Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-21/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 380/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti–“Kredit verən”, Cavabdeh4 (VÖEN **********)–“Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 150000 (yüz əlli min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 12 yanvar 2025-ci il tarixdən gec olmayaraq verilməlidir.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti–“Bank”, Cavabdeh2–“Zamin” olmaqla, bağlanmış 13 fevral 2019-cu il tarixli 014S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3–“Zamin” olmaqla, bağlanmış 13 fevral 2019-cu il tarixli 014S**********03 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
5. 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti–“Kredit verən”, Cavabdeh4–“Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh4 (VÖEN **********) 24 ay müddətinə aylıq 1,75 % dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
6. 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh4 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh4 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 24 sentyabr 2021-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 da tanış edilmişlər və onlar da zamin olaraq həmin Ödəniş Planını imzalayaraq, öz razılıqlarını bildirmişlər. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı imzalanmamışdır və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir).
7. 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh4 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 29 oktyabr 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh4 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 26 sentyabr 2023-cü il müəyyən olunmuşdur (həmin Ödəniş Planı ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 da tanış edilmişlər və onlar zamin olaraq həmin Ödəniş Planını imzalayaraq, öz razılıqlarını bildirmişlər. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı da imzalanmamışdır və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir).
8. 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 40000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh4 18 oktyabr 2022-ci il tarixə hesablanmış 24678,1 manat əsas borc, 5944,72 manat faiz borcu və 2684,98 manat cərimə borcu olmaqla, cəmi 33307,8 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh4 və zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2) müştərək qaydada tutulması və tərəflər arasında bağlanmış Kredit Razılaşmasının və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur.
9. 02 fevral 2023-cü il tarixli 1179 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh4 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə 18 oktyabr 2022-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 24678,1 manat məbləğində əsas borc, 5944,72 manat məbləğində faiz borcu və 2684,98 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33307,80 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 236 gün).
10. Məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/5366 nömrəli Ekspert Rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması və 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh4 İddiaçı QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: - 18 oktyabr 2022-ci il (sualda göstərilən tarixə) əsas borcu 24678,1 manat məbləğində və faiz borcu 4024,05 manat məbləğində.
11. Cavabdeh4 nümayəndəsi Nümayəndə4 01 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, xaricdən gətirilən malları qəza nəticəsində məhv olduğu üçün külli miqdarda maddi ziyan dəydiyinə və hazırda əmlak vəziyyəti yaxşı olmadığına görə krediti almış Cavabdeh4 kredit borcunu ödəmək iqtidarında olmadığını və kredit üzrə icra mümkünsüzlüyü halı mövcud olduğunu, eləcə də Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinin tələbləri baxımından zaminlik müqavilələrinə xitam verilməli olduğunu və iddiaçı tərəfindən dəbbə pulunun tənasübsüz olaraq yüksək hesablandığını bildirmiş və eyni zamanda, məhkəmə baxışını Cavabdeh4 iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 01 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh4 ilə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** saylı Krеdit Razılaşmasının və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 24678,1 manat məbləğində əsas bоrc, 5944,72 manat məbləğində faiz bоrcu və 2684,98 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33307,8 (otuz üç min üç yüz yeddi manat 80 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh4 kredit verən "xxxx" QSC ilə bağladığı 12 yanvar 2015-ci il tarixli 014L**********24 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit alan Cavabdeh4 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 24 sentyabr 2019-cu il tarixli 014R********** saylı Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75% оlmaqla 24 ay müddətinə, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29 oktyabr 2021-ci il tarixli 014R**********SC saylı Sazişlə razılaşmaya və Ödəniş Planına dəyişiklik edilmişdir. Lakin Kredit alan həmin Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 24 fevral 2022-ci il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh4 götürdüyü həmin krеdit bоrcundan 15321,9 manat ödəmiş olsa da, onun 24678,1 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18 oktyabr 2022-ci il tarixə 236 gün üçün hesablanmış faiz borcu 5944,72 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 18 oktyabr 2022-ci il tarixə 236 gün üçün hеsablanmış cərimə 2684,98 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən Krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh3, Cavabdeh1 və Məmmədov X3 Müqavilələrinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar, həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 200 manat məbləğində mediasiya haqqı ödənilmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-380/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24678,1 (iyirmi dörd min altı yüz yetmiş səkkiz manat 10 qəpik) manat məbləğində əsas borc, 4024,05 (dörd min iyirmi dörd manat 05 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 29102,15 (iyirmi doqquz min yüz iki manat 15 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 177,01 (yüz yetmiş yeddi manat 01 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi (Uzunmüddətli Kredit Xətti) əsasında kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh4 arasında imzalanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması ilə sonuncuya “fərdi mikro kredit” məqsədilə sonuncuya 24 ay müddətinə aylıq 1,75 % dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmiş və bu Razılaşma üzrə tərtib edilmiş 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planı (kreditin qaytarılmasının son müddəti 24 sentyabr 2021-ci il müəyyən olunmuşdur) borcalan Cavabdeh4, eləcə də zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmış və sonuncular zamin olaraq həmin Ödəniş Planı ilə tanış edilərək, onların buna razılıqları alınmışdır. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı imzalanmamış və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir. Həmçinin, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli Ödəniş Planı (kreditin qaytarılmasının son müddəti 26 sentyabr 2023-cü il müəyyən olunmuşdur) da borcalan Cavabdeh4, eləcə də zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmış və sonuncular zamin olaraq həmin Ödəniş Planı ilə tanış edilərək, onların buna razılıqları alınmışdır. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı da imzalanmamış və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə verilən kreditin qaytarılması ilə əlaqədar Bankla kredit alan Cavabdeh4 arasında 24 sentyabr 2019-cu ildə və sonuncu dəfə isə 29 oktyabr 2021-ci ildə imzalanmış Ödəniş Planları (Ödəniş Cədvəlləri) zamin Cavabdeh1 tanış edilməmiş və həmin Ödəniş Planlarında müəyyən edilən şərtlərlə əlaqədar həmin Zaminin razılığı alınmamışdır. Halbuki, yuxarıda qeyd olunan həmin Ödəniş Planları (Ödəniş Cədvəlləri) ilə digər zaminlər Cavabdeh3 və Cavabdeh2 tanış edilərək, razılıqları alınmış və onlar tərəfindən həmin sənədlər imzalanmışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, əgər həmin Ödəniş Planları ilə zaminlərin tanış edilməsinə və onların zaminlər tərəfindən imzalanmasına lüzum yox idisə, həmin sənədlər heç bir zamin tərəfindən imzalanmazdı və təsdiq olunmazdı.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 470.1, 472.1, 472.3, 477.0, 477.0.1, 385.1, 421, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
17. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 aid hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır: - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.1-ci maddəsinin düzgün tətbiq edilməməsi- İstinad olunan maddəyə əsasən “...zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir.” Zaminliyə xitam verilməsi üçün qeyd olunan maddi hüquq normasının dispozitiv şərti ondan ibarətdir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş olsun və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Hazırkı kommersiya mübahisəsi üzrə təqdim edilən sənədlərdən aşkardır ki, zamin-cavabdehin vəziyyətini ağırlaşdıran hər hansı bir dəyişiklik mövcud deyil. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, tərəflər arasında zaminlik müqaviləsi ilə zaminin öhdəliyi 150000 ABŞ dollarıməbləğində, 120 ay müddətində 28 % dərəcəsi ilə müəyyən edilmişvə razılaşdırılmışdır. Məhkəmə ARMM-nin 477.0.1-ci maddəsinə istinad etsə də, həmin maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin hazırda mübahisələndirilən məhkəmə qətnaməsində Plenumun müvafiq Qərarına istinad edilsə də, məhkəmə yekun məhkəmə aktı qəbul edən zaman həmin Qərarda ifadə olunmuş mövqelərə zidd nəticəyə gəlmişdir. Belə ki, 31 may 2018-ci il tarixli Qərarda qeyd edilmişdir ki, “...Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına uyğunsuzluq- Hazırkı Qərardakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, kredit xətti müqaviləsində mühüm şərtlər qeyd edilməlidir, lakin, həmin şərtlər qeyd edilmədiyi təqdirdə, zaminin razılığı alınmalıdır. Belə ki, kredit xətti müqaviləsində mühüm şərtlərin (halbuki, hazırkı kommersiya mübahisəsi üzrə kredit xətti müqaviləsində məbləğ, müddət müəyyən edilmiş və faiz dərəcəsi ilə bağlı kredit razılaşmasına istinad edilmişdir ki, həmin razılaşmada isə faiz dərəcəsi zaminlik müqaviləsində müəyyən edilmiş həddə olmuşdur (kredit xətti müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). İş materiallarında olan zaminlik müqaviləsindən aşkar şəkildə görünür ki, kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminə razılaşdırılmışdır. Qərarda ifadə olunmuş mövqenin əsas mahiyyəti zaminin razılığı olmadan AR MM-nin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin artmasının və yaxud digər əlverişsiz nəticələrinin qarşısının alınmasıdır. 31 may 2018-ci il tarixli Qərarın 4-cü bəndinə əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.” İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasının və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, Qərarın 4-cü bəndində vurğulanan hal, yəni öhdəliyin artması baş verməmişdir. Belə ki, zaminlik müqaviləsi ilə Cavabdeh1 bəlli olur ki, o, 2025-ci ilə kimi öhdəliyik daşıyır, kredit 28% faiz dərəcəsi həddində verilir və ümumi öhdəliyinin məbləği 150000 ABŞ dolları təşkil edir. Məhkəmə qətnaməsində qeydetmişdir ki, “...yuxarıda qeyd olunan həmin Ödəniş Planları (Ödəniş Cədvəlləri) ilə digər zaminlər Cavabdeh3 və Cavabdeh2 tanış edilərək, razılıqları alınmış və onlar tərəfindən həmin sənədlər imzalanmışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, əgər həmin Ödəniş Planları iləzaminlərin tanış edilməsinə və onların zaminlər tərəfindən imzalanmasına lüzum yox idisə, həmin sənədlər heç bir zamin tərəfindən imzalanmazdı və təsdiq olunmazdı.” Məhkəmənin bu əsaslandırması hüquqi yanaşmadan kənardır və qanuni deyil. Belə ki, ən primitiv şəkildə qeyd edilsə, Cavabdeh1 ilə zaminlik müqaviləsi kreditin verildiyi gün, yəni xx.xx.2019-cü il tarixində, digər zaminlərlə isə xx.xx.2019-cü il tarixində bağlanmışdır, bu səbəbdən də kredit verilən zaman ödəniş planı sonuncu iki zaminlər tərəfindən də imzalanmışdır. Halbuki, Plenumun istinad olunan qərarlarında əks olunan mövqeyə əsasən, əgər zaminlik müqavilələrdə mühüm şərtlər qeyd olunubsa, yenidən onların imzasına zərurət yoxdur. Qeyd olunanlara əsasən, hesab edirlər ki, məhkəmə bu istiqamətdə araşdırma aparmamış və istinad olunan maddi hüquq normalarını, həmçinin Plenumun müvafiq qərarlarında ifadə olunmuş hüquqi mövqeni məhdud şəkildə istifadə edərək düzgün tətbiq etməmişdir. Plenumun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarına uyğunsuzluq-istinad olunan Qərara əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.” İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsində mühüm bütün şərtlər qeyd edilmişdir. Məhkəmə tərəfindən zaminlik müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Halbuki, Plenumun Qərarında əks olunan mövqe ondan ibarət olmuşdur ki, zaminlik müqaviləsində razılaşdırılmış şərtlər nəzərə alınmalıdır. Həmin müqavilə əsasında bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə olunmadığı təqdirdə, zaminlik öhdəliyinə xitam verilə bilər. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. AR MPM-nin 88-ci maddəsinin pozuntusu-məlum olduğu kimi, AR MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İş materiallarına əlavə edilmiş sübutlar 1-ci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən bu şikayətin 5-ci hissəsində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına uyğunsuzluq- hazırkı qərara əsasən “Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cumaddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zaminin öhdəliyinin artması halı baş verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin zaminə aid təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, Plenum qərarlarında da qeyd edilir ki, zaminlik müqaviləsində müqavilənin mühüm şərtləri qeyd edilməlidir. Hər üç zaminlik müqaviləsində bütün mühüm şərtlər qeyd olunmuşdur. Kredit xətti 2015-ci ildə açılmış, kredit xx.xx.2019-cu il tarixdə ayrılmışdır. Həmin dövrdə digər iki zaminlə zaminlik müqaviləsi bağlanmışdır. Digər zaminlə isə müqavilə xx.xx.2019-cu ildə, yəni kredit verildikdən sonra bağlanmışdır. Zaminlik müqaviləsinin sonradan bağlanması ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Zaminlik müqaviləsində bütün mühüm şərtlər qeyd olunduğuna və zamin kredit götürülməsindən məlumatlı olduğuna görə əlavə razılığa ehtiyac olmamışdır. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, müqaviləyə edilmiş istənilən dəyişiklik deyil, zaminin vəziyyətini ağırlaşdıran hal olub-olmaması nəzərə alınmalıdır.
21. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin zamin- Cavabdeh1 aid təmin edilməmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-Cavabdeh1 əsas borc, faiz borcu, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
26. Bu aşağıdakı səbəblərdən irəli gəlir:
27. İşdən görünür ki, 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin Müqavilənin 1.3cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 12 yanvar 2025-ci il tarixdən gec olmayaraq verilməlidir.
28. Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
29. Həmin müqavilədə müəyyən olunmuşdur ki, “bu müqaviləni tərəflər 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma, “bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar: Uzunmüddətli Kredit Müqaviləsinin məbləği- 150.000 ABŞ dolları Uzunmüddətli Kredit Müqaviləsinin müddəti- 120 (bir yüz iyirmi) ay Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi- 28% Ödənişlərin dövriliyi- hər təqvim ayında bir dəfə olmaqla”
30. Bundan sonra, bank ilə Cavabdeh4 arasında 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli yeni Ödəniş Planı imzalanmışdır.
31. Birinci instansiya məhkəməsinin iddianın borc məbləğinin zamin Cavabdeh1 tutulması hissəsində təmin edilməməsi ilə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planı və 29 oktyabr 2021-ci il tarixli yeni Ödəniş Planı digər zaminlər tərəfindən imzalansa da, zamin Cavabdeh1 tərəfindən imzalanmamış və o, Ödəniş Planı ilə tanış edilməmiş, Ödəniş Planlarında müəyyən edilən şərtlərlə əlaqədar həmin zaminin razılığı alınmamışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb qeyd edir ki, 24 sentyabr 2019-cu il tarixli 014S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunu ilə müəyyən olunur ki, zamin borcalan Cavabdeh1 borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır.
33. Hazırda araşdırılmalı olan hal bağlanmış Sazişlərlə zaminin məsuliyyətinin artıbartmamasının müəyyən olunmasıdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur;
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
37. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminlə razılaşdırılmışdır.
38. Qərarlarda ifadə olunmuş mövqenin əsas mahiyyəti zaminin razılığı olmadan AR MM-nin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin artmasının və yaxud digər əlverişsiz nəticələrinin qarşısının alınmasıdır.
39. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasının və zaminlik müqaviləsinin məzmunu ilə müəyyən olunur ki, öhdəliyin artması baş verməmişdir.
40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin hesablanması ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin yuxarıda qeyd olunan Plenum qərarlarına istinad etsə də, zaminin məsuliyyətinin ağırlaşması və həmin borc məbləğini digər cavabdehlərlə yanaşı müştərək qaydada Cavabdeh1 tutmamaqla səhv nəticəyə gəlmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)-380/2023 saylı qətnaməsi qismən-Cavabdeh1 əsas borc, faiz borcu, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 (VÖEN **********), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 24678,1 (iyirmi dörd min altı yüz yetmiş səkkiz manat 10 qəpik) manat məbləğində əsas borc, 4024,05 (dörd min iyirmi dörd manat 05 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 29102,15(iyirmi doqquz min yüz iki manat 15 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 177,01 (yüz yetmiş yeddi manat 01 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.