Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1472/2024 28.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat məbləğində borcun, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat məbləğində borcun, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borcun, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat məbləğində borcun, 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində borcun, 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya qaytarılması və düzgün hesablanmamış 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat məbləğində sərfiyyat olmaqla, ümumilikdə 10201,02 (on min iki yüz bir manat iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2022-ci il tarixdə Cavabdeh Sumqayıt X1 əməkdaşları tərəfindən Abşeron rayonu, Görədil kəndində yerləşən istixanada iddiaçının adına olan 77038087 zavod nömrəli, Elster markalı qaz sayğacı düzgün işləmədiyi üçün ******* nömrəli akt tərtib edilərək xətdən açılmış və təmir olunmağa aparılmışdır. Yoxlamaya gələrkən iddiaçı Cavabdeh Sumqayıt X1 əməkdaşlarından Sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın olub-olmaması tələb edilmiş, lakin iddiaçıya belə bir sənəd təqdim olunmamışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulan hallar istisna edilməklə sahibkarın əmlakı toxunulmazdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə qeyd olunmalıdır ki, Cavabdeh Sumqayıt X1 əməkdaşlarını sayğacı işləmədiyi üçün iddiaçı özü dəvət etmiş və ona heç bir problemin olmayacağı bildirilmişdir. Daha sonra 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesabat aparılmış və qanunsuz olaraq 2691m3 qaz sərfinin miqdarı hesablanmışdır. 2691m3 0,22 qəpiyə vurularaq (2691 x 0,22 = 592,02) 592,02 manat borc abonent saldosuna işlənmişdir. Bundan sonra Cavabdeh Sumqayıt X1 əməkdaşları tərəfindən Abşeron rayonu, Görədil kəndində yerləşən istixanada onun adına olan 77038087 zavod nömrəli, Elster markalı qaz sayğacı düzgün işləmədiyi üçün 25 yanvar 2023-cü il tarixdə ******* nömrəli akt, 28 fevral 2023-cü il tarixdə ******* nömrəli akt, 31 mart 2023-cü il tarixdə ******* nömrəli akt, 28 aprel 2023-cü il tarixdə 022677 nömrəli akt, 31 may 2023-cü il tarixdə 021333 nömrəli akt tərtib olunaraq ona müvafiq olaraq 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat, 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat, 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat, 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat və 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc hesablanmışdır. Bundan əlavə Cavabdeh Sumqayıt X3 tərəfindən aylıq sərfiyyat düzgün hesablanmamışdır. Hal-hazırda 10201 manat abonent saldosunda borc yığılmışdır. Lakin iddiaçı hər ay vaxtı-vaxtında aylıq borcunu ödəyir. O, aktlardan əlavə olaraq 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat məbləğində sərfiyyatın ona düzgün hesablanmadığı qənaətindədir. Məhkəmə baxış iclasında İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat məbləğində borc, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat məbləğində borc, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borc, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat məbləğində borc, 28 aprel 2023-cü il tarixli 022677 nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində borc, 31 may 2023-cü il tarixli 021333 nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc və 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat məbləğində sərfiyyat olmaqla, ümumilikdə 10201,02 (on min iki yüz bir manat iki qəpik) manat məbləğin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 oktyabr 2024-cü il tarixdə Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək İddiaçı iddia tələbinin əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, abonentin saldosuna nəzər yetirilən zaman iddiaçı fiziki şəxs İddiaçı 2022-ci ilin may ayınadək olan 6506,88 manat debitor borcu ilə bağlı 24 oktyabr 2022-ci il tarixli razılaşma protokolu bağlandığı və məbləğin tam ödənildiyi məlum olur. 2022-ci ilin dekabr ayında abonent fiziki şəxs İddiaçı istifadəsində olan istixanaya quraşdırılmış təbii qaz sayğacının elektron hesablama hissəsinin işləmədiyi müəyyən edilmişdir. Sahibkarlığa kömək məqsədi ilə obyektin təbii qaz təchizatı dayandırılmamış və təbii qazdan istifadə edərək gəlir əldə etməsini nəzərə alıb, təbii qaz sayğacının işləmədiyi dövrdə tərəflər arasında aylar üzrə razılaşma aktı tərtib edilmişdir. Belə ki, obyektə quraşdırılmış təbii qaz sayğacının elektron hissəsi işləmədiyi üçün aylar üzrə istifadə edilən təbii qazın sərfiyyatı mexaniki hissədən keçən qazın sərfiyyatı ilə cari ayda istifadə edilən mexaniki hissənin göstəricisini həmin ayın təzyiq əmsalına vuraraq elektron hissənin sərfiyyatı aşağıdakı kimi hesablanmışdır. 2022-ci ilin dekabr ayı üzrə 6797 x 1,396=9488-6797=2691 x 0,22=592,02, 2023-cü ilin yanvar ayı üzrə 12266 x 1,55=19012-12266=6746 x 0,22=1484,12, 2023-cü ilin fevral ayı üzrə 17851 x 1,41=24789-17581=7208 x 0,22=1585,76, 2023-cü ilin mart ayı üzrə 11580 x 1,21=14012-11580=2432 x 0,22=535,04, 2023-cü ilin aprel ayı üzrə 3038 x 1,1=3341.8- 3038=304 x 0,22=66,88, 2023-cü ilin may ayı üzrə 630 x 1,1=693-630=63 x 0,22=13,86 Bu onu göstərir ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək elektron hissənin göstəricisi 4277,68 manat, mexaniki hissənin göstəricisi isə 5923,12 manat, ümumilikdə istifadə edilən təbii qazın dəyəri 10201,02 manat olmuşdur. Razılaşma protokoluna əsasən Cavabdeh öhdəliyi yerinə yetirmiş, lakin abonent İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməmiş və nəticədə 10201,02 manat debitor borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiklərini bildirib etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 24 iyun 2022-ci il tarixli SS29/1640-01125-11 nömrəli aktdan görünür ki, dövlət yoxlamasına aparılmış Abşeron rayon xidmət sahəsinin İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G16” markalı 77038087 nömrəli turbin tipli "Elester" qaz sayğacı 24 may 2022-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9029516), 21 iyun 2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 06 sentyabr 2021 - 24 may 2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsəsən maksimal mütləq təzyiq P= 1,82 bar, korreksiya olunmuş maksimal qaz həcmi 68 m3, korreksiya olunmamış qaz həcmi 48 m5 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 24 may 2022-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 60% (2018) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur, temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V: mexaniki göstəricidən 2086 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Pbaza= 1,01325 bar, Tbaza-20° C. - Cavabdeh tərəfindən tərtib edilmiş 20 sentyabr 2022-ci il tarixli 11454 nömrəli "Sayğacların təmiri" aktından görünür ki, İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G16” markalı 77038087 nömrəli olan "Elester" qaz sayğacının sıradan çıxmış hissələri 15 sentyabr 2022-ci il tarixli 02897 nömrəli Qüsur aktına əsasən yenisi ilə əvəz edilmişdir. Sayğacın əvəzlənən nasaz hissələri sayğac sahibinə geri qaytarılmış və 3-cü qrup təmir işlən yerinə yetirilmişdir. - Qaz paylayıcısı "Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamenti və istehlakçı İddiaçı tərəfindən imzalanaraq möhürlənmiş 24 oktyabr 2022-ci il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma protokolundan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00700) istifadə etdiyi təbii qaza görə "Azəriqaz” İstehsalat Birliyi qarşısında təbii qazdan istifadəyə görə “ Azəriqaz” istehsalat Birliyinə 6506,88 (altı min beş yüz altı manat səksən səkkiz qəpik) manat məbləğində borcunun olmasını qəbul etmiş və o, həmin borcdan ilkin olaraq 3000 (üç min) manat qalan 3506,88 (üç min beş yüz altı manat səksən səkkiz qəpik) 2 ay müddətinə 2022-ci il noyabr ayının 25-nə qədər 1753 (min yeddi yüz əlli üç) manat dekabr ayının 25-nə qədər 1753 (min yeddi yüz əlli üç manat səksən səkkiz qəpik) manat Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 2691 m3 və qaz sərfinin məbləği 592,02 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 25 yanvar 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 6746 m3 və qaz sərfinin məbləği 1484,12 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 7208 m3 və qaz sərfinin məbləği 1585,76 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 mart 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində mart ayı üçün hesablanmış qaz sərfinin miqdarı 2432 m3 və qaz sərfinin məbləği 535,04 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində aprel ayı üçün hesablanmış qaz sərfinin miqdarı 304 m3 və qaz sərfinin məbləği 66,88 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 may 2023-cü il tarixli ******* nömrəli aktdan (abonent kodu: **********00700) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində may ayı üçün hesablanmış qaz sərfinin miqdarı 63 m3 və qaz sərfinin məbləği 13,86 manat müəyyən edilmişdir. - Abonent saldosundan görünür ki, İddiaçı məxsus **********00700 nömrəli abonent koduna 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat, 28 aprel 2023cü il tarixli 022677 nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat, 31 may 2023-cü il tarixli 021333 nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında qazın alqı-satqısından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı 6 ədəd- “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli, 28 fevral 2023cü il tarixli ******* nömrəli, 31 mart 2023-cü il tarixli ******* nömrəli, 28 aprel 2023-cü il tarixli 022677 nömrəli və 31 may 2023-cü il tarixli 021333 nömrəli aktlar əsasında hesablanmış ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat borc, eyni zamanda qaz sərfiyyatına görə hesablanmış 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat borc olmaqla, ümumilikdə 10201,02 (on min iki yüz bir manat iki qəpik) manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarına görə cavabdeh tərəfindən 6 ədəd akt tərtib edilmişdir. İddiaçının silinməsini tələb etdiyi 10201,02 (on min iki yüz bir manat iki qəpik) manat borcun 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat hissəsi “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli, 28 fevral 2023-cü il tarixli ******* nömrəli, 31 mart 2023-cü il tarixli ******* nömrəli, 28 aprel 2023-cü il tarixli ******* nömrəli və 31 may 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmışdır. Cavabdeh etirazında aktlar əsasında borcun hesablanmasına əsas kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olması olduğunu bildirmişdir. Göründüyü kimi cavabdehin hərəkətləri təkcə qaz sayğacının göstəricilərinin oxunmasından deyil, həm də elektron göstərici ilə mexaniki göstəricinin müqayisəli analizi və sayğacın yoxlanılmasından ibarət olmuş və bunun nəticəsində iddiaçıya aktlar əsasında ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 2.3-cü bəndində isə təsbit olunmuşdur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Göründüyü kimi cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir. Lakin cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) borcun hesablanmasına əsas olan aktlar və həmin aktların tərtib edilməsinə əsas olmuş yoxlamalar qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin yoxlamalar nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi aktlar əsasında hesablanmış ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat borcun iddiaçı tərəfindən ödənilməsi üçün hüquqi əsas yoxdur və buna görə iddiaçı həmin məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin aktlarda qeyd olunan faktların (sayğacının elektron göstəricisinin mexaniki göstəricidən az olması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmiş və iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi halı mövcud olmamışdır. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iddia tələbinin "qaz sərfiyyatına görə hesablanmış 5923,34 (beş min doqquz yüz iyirmi üç manat otuz dörd qəpik) manat borcun silinməsi" hissəsi ilə bağlı qeyd edir ki, həmin borc sayğac göstəricilərinə əsasən istifadə olunan təbii qaza görə yaranmışdır. Buna görə iddia tələbi həmin hissədə əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00700) “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat məbləğində borc, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat məbləğində borc, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borc, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat məbləğində borc, 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində borc, 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00700) “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 592,02 (beş yüz doxsan iki manat iki qəpik) manat məbləğində borc, 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1484,12 (min dörd yüz səksən dörd manat on iki qəpik) manat məbləğində borc, 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1585,76 (min beş yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borc, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 535,04 (beş yüz otuz beş manat dörd qəpik) manat məbləğində borc, 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində borc, 31 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 13,86 (on üç manat səksən altı qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 4277,68 (dörd min iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1472/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1472/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver