Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-26/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2-2(119)-390/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat əsas borc və 8629,94 (səkkiz min altı yüz iyirmi doqquz manat 94 qəpik) manat faiz borcu olmaqla, cəmi 37207,67 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində haqqın və 1,62 (bir manat 62 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2019-cu tarixli Kredit Müqaviləsinə əsasən borcalan Cavabdeh2 borcverən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətindən (halhazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti) illik 25%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ilə 25 oktyabr 2019-cu il tarixli Zaminlik Müqavilələri bağlanmışdır. 23 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 23 yanvar 2022-ci il tarixədək müəyyən edilmişdir. Lakin Borcalan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 08 dekabr 2021-ci il tarixədək Cavabdeh2 Banka 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 28577,73 manat əsas borc və 8629,94 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 37207,67 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında olan hazırkı kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş olsa da, tərəflər arasında razılıq əldə olunmamış və borc ödənməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 390/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində əsas borc, 8629,94 (səkkiz min altı yüz iyirmi doqquz manat 94 qəpik) manat məbləğində faiz borcu, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 1,62 (bir manat 62 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37409,29 (otuz yeddi min dörd yüz doqquz manat 29 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2-2(119)-390/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən - əsas borca münasibətdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün biznesini böyütmək məqsədilə 25 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 30.000 manat məbləğində kredit götürmüşdür. Krediti götürdükdən sonra 4 ay ərzində aylıq 1700 manat olmaqla ödənişləri ödəmişdir. Lakin bütün dünyada yayılmış koronavirus pandemiyası səbəbindən yenicə fəaliyytə başlamış biznesi öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən də ödənişləri ödəyə bilməmişdir. Burada isə əsas amil bankın onu aldatmasıdır. Belə ki, bank pandemiya ilə bağlı güzəştdə gedəcəyini bildirsə də, onu aldadaraq daha yüksək faizlərə qol çəkdirmişdir. O, iddianı qismən - əsas borca münasibətdə qəbul edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətləri üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli, 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) – biznes fəaliyyəti məqsədilə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan azalan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Bu zaman nəzərə alınır ki, istənilən halda əsas borcun ödənilməsi bərabər hissələrlə həyata keçirilməlidir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli, 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən (1 saylı Əlavədən) görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 25 oktyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli, 20-MZ3-1-0-753-19 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh4 “zamin” olaraq borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0- 753-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/1 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0- 753-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/2 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 4.1-ci bəndlərinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” əsasən Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilmiş (1.1.1-ci bənd), Müqavilə üzrə verilmiş kreditin müddətinin 25 yanvar 2022-ci il tarixədək uzadılmış (1.1.2-ci bənd), Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% (1.1.3-cü bənd) və Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay (1.1.4-cü bənd) müəyyən edilmişdir. Eyni zamanda, həmin “Əlavə Saziş 1”-lə Borcalanın kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirilməsi (1.1.5-ci bənd) və Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsinin 72 % təşkil etməsi (1.1.6-cı bənd) də müəyyən olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin 28 aprel 2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 25 yanvar 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1”-dən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla, 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat təşkil edir (1.1.1-ci bənd). İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin 23 sentyabr 2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 23 yanvar 2022-ci il müəyyən olunmuşdur. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə Borcalan və Borcverən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh4 arasında da müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Zaminlik Müqaviləsinə 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” və 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə Borcalan və Borcverən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında da müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/1 nömrəli Zaminlik Müqaviləsinə 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” və 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə Borcalan və Borcverən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında da müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/2 nömrəli Zaminlik Müqaviləsinə 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” və 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə 08 dekabr 2021-ci il tarixinə borcverən İddiaçı ASC-yə 28577,73 manat məbləğində əsas borcu və 8629,94 manat məbləğində faiz borcu olmaqla, cəmi 37207,67 manat məbləğində borcu olmuşdur (həmin Arayışdan görünür ki, əsas borc üzrə son ödəniş 17 aprel 2020-ci ildə 477,76 manat məbləğində, faiz üzrə isə son ödəniş 17 aprel 2020-ci ildə 522,24 manat məbləğində edilmişdir). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli Kredit və Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmişlər və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Cavabdeh2 08 dekabr 2021-ci il tarixə 28577,73 manat məbləğində əsas borcunun və 8629,94 manat məbləğində faiz borcunun olduğu müəyyən edildiyindən Bank həmin borcun cavabdehlərdən, yəni borcalan Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiyanın məhkəmə araşdırması zamanı hesablanan borcun məbləğinin müəyyən edilməsi ilə razı olmayan Cavabdeh2 vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/6991 nömrəli Ekspert Rəyi ilə Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 08 dekabr 2021-ci il tarixə 28577,73 manat əsas kredit borcu və 8632,86 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 "xxxx" İKB ASC (hal-hazırda İddiaçı ASC) ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 da zaminlik müqavilələrindən irəli gələn öhdəliyi yerinə yetirməmişlər. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində əsas borc, 8629,94 (səkkiz min altı yüz iyirmi doqquz manat 94 qəpik) manat məbləğində faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 06 sentyabr 2022ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/6991 nömrəli ekspert rəyi verilmiş, həmin ekspert rəyi ilə cavabdehin Banka 08 dekabr 2021-ci il tarixə 28577,73 manat əsas kredit borcu və 8632,86 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Koronovirus pandemiyası ilə əlaqədar bankın güzəştə getməli olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsasızdır. Belə ki, bununla əlaqədar tərəflər arasında sonradan müqaviləyə hər hansı dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 390/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-26/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-26/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver