Məhkəmə qərarları › İş №2-2(105)-22/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-22/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-22/2020 07.01.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X2 və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 34188 (otuz dörd min yüz səksən səkkiz) manat məbləğində təbiətə dəymiş ziyanın alınıb, İddiaçı hesabına ödənilməsi tələbi barədə iddiası üzrə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-645/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qərardadına xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 34188 (otuz dörd min yüz səksən səkkiz) manat məbləğində təbiətə dəymiş ziyanın alınıb, İddiaçı hesabına ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-4149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "təbiətə dəymiş ziyan tələbi”nə dair mülki işin baxılması üçün məhkəmə aiddiyyatı üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və işə mahiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmalıdır. Sumqayıt İnzibatı-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-2(085)- 645/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 34188 (otuz dörd min yüz səksən səkkiz) manat məbləğində təbiətə dəymiş ziyanın alınıb, İddiaçı hesabına ödənilməsi barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisə, cavabdehə məxsus daş karxanasının fəaliyyəti nəticəsində dəymiş ziyanla bağlı yaranmışdır. Mübahisə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla əlaqədar yaranmış iqtisadi mübahisədir. Ona görə də mübahisəyə tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Sözügedən daş karxanası Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşir. Həmin ərazi isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ərazi yurisdiksiyasına daxil deyildir. Qeyd olunan əsasa görə həmin mübahisəyə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmamalıdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslaranaq iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, Məcəllənin 39.1-ci maddəsi ərazi aidiyyatına aid olan məsələni tənzimləyir. Abşeron rayon Məhkəməsi isə mübahisəni məhkəmə aidiyyatı üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələr konkret olaraq göstərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq işə mahiyyəti üzrə baxmalı idi. Hal hazırda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin xx.xx.2020-ci il tarixədən qüvvədə olan redaksiyasına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mövcud mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 34188 (otuz dörd min yüz səksən səkkiz) manat məbləğində təbiətə dəymiş ziyanın alınıb, İddiaçı hesabına ödənilməsi tələbinə dair iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 34188 (otuz dörd min yüz səksən səkkiz) manat məbləğində təbiətə dəymiş ziyanın alınıb, İddiaçı hesabına ödənilməsi tələbinə dair iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Nazim Nəsibov Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar