Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-22/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxxx 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti vermişdirlər. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminat və xx xxxxxxxx 2020-ci ilə heablanmış 3750 (üç min yeddi yüz əlli) manat icarə borcu olmaqla, cəmi 13750 (on üç min yeddi yüz əlli) manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Dənizkənarı İstirahət zonasındakı 03 saylı sahə (“Duyğu” istirahət obyekti) Cavabdeh1 (VÖEN **********) sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. Problem olmadığına görə müqavilə bir illik bağlansa da, müqavilənin 10-cu bəndinə əsasən sonrakı illərdə də qüvvəsini saxlamışdır. xx xxxx 2020ci ildə cəmiyyətin idarə heyətinin üzvləri obyektdə nəzarət qaydasında müəyyən etmişlər ki, obyektdə mövcud yer tutumu 40 nəfərə qarşı 226 nəfərdir və bu barədə iddiaçıya məlumat verilməmişdir. Odur ki, dərhal obyektin inzibatçısı Cavabdeh2 iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, icarədar özü heç obyektə gəlmir. Cəmiyyətin nəzarət şöbəsinin rəisi Əli Qəhrəmanov tərəfindən verilmiş təqdimata əsasən müəyyən olunmuşdur ki, obyektin icarədarı Cavabdeh1 xx xxxxxx 2018-ci ildən öz VÖEN-nin fəaliyyətini 5 il müddətinə dayandırmış olsa da, bu barədə cəmiyyətə heç bir məlumat verməmişdir. Baxmayaraq ki, icarə müqaviləsi təqdim elədiyi VÖEN-ə əsasən onunla bağlanmışdır. Beləliklə də, obyekt qanunsuz fəaliyyət göstərmişdir. Vəziyyətdən istifadə edən obyektin inzibatçısı Cavabdeh2 obyekti qanunsuz işlətmişdir. İdarə heyətinin üzvləri orada olan zaman görüblər ki, bir xeyli də işçisi var imiş. Hərçənd, iddiaçıya təqdim olunmuş vergi arayışına görə işçilər yoxdur. Yalnız inzibatçı müqavilə əsasında fəaliyyət göstərir. İnzibatçı bildirib ki, onlayn işləyir. Ancaq faktiki olaraq qanunsuz işləyiblər və iddiaçını aldadıblar. Cəmiyyətə maddi və mənəvi ziyan vurublar. Bununla bağlı onlardan izahat tələb edilsə də, onlar izahat verməkdən boyun qaçırmışlar və icarə obyektindən çıxmamışlar. Həmin icarə obyektinə görə cavabdehlərin xx xxxxxxxx 2020-ci ilədək hesablanmış 3750 manat məbləğində icarə borcu da yaranmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırma hissəsindən görünür ki, məhkəmə iddianı təmin edərkən yalnız Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksi kimi müəssisənin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olması barədə dövlət reyestrindən çıxarışa əsaslanmış, sahibkarlıq obyektinin cəmiyyətə məxsus olması barədə iş üzrə nəticəsini tərəflərin izahatı və iş materialları ilə müəyyən etdiyini qeyd etmişdir. Çıxarışda müəssisənin 1,54 ha torpaq sahəsində yerləşdiyi, daşınmaz əmlakın ümumi sahəsinin 304,4 kv.metr olması qeyd edilmişdir. Halbuki, məhkəmədə Cavabdeh2 iddianı qəbul etmədiyini bildirmişdir. Cavabdeh2 2007-ci ildə Sumqayıt-Novxanı yolunun sol tərəfində 28 sot sənədsiz torpaq sahəsi almışdır. Həmin sahə bataqlıq olmuş, Cavabdeh2 oranı təmizlətdirib abadlaşdırmışdır. Magistral yoldan restorana giriş-çıxış üçün asfalt yol çəkdirmişdir. Həmin torpaq sahəsində öz vəsaiti ilə qızının adını daşıyan “Duyğu” restoranı tikdirmiş, bu gündə ona sahiblik edərək əhaliyə xidmət göstərir. Tikintinin aparılmasına şəxsən özü rəhbərlik etmişdir. Obyektdə işləyən ustalar və fəhlələr bu halı təsdiq edə bilər. Cavabdeh2 əmək müqaviləsi ilə işləyən 20 işçisi var. Dəniz kənarında fəaliyyət göstərən bütün restoranların sahibləri, obyektə istirahət etməyə gələn müştərilər, dostları və tanışları “Duyğu” restoranının Ehtibarın olduğunu yaxşı bilərlər. Qaz, işıq və su xətlərini 2008-ci ildə Ehtibar çəkdirmiş və bütün sayğaclar onun adınadır. Obyektin ümumi sahəsi 3000 kv.metr, tikinti sahəsi 800 kv.metrdir. 2008-ci ilin may ayında tikinti başa çatdıqdan sonra iddiaçının nümayəndələri 23 saylı xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsini Ehtibara göstərib, torpaq sahəsinin cəmiyyətə məxsus olduğunu bildirdikdən sonra onu cəmiyyətlə icarə müqaviləsi bağlamağa məcbur etmişlər. Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarından və 1999-cu ildə verilmiş torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Sumqayıt Corat qəsəbəsi ilə Sarı Qaya arasındakı dəniz kənarı torpaqdan cəmiyyətə 28 ha torpaq sahəsi verilmişdir. Cavabdeh2 dövlət aktından 2 il əvvəl verilmiş və icarə haqqı ödəməyə məcbur edildiyi qeydiyyat vəsiqəsində də həmin ərazidən cəmiyyətə “Sahil-1” istirahət zonası verilməsi göstərilmişdir. Göründüyü kimi hüquqmüəyyənedici bu sənədlər yalnız torpaq sahəsinin ayrılması ilə əlaqədar olmuş və onların heç birində cəmiyyətə ayrılmış torpaq sahəsində hər hansı bir əmlakın olması göstərilməmişdir. Bu qeydiyyat vəsiqəsi ilə iddiaçı Cavabdeh2 tikdiyi obyektin yerləşdiyi torpaq sahəsinin onlara məxsus olmadığı halda buna onu inandıraraq aldatması nəticəsində 10 il ərzində Cavabdeh2 qanunsuz icarə haqqı almışdır. Cəmiyyətlə 2008-ci ildən hər il formal bağlanan müqavilələrdə tikinti sahəsi 351 kv.m olduğu göstərilsə də, 2016 və 2017-ci illər üçün bağlanan müqavilələrdə bu sahə azalaraq 150 kv.metr olması göstərilmişdir. Son iki ilin müqavilələrində sahə az göstərildiyi halda, icarə haqqı 10xx xxxxxxxx 1500 manata artırılmışdır. Obyekt iddiaçının olmadığına görə icarə müqavilələrində tikintinin sahəsi onu maraqlandırmamış, icarə haqqı almaqda maraqlı olduğu üçün əsas diqqəti onun məbləğinin düzgünlüyünə diqqət verilmişdir. Həmin dövrdə Cavabdeh2 obyektini icarəyə versəydi, aldığı icarə haqqı iddiaçıya ödədiyi icarə haqqından dəfələrlə artıq olardı. Bu fakt icarə predmeti olan obyektin iddiaçıya deyil, Cavabdeh2 məxsus olduğunu göstərir. Göründüyü kimi obyektin cəmiyyətə məxsus olması barədə məhkəmənin iş üzrə nəticəsi Cavabdeh2 izahatı ilə müəyyən edilmir və iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçının iddia ərizəsindən və qanuni təmsilçisinin məhkəmədəki izahatından görünür ki, obyektdən çıxarılması barədə tələbini, əmlak kompleksi kimi müəssisənin çıxarışa əsasən İddiaçı Qapalı Səmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olması ilə əsaslandırmışdır. Lakin, iddiaçı daşınmaz əmlakın texniki pasportunu və müəsisənin nizamnaməsini iddia ərizəsinə əlavə, məhkəməyə isə təqdim etməmişdir. Halbuki, müəssisənin texniki pasportunda ayrılması nəzərdə tutulan torpaq sahəsində tikiləcək sahibkarlıq obyektinin tikinti layihəsi, ayrılan torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin mövqe planı, cizgi sxemi, ticarət obyektinin planı, baş və yan fasadı, tikintiyə icazə barədə sərəncamı, tikintinin aparılmasına etiraz olunmaması barədə qanunda nəzərdə tutulmuş idarələrin razılaşmaları, obyektin istismara qəbul aktı yer alır. Yalnız bundan sonra mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınır. Həmin idarənin nümayəndələri tərəfindən obyektdə torpaq və tikinti sahəsinin ölçü işləri aparılmamışdır. xx.xx.2018-ci il tarixli çıxarışda, 1,54 ha torpaq sahəsi üzərində, ümumi sahəsi 304,4 kv.metr olan əmlak kompleksi kimi müəssisə olduğu göstərilmişdir. Lakin iddiaçı müəssisənin malik olduğu əmlakı, 304,4 kv.metr sahənin neçə otaqdan ibarət olması, hər bir otağın sahəsi və hansı məqsədlərlə istifadə olunması barədə məhkəməyə heç bir məlumat verə bilməmiş və mülkiyyət hüququnun iki dəfə qeydiyyatı üçün səbəb olmuş ilkin sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı MPM-nin 77.1-ci maddəsi ilə üzərinə qoyulmuş “Duyğu” istirahət obyektinin onun xüsusi mülkiyyətində olması barədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini yerinə yetirməmişdir. İddia təmin edildiyindən işin düzgün həlli üçün mühüm əhəmiyyəti olan bu hallar həmçinin məhkəmə sübutetməsinin də predmetini təşkil edir. Lakin məhkəmə isə işin düzgün həlli üçün mühüm əhəmiyyəti olan bu sənədləri vəsatətə əsasən DƏDRXnin 2 saylı Ərazi İdarəsindən tələb etməmişdir. Bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, bu səbəbdən həqiqətə nail olmamışdır. Nəticədə MPMnin 14.1-ci maddəsinin iş üzrə məhkəmə baxışının prinsiplərini pozmuşdur. Məhkəmə iddianı təmin etdiyindən iddia tələbini əsaslandıran hallar məhkəmə sübutetməsinin də predmetini təşkil edir. İddiaçı Cavabdeh2 çıxarılmağını tələb etdiyi obyektin tikinti sahəsinin ölçüsünü iddia ərizəsində göstərməmiş, məhkəmə iclasında isə izahatında bildirməmişdir. Obyektin tikinti sahəsi icarə müqaviləsində 150 kv.metr, çıxarışda isə daşınmaz əmlakın ümumi sahəsinin 304 kv.metr olması və 1,54 ha torpaq sahəsində yerləşməsi göstərilmişdir. Cavabdeh2 inşa etdiyi obyektin isə tikinti sahəsi 800 kv.metrdir və 3000 kv.metr torpaq sahəsində yerləşir. Göründüyü kimi, iddiaçının Cavabdeh2 çıxarılmağını tələb etdiyi obyektin tikinti və torpaq sahəsi Cavabdeh2 sahibliyində olan obyektin həmin ölçülərindən kəskin surətdə fərqlənir. Daşınmaz əmlakın ünvanı kimi göstərilən Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində onlarla restoran var. Daşınmaz əmlakın texniki pasportu isə mülki işdə yoxdur. İddiaçının müəssisəsi üçün ayrılan torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin mövqe planı olmadığına görə müəssisənin və onun yerləşdiyi torpaq sahəsinin yerini çıxarışa əsasən müəyyən etmək mümkün deyil. Belə olan halda iddiaçıya məxsus 1,54 ha torpaq sahəsinin və onun üzərində olan 304 kv.metr tikinti sahəsinə malik müəssisəsinin yerinin müəyyən edilməsi məhkəmə sübutetməsinin predmetidir. Məhkəmə tərəflərin iştirakı ilə izahatlarının doğruluğunu yoxlamaq məqsədilə obyektdə yerində müayinə keçirmədən, iddiaçının iddia etdiyi əmlak kompleksi kimi müəssisənin obyektin yerləşdiyi ərazidə mövcud olubolmamasını müəyyən etmədən, müəssisənin və onun yerləşdiyi torpaq sahəsinin yerinin müəyyən edilməsinin xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə tikinti-texniki ekspertiza təyin etmədən, daşınmaz əmlakın dövlət reyestr xidmətindən mülkiyyət hüququnun iki dəfə qeydiyyatı üçün səbəb olmuş ilkin sənədləri tələb etmədən yalnız iddiaçının çıxarışına əsaslanaraq, icarə münasibətlərində olduğuqları nəticəsinə gələrək, mübahisəyə bu münasibətləri nizama salan maddi hüquq normalarını seçmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apelyasiya şikayətinə etiraz verərək, etirazında göstərmişdir ki, Cavabdeh2 İddiaçı SC-yə xx xxxxxx 2009-cu ildə ilk dəfə ərizə yazaraq müraciət edib və 05 saylı sahəni üzərindəki əmlakı ilə birlikdə ona icarəyə verməyi xahiş edib. Həmin tarixdə onunla 158 saylı müqavilə bağlanıb. O, isə apelyasiya şikayətində yazır ki, 2007-2008-ci illərdə orada 28 sot torpaq alıb və sahibkarlıq eləyib. Lakin bu doğru deyil. Həmin sahə 1990-cı ildən cəmiyyətin balansına verilmiş 28 ha torpaq sahəsinin tərkib hissəsidir və 1991-ci ildən fəaliyyətə başlayıb. Reyestr xidməti tərəfindən İ və İİ zonaya tərtib olunan baş planda istismara qəbul olunan və yarımçıq tikililər haqqında məlumat verilib. Həmin sahə ilə bağlı Dövlət Əmlak Komitəsi onları mühafizə zolağında qanunsuz tikililərə görə məhkəməyə verib cərimə etdirmək istəyirdi. Onlar Sumqayıt Şəhər Məhkəməsində də, Sumqayıt Apelyasiya Məhkəməsində də iddianın əsassız olduğunu sübut etmişdirlər. Əgər bu sahə ilə bağlı bir qüsur olsaydı, onlar onu deyərdilər və məhkəmələri udardılar. Cavabdehlər orada icarədar olublar, qanunları və müqavilə şərtlərini təkrarən pozduqlarına görə obyektdən çıxarılmaqları barədə məhkəmə qətnamə qəbul edib. Apelyasiya şikayətində cavabdeh yazır ki, müqavilədə əmlak əvvəl 351 m2 yazılıb, sonradan 152 m2 çevrilib. Bu onunla izah olunur ki, idarə heyətində bu məsələni müzakirə edərkən cəmiyyətin hüquqşünası qeyd etdi ki, həmin sahədə istismara qəbul olunan əmlak 152 m2-dir, qalanı yarımçıq tikili kimi gedir. Odur ki, müqavilədə də əmlak sahəsini 152m2 yazmışdırlar. Apelyasiya şikayətində cavabdeh yazır ki, əvvəlki müqavilədə obyekt 5 saylı sahə kimi göstərilsə də sonradan necə olub 3 saylı sahə olub?. İcarədarlar hər biri öz icarəyəgötürdüyü obyektə müxtəlif adlar qoysalar da, qanunsuzdur və simvolik xarakter daşıyır. Ona görə də, buna etiraz etmirlər. Cəmiyyətdə obyektlərin qeydiyyatı sahələrin ardıcıllıqla yerləşdiyi sıra sayı ilə gedir. Onların icarəyə götürdüyü obyekt əvvəllər 5 saylı sahə olaraq göstərilirdi. Sonra onlardan əvvəldə yerləşən obyektlərin ikisi özgəninkiləşdirildi. Odur ki, onların icarəyə götürdüyü məhz həmin sahə 5-ci yerdən artıq 3cü yerdə olduğuna görə həmin sahə 3 saylı adlandırıldı. Hazırda isə onlardan əvvəl olan sahələr hamısı özgəninkiləşdirilib. Odur ki, həmin sahə indi 1-ci yerləşdiyinə görə 1 saylı sahə kimi qeydə alınır. Apelyasiya şikayətində cavabdeh yazır ki, müqavilədə icarə haqqı 1000 manat idi, sonra 1500 manat oldu. Bu manatın devalvasiyası ilə əlaqədar olaraq dəyişdirilib. Həm də, respublikada minimal əmək haqqının 150 manatdan 250 manata qalxması ilə əlaqədar yalnız onda deyil, başqa icarəçilərdə də dəyişdirilib. Bunların müqaviləsində hələ yer sayı nəzərə alınmayıb. Belə ki, normativdə bir kafedə yer tutumu 40 yer nəzərdə tutulduğu halda, bunlarda yer tutumu 220 yerdən çoxdur. Odur ki, yer sayı nəzərə alınsa, aylıq icarə haqqı 3000 manat olmalıdır. Apelyasiya şikayətində cavabdeh yazır ki, işıq, su çəkdirmiş, yol çəkdirmişdir. Həmin sahədə işıq da, su da, yol da var idi. Çünki, obyekt 1991-ci ildən fəaliyyətdədir. Ancaq icarədarın müqavilə şərtlərinə əsasən texniki infrastrukturu işlək vəziyyətdə saxlamaq, yaxud inkişaf elətdirmək müqavilə şərtlərinə əsasən onun vəzifə borcudur. Ola bilər ki, infrastrukturu inkişaf etdirib. Apelyasiya şikayətində cavabdeh yazır ki, “Sahil-1” qeydiyyat vəsiqəsi torpaq sənədidir. Orada əmlak haqda heç nə yazılmayıb, texniki pasport yoxdur, yalandır. Texniki pasport var. Vəsiqə birbaşa mülkiyyət hüququnu təsdiq edən sənəddir və arayışında tikililər haqda məlumat var. Əvvəllər daşınmaz əmlakın qeydiyyatını Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi AzTexinventarlaşdırma İstehsalat Birliyi aparırdı və onlar da qeydiyyat vəsiqəsi verirdilər. Dənizkənarı sahə Dövlət Əmlak Komitəsinin Reyestr Xidməti yaranana qədər AzTexinventarlaşdırma İstehsalat Birliyi tərəfindən verilmiş “Sahil-1”, “Sahil-2”, “Sahil-3” istirahət zonası kimi qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. Reyestr Xidməti yaranandan sonra reyestrdən çıxarış verildi. Axırıncı çıxarışın surəti işdə var. Apelyasiya şikayətində cavabdeh yazır ki, kimdənsə sənədsiz torpaq alıb. Ancaq nə bir sənəd, nə bir sübut təqdim etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qətnaməsində göstərilmişdir ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur və həmin əmlak kompleksində yerləşən və “Duyğu” restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə Cavabdeh2, 2014-cü ildən isə Cavabdeh1 icarəyə verilmişdir. Həmin sahibkarlıq obyektinin Cavabdeh1 icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi bağlanmış və həmin müqavilədə icarəçi Cavabdeh1 (VÖEN **********) tərəfindən icarəyə verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hər ay 1500 manat məbləğində icarə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci ildə isə icarəçi Cavabdeh1 VÖEN-in fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin, həmin icarə obyekti bütün bu müddət ərzində faktiki olaraq icarəçi Cavabdeh1 yaxın qohumu Cavabdeh2 tərəfindən idarə olunmuşdur. 2020-ci ilin avqust ayında İddiaçı QSC icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulunu ödəyib, icarə obyektini təhvil vermələrini tələb etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək həmin icarə obyektini iddiaçıya təhvil verməmişlər. İcarəyəverən İddiaçı QSC icarə obyekti təhvil verilmədiyi üçün xx xxxxxxxx 2020-ci il tarixinədək 3750 manat məbləğində icarə borcu hesablamışdır. Məhkəmə araşdırması zamanı cavabdehlər xx xxxxxxxx 2020-ci il tarixinədək hesablanmış 3750 manat icarə borcunun miqdarını mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 700.1, 701.2.4, 705-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən İddiaçı Səhmdar Cəmiyyəti dənizkənarı istirahət zonasından 3 nömrəli sahəni təsnifatı üzrə müəyyən olan hüdudlarla 150 m2-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün icarəyəgötürən Cavabdeh1 icarə vermişdir. Aylıq icarə haqqı 1500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 isə müqavilə əsasında istirahət zonasının inzibatçısı işləmişdir. İş materiallarında olan fiziki şəxsin onlayn fəaliyyət dayandırma ərizəsinin surətindən görünür ki, vergi ödəyicisi Cavabdeh1 xx xxxxxx 2018-ci ildə fəaliyyətini dayandırmışdır. Göründüyü kimi, İddiaçı Səhmdar Cəmiyyəti Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt- Novxanı yolunun sol tərəfində yerləşən əmlakı Cavabdeh1 icarəyə vermişdir. Cavabdeh1 vergi ödəyicisi kimi fəaliyyətini xx xxxxxx 2018-ci ildə dayandırsa da, icarəyə götürdüyü obyektdə fəaliyyət göstərməkdə davam etmişdir. İddiaçı Səhmdar Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixli məktubla dənizkənarı istirahət zonasındakı 3 saylı sahənin icarəgötürəni Cavabdeh1 xəbərdarlıq edərək, xx xxxxxx 2017ci il tarixli icarə müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verildiyini göstərərək, icarəyəgötürəndən fəaliyyətini dayandırmağı, vergi ödəyicisi kimi fəaliyyəti qüvvədə olan başqa şəxsin adına icarə müqaviləsi bağlamağı təklif etmiş, əks halda istirahət zonasından çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdehlər apelyasiya şikayətində mübahisəli istirahət zonasına dair iddiaçının sənədləri olmadığına istinad etsələr də, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən 1,54 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 304,4 kv.m olan əmlak xüsusi mülkiyyəti hüququ əsasında İddiaçı Səhmdar Cəmiyyətinə məxsusdur. Cavabdehlər apelyasiya şikayətində həmçinin iddiaçının məhkəməyə istirahət zonasına dair çıxarışa əlavə edilən texniki pasportu və müəssisənin nizamnaməsini təqdim etmədiyinə istinad etsələr də, həmin sənədlər məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülkiyyət hüququnu təsdiq edən çıxarış mübahisələndirilmədiyindən, istirahət zonası iddiaçının xüsusi mülkiyyətində olduğundan göstərilən sənədlərin təqdim edilməməsi istirahət zonasının iddiaçının mülkiyətində olması faktını istisna etmir. Cavabdeh1 mübahisəli obyektin ona məxsus olduğunu göstərsə də, həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında belə bir sənədinin olmadığını bildirmişdir. İş materiallarında olan xx xxxxxxxx 2002-ci il tarixli arayışdan isə müəyyən olunur ki, cəmiyyətə məxsus dənizkarı istirahət zonasının 3 saylı sahəsində icarədar Cavabdeh1 tərəfindən görülmüş işlərin məbləği xx.xx.2014-cü il tarixli akta əsasən 19828 manatı depozitdə uçota alınaraq 2017-ci il iyul ayınadək icarə haqqı ilə əvəzləşdirməklə tam olaraq bağlanıb. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli istirahət zonası iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin mübahisəli sahibkarlıq obyektindəki fəaliyyəti iddiaçı ilə bağlanmış icarə müqaviləsi əsasında həyata keçirildiyindən, həmin icarə üzrə hüquq münasibətlərinə xitam verildiyindən, cavabdehlərin həmin sahəyə istifadə və sahiblik hüquqları olmadığından, icarə borcunun miqdarı mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsinin cavabdehlərin icarəyə verilmiş sahibkarlıq obyektindən çıxarılmaları və xx xxxxxxxx 2020-ci il tarixə hesablanmış 3750 manat məbləğində icarə borcunun ödənilməsi barədə gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-22/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-22/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver