Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-26/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2-2(119)-1648/2024 nömrəli qətnaməsindən cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək vurulmuş zərərin əvəzi olaraq 55000 (əlli beş min) manat məbləğində pul vəsaiti və 255 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55255 (əlli beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2-2(119)- 1648/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətindən 55000 (əlli beş min) manat məbləğində pul vəsaiti və 255 (iki yüz əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55255 (əlli beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2-2(119)- 1648/2024 nömrəli qətnaməsindən cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər arasında barışıq sazişinin bağlanması məqsədilə məhkəmə iclası təxirə salınmış və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər:
1. Ümumi müddəalar 1.1 Hər iki tərəf bəyan edirlər ki, vurulmuş zərərin əvəzi olaraq tələb olunan 55.000 (əlli beş min) manat pul vəsaitinin əvəzi olaraq 37 000 (otuz yeddi min) manat pul vəsaitinin ödənilməsi ilə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2 Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüququ nəticələri onlara tam izah edilmişdir. Barışıq sazişinin şərtləri tərəflərin könüllü iradə ifadəsini əks etdirir. Tərəflər 37000 (otuz yeddi min) manat pul vəsaitinin qaytarılması qaydasını, öhdəliklərini, hüquq və vəzifələrini, eləcə də həmin məbləğ şərtləşdirilmiş müddətdə və qaydada qaytarılmadıqda görüləcək məsuliyyət tədbirləri X6 ilə müəyyən edilir. 1.3 Hər iki tərəf bəyan edirlər ki, gələcəkdə bir-birilərinə qarşı möcvud mübahisə üzrə və bu mübahisədən irəli gələn digər tələblərə dair iddialar qaldırmayacaqlar.
2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri. 2.1 “X3 Şirkəti” MMC-nin öhdəlikləri, hüquq və vəzifələri 2.2 “X3 Şirkəti” MMC öhdəsinə götürür ki, X6 imzalanan gün 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı ödəyir. 2.3 “X3 Şirkəti” MMC öhdəsinə götürür ki, yerdə qalan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini isə bu ay ərzində, yəni 2025-ci ilin aprel ayının 21-nə kimi 20 000 (iyirmi min) manat olmaqla bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı tam ödəyəcəkdir. 2.4 “X3 Şirkəti” MMC-nin hüququ vardır ki, bu Sazişin 1.1- ci bəndində nəzərdə tutulan pul vəsaitini İddiaçı ödədikdən sonra vurulmuş zərərin əvəzi olaraq tələb olunan 55.000 (əlli beş min) manat pul vəsaiti tam ödənilmiş hesab edilsin. 2.5 İddiaçı öhdəlikləri, hüquq və vəzifələri: 2.6 İddiaçı öhdəsinə götürür ki, “X3 Şirkəti” MMC-yə qarşı 55.000 (əlli beş min) manat pul tələbinə dair verilmiş dair iddia tələbinin əvəzi olaraq “X3 Şirkəti” MMC-dən bu Sazişin 1.1-ci bəndində nəzərədə tutulmuş pul vəsitini Sazişin 2.2 və 2.3-cü bəndində nəzərdə tutulan qaydada ödənilməsi şərti ilə qəbul edir. 2.7 İddiaçı öhdəsinə götürür ki, bu Sazişin 1.1-ci bəndi ilə nəzərdə tutulmuş pul vəsaiti ona ödənildikdən sonra “X3 Şirkəti” MMC-yə qarşı 55.000 (əlli beş min) manat pul tələbinə iddia tələbini ödənilmiş hesab edir və həmin tələblə bağlı hər hansı iddia və tələbi olmayacaqdır.
3. Digər şərtlər. 3.1 X4 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyət daşıyır və bu hal öhdəliyin məcburi qaydada icrasının təmin edilməsi üçün əsas hesab olunacaqdır.
4. Barışıq sazişinin müddəti. 4.1 X6 imzalandığı gündən qüvvəyə minir və tərəflər saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. İddiaçı xx.xx.2024-cü il tarixli iclasda məhkəmə kollegiyasına qəbz təqdim etmiş, həmin xx.xx.2025-ci il tarixli qəbzlə müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nə əsasən ona əvvəlcə 37.000 manat ödənildiyini və daha sonra isə 20.000 manatın tam olaraq ödənildiyini imzası ilə təsdiq edir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2-2(119)-1648/2024 nömrəli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2-2(119)-1648/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2- 2(119)-1648/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış 01 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aşağıdakı sazişi bağlayır:
1. Ümumi müddəalar 1.4 Hər iki tərəf bəyan edirlər ki, vurulmuş zərərin əvəzi olaraq tələb olunan 55.000 (əlli beş min) manat pul vəsaitinin əvəzi olaraq 37 000 (otuz yeddi min) manat pul vəsaitinin ödənilməsi ilə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.5 Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüququ nəticələri onlara tam izah edilmişdir. Barışıq sazişinin şərtləri tərəflərin könüllü iradə ifadəsini əks etdirir. Tərəflər 37000 (otuz yeddi min) manat pul vəsaitinin qaytarılması qaydasını, öhdəliklərini, hüquq və vəzifələrini, eləcə də həmin məbləğ şərtləşdirilmiş müddətdə və qaydada qaytarılmadıqda görüləcək məsuliyyət tədbirləri X6 ilə müəyyən edilir. 1.6 Hər iki tərəf bəyan edirlər ki, gələcəkdə bir-birilərinə qarşı möcvud mübahisə üzrə və bu mübahisədən irəli gələn digər tələblərə dair iddialar qaldırmayacaqlar.
2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri. 2.8 “X3 Şirkəti” MMC-nin öhdəlikləri, hüquq və vəzifələri 2.9 “X3 Şirkəti” MMC öhdəsinə götürür ki, X6 imzalanan gün 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı ödəyir. 2.10 “X3 Şirkəti” MMC öhdəsinə götürür ki, yerdə qalan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini isə bu ay ərzində, yəni 2025-ci ilin aprel ayının 21-nə kimi 20 000 (iyirmi min) manat olmaqla bank hesabı (bank köçürmə komissiya xərci xaric) vasitəsi ilə İddiaçı tam ödəyəcəkdir. 2.11 “X3 Şirkəti” MMC-nin hüququ vardır ki, bu Sazişin 1.1- ci bəndində nəzərdə tutulan pul vəsaitini İddiaçı ödədikdən sonra vurulmuş zərərin əvəzi olaraq tələb olunan 55.000 (əlli beş min) manat pul vəsaiti tam ödənilmiş hesab edilsin. 2.12 İddiaçı öhdəlikləri, hüquq və vəzifələri: 2.13 İddiaçı öhdəsinə götürür ki, “X3 Şirkəti” MMC-yə qarşı 55.000 (əlli beş min) manat pul tələbinə dair verilmiş dair iddia tələbinin əvəzi olaraq “X3 Şirkəti” MMC-dən bu Sazişin 1.1-ci bəndində nəzərədə tutulmuş pul vəsitini Sazişin 2.2 və 2.3-cü bəndində nəzərdə tutulan qaydada ödənilməsi şərti ilə qəbul edir. 2.14 İddiaçı öhdəsinə götürür ki, bu Sazişin 1.1-ci bəndi ilə nəzərdə tutulmuş pul vəsaiti ona ödənildikdən sonra “X3 Şirkəti” MMC-yə qarşı 55.000 (əlli beş min) manat pul tələbinə iddia tələbini ödənilmiş hesab edir və həmin tələblə bağlı hər hansı iddia və tələbi olmayacaqdır.
3. Digər şərtlər. 3.2 X4 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyət daşıyır və bu hal öhdəliyin məcburi qaydada icrasının təmin edilməsi üçün əsas hesab olunacaqdır.
4. Barışıq sazişinin müddəti. 4.2 X6 imzalandığı gündən qüvvəyə minir və tərəflər saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. İddiaçı cavabdeh “X3 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.