Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-28/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(119)-1472/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 24 iyun 2022-ci il tarixli SS29/1640-01125-11 nömrəli aktdan görünür ki, dövlət yoxlamasına aparılmış Abşeron rayon xidmət sahəsinin İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G16” markalı 77038087 nömrəli turbin tipli "Elester" qaz sayğacı 24 may 2022-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9029516), 21 iyun 2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 06 sentyabr 2021 - 24 may 2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsəsən maksimal mütləq təzyiq P= 1,82 bar, korreksiya olunmuş maksimal qaz həcmi 68 m3 , korreksiya olunmamış qaz həcmi 48 m5 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 24 may 2022-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 60% (2018) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur, temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V: mexaniki göstəricidən 2086 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Pbaza= 1,01325 bar, Tbaza-20° C.
2. Cavabdeh tərəfindən tərtib edilmiş 20 sentyabr 2022-ci il tarixli 11454 nömrəli "Sayğacların təmiri" aktından görünür ki, İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G16” markalı 77038087 nömrəli olan "Elester" qaz sayğacının sıradan çıxmış hissələri 15 sentyabr 2022-ci il tarixli 02897 nömrəli Qüsur aktına əsasən yenisi ilə əvəz edilmişdir. Sayğacın əvəzlənən nasaz hissələri sayğac sahibinə geri qaytarılmış və 3-cü qrup təmir işlən yerinə yetirilmişdir.
3. Qaz paylayıcısı "Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 epartamenti və istehlakçı İddiaçı tərəfindən imzalanaraq möhürlənmiş 24 oktyabr 2022-ci il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma protokolundan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00700) istifadə etdiyi təbii qaza görə "Azəriqaz” İstehsalat Birliyi qarşısında təbii qazdan istifadəyə görə “ Azəriqaz” istehsalat Birliyinə 6506,88 (altı min beş yüz altı manat səksən səkkiz qəpik) manat məbləğində borcunun olmasını qəbul etmiş və o, həmin borcdan ilkin olaraq 3000 (üç min) manat qalan 3506,88 (üç min beş yüz altı manat səksən səkkiz qəpik) 2 ay müddətinə 2022-ci il noyabr ayının 25-nə qədər 1753 (min yeddi yüz əlli üç) manat dekabr ayının 25-nə qədər 1753 (min yeddi yüz əlli üç manat səksən səkkiz qəpik) manat Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür.
4. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 2691 m3 və qaz sərfinin məbləği 592,02 manat müəyyən edilmişdir.
5. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 25 yanvar 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 6746 m3 və qaz sərfinin məbləği 1484,12 manat müəyyən edilmişdir.
6. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 7208 m3 və qaz sərfinin məbləği 1585,76 manat müəyyən edilmişdir.
7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 mart 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində mart ayı üçün hesablanmış qaz sərfinin miqdarı 2432 m3 və qaz sərfinin məbləği 535,04 manat müəyyən edilmişdir.
8. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində aprel ayı üçün hesablanmış qaz sərfinin miqdarı 304 m3 və qaz sərfinin məbləği 66,88 manat müəyyən edilmişdir.
9. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 may 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində may ayı üçün hesablanmış qaz sərfinin miqdarı 63 m3 və qaz sərfinin məbləği 13,86 manat müəyyən edilmişdir.
10. Abonent saldosundan görünür ki, İddiaçı məxsus **********00700 nömrəli abonent koduna 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat, 28 aprel 2023-cü il tarixli 022677 nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat, 31 may 2023-cü il tarixli 021333 nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat məbləğində borc, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat məbləğində borc, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borc, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat məbləğində borc, 28 aprel 2023-cü il tarixli 022677 nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində borc, 31 may 2023-cü il tarixli 021333 nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc və 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat məbləğində sərfiyyat olmaqla, ümumilikdə 10201,02 (on min iki yüz bir manat iki qəpik) manat məbləğin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 30 dekabr 2022-ci il tarixdə Cavabdeh Sumqayıt X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Görədil kəndində yerləşən istixanada iddiaçının adına olan 77038087 zavod nömrəli, Elster markalı qaz sayğacı düzgün işləmədiyi üçün ******* nömrəli akt tərtib edilərək xətdən açılmış və təmir olunmağa aparılmışdır. Yoxlamaya gələrkən iddiaçı tərəfindən Cavabdeh Sumqayıt X3 əməkdaşlarından sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın olub-olmaması tələb edilmiş, lakin iddiaçıya belə bir sənəd təqdim olunmamışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulan hallar istisna edilməklə sahibkarın əmlakı toxunulmazdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2- ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə qeyd olunmalıdır ki, Cavabdeh Sumqayıt X3 əməkdaşlarını sayğacı işləmədiyi üçün iddiaçı özü dəvət etmiş və ona heç bir problemin olmayacağı bildirilmişdir. Daha sonra 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesabat aparılmış və qanunsuz olaraq 2691m3 qaz sərfinin miqdarı hesablanmışdır. 2691m3 0,22 qəpiyə vurularaq (2691 x 0,22 = 592,02) 592,02 manat borc abonent saldosuna işlənmişdir. Bundan sonra Cavabdeh Sumqayıt X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Görədil kəndində yerləşən istixanada onun adına olan 77038087 zavod nömrəli, Elster markalı qaz sayğacı düzgün işləmədiyi üçün 25 yanvar 2023-cü il tarixdə ******* nömrəli akt, 28 fevral 2023- cü il tarixdə ******* nömrəli akt, 31 mart 2023-cü il tarixdə ******* nömrəli akt, 28 aprel 2023-cü il tarixdə 022677 nömrəli akt, 31 may 2023-cü il tarixdə 021333 nömrəli akt tərtib olunaraq ona müvafiq olaraq 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat, 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat, 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat, 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat və 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc hesablanmışdır. Bundan əlavə Cavabdeh Sumqayıt X5 tərəfindən aylıq sərfiyyat düzgün hesablanmamışdır. Hal-hazırda 10201 manat abonent saldosunda borc yığılmışdır. Lakin iddiaçı hər ay vaxtı-vaxtında aylıq borcunu ödəyir. O, aktlardan əlavə olaraq 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat məbləğində sərfiyyatın ona düzgün hesablanmadığı qənaətindədir.
13. Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1472/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00700) “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat məbləğində borc, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat məbləğində borc, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borc, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat məbləğində borc, 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində borc, 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(119)-1472/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, obyektə quraşdırılmış təbii qaz sayğacının elektron hissəsi işləmədiyi üçün aylar üzrə istifadə edilən təbii qazın sərfiyyatı mexaniki hissədən keçən qazın sərfiyyatı ilə cari ayda istifadə edilən mexaniki hissənin göstəricisini həmin ayın təzyiq əmsalına vuraraq elektron hissənin sərfiyyatı aşağıdakı kimi hesablanmışdır. 2022-ci ilin dekabr ayı üzrə 6797 x 1.396=9488-6797=2691 x 0.22=592.02 2023-cü ilin yanvar ayı üzrə 12266 x 1.55=19012- 12266=6746 x 0.22=1484.12 2023-cü ilin fevral ayı üzrə 17851 x 1.41=24789- 17581=7208 x 0.22=1585.76 2023-cü ilin mart ayı üzrə 11580 x 1.21=14012-11580=2432 x 0.22=535.04 2023-cü ilin aprel ayı üzrə 3038 x 1.1=3341.8-3038=304 x 0.22=66.88 2023-cü ilin may ayı üzrə 630 x 1.1=693-630=63 x 0.22=13.86. Təqdim olunan sübutlar kifayət qədər əsas verir ki, iddia tələbi rədd edilsin. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Təqdim edilmiş sənədlərin və sübutların heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. ... 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2.Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş olunsa da, iddianın təmin edilən hissəsi mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının mübahisəli borcunun bir hissəsi qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında tərtib edilmiş aktlarla hesablanmışdır.
25. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir. Lakin cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) borcun hesablanmasına əsas olan aktlar və həmin aktların tərtib edilməsinə əsas olmuş yoxlamalar qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin yoxlamalar nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Aktlar əsasında hesablanmış ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat borcun iddiaçı tərəfindən ödənilməsi üçün hüquqi əsas yoxdur və buna görə iddiaçı həmin məbləğin silinməsini tələb etməkdə haqlıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 4.9 və 5.4-cü bəndlərinin məzmunundan aydın olur ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.
27. Göründüyü kimi, Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri əvvəlki ayın orta gündəlik sərfinə uyğun qaydada hesablanmalıdır. Yəni, sözügedən dövr üzrə məhz Qaydaların tələblərinə uyğun şəkildə hesablanmış borcun tələb edilməsi qaz paylayıcı müəssisənin haqqıdır.
28. Hazırkı halda cavabdeh borcun bir hissəsinin onun tərəfindən qaz sayğacının olmadığı və ya işləmədiyi müddət üzrə hesablandığına istinad edir və iddia ərizəsinə etirzında, apellyasiya şikayətində bildirir ki, obyektə quraşdırılmış təbii qaz sayğacının elektron hissəsi işləmədiyi üçün aylar üzrə istifadə edilən təbii qazın sərfiyyatı mexaniki hissədən keçən qazın sərfiyyatı ilə cari ayda istifadə edilən mexaniki hissənin göstəricisini həmin ayın təzyiq əmsalına vuraraq elektron hissənin sərfiyyatı hesablanmışdır. Yəni cavabdeh yuxarıda göstərilən qaydada hesablama aparmaqla, iddiaçının elektron hissənin göstəricisi 4277,68 manat, mexaniki hissənin göstəricisi isə 5923,12 manat, ümumilikdə istifadə edilən təbii qazın dəyəri 10201,02 manat borcunun olması barədə qənaətə gəlmişdir.
29. Halbuki, Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri qətnamənin 29-cu bəndində göstərilən qaydada hesablanmalı idi. Lakin, cavabdeh tərəfindən sayğacın nasazlığı əsası ilə 2022-ci ilin dekabr ayından başlayaraq bir neçə ay ərzində aktlar tərtib olunmuş, lakin qaydaların tələbinə uyğun olaraq sayğac çıxarılmamışdır. Bundan başqa, abonentin saldosundan görünür ki, 2022-ci ilin oktyabr, noyabr ayları üzrə -yəni sayğacın çıxarılmalı olduğu gündən əvvəl ümumiyyətlə sərfiyyat olmamış, son sərfiyyat 2022-ci ilin may ayında 1266 m3 təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da, iddiaçı ümumiyyətlə ona sərfiyyatın hesablandığı müvafiq dövrdə fəaliyyətinin olmadığını, obyektdə qazdan istifadə edilmədiyini bildirmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1472/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.