Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-28/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı Nümayəndə1 vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Nümayəndə1 cavabdeh "xxxx" firmasına qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə" dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1067/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İcarəyə verən "xxxx" firması ilə icarəçi Nümayəndə1 arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verən Sumqayıt şəhərində yerləşən ümumi sahəsi 1400 (min dörd yüz) kv.m olan qeyri-yaşayış obyektini təhvil-təslim aktı əsasında müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəçinin icarəsinə verməyi, icarəçi isə icarə obyektini icarəsinə qəbul edib əvəzində icarəyəverənə müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. X11 2.1-ci bəndinin tələblərinə görə, icarə obyekti 01 yanvar 2023-cü il tarixində icarəyə verən tərəfindən tərəflərin tərtib etdiyi və imzaladığı təhvil-təslim aktı ilə icarəçiyə təhvil verilir.
3. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, icarəçi 1 (bir) ay əvvəlcədən yazılı xəbərdarlıq təqdim etməklə bu müqaviləyə xitam verə bilər. Bu halda hazırkı müqaviləyə icarəçinin təşəbbüsü ilə xitam verildikdə icarəçi aparılmış təmir-tikinti işlərinin dəyərinin ödənilməsini tələb edə bilməz.
4. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürür.
5. X11 5.1-ci bəndinə uyğun olaraq bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə gorə təmir müddəti bitdikdən sonra, yəni 1 aprel 2023-cü il tarixdən aylıq icarəyə verənə (vergilər daxil) 14000 (on dörd min) manat məbləğində icarə haqqını ödəyir.
6. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, icarəçi icarəyə verənə müqavilə bağlandıqdan sonra gələcəkdə hər hansı avans və ya bir neçə ayın icarə haqqını əvvəlcədən ödəyərsə, ödəniləcək vəsait gələcəkdə veriləcək icarə haqqı məbləğlərində nəzərə alınacaqdır və çıxılacaqdır. İcarəyə verən avans olaraq aldığı ödəniş müqabilində icarəçiyə ödənişi təsdiq edən müvafiq sənəd verəcək və yaxud bu ödəniş tərəflərin qarşılıqlı razılığı ilə imzaladıqları aktla təsdiq ediləcəkdir.
7. 06 may 2022-ci il tarixli aktdan görünür ki, icarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə icarəçi Nümayəndə1 tərəfindən icarəyə verən "xxxx" firmasına 70000 (yetmiş min) manat məbləğində avans ödənişi edilmişdir.
8. 11 aprel 2023-cü il tarixli aktdan görünür ki, ödənilmiş 70000 manatlıq avans ödənişinin yarısı, yəni 35000 (otuz beş min) manatlıq hissəsi icarəyəverən "xxxx" firması tərəfindən icarəçi Nümayəndə1 geri qaytarılmışdır.
9. 08 iyun 2023-cü il tarixli 2023/01 nömrəli məktubdan görünür ki, Nümayəndə1 "xxxx" firmasından 06 may 2022-ci il tarixli icarə müqaviləsinə və eyni tarixli akta uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış sahəsini bu məktubun alındığı gündən 10 (on) gün müddətinə icarəçiyə təhvil verilməsini xahiş etmişdir. Göstərilən müddət ərzində icarə obyekti icarəçiyə təhvil verilmədikdə icarə müqaviləsinə uyğun olaraq ödənilmiş avans məbləğinin iki misli, habalə qanunvericiliyə müvafiq olaraq əlavə təminat tələb olunacağı bildirilmişdir.
10. 08 iyun 2023-cü il tarixli 2023/10 nömrəli məktubdan görünür ki, Nümayəndə1 "xxxx" firmasından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış sahəsini 10 (on) gün müddətinə icarəçiyə təhvil verilməsini xahiş etmişdir. Əks halda bağlanılmış 06 may 2022-ci il tarixli icarə müqaviləsi tərəfindən pozulmaqla müqavilənin 3.6-cı bəndinə müvafiq olaraq ödənilmiş avans məbləğinin iki misli, habelə çəkilmiş bütün xərclərin tələb olunacağı bildirilmişdir.
11. 31 avqust 2023-cü il tarixli 2023/14 nömrəli məktubdan görünür ki, Nümayəndə1 "xxxx" firmasına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının müəyyən olunmuş müddətdə icarəçiyə təhvil verilməməsi və icarə obyektini təhvil verə bilməməsi səbəbindən götürülmüş avans ödənişinin bir qismini geri qaytarması ilə "xxxx" firmasının tərəflər arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsini birtərəfli qaydada pozduğunu, hazırda müqavilənin qüvvədə olmasının formal xarakter daşıdığı bildirmişdir. Eyni zamanda müqavilə formal xarakter daşıdığından onlar tərəfindən də pozulduğu qeyd olunmuş və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" firmasına qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nümayəndə1 ilə "xxxx" firması arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının istifadəyə verilməsinə dair 06 may 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (yüz beş min) manat və ona hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə 5621,15 (beş min altı yüz iyirmi bir manat on beş qəpik) manat, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və dövlət büdcəsinə ödənilmiş 401,22 (dörd yüz bir manat iyirmi iki qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 111427,37 (yüz on bir min dörd yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat pul vəsaitinin cavabdeh "xxxx" firmasından tutularaq Nümayəndə1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" firması ilə iddiaçı arasında bağlanmış 06 may 2022-ci il tarxili icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri yaşayış binası fərdi sahibkar Nümayəndə1 (VÖEN:**********) 10 (on) il müddətinə icarəyə verilmişdir. 06 may 2022-ci il tarixli icarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə eyni tarixdə tərəflər arasında imzalanmış akt əsasında icarəçi tərəfindən icarəyə verənə 70000 (yetmiş min) manat avans ödənişi icra edilmişdir. İcarə müqaviləsinin 2.1-ci bəndinə görə icarə obyektinin 01 yanvar 2023-cü il tarixində tərəflərin tərtib etdiyi və imzaladığı təhvil-təslim aktı ilə icarəçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. "xxxx" firması icarə müqaviləsinin və qanunvericiliyin tələblərini pozmaqla icarə obyektini icarəçiyə təhvil verməmişdir. İcarə obyektinin təhvil verilməsi məqsədi ilə icarəyə verənlə dəfələrlə görüşlər keçirilmiş, lakin nəticəsi olmamışdır. İcarəyəverən icarə obyektini təhvil verə bilmədiyinə görə ödənilmiş avans ödənişinin bir qismi- 35000 (otuz beş min) manatlıq hissəsi tərəflər arasında imzalanmış 11 aprel 2023-cü il tarixli akt ilə icarəçiyə sonradan geri qaytarılmışdır. Daha sonra icarə obyektinin təhvil verilməsi məqsədi bir neçə dəfə görüşlər keçirilmiş və rəsmi qaydada 08 iyun 2023-cü il tarixində məktubla müraciət olunmuşdur. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır. İcarəyə verən icarə obyektini təhvil verməmiş, ona ödənilmiş avans vəsaitini geri qaytarmamış, bu vəsaiti özündə saxlamaqla ondan istifadə və gəlir əldə etmişdir. Bu isə Nümayəndə1 qanunla qorunan mənafeyinin pozulmasına və ona maddi zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, qanunvericiliyə və tərəflər arasında bağlanmış icarə müqaviləsinə uyğun olaraq icarəyə verən ona ödənilmiş 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (bir yüz beş min) manat və ona Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlər ödəməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytından əldə olunmuş məlumatlara əsasən uçot faiz dərəcəsi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 8,5 faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixindək 8,75 faiz, xx.xx.2023-cü il tarixindən hazırkı zamanadək ilik 9 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq icarəyə verənin icarəçiyə olan faiz borcu gecikdirilmiş günlərin sayı -189 gün olmaqla 5621,15 manat təşkil edir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməlidir.
14. Cavabdeh "xxxx" Firmasının vəkili və nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, "xxxx" Firması ilə Nümayəndə1 arasında icarə müqaviləsi bağlananda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış icarə müqaviləsinin müddətinin 01 yanvar 2023-cü il tarixdə bitəcəyini zənn etmiş, sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə obyektini müqaviləyə əsasən 15 mart 2023cü il tarixdə təhvil verməli olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəflə icarə obyektinin 15 mart 2023-cü il tarixdən sonra təhvil verilməsi ilə bağlı razılığa gəlinmişdir. Sonradan iddiaçı tərəfin təkidi nəticəsində avans ödənişinin 35000 manat hissəsi 11 aprel 2023-cü il tarixli akt əsasında icarəçiyə geri qaytarılmışdır. 15 mart 2023-cü il tarixdə aydın olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əməkdaşlığı davam etdirmək istəyərək icarə obyektini təhvil vermək fikrində deyil. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Firması arasında məhkəmə mübahisəsi başlamışdır. İddiaçı tərəfin bu məsələlərdən xəbəri var idi və bilirdi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndindəki şərtin yerinə yetirilməməsi, yəni icarə obyektinin təhvil verilə bilməməsi cavabdehin iradəsindən asılı olmamışdır. Bundan başqa o qeyd etmişdir ki, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödənilməsi üçün tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan müvafiq şərt formalaşmalıdır. Belə ki, icrarə müqaviləsinin 3.6-cı bəndinə əsasən icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçinin icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğlərinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. "xxxx" firmasının qarşı tərəfdən bu günə qədər müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsi ilə bağlı tələbi olmayıb. İcarə müqaviləsi hazırda qüvvədədir. Qarşı tərəfin iddia ərizəsində müqaviləyə xitam verilməsi barədə tələbi olsa da, həmin tələblə bağlı pretenziya qaydasına riayət edilməmişdir. Pretenziya qaydasına riayət edilməsinə dair məhkəməyə iddiaçı tərəfdən hər hansı sübut təqdim edilməmişdir. Hazırkı mərhələdə avansın geri qaytarılmasının tələb edilməsi mümkünsüzdür, çünki müqavilə qüvvədədir. Müqavilənin ləğvi ilə bağlı tələb irəli sürülməsi üçün ilkin şərtlərə riayət edilməlidir. Bu səbəbdən də o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
15. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1067/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddia tələbi qismən təmin edilmiş, iddiaçı Nümayəndə1 ilə cavabdeh "xxxx" firması arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsi 11 aprel 2023-cü il tarixdən xitam verilmiş hesab edilmiş, cavabdeh "xxxx" firmasından 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 (iki yüz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci və 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105597,5 (yüz beş min beş yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Nümayəndə1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarəçi tərəfindən 06 may 2022-ci il tarixili icarə müqaviləsi üzrə icarəyə veriləcək icarə obyekti ilə əlaqədar 70000 manat məbləğində avans ödənişi edilməsinə baxmayaraq, icarəyəverən tərəfindən məlum obyektin vaxtında təhvil verilməsi təmin olunmamış, eyni zamanda sonuncu tərəfindən 11 aprel 2023-cü il tarixdə məlum avans ödənişinin yarısı geri qaytarılmışdır. Bu halda isə müəyyən olunur ki, icarəyəverən "xxxx" Firması 06 may 2022ci il tarixli icarə müqaviləsinin şərtlərini pozmaqla yanaşı 11 aprel 2023-cü il tarixdə avans ödənişini qaytarmaqla sözügedən müqavilənin həmin tarixdən pozulmasını ifadə edən hərəkət etmiş və bununla da onun təşəbbüsü ilə müqaviləyə xitam verilmişdir. 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (yüz beş min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, müqavilə şərtlərinə görə icarə obyekti xx.xx.2023-cü il tarixdən icarəçiyə təhvil verilməli və icarəçi isə icarə obyektindən istfadəyə görə təmir müddəti bitdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdən icarə haqqı ödəməli idi. Müqavilənin 3.6-cı bəndinə əsasən, icarəyəverən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən aslı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh icarə obyektini qeyd olunan vaxtda icarəçiyə təhvil verməmiş, hətta 11 aprel 2023-cü il tarixdə avans məbləğinin yarısını geri qaytarmışdır. Göstərilənlərə və işin konkret hallarına görə məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada icra etməməklə, habelə 11 aprel 2023-cü il tarixdə avans ödənişinin yarısını geri qaytarmaqla birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam vermişdir. Buna görə də, 06 may 2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndinin tələblərinə uyğun olaraq 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti (70000 manat avans məbləğinin iki misli = 140000 manat 35000 manat geri qaytarılmış avans məbləği = 105000 manat) cavabdeh "xxxx" firmasından tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 385.1, 425.1, 427.3, 442, 675, 700.1, 421.2, 449.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1,119.2, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 9.1-1, 9.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.
18. Qətnamədən cavabdeh "xxxx" firması apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Məhkəmənin gəldiyi nəticə nə işin halları, nə də məhkəmə iclasında müzakirə olunan məsələlərlə uzlaşmadığından tamamilə əsassız və qanunsuzdur. Öhdəliyin icrasından imtina və müqavilənin ləğvi təşəbbüsü məhz iddiaçıdan irəli gəlmiş və məhkəmə də qətnaməsində istəmədən həmin halları təsdiq edərək yekunda iddia tələbini təmin etmişdir. Belə ki, avans məbləğinin ikiqat qaytarılmasını özündə əks etdirən mübahisəli müqavilənin 3.6-cı bəndindən görünür ki, “icarəyə verən bu Müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitamını tələb edərsə, bu zaman icarəyə verən icarəçinin icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Nə iş materiallarında, nə də məhkəmədə işə baxılan zaman, cavabdehin müqaviləni birtərəfli qaydada xitamını tələb etməsini sübut edə biləcək hal müəyyən edilməmişdir. Əksinə, məhkəmə iclaslarının hər birində, bağlanmış müqavilənin ləğv edilməsinin əleyhinə olduğumuzu, əvvəlki icarəçinin qeyri-yaşayış sahəsini məcburi boşaltması ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və icra edildikdən dərhal sonra öhdəliyimizi yerinə yetirməyə hazır olduğumuzu bildirmişik. Lakin, məhkəmənin iş materiallarında olan 11 aprel 2023-cü il tarixli akta və çatdırılma tarixi iş materialları ilə müəyyən edilməyən məktuba istinad edərək, iddiaçı tərəfindən mübahisəli icarə müqaviləsi bağlanarkən ödənilmiş avans məbləğinin 35.000 manatının qaytarılmasını cavabdeh tərəfindən müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi kimi qəbul edərək müqavilənin birtərəfli qaydada tərəfimizdən xitam verməyimiz qənaətinə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. İşə baxan məhkəmə ümumiyyətlə avans məbləğinin yarısının geri qaytarıması ilə bağlı araşdırma aparmış olsaydı, aydın olardı ki, həmin məbləğ, cavabdehin öhdəlikdən imtina etməsi səbəbindən deyil, cavabdehə məxsus qeyriyaşayış sahəsinin əvvəlki icarədarı olan "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etməsi və mübahisənin mülki mühakimə icraatı çərçivəsində həll edilməsi məcburiyyətindən irəli gəlmişdir. İddiaçının baş verənlərdən məlumatı olmuş və qarşılıqlı razılıq əsasında iddiaçının digər restoranında təmir işlərinin aparılması üçün müəyyən pul məbləği tələb olunduğundan avans üçün ödənilmiş pulun bir hissəsi geri qaytarılmışdır. Tərəflərin razılaşmasına əsasən iddiaçı "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini boşaltmasını gözləyəcəyini bildirmiş, hətta qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı iddia ərizəsinin məhkəməyə hazırlanıb verilməsi üçün işçisi, hazırkı iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 "xxxx" firmasına hüquqşünas vəzifəsinə götürülməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən də görünür ki, Nümayəndə3 13 mart 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında "xxxx" firmasına hüquqşünas vəzifəsinə işə götürülmüş və iddia ərizəsini hazırlayaraq xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə təqdim etmişdir. Həmin kommersiya işi üzrə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə olan hazırlıq iclaslarında "xxxx" firmasının nümayəndəsi kimi iştirak etmişdir. Bu hallar da onu təsdiq edir ki, hazırkı iş üzrə cavabdehin öhdəliyin icrasından imtinası olmamış, tərəflərin razılığına əsasən "xxxx" MMC məhkəmə qətnaməsi ilə qeyri-yaşayış sahəsindən çıxarılanadək öhdəliklərin icrasına möhlət verilmişdir. Əgər həqiqətən də, cavabdeh öhdəliyin icrasından aprel ayında imtina etmiş olsaydı, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hüquqşünası ilə əmək müqaviləsi bağlamağa da ehtiyac qalmazdı. Digər tərəfdən, hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Mülki Məcəllənin “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllə avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadının 49-51-ci bəndləri). Göründüyü kimi, avans öhdəliyin icrasını təmin etmə üsulu olmadığından müqavilədə onun tənasübsüz yüksək məbləğdə qaytarılmasını tələb etmək hüquqdan sui istifadə etməklə yanaşı, həm də “Qızıl- Gül” firmasını əlverişsiz vəziyyətə salmışdır. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62). Beləliklə, iddiaçı cavabdehin hazırda 3-cü şəxslə qüvvədə olan icarə müqaviləsindən məlumatlı olaraq, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməmə riskini də bilmiş və nəticədə cavabdeh üçün açıq aşkar əlverişsiz şərt olan avans məbləğinin 2 misli miqdarında qaytarılması şərti qoymuş, işə baxan məhkəmə isə maddi hüquq normalarının tələblərini pozaraq “Qızıl - Gül” firmasının guya öhdəliyin icrasından imtina etməsi qənaətinə gəlmişdir. İşə baxan məhkəmə 11 aprel 2023-cü il tarixli akta qiymət verərək, cavabdeh tərəfindən öhdəliyin icrasından imtina etdiyi qənaətinə gəlmiş, lakin, həmin məbləğin hansı şəraitdə, hansı səbəbdən geri qaytarılmasını ümumiyyətlə araşdırmayaraq, iddia tələbini təmin etmiş və bununla da qeyd edilən prosessual hüquq normasını pozaraq qərəzlilik nümayiş etdirmişdir. Məhkəmə qeyd edilən aktı nəzərdən keçirmiş olsaydı, ən azından müəyyən edərdi ki, tərəflərin hər ikisi akta imza edərək qəbul etmişlər ki, 06 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə avans məbləği 70.000 manat deyil, 35.000 manat təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçının vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, məhkəmdə işə baxılan zaman cavabdehin nümayəndələri də 35000 manat avans borcunu etiraf etməklə, daha doğrusu bu hissədə iddianı qəbul etməklə ödənişi geri qaytarmağa hazır olduqlarını bildirmişlər. Bundan başqa, iş materiallarına əlavə edilmiş Nümayəndə1 cavabdeh "xxxx" firmasına təqdim etdiyi pretenziyaya, mediasıya təklifinə və digər məktublara heç bir rəsmi münasibət bildirməmiş, müzakirə üçün müraciət etməmişdir. İndi "Cavabdehin müqavilənin ləğvi barədə halın olmamasını bildirməsi" sadəcə özünü müdafiə təbiətindən irəli gəlmişdir. Cavabdeh icarə müqaviləsinin icrası məqsədi ilə öhdəliyi icra etməli olan tərəf kimi adi müzakirə belə təşkil etməmişdir. Bütün bunlar, xüsusən də cavabdehin başqa bir şəxslə icarə müqavilələri bağlaması onun öz öhdəliklərinin icrasına yanaşmasını meydana qoymaqla, bağlanmış hazırkı müqavilə icrasından yayınması kimi qəbul edirik. İddiaçı tərəfindən, təqdim olunmuş bütün sübutlar cavabdehin öz öhdəliyini icra etmədiyini təsdiq edir. Tərəfimizdən təqdim olunmuş sübutlar arasında heç bir ziddiyyət yoxdur. Cavabdehin qeyd etdiyi avans məbləğinin 2 mislinin geri qaytarılması barədə və müqaviləyə xitam barədə məktublar tam qanuni olmaqla ziddiyyət təşkil etmir. Həmin məktublar, o cümlədən xx.xx.2023-cü il tarixli məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Və bu günədək cavabdeh həmin məktublara dair hər hansı etiraz bizə və işə baxan məhkəməyə təqdim etməmişdir. Habelə cavabdehin icarə müqaviləsinə xitam tələbimizdən məlumatı olmuş, habelə təqdim olunmuş məktublarda, nəhayət iddia ərizəsində də avans məbləğinin iki mislinin qaytarılması ilə eyni zamanda müqavilənin xitam verilməsi tələbi də qoyulmuşdur. Lakin, cavabdeh bu hissədə rəsmi qaydada nə iddiaçıya, nə də məhkəmədə işə baxılan zaman heç bir etiraz və mülahizə təqdim etməmişdir. Eyni qaydada pretenziya məktubu da cavabdehə təqdim olunmuşdur ki, bu zaman da etiraz etməmişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh də icarə müqaviləsinə xitam verilməsində maraqlı olduğundan bunu öz hərəkətsizliyi və ya hərəkəti ilə ortaya qoymuşdur, hətta cavabdeh mübahisənin mediasıya vasitəsi ilə həllini də təklif edə bilərdi. Hazırkı mübahisəyə məhkəmədə baxılan zaman əlavə edilmiş sübutlarla, cavabdehin iddianı qismən də olsa etiraf etməsi ilə tam müəyyən olunur ki, cavabdeh "xxxx" firması ilə iddiaçı X6 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının icarəsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində icarə obyekti təhvil verilməli olduğu halda bu günədək təhvil verilməmişdir, cavabdeh iddiaçıdan 70000 manat məbləğində avans almış, lakin sonradan icarə obvektini təhvil verə bilməməsi səbəbindən aldığı avansın 35000 manatlıq hissəsini müqavilənin bağlanmasından təqribi 10 ay sonra geri qaytarmış, öhdəliyini icra etməmiş və icarə müqaviləsini birtərəfli qaydada pozmuşdur. Habelə cavabdeh icarə müqaviləsi ilə qəbul etmişdir ki, müqavilə onun təqsiri üzündən yaxud onun tərəfindən pozulduqda avans məbləğinin 2 mislini geri qaytaracaqdır. Qızıl-Gül firması ilə fiziki şəxs X7 arasında 23 aprel 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən ümumi sahəsi 1400 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müddəti 10 illik, icarə obyekti-2023- cü il tarixində icarəyə verən tərəfindən tərəflərin tərtib ediyi və imzaladığı təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verilir. Avans olaraq 105 000 manat ödənilməsi müqavilədə qeyd edilmiş və Vüsal Cəfərov tərəfindən Qızıl-Gul firmasına 105.000 manat ödənilmişdir. Cavabdeh firma həmin mübahisəli qeyri-yaşayış obyekti ilə bağlı 23 aprel 2022-ci il tarixdə fiziki səxs X16 arasında bu müqavilənin olmasına baxmayaraq, cavabdeh Qızıl-Gül firması daha bir müqavilə, eyni mahiyyətli, eyni şərtlərlə, eyni qeyriyaşayış sahəsi ilə bağlı, Nümayəndə1 arasında xx.xx.2022- ci il tarixdə 10 illik müddətinə icarə müqaviləsi bağlanmış, həmin qeyri yaşayış sahəri 01 yanvar 2023-cü il tarixdə Nümayəndə1 təhvil verilməli idi. Gördünüyü kimi, cavabdeh Qızıl-Gül firması müxtəlif vaxtlarda ay fərqi ilə xx.xx.2022-ci il tarixdə Cəfərov Vüsal ilə, 06 may 2022-ci il tarixdə isə Nümayəndə1 ilə qeyri-yaşayış sahəsi ilə bağlı eyni müddətə icarə müqaviləsi bağlamış, həmin qeyri-yaşayış sahəsini Nümayəndə1 01 yanvar 2023-cü il tarixdə, digər bir şəxsə isə 20 mart 2023-cü il tarixdə təhvil verəcəyi barədə müqavilədə qeyd edilmişdir. Hər iki müqavilə üzrə də avans, Nümayəndə1 tərəfindən 70.000 manat, Vüsal Cəfərov tərəfindən isə 105.000 manat ödənilmişdir. İndi sual olunur, bir qeyri-yaşayış sahəsi üzrə eyni şərtlərlə, demək olar ki, eyni vaxtda, eyni müddətə neçə hüquqi və ya fiziki şəxslə müqavilə bağlamaq olar. Təbii ki, eyni qeyri-yaşayış sahəsinin eyni vaxtda 10 il müddətinə 2 müxtəlif hüquqi və ya fiziki şəxsə verilməsi qeyri mümkündür. Yəni, cavabdeh bu hərəkəti ilə artıq qanunsuz hərəkət etmiş, 2 şəxsdən birini, mən deyərdim hətta hər ikisini aldatmışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh bu qeyri- yaşayış sahəsini müqavilə üzrə heç birinə təhvil verməmişdir. Hər iki müqavilə eyni şərtlərlə, eyni tələblərlə bağlanılmışdır. Həmin müqavilələrdə vacib şərtlərdən biri də ondan ibarətdir ki, müqavilənin 3.6-cı bəndi: bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçinin icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli miqdarında təzminat ödəməyi öhdəsinə götürür. İndi gəlin cavabdehin hansı müqaviləyə önəm verməsini, əsl niyyətini, hansı müqaviləni reallaşdırmaq istəməsini aydınlaşdıraq. Cavabdeh faktiki olaraq Cəfərov Vüsal ilə bağlanılmış müqaviləni həm de fakto, həm də jure əsas tutmuş, Nümayəndə1 ilə olan müqaviləyə xitam verməsini öz hərəkətləri, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ifadə etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2728/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Qızıl-Gül firması Bazarstore Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin boşaldılmasını və Qızıl-Gül MMC-yə təhvil verilməsini xahiş etmişdir. Göründüyü kimi, burada tərəflər Bazarstore ilə Qızıl-Gül MMC olmuşdur. Həmin qətnamə ilə müəyyən edilir ki, iddiaçı Qızıl-Gül Firması iddiaya əlavə verərək, X8 ilə icarə müqaviləsinin bağlanmasını, bunun nəticəsində dəymiş zərər 210000 manat və aylıq 35000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Həmin iddianı onunla əsaslandırmışdır ki, o qeyri-yaşayış sahəsini Cəfərov Vüsala təhvil verməlidir, vaxtında təhvil vermədiyinə görə avans məbləğinin 3 mislini 200.000 manat pulun geri götürməsini təsdiq edən akt məhkəməyə təqdim etməklə, Bazarstore MMC-nin hərəkəti nəticəsində maddi ziyana uğradığını bildirmişdir. Yəni cavabdeh həmin işdə artıq niyyəti tam açıq-aşkar bildirmiş, qeyri-yaşayış sahəsinin Cəfərov Vüsalla olan müqavilənin icrası ilə bağlı boşaldılmasını tələb etməsini həm iddia ərizəsində, həm məhkəmədə müəyyən edilmiş hallarla tam sübuta yetirir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İşin bu hallarından görünür ki, cavabdehin niyyəti qeyri-yaşayış sahəsini boşaldaraq, Nümayəndə1 ilə bağlanılmış müqaviləni deyil, Cəfərov Vüsal ilə bağlanmış müqaviləni icra etmək olmuşdur. Buna sübut məhkəmə qətnaməsində müəyyən edilmiş hallardır. Çünki Bazarstore MMC-yə qarşı qaldırılmış iddiaya səbəb məhz Vüsal Cəfərov ilə bağlanılmış müqavilənin icrasının qeyri-mümkünlüyü olmuşdur. Digər məqam ondan ibarətdir ki, qeyri- yaşayış sahəsini boşaldıb vaxtında Cəfərov Vüsala təhvil verə bilmədiyinə görə Vüsal Cəfərova müqavilədə nəzərdə tutulan və ödənilmiş avansın 3 mislinin qaytarılması nəzərdə tutulmasına görə cavabdeh tərəfindən 200.000 manat Vüsal Cəfərova ödənilmişdir. Bu halla bağlı Qızıl-Gül MMC ilə Bazar Store MMC arasında olan məhkəmə mübahisəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2728/2023 saylı qətnamə olmuşdur. Həmin qətnamədən görünür ki, cavabdeh Qızıl- Gül öz iddiasında Vüsal Cəfərova aktla 200.000 manat qaytardığını qeyd etmişdir. Qeyd edilən mülki işin materiallarında 200.000 manatın qaytarılmasına dair akt mövcuddur. Bu məqamı vurğulamaqla məhkəmə kollegiyasının diqqətini aşağıdakı məsələyə yönəltmək istəyirəm. Necə olur, Vüsal Cəfərova obyekti vaxtında təhvil vermədiyinə görə, onunla arasında olan müqaviləyə xitam vermədən götürdüyü pulun 2 mislini geri qaytarır, lakin eyni şərtləri əks etdirən eyni mahiyyətli müqavilədə Qızıl-Gül MMC Vüsal Cəfərovla eyni vəziyyətdə olan iddiaçı Nümayəndə1 ödənilmiş avansın 2 mislini qaytarmağa bəhanə edir? Deməli buradan aydın olur ki, faktiki olaraq cavabdeh Qızıl-Gül MMC müqavilənin mübahisələndirdiyi şərtini heç bir qeyd şərt olmadan olduğu kimi qəbul edir. X10 müqaviləni icra etmək niyyətində ola-ola, ona münasibətdə avansın 2 qatının qaytarılmasını təmin edir, lakin Vüsal Cəfərovla eyni vəziyyətdə olan Nümayəndə1 münasibətdə müqavilənin xitam olunmamasını cavabdeh bəhanə gətirirək, öhdəliyi yerinə yetirmir. Necə olur ki, Vüsal Cəfərovla olan müqaviləni icra etmək niyyəti ortada ola-ola, ona xitam vermədən bəhanəsiz ödənilmiş avansın 2 mislini qaytarır, Nümayəndə1 münasibətdə müqavilənin xitam olunmadığını əsas gətirir. Əslində Qızıl-Gül MMC-nin bütün hərəkətləri, Bazar Store MMC ilə Qızıl-Gül firması arasında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq məhkəmə qətnaməsi bütün bunları sübut edir ki, Qızıl-Gül firması Nümayəndə1 ilə bağladığı müqaviləni ciddi olaraq qəbul etməyib, hətta onu aldatmışdır, nəticədə 70.000 manat avans almışdır. Yəni, Nümayəndə1 bilə -bilməzdi ki, Qızıl- Gül Firması 06 may 2022- ci ildə onunla müqavilə bağlayarkən, artıq bir neçə gün öncə xx.xx.2022-ci ildə Vüsal Cəfərovla eyni obyekt barəsində eyni müddətə müqavilə bağlamışdır. Bunu təbii ki, Qızıl- Gül firması bilirdi və bilə-bilə Vüsal Cəfərovdan 105.000 manat avans aldığı halda, əlavə olaraq, 06 may 2022-ci ildə yeni müqvaılə bağlayaraq Nümayəndə1 70.000 manat avans qismində pul alır. Necə deyərlər hər şey göz önündədir. Heç burada nəyisə şərh etməyə dəyməz. Bu əsassız varlanmadırmı? Mənimsəmədirmi? Həm də bir kazus olaraq, məncə hamını düşündürən bir məsələdir. Digər bir əhəmiyyətli məqam ondan ibarətdir ki, Qızıl-Gül firması 11 aprel 2023-cü ildə ödənilmiş avansın- 70.000 manatın yarısını 35.000 manat pulu iddiaçıya geri qaytarmış və bununla da həmin icarə müqaviləsi üzrə icarəyə verən olaraq üzərinə düşən öhdəliklərin icrasından birtərəfli qaydada imtina edilməsinin ifadə olunduğu iradəsini ifadə etmişdir. Belə ki, Qızıl-Gül firmasının əsl niyyəti yəni obyektin kimə icarə verəcəyi elə həmin qətnamədə tam olaraq öz əksini tapır. Bu da Qızıl-Gül firmasının niyyətinin bariz sübutundan biridir. Daha sonra icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçinin icarə obyektinə çəkdiyi bütün təmir- tikinti xərclərini və icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminatın ödənilməsi müqavilədə birmənalı göstərilmişdir.Fakt olaraq cavabdeh icarə obyektini təhvil verməyi öhdəsinə götürsdə də, bu obyekti təhvil verməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi və bildirdi ki,: "xxxx" MMC icarə obyektini təhvil verməkdən imtina etdikdən sonra məhkəmədə iddia qaldırılmış, iddia tələbimiz təmin edilmişdir. Proseslərin gedişində iddiaçı pula ehtiyacı olduğunu bildirərək vermiş olduğu 70000 manat avansın 35000 manatının geri qaytarılmasını xahiş etmişdir. Tərəflər arasında olan münasibətlərə əsaslanaraq 35000 manat əl-bəəl iddiçıya geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi 35000 manatın iddiaçıya geri qaytarılmasını müqaviləyə bizim tərəfimizdən xitam verilməsi kimi qiymət vermişdir. İcarəçinin 35000 manatı aldıqdan dərhal sonra iddia qaldırması, məhkəmə proseslərinə başlaması sübut edir ki, qarşı tərəfin müqaviləni pozmaq niyyəti olmuşdur. İddiaçı tərəf cavabdehə göndərdiyi pretenziya məktubunda qeyd edir ki, müqaviləni pozmaq ixtiyarı vardır və obyekt ona təhvil verilmədiyinə görə müqaviləni pozur. Lakin hal-hazırda sanki müqavilə pozan tərəf cavabdeh tərəfdir kimi qeyd edilir. Halbuki müqaviləni pozan tərəf iddiaçıdır. Qarşı tərəfin iddia ərizəsində də tələb kimi qeyd edilmişdir ki, 06 may 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilsin və ödədikləri pulun iki misli iddiaçıya geri qaytarılsın. Yəni, qarşı tərəf iddia qaldıran zaman müqaviləyə xitam verilməsini istəyirsə, müqavilənin o zaman qüvvədə olduğunu etiraf edir. Birinci instansiya məhkəməsinin qətnaməsində ziddiyyətli olaraq həm müqaviləyə xitam verilməsi qət edilib, həm də müqaviləyə bizim tərəfimizdən xitam verildiyi bildirilmişdir. "xxxx" MMC ilə davam edən məhkəmə proseslərində "xxxx" MMC-ni obyektdən çıxartmağa çalışarkən nəyə görə eyni zamanda iddiaçı ilə müqaviləyə xitam verək? Obyekt hal-hazırda da boşdur. Sentyabr ayında qətnamə qəbul edilmiş, "xxxx" MMC obyekti təhvil vermişdir. Sentyabr ayından aprel ayında qədər obyekt boşdur və cavabdeh obyektdən fayda əldə edə bilmir. İddiaçı ilə müqaviləyə xitam verməkdə cavabdehin heç bir marağı olmamışdır. Bizim niyyətimiz "xxxx" MMC-ni obyektdən çıxardaraq iddiaçıya təhvil vermək olmuşdur.
22. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının və iddiaçının vəkilinin suallarını cavablandırıaraq bildirmişdir ki,:“müqavilə şərtinə əsasən obyekti xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verməli idik. İcarə müqaviləsinin şərtinə əməl olunmadı, amma müqavilə şərtinə əməl olunmaması bizdən asılı olmamışdır. Məhkəmə qətnaməsində istinad olunan müqavilənin 3.6-cı bəndində qeyd edilir ki, icarəyə verən tərəfindən müqavilə pozularsa, icarəyə verən avans olaraq ödənilmiş icarə haqqı məbləğlərinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Müqavilənin pozulması ilə bağlı cavabdehin nə faktiki, nə yazılı, nə şifahi iradə ifadəsi yoxdur. xx.xx.2023-cü il tarixdən sonra işin halları, müqavilə şərtləri dəyişmiş, iddiaçı dəfələrlə şifahi olaraq obyektin təhvil veriləcəyini gözləyəcəyini bildirmişdir. Cavabdeh iddiaçı Nümayəndə1 obyekti gözləməsinə etibar edərək "xxxx" MMC-ni obyektdən çıxartmışdır. Hazırkı vəziyyətdə zərərçəkən tərəf cavabdehdir. "xxxx" MMC obyektdən çıxdıqdan sonra, Sumqayıt Kommersiya Məhkəməsində proses gedən zaman belə iddiaçıya təkliflər verilmişdir. Lakin iddiaçı tərəf müqavilənin şərtlərini dəyişərək fərqli qiymətlər təklif etdiyinə görə tərəflər arasında razılaşma olmamışdır. Təmir işlərini iddiaçı etməli idi. "xxxx" MMCnin nə qədər icarə haqqı verdiyini xatırlamıram. Əlavə olaraq bildirim ki, iddiaçının atası Etibar bəylə cavabdeh şirkətin rəhbərliyi arasında yaxın münasibətlər olmuşdur. Tərəflər arasındakı etibar münasibətlərinə əsaslanaraq və obyektin yerləşdiyi məkanın prestiji səbəbindən tərəflər "xxxx" MMC tərəfindən obyektin təhvil veriləcəyi müddətdən 7-8 ay öncə müqavilə bağlamışlar. Etibar bəy cavabdehə təklif etmişdir ki, yerli bazarda tanınmış iş insanı olduğuna görə və əlaqələri olduğu "xxxx" MMC ilə münasibətlərinin pozulmaması üçün müqaviləni başqa şəxsin – Vüsal Cəfərovun adına rəsmiləşdirsinlər. Nümayəndə1 ilə icarə müqaviləsi 06 mayda, eyni şərtlərlə Vüsal Cəfərovla icarə müqaviləsi bu tarixdən 10 gün öncə bağlanmışdır. Nəticədə iddiaçı ilə olan münasibətləri gizlətmək məqsədilə yalan əqd bağlanmışdır. Vüsal Cəfərovla müqavilə bağlandıqdan sonra iddiaçı problem çıxa biləcəyini düşünərək özü ilə müqavilə bağlamağı təklif etmişdir. Məlumat üçün bildirək ki, Vüsal Cəfərovla bağlanmış müqaviləyə xitam verilmiş, 1 gün sonra iddiaçı ilə müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsində Vüsal Cəfərovla bağlanmış müqaviləni biz təqdim etmişdik. Qarşı tərəf bizim fərqli insanlarla müqavilə bağladığımızı iddia edir, bu halın həqiqəti əks etdirmədiyini bildiririk. Biz 35000 manatı qaytarmağa hazırıq. "xxxx" MMC ilə bağlanmış müqavilənin şərtlərini bilmirəm. "xxxx" MMC xx.xx.2023-cü il tarixdən obyektdən çıxmalı idi. Müqavilə şərtləri cavabdeh deyil, iddiaçı tərəfdən təklif edilmişdir, bu səbəbdən də "xxxx" firması ilə "xxxx" MMC arasında bağlanmış müqavilə ilə, "xxxx" firması ilə Nümayəndə1 arasında bağlanmış müqavilənin şərtləri eyni ola bilməz. Müqavilənin 10 il müddətinə uzadılması kimi bənd olsaydı, "xxxx" MMC-nin obyektdən çıxarılması barədə məhkəmə qətnaməsi olmazdı, sözügedən iddia tələbimiz təmin edilməzdi. "xxxx" MMC ilə daha öncə məhkəmə mübahisəmiz olmamışdır. Vüsal Cəfərovdan faktiki olaraq avans alınmamışdır. İddiaçı ilə icarə müqaviləsi bağlamamışdan 1-2 gün öncə Vüsal Cəfərovla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Xitam müqaviləsini təqdim edə bilərik. Obyektin təhvil verilməsi üçün iddiaçı tərəfdən cavabdehə müraciətlər olmamışdır. Məhkəmədə iddia qaldırmazdan 1 ay öncə pretenziya göndərilmişdir. "xxxx" MMC ilə olan məhkəmə mübahisələrində "xxxx" firmasını iddiaçının hüquqşünası təmsil etdiyinə görə iddiaçının davam edən proseslərdən məlumatı olmuşdur. "xxxx" MMC obyektdən çıxdıqdan sonra obyekt iddiaçı Nümayəndə1 təklif olunmuşdur. 35000 manatı qarşı tərəf istədiyinə görə geri qaytarmışıq. Müqaviləni pozmaq niyyətimiz olsaydı, avans məbləğinin iki mislini ödəmək riski olduğuna görə tam həcmdə qaytarardıq. Müqaviləni pozmaq niyyətimiz olmamışdır. Tərəflər arasındakı münasibətlərə etibar edərək pula ehtiyacları olduğuna geri 35000 manat avansı geri qaytarmışıq. Avansı geri qaytarmaqda qanunvericilikdə heç bir məhdudiyyət yoxdur.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, cavabdeh tərəfin müqaviləyə xitam vermək niyyəti olmuşdur. 23 aprel 2022-ci il tarixdə Vüsal Cəfərovla "xxxx" firması arasında eyni şərtlərlə eyni müddətə icarə müqaviləsi imzalanmış, 10 gün sonra iddiaçı ilə müqavilə bağlanmışdır. 10 gün fərqlə eyni şərtlərlə müqavilə bağlanmışdırsa, aydındır ki, sözügedən iki müqavilədən biri icra olunacaqdır. Həmçinin, cavabdeh 23 aprel tarixdə Vüsal Cəfərovdan 105000 manat məbləğində avans almışdır. Bizim sözügedən müqavilədən məlumatımız olmamışdır.
24. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının və qarşı tərəfin vəkilinin suallarını cavablandıraraq bildirdi ki,: “cavabdeh birinci Vüsal Cəfərovdan 105000 manat məbləğində avans almışdır. "xxxx" MMC-nin obyektdən çıxarılması barədə məhkəmə qətnaməsində müəyyən olunmuş hal vardır. Müvafiq qətnamədə bildirilir ki, "xxxx" MMC obyektdən çıxmadığına, obyekti Vüsal Cəfərova təhvil verə bilmədiyinə görə avansın 2 misli miqdarında 200000 manat qaytarmaq məcburiyyətində qalmışdır. Həmin iş materiallarında müvafiq sənədlər vardır, bu halın sübuta ehtiyacı yoxdur. Qeyd olunan hal sübut edir ki, cavabdeh tərəfin niyyəti obyekti boşaldıb Vüsal Cəfərova təhvil vermək olmuşdur. Müqavilə öhdəliyi icra olunmamışdır. Müqavilənin icra edilməsi üçün cavabdehə dəfələrlə müraciət edilmişdir. Sonda razılıq əldə edilmişdir ki, iddiaçı ilə bağlanmış müqavilə pozulsun, buna görə də avans məbləğinin bir hissəsi qaytarılsın, amma "xxxx" firmasının hüquqşünası "xxxx" MMC-nin obyektdən çıxarılması üçün cavabdehə kömək etsin. Cavabdehin müqaviləni davam etdirmək barədə heç bir niyyəti olmamışdır. İddiaçının pulunun yarısı mənimsənilmişdir. İcarə müqaviləsinin 3.6-cı bəndinə əsasən icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçinin icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğlərinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Vüsal Cəfərovla olan müqavilə üzrə həmin müqavilə xitam olunmadan avansın 3 misli qaytarılmışdır. Hesab edirik ki, hazırkı iddiaçı da Vüsal Cəfərovla eyni vəziyyətdədir. İstinad etdiyimiz iki hal vardır. Belə ki, 35000 manat avansın bizə geri qaytarılması və müvafiq məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən Vüsal Cəfərova avansın 2 mislinin qaytarılması, obyekti Vüsal Cəfərova təhvil vermək iradəsinin olmasının müəyyən edilməsidir. 35000 manat 2023-cü ilin aprel ayında bizə qaytarılmışdır. 35000 manat qaytarılan zaman tərəflər arasında akt tərtib edilmişdir, bu işin mübahisəsiz halıdır. Şifahi olaraq müqavilənin reallaşmayacağını bildirmişdilər, lakin bununla bağlı yazılı bildirişləri olmamışdır. Müqavilənin hər hansı bəndinin yerinə yetirilməməsi artıq müqaviləni pozmaq deməkdir. Cavabdeh tərəfindən artıq müqavilənin pozulması niyyəti ifadə edildiyinə görə, iddiaçının hüquqşünası Nümayəndə3 artıq neytral şəxs olmuşdur. Bundan sonra siz xahiş etdiyinizə görə iddiaçının hüquqşünası cavabdehə kömək etmişdir. Münasibətlər pozulduqdan, iddiaçı Vüsal Cəfərovla "xxxx" firması arasında olan müqavilədən məlumatlı olduqdan sonra tərəflər pulun tam qaytarılması ilə bağlı razılaşsalar da, cavabdeh pulun yarısını qaytarmışdır. İddiaçı 35000 manat deyil, avansı tam həcmdə istəmişdir, lakin iddiaçını razı salaraq 35000 manatı qaytarmışdırlar. Tərəflər arasında artıq müqavilənin pozulması ilə bağlı qarşılıqlı razılaşma olmuşdur. Vüsal Cəfərovla "xxxx" firması arasında olan müqavilədən cavabdeh "xxxx" MMC-nin obyektdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldıran zaman məlumatımız olmuşdur. Cavabdehlə 06 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanan anda 23 aprel 2022-ci il tarixdə Vüsal Cəfərovla "xxxx" firması arasında bağlanmış müqavilədən məlumatımız olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarı
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, icarəyəverən "xxxx" firması ilə icarəçi Nümayəndə1 arasında 06 may 2022-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının cavabdeh tərəfindən 01 yanvar 2023-cü il tarixdə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş və müqavilə bağlanan gün icarəçi Nümayəndə1 tərəfindən icarəyə verən "xxxx" firmasına 70000 (yetmiş min) manat avans ödənişi edilmişdir. Cavabdeh "xxxx" firması tərəfindən müqavilədə nəzərdə tutulan müddətdə qeyri-yaşayış binası iddiaçının istifadəsinə verilməmiş, ödənilmiş 70000 manatlıq avans ödənişinin yarısı, yəni 35000 (otuz beş min) manatlıq hissəsi 11 aprel 2023-cü il tarixdə icarəyə verən "xxxx" firması tərəfindən icarəçi Nümayəndə1 geri qaytarılmışdır. İcarə obyektinin təhvil verilməsi məqsədilə rəsmi qaydada 08 iyun 2023-cü il tarixdə və 31 avqust 2023-cü il tarixdə məktubla cavabdehə müraciət olunmuşdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, öhdəliyin icrasından imtina və müqavilənin ləğvi təşəbbüsü məhz iddiaçıdan irəli gəlmişdir, cavabdehin bu halla bağlı təqsiri, məsuliyyəti olmamışdır, bu səbəbdən avans məbləğinin ikiqat qaytarılması ilə bağlı müqavilə bəndi də tətbiq oluna bilməzdi, həmin bənddən irəli gələrək cavabdeh icarəyəverən tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi halı olmamamışdır, iddiaçı baş verənlərdən məlumatlı olmuş və qarşılıqlı razılıq əsasında öhdəliklərin icrasına möhlət verilmişdir. Məhkəmə əsassız olaraq ödənilmiş avans məbləğinin 35.000 manatının qaytarılmasını cavabdeh tərəfindən müqavilənin icrasından birtərəfli qaydada imtina kimi qiymətləndirmişdir.
32. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
34. İşin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur.
35. Belə ki, icarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə icarəçi Aydınzadə 06 may 2022-ci il tarixli aktla iddiaçı tərəfindən cavabdehə 70000 manat məbləğində avans ödənişi edilmiş, müqavilə vaxtında icra edilməmiş, icrasız qalmış, iddiaçı tərəfindən ödənilmiş avans məbləğinin yarısı, təqribən 1 il sonra- 11 aprel 2023-cü il tarixdə geri qaytarılmış, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək müqavilənin ləğvinə dair bildirişlər göndərmiş, cavabdeh isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə etmişdir.
36. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşib gerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.
37. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir...(Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)- 600/2023 nömrəli qərarı).
38. İstinad olunan mövqelərdən göründüyü kimi, cavabdeh müqavilənin ləğvini tələb etmədiyini, bununla bağlı müraciətinin olmadığını bildirsə də, qanunverici iddiaçının halında məhkəməyə müvafiq tələblə müraciət etmək hüququnu tanımışdır.
39. İş materialları ilə müəyyən olunur ki, 06 may 2022-ci il tarixli icarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə eyni tarixdə tərəflər arasında imzalanmış akt əsasında icarəçi tərəfindən icarəyə verənə 70000 (yetmiş min) manat avans ödənişi icra edilmişdir. İcarə müqaviləsinin 2.1-ci bəndinə görə icarə obyektinin 01 yanvar 2023-cü il tarixində tərəflərin tərtib etdiyi və imzaladığı təhvil-təslim aktı ilə icarəçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. İcarəyə verən icarə obyektini müqavilə şərtləri ilə müəyyənləşdirilmiş müddətdə təhvil verməmişdir. Bu isə iddiaçının qanunla qorunan mənafeyinin pozulmasına və ona maddi zərər vurulmasına səbəb olmuşdur.
40. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
41. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
42. Cavabdeh iddiaya etirazında, apellyasiya şikayətinin dəlillərində, nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, "xxxx" Firması ilə iddiaçı arasında icarə müqaviləsi bağlananda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış icarə müqaviləsinin müddətinin 01 yanvar 2023-cü il tarixdə bitəcəyini zənn etmiş, sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə obyektini müqaviləyə əsasən 15 mart 2023-cü il tarixdə təhvil verməli olması müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndindəki şərtin yerinə yetirilməməsi, yəni icarə obyektinin təhvil verilə bilməməsi cavabdehin iradəsindən asılı olmamışdır. Müqaviləni pozmaq niyyətləri olsaydı, avans məbləğinin iki mislini ödəmək riski olduğuna görə tam həcmdə qaytarardılar. Müqaviləni pozmaq niyyəti olmamışdır. Tərəflər arasındakı münasibətlərə etibar edərək pula ehtiyacları olduğuna geri 35000 manat avansı geri qaytarmışlar.
43. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarına Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2728/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi əlavə olunmuşdur. Həmin qətnamənin məzmunu ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Firması cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 1600 kv.m olan qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" MMC-nin qəsdi və maneələrinin aradan qaldırılması, cavabdehin hesabına boşaldılması və "xxxx" Firmasına təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq 210000 manat məbləğində pulun və xx.xx.2023-cü il tarixdən hazırki iş üzrə yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək aylıq 35000 manat məbləğində pul (əldən çıxmış fayda), ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 675 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Həmin qətnamədə işin aşağıdakı halları müəyyən olunmuşdur: “...23 aprel 2022-ci il tarixli aktda qeyd olunur ki, “icarəyə verən” "xxxx" firması və “icarəçi” X7 arasında 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi üzrə X7 "xxxx" firmasının direktoru Nümayəndə4 105000 manat avans ödəmişdir. Bu ödənilmiş 105000 (yüz beş min) manat avans məbləği gələcəkdə aylıq icarə haqqı məbləğindən çıxılacaqdır. İcarəyə verən direktoru Nümayəndə4 105000 manat avans məbləğini qəbul etiyini öz imzası ilə təsdiq edir. Akt "xxxx" firmasının möhürü ilə təsdiq edilmiş, icarəçi X7 qeyd edilməklə imzalanmışdır. ...11 aprel 2023-cü il tarixli aktda qeyd olunur ki, “icarəyə verən” "xxxx" firması və “icarəçi” X7 arasında 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi üzrə X7 "xxxx" firmasının direktoru Nümayəndə4 23 aprel 2022-ci il icarə müqaviləsi bağlanarkən müqavilənin 3.5 bəndinə əsasən icarə obyekti vaxtında təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 3 misli həcmində təzminat ödəməyi öhdəsinə götürmüşdür. 11 aprel 2023-cü il tarixində icarəyə verən "xxxx" firmasının direktoru Nümayəndə4 315000 manat avans məbləğindən 200000 manatı X3 geri ödəyir. X7 ödədiyi 200000 manatı geri götürdüyünü öz imzası ilə təsdiq edir. Bundan sonra X4 "xxxx" Firması direktoru Nümayəndə4 Məhəməd oğluna ödədiyi avans məbləği 115000 manat təşkil edir. Akt "xxxx" firmasının möhürü ilə təsdiq edilmiş, icarəçi X7 qeyd edilməklə imzalanmışdır. "xxxx" firması tərəfindən "xxxx" MMC-yə göndərilmiş 27 mart 2023-cü il tarixli 2023/10 saylı pretenziya məktubunda ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 gün ərzində boşaldılmaqla təhvil verilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
45. İşin sadalanan hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh olan "xxxx" firması ilə "xxxx" MMC arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 10 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmiş, icarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitmişdir. Lakin bu müddət bitmədən cavabdeh "xxxx" firması eyni icarə obyekti üzrə X7 ilə 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi, daha sonra hazırki iş üzrə iddiaçı Nümayəndə1 ilə 06 may 2022-ci il tarixli icarə müqaviləsi bağlamışdır.
46. Cavabdeh hazırda iddia edir ki, müqavilə münasibətlərində öhdəliyin pozulması halı onun təqsiri üzündən baş verməmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsi və avansın ikiqat mislinin tələb edilməsi də əsassızdır. Həmçinin müqavilənin 3.6-cı bəndinə müvafiq olaraq icarəyəverən yalnız müqaviləyə birtərəfli qaydada xitam verdikdə avans məbləğinin iki mislinin qaytarılması nəzərdə tutulmuşdur. Yəni cavabdeh bildirir ki, hazırki şəraitdə həmin müqavilə bəndi üzrə iddiaçının ödənilmiş avans məbləğinin iki mislini tələb etmək hüququ yoxdur. Cavabdeh tərəf ödənilmiş 70 000 manatın qalığı olan 35 000 pulu qaytarmağa hazırdır.
47. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh digər mülki dövriyyə iştirakçıları ilə müvafiq icarə obyekti ilə bağlı müqavilələr bağlamış, bir müqavilə üzrə aylıq ödənişlər əldə etmiş, digər müqavilə üzrə əvvəlcədən 200 000 manat avans məbləği əldə etmiş, həmin müqavilənin mövcudluğu şəraitində üçüncü kontragentlə, yəni hazırki iş üzrə iddiaçı ilə də müqavilə bağlamış, bundan əlavə avans məbləği əldə etmişdir. Halbuki, iddiaçının nümayəndəsi və vəkili bildirdiyi kimi, digər icarəçi ilə müqavilə olmasından iddiaçı tərəfin məlumatı olsaydı, hazırki müqavilə bağlanmazdı. İddiaçı hazırki şəraitdə müqavilənin vicdanlı tərəfi kimi, üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, 70 000 manat ödəniş edərək müqavilədə göstərilən müddətdə və şərtlərlə icarə obyektindən istifadə edəcəyinə və gəlir götürəcəyinə ümid etmiş, bununla bağlı qarşı tərəfə müraciətlər etmiş, qarşı tərəfdən isə müqavilə öhdəliklərinin icrası üçün hər hansı addımın atıldığı, müqavilə şərtlərinin yerinə yetirilməsi üçün hər hansı səy göstərildiyi müəyyən olunmur.
48. Halbuki, 06 may 2022-ci il tarixli müqavilənin 9.4-cü bəndi ilə də müəyyən olunur ki, müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən tərəf bu öhdəliklərin yerinə yetirilməsinə görə ona mane olan halların başlanması və qurtarması haqqında digər tərəfi yazılı surətdə xəbərdar etməlidir.
49. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı tərəf "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini boşaltmasını gözləyəcəyini bildirmiş, hətta qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı iddia ərizəsinin məhkəməyə hazırlanıb verilməsi üçün işçisi, hazırkı iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 "xxxx" firmasına hüquqşünas vəzifəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh iddiaçı Nümayəndə1 obyekti gözləməsinə etibar edərək "xxxx" MMC-ni obyektdən çıxartmışdır.
50. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən də göründüyü kimi, həmin iddianı qaldıran "xxxx" firması icarəçi X5 icarə obyektini vaxtında təhvil verə bilmədiyinə istinad etmiş və müvafiq iddianı qaldırmışdır.
51. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili onunla bağlı olmuşdur ki, avans öhdəliyin icrasını təmin etmə üsulu olmadığından müqavilədə onun tənasübsüz yüksək məbləğdə qaytarılmasını tələb etmək hüquqdan sui-istifadə etməklə yanaşı, həm də “Qızıl- Gül” firmasını əlverişsiz vəziyyətə salmışdır.
52. Kollegiya bu dəlili də əsassız hesab edir. Belə ki, əvvəla avansın ikiqat mislinin qaytarılması ilə bağlı müqavilə bəndi tərəflərin mülki hüquq subyekti kimi iradə sərbəstliyini əks etdirir və onların müqavilə azadlığı hüququndan istifadə etməklə bağlanmışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini icra etməyəcəyini əvvəlcədən bilərək həmin məbləği iddiaçıdan qəbul etmişdir. Bakı Kommesiya Məhkəməsinin qətnaməsi ilə də bu hal təsdiq olunur. Cavabdehin niyyəti qeyri-yaşayış sahəsini boşaldıb, hazırki iş üzrə iddiaçı Nümayəndə1 deyil, Vüsal Cəfərova təhvil vermək olmuşdur.
53. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili bildirmişdir ki, münasibətlər pozulduqdan, iddiaçı Vüsal Cəfərovla "xxxx" firması arasında olan müqavilədən məlumatlı olduqdan sonra tərəflər pulun tam qaytarılması ilə bağlı razılaşsalar da, cavabdeh pulun yarısını qaytarmışdır. İddiaçı 35000 manat deyil, avansı tam həcmdə istəmişdir, lakin iddiaçını razı salaraq 35000 manatı qaytarmışlar. Tərəflər arasında artıq müqavilənin pozulması ilə bağlı qarşılıqlı razılaşma olmuşdur. Vüsal Cəfərovla "xxxx" firması arasında olan müqavilədən cavabdeh "xxxx" MMC-nin obyektdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırılan zaman məlumatlı olmuşlar. Cavabdehlə 06 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanan anda 23 aprel 2022-ci il tarixdə Vüsal Cəfərovla "xxxx" firması arasında bağlanmış müqavilədən məlumatları olmamışdır.
54. İşdən də görünür ki, iddiaçı 70 min manat pulu avans kimi vermiş, kifayət qədər gözləmiş, cavabdeh isə keçən müddət ərzində müqavilənin icrası üçün heç bir şərait yaratmamışdır.
55. Kollegiyanın iclasında cavabdehin nümayəndəsi həmçinin o hallara istinad etmişdir ki, iddiaçının nüfuzlu atası cavabdehə təklif etmişdir ki, yerli bazarda tanınmış iş insanı olduğuna görə və əlaqələri olduğu "xxxx" MMC ilə münasibətlərinin pozulmaması üçün müqaviləni başqa şəxsin – Vüsal Cəfərovun adına rəsmiləşdirsinlər. Nümayəndə1 ilə icarə müqaviləsi 06 mayda, eyni şərtlərlə Vüsal Cəfərovla icarə müqaviləsi bu tarixdən 10 gün öncə bağlanmışdır. Nəticədə iddiaçı ilə olan münasibətləri gizlətmək məqsədilə yalan əqd bağlanmışdır. Vüsal Cəfərovla müqavilə bağlandıqdan sonra iddiaçı problem çıxa biləcəyini düşünərək özü ilə müqavilə bağlamağı təklif etmişdir. Vüsal Cəfərovla bağlanmış müqaviləyə xitam verilmiş, 1 gün sonra iddiaçı ilə müqavilə bağlanmışdır.
56. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin halların heç biri mötəbər sübutla təsdiqlənmir. Digər tərəfdən yuxarıda istinad olunan Bakı Kommesiya Məhkəməsinin qətnaməsində müəyyən olunmuş hallar da bu dəlillərin əsassız olduğunu bir daha təsdiqləyir.
57. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, istinad olunan qətnamənin qanuni qüvvəyə minməsi iş materialları ilə müəyyən olunmasa da, həmin dəlilləri hazırki iş üzrə cavabdeh olan "xxxx" firması təqdim etmmiş, iddianı həmin hallara istinad etməklə əsaslandırmış və bununla da iddia qismən təmin edilmişdir.
58. Məhkəmə kollegiyası şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
59. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).
60. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
61. Göstərilənləri nəzərə alaraq, icarəyəverən həmin müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
62. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdeh hazırda müqavilənin ləğvini istəmədiyini bildirsə də, avans olaraq ödənilmiş pulun cavabdehdə qalan 35 min manat hissəsini iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bu halı müqavilənin 3.6-cı bəndində qeyd olunmuş avansın ikiqat mislinin ödənilməsi öhdəliyindən cavabdehin yayınması kimi qiymətləndirir.
63. Qeyd edilənlərə istinadən məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli iş üzrə müqavilənin 3.6-cı bəndi (İcarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən aslı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürür.) yalnız icarəyəverənin tələbi ilə müqaviləyə xitmam verildikdə avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürməsini müəyyən etsə də, icarəyəverən tərəfindən əsassız olaraq müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və son nəticədə müqavilənin baş tutmaması səbəbindən müqaviləyə icarəyəverənin təqsirli hərəkətləri ilə birtərəfli qaydada vaxtından əvvəl xitam verilməsi halına gətirib çıxardığı üçün icarəyəverən bu halda da müqavilə şərtini pozmuş tərəf kimi, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməlidir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1067/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.