə ki,ümumi qəbul olunmuş hüquq nəzəriyyəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə verildikdə iddia mqddətinin keçməsi təsdiq olunarsa, hər hansı hüquqi araşdirma aparılmadan iddia tələbi tələbi təmin olunmamalıdır.Lakin birinci instansiya məhkəməsində müfafiq hüquqi araşdırma aparılaraq Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli 9/3581 nömrəli ekspert rəyi alındıqdan sonra, həmçinin iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsi tərəfindən ərizə verilmişdir.İşin araşdırılan hallarına əsasən müəyyən olunur ki,iddiaçı tərəfindən qaldırılmış hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.Belə ki, borcalanın müqavilə üzrə son ödəniş tarixi xx.xx.2017-c- il olduğu halda,iddiacı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir.Lakin bununla belə bu birinci instansiya məhkəməsinin qətnaməsinin kəğv olunması üçün əsas ola bilməz.Belə ki,Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, e-2-2(119)- 274/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə kecirilmiş əlavə məhkəmə-mühasibatlıq eksprtizasının dəyəri olaraq 50 (əlli manat) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-20/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-20/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver