Məhkəmə qərarları › İş №e-2-2(119)-146/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-146/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-146/2025 25.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə əsassız olaraq hesablanmış 14399,12 (on dörd min üç yüz doxsan doqquz manat on iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqi ünvanı ünvan 1stehlakçısıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Zaman Balaqadaşov və Mircəlal Ağayev tərəfindən 30 may 2024-cü il tarixli 061465 nömrəli akt tərtib edilərək göstərilmişdir ki, abonentin ərizəsinə əsasən elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacı daxili qüsurdan rəqəm artırır. Sayğac laboratoriya yoxlanışına göndərilmiş və laboratoriya idarəsi tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli 061465 nömrəli aktda sayğacın xəta ilə işlədiyi, lakin möhürünün normal vəziyyətdə olduğu qeyd olunmuşdur. Nəticədə İddiaçı MMC-yə "xxxx" ASC tərəfindən 14399,12 (on dörd min üç yüz doxsan doqquz manat on iki qəpik) manat əsassız borc hesablanmışdır. Elektrik sayğacında qüsurun yaranması, xəta ilə işləməsi İddiaçı MMC-nin təqsiri ucbatından baş verməmişdir. Müəssisə texniki şərtlərə riayət etməklə elektrik enerjisi istifadəçisi olmuşdur. Elektrik sayğacına tərəflərindən hər hansı müdaxilə olunmamışdır. Akt tərtib edilən zaman sayğacın plombu belə yerində olmuşdur. Laboratoriya idarəsi tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli 061465 nömrəli aktda da sayğacın xəta ilə işlədiyi, lakin möhürünün normal vəziyyətdə olduğu qeyd olunmaqdadır. Belə olan halda sayğaca necə müdaxilə oluna bilərdi. Yəni sayğacda iddiaçıdan asılı olmayan səbəbdən qüsur yarandığından sayğac artıq şəkildə elektrik enerjisi sərfiyyatını qeydə almışdır. Həmçinin laboratoriyada sayğac açılarkən abonent olaraq iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. Göründüyü kimi, İddiaçı MMC-yə hesablanmış borc əsassızdır. İddiaçı qarşı tərəfə 25 sentyabr 2024-cü il tarixli pretenziya məktubu ünvanlayaraq "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 14399,12 (on dörd min üç yüz doxsan doqquz manat, on iki qəpik) manat məbləğində borcun İddiaçı MMC-nin **********4 saylı abonent kodundan silinməsinin təmin edilməsini xahiş etmiş və qarşı tərəfə bununla bağlı 10 gün müddət vermişdir. Lakin cavabdeh bu günə qədər pretenziya məktubunu cavablandırmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 30 yanvar 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı MMC 11 oktyabr 2023-cü il tarixində abonent qeydiyyatına alınmışdır. 17 oktyabr 2023-cü il tarixində İddiaçı MMC-də elektrik hesabat sayğacı quraşdırılmışdır. Həmin tarixdən 21 yanvar 2025-ci il tarixinədək elektrik hesabat sayğacı əsasında 109540 manat hesablanmışdır. Abonent həmin dövrdə 88696,15 manat ödəniş etmiş va hal-hazırda iddiaçının sayğaca görə 20843,85 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı 17 oktyabr 2023-cü il tarixindən 21 yanvar 2025-ci il tarixinədək aylıq ödənişləri vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Bütün bunlar iddiaçının “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərini açıq-aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. İddiaçı 30 may 2024-cü il tarixdə tərtib edilmiş 061465 saylı akta əsasən ona 14399,12 manat hesablanma aparıldığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. İddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdan da göründüyü kimi İddiaçı MMC-yə akta əsasən hesablanma aparılmamışdır. Qeyd olunan faktla bağlı daha obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "Azərişıq” ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacının AZS möhürü normal olduğu və sayğacın normal buraxılan xəta ilə işləməsi halı bir daha müəyyən edilərək 30 iyul 2024-cü il tarixli 004804 saylı protokolla təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, 14399,12 manat borc akt əsasında hesablanmış məbləğ deyil. Belə ki, o, 18 mart 2024-cü il tarixində bayramla əlaqədar olaraq işçiləri istirahətə buraxmışdır. Həmin gün axşam "xxxx" ASC-nin əməkdaşı müəssisəyə yaxınlaşaraq sərfiyyatla bağlı bildirişi təqdim etmişdir. Həmin bildirişdə 16808 manat borc olduğu qeyd edilmişdir. Lakin müəssisə o qədər fəaliyyət göstərməmişdir ki, sərfiyyat 16808 manat olsun. Buna görə o, "xxxx" ASC-nin regional idarəsinə müraciət etmiş, onun müraciəti əsasında iki gün sonra mütəxəssis ayrılmışdır. 20 mart 2024-cü il tarixində mütəxəssis gəlib videogörüntü aparmaqla sayğaca baxış keçirmişdir. Həmin videogörüntüdə mütəxəssis rəqəm artırmanın nədən yarandığını izah etmişdir. Sayğacın göstəricisi oxunduqda 18 mart 2024-cü il tarixindən 20 mart 2024-cü il tarixinə qədər müəssisə işləmədiyi halda 7680 kvt əlavə sərfiyyat olduğu müəyyən edilmişdir. Həmin vaxt o, sayğacın dəyişdirilməsi üçün müraciət etmişdir. Lakin sayğac may ayında dəyişdirilmişdir. Həmin dövrdə sayğac rəqəm artırması ilə işləmişdir. Onun hesablamalarına əsasən 14399,12 manat məbləğində borc sayğacda rəqəm artırmanın yarandığı fevral ayından sayğacın dəyişdirildiyi vaxtadək hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Qanuni nümayəndə yanvar ayının əvvəlində ona zəng edərək kondensasiya qurğularının quraşdırılmasını xahiş etmişdir. Kondensasiya qurğuları sərfiyyatın 15-18 faiz azaldılması üçün quraşdırılır. Yanvarın 12də onun tərəfindən kondensasiya qurğuları quraşdırılmışdır. Mart ayında, bayram ərəfəsində Qanuni nümayəndə ona zəng edərək, kondensasiya qurğularında problem yarandığını və artıq sərfiyyat yazdığını bildirmişdir. O, mayın 25-də qüsuru aradan qaldırmışdır. Belə ki, maqnit işə buraxma qurğusunda nasazlıq olub yapışmış və nəticədə 2 günə 7680 kvt sərfiyyat yazılmışdır. Eyni zamanda o bildirmişdir ki, kondensasiya qurğusunda yaranmış qüsurun yaranma tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Lakin maqnit işə buraxma qurğusunun avtomat açarı bağlı olduğu halda artıq sərfiyyat yazıla bilməz. May ayında o, qüsuru aradan qaldırdığı vaxt həmin qurğunun sönülü olubolmamasını dəqiq xatırlamır, bununla belə may ayına kimi həmin qurğu qoşulu olsa idi, sərfiyyat həddindən artıq çox olardı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Enerjitəchizatı müəssisəsi ilə abonent İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair 20 fevral 2024-cü il tarixli 393557 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-xx.xx.2024 tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab ödənişi vərəqinə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2024-cü il tarixinə qalıq borcunun 14399,12 manat təşkil etməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, abonent İddiaçınə sayğac göstəriciləri üzrə 76595,20 manat, aktlar üzrə 4906,19 manat hesablama aparılmış, abonent tərəfindən həyata keçirilmiş 67.102,27 manat məbləğində ödəmələr nəzərə alınmaqla 14399,12 manat borc qeyd edilmişdir. İş materiallarında olan 30 may 2024-cü il tarixli 061465 nömrəli aktda qeyd olunur ki, abonentin ərizəsinə əsasən elektrik sayğacına baxış keçirilən zaman elektrik sayğacının daxili qüsurdan rəqəm artırdığı məlum olmuşdur. Aktla elektrik sayğacının yenisi ilə əvəzlənməsi və çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi tələbi irəli sürülmüşdür. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 30 iyul 2024-cü il tarixli 004804 nömrəli akt-protokoldan görünür ki, yoxlama zamanı 50035880 nömrəli 3 fazlı sayğacın normal buraxılan xəta ilə işlədiyi, sayğacın möhürünün normal olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 28 aprel 2025-ci il tarixli 10/2551-9/2283 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilmiş normativ aktlara əsasən müəyyən edilir ki, elektrik enerjisinə görə hesablaşma elektrik sayğacları balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır. Sifarişçinin enerji təchizatı şəbəkəsinə (ETŞ-yə) qoşulması üçün enerji təchizatı müəssisəsi (ETM) tərəfindən verilən texniki şərtdə balans mənsubiyyətinin sərhəddi və uçot cihazlarının quraşdırılma nöqtəsi göstərilir. Elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. İddiaçı MMC-yə quraşdırılmış elektrik hesabat sayğacının kimin balans mənsubiyyəti sərhəddində yerləşməsi enerji təchizatı müəssisəsi (ETM) tərəfindən verilən texniki şərtə əsasən bu sahə üzrə mütəxəssislər tərəfindən müəyyən edilə bilər. Məhkəmə Ekspertizası Mərkəzində hesabat-ölçü cihazları və onların istismarına dair suallar üzrə tədqiqatların aparılması üçün xüsusi biliyi və ixtisas dərəcəsi olan ekspert, eləcə də sayğacların test edilməsi üçün sınaq stendi olmadığına görə qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. İddiaçı MMC-yə quraşdırılmış elektrik hesabat sayğacında texniki qüsur olubolmamasını və bu səbəbdən artıq sərfiyyatın yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmadığına görə, artıq sərfiyyatın həcminin və dəyərinin hesablanması üzrə tədqiqat aparılmadı. İş materiallarında olan mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyi tərəfindən verilmiş rəydə qeyd olunur ki, təqdim edilmiş videoçəkilişə əsasən 20 mart 2024-cü il tarixində enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı MMC-nin müraciətinə əsasən ona məxsus Şabran rayonu, Ağalı kəndində yerləşən müəssisəsinin LSM50 tipli 50035880 nömrəli hesablaşma elektrik sayğacına və elektrik avadanlıqlarına baxış keçirilmişdir. Baxış zamanı müəssisənin balansında olan kompensasiya qurğusunda nasazlığın olduğu, qurğuya A fazasından 38,5 Amper, B fazasından 0 Amper, C fazasından 39,3 Amper yükün axdığı və həmin yükün hesablaşma elektrik sayğacı tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdən o da məlum olmuşdur ki, 30 may 2024-cü il tarixində enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən sayğacın daxili qüsurdan rəqəm artırması barədə R 061465 nömrəli akt tərtib olunmuş, həm akt abonentin nümayəndəsi tərəfindən imzalanmış, faktiki aktiv yükün Pfak=98,9 kVt, cərəyan yükləri İ1=167 Amper, İ2=173 Amper, İ3=190 Amper olduğu qeyd edilərək elektrik sayğacının yenisi ilə əvəz edilməsi və çıxarılacaq sayğacın laboratoriyada yoxlanılması tələbi qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə elektrik sayğacı yenisi ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə çıxarılmış sayğac laboratoriyada yoxlanılaraq sayğacın normal buraxılan xəta ilə işlədiyi barədə 004804 nömrəli akt-protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin istifadəsi Qaydaları”nın 9.3-cü bəndinə əsasən istehlakçı ona məxsus olan elektrik qurğularının texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin, mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki nəzarət uçotunu təşkil və istismar etməyə, elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə borcludur. Odur ki, hesablaşma elektrik sayğacının normal buraxılan xəta ilə işlədiyi, həmçinin müəssisədə əlavə yük itkisinə istehlakçının avadanlığında yaranmış qüsurun səbəb olduğu nəzərə alınaraq sayğac göstəricisinə əsasən elektrik enerjisinə görə yaranmış borc istehlakçı tərəfindən ödənilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsatəti əsasən şahid qismində dindirilmiş enerjitəchizatı müəssisəsinin 30 may 2024-cü il tarixli 061465 nömrəli aktın tərtib edilməsində iştirak etmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı X3 ifadəsində bildirmişdir ki, 18 mart 2024-cü il tarixində nəzarətçi mühəndis abonentin sayğacına baxış keçirdikdə 16808 manat məbləğində borc yarandığını qeyd etmişdir. Abonent "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq idarəsinə yaxınlaşaraq borcla bağlı narazılığını bildirdiyindən 20 mart 2024-cü il tarixində abonentin sayğacına baxış keçirilmiş və videoçəkiliş aparılmışdır. Sayğaca baxış zamanı müəyyən olunmuşdur ki, kondensator qurğularında qısaqapanma olduğundan elektrik enerjisindən istifadə olunmadığı halda, sayğacın göstəricisində artım olmuşdur. Novruz bayramı ilə əlaqədar olaraq obyekt işləmədiyi halda sayğac işlək vəziyyətdə idi. 18 mart 2024-cü il tarixində sayğacın göstəricisi 2535 kvt, 20 mart 2024-cü ildə isə sayğacın göstəricisi 2583 kvt olmuşdur. 18 mart 2024-cü il tarixindən 20 mart 2024-cü il tarixinə qədər 7680 kvt əlavə sərfiyyat hesablanmışdır (2583 kvt – 2535 kvt = 48 kvt x 160 əmsal = 7680 kvt). Kondensator qurğusu 11 gün sonra, 29 mart 2024-cü il tarixində söndürülmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 18 mart 2024-cü il tarixində iddiaçıya məxsus sayğac göstəricisi 2535 kvt, 20 mart 2024-cü il tarixində isə 2583 kvt olmuşdur. Aradakı fərqin (2583 kvt – 2535 kvt = 48 kvt) 160 əmsala hasilini tapmaqla, 18 mart 2024-cü il tarixindən 20 mart 2024-cü il tarixinə qədər olan dövrdə iddiaçının elektrik sayğacında qeydə alınmış əlavə sərfiyyat 7680 kvt kimi müəyyən olunmuşdur. Bu da bir günə orta hesabla 3840 kvt artıq sərfiyyat deməkdir. Həmçinin müəyyən olunmuşdur ki, 18 mart 2024-cü il tarixindən artıq sərfiyyatın qeydə alınmasına səbəb olan kondensasiya qurğusunun söndürüldüyü 29 mart 2024-cü il tarixinədək 11 gün keçmiş, bir gün üçün müəyyən edilmiş artıq sərfiyyat göstəricisinin 3840 kvt olması nəzərə alındıqda, 11 gün üçün 3840 kvt x 11 gün = 42240 kvt artıq sərfiyyat müəyyən olunur. Alınan sərfiyyatın tarif göstəricisi 0,11 manata hasilini tapdıqda isə 11 gün üçün 4646,40 manat məbləğində artıq hesablama aparıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Abunə haqqında məlumatlardan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 27 gün üçün 9081,60 manat hesablama aparılmışdır. Belə olan halda əvvəlki ay üzrə istehlakın orta gündəlik məbləği 336,355 manat təşkil etmişdir (9081,60 manat ÷ 27 gün). Kondensator qurğularında qüsur mart ayında aşkar olunduğundan xx.xx.2024-xx.xx.2024cü il tarixlərində 32 gün üçün hesablama əvvəlki ayın göstəricilərinə uyğun aparılmalıdır. Belə olan halda, 32 gün üçün 336,355 manatlıq gündəlik göstərici ilə hesablandıqda 10763,36 manat sərfiyyat müəyyən olunur. Abunə haqqında məlumata əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə ümumilikdə 16808 manat məbləğində hesablanma aparılmışdır. Bu məbləğin əvvəlki ayın göstəricilərinə əsasən hesablanan 10763,36 manatla müqayisəsi nəticəsində isə 6044,64 manat əlavə hesablanma müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 18–29 mart 2024cü il tarixləri üzrə 11 gün müddətinə 4646,40 manat, həmçinin əvvəlki ayın göstəriciləri nəzərə alınmaqla xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 32 gün üçün 6044,64 manat məbləğində artıq hesablanma aparılmışdır. Belə olan halda ümumi şəkildə, cavabdeh tərəfindən 10691,04 manat artıq ödənişin hesablanması aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 10691,04 (on min altı yüz doxsan bir manat dörd qəpik) manat məbləğində borcun İddiaçı **********4 saylı abonent kodundan silinməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Məhkəmə iddiaçının qanuni təmsilçisinin sayğacın fevral ayından başlayaraq onun dəyişdirildiyi may ayınadək rəqəm artırma ilə işlədiyi və 14399,12 manat borcun həmin dövr üçün əsassız hesablanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu hal işin müəyyənləşdirilmiş halları ilə təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində kondensasiya qurğusunda yaranmış qüsurun dəqiq hansı tarixdə baş verdiyini müəyyənləşdirməyin mümkün olmadığını, nasazlıq uzunmüddətli – yəni iddiaçının dediyi kimi fevral ayından may ayına qədər davam etmiş olsaydı, sərfiyyatın miqdarının faktiki qeydə alınan göstəricilərdən qat-qat çox olacağını bildirmişdir. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı şahid X3 ifadəsində kondensator qurğusunun 29 mart 2024-cü il tarixdə söndürüldüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abunə kodu **********4) hesablanmış 10691,04 (on min altı yüz doxsan bir manat dörd qəpik) manat məbləğində borc silinməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaitinin 51 (əlli bir) manat hissəsi İddiaçındən, 51 (əlli bir) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abunə kodu **********4) hesablanmış 10691,04 (on min altı yüz doxsan bir manat dörd qəpik) manat məbləğində borc silinsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaitinin 51 (əlli bir) manat hissəsi İddiaçındən, 51 (əlli bir) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar