Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-28/2020 18.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-431/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sərhədləri daxilində Gil-gilçay çayının hövzəsindən dövlət mülkiyyətinə məxsus su fondu torpaqlarına aid 6,0 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını Siyəzən rayon məhkəməsindən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-2(085)- 431/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sərhədləri daxilində Gilgilçay çayının hövzəsindən dövlət mülkiyyətinə məxsus su fondu torpaqlarına aid 6,0 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim İsmayıl Quliyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-431/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(085)-431/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin təsdiq edən sənəd əlavə edilmədiyinə görə qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işlə əlaqədar sonuncu qərardad istisna olmaqla öncəki digər rəsmi məhkəmə sənədlərini, həmçinin şikayət vediyi qətnaməni də yalnış olaraq əvvəllər qeydiyyatda olduğu Kürdəmir rayonundakı ünvanına göndərmişdir. Həmin sənədlər ona vaxtında təqdim oluna bilməmişdir. Məhz bu səbəbdən, qanunla müəyyən olunmuş prosessual müddətləri ötürməmək üçün məhdud vaxt şəraitində tələskənliyə yol verərək dövlət rüsumunu ödəmək nəzərindən yayınmışdır. Hazırda qətnamədən verdiyi şikayətlə əlaqədar məhkəmə rüsumu tərəfindən ödənilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun Sumqayıt Apelyasiya Məhkəməsinin hesabına ödənilməsinə dair qəbz təqdim etməli olduğu halda, şikayət verilərkən dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim etməmişdir. Daha sonra, cavabdeh nöqsanı aradan qaldırmaqla yenidən ümumi qaydada apelyasiya şikayəti verməli olduğu halda, qərardaddan şikayət vermişdir. Halbuki, həmin nöqsanın mövcud olduğunu özü də şikayətdə etiraf etmişdir. Göründüyü kimi apelyasiya şikayəti verilərkən cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənədi şikayətə əlavə etmədiyindən, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin olunmamalı, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-431/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-431/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-28/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-28/2020
18.02.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver