Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-29/2020 04.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X11 və X10 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8, Cavabdeh Cavabdeh MMC-nin nümayəndələri X5 və X3 iştirakı ilə, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx/xx/2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 36517.72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35599.72 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-449/2019 saylı qətnaməsindən iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 02-xx xxxx 2020ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X6 Cavabdeh MMC-yə qarşı cavabdehin xx/xx/2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 251975.06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35599.72 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin xx/xx/2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 36517.72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35599.72 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “FİALETA-FA” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə VM-nin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh yaranmış borc məbləğini büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2018-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2018-ci il tarixə yaranan 251975.06 manat borcuna görə 35599.72 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2018--ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın _ vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xx/xx/2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2018-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 36517.72 manat ödənilməmiş borcu qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-449/2019 saylı qətnaməsi iddia rədd edilmişdir. (hakim İ.Quliyev). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxx 2020-ci il tarixə, saat 11:00-a təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkəmə cavabdehin əmlakının siyahıya alınmasına əsas olmuş vergi öhdəliyinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)- 27/2018 nömrəli qərarı ilə ləğv edilməsi və bununla da cavabdehin vergi öhdəliyinin olmaması nəticəsinə gələrkən iş materiallarına və həmçinin də cavabdehin şəxsi hesab vərəqəsində aparılmış azalma məbləğlərinə diqqət yetirməmişdir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(85)-27/2018 nömrəli qərarına əsasən “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********042000, **********899000 və xx.xx.2016-cı il tarixli **********335700 nömrəli qərarlar və həmin qərarlar əsasında hesablanmış ümumilikdə 708607,82 manat vergi məbləği ləğv edilmişdir. Lakin vergi orqanı tərəfindən məhkəmə qərarından əvvəl 2016-cı ilin may, iyun və iyul aylarına görə xx.xx.2016-cı il tarixli **********042000 nömrəli qərarla cavabdehə əlavə hesablanmış 11213,23 manat vergi məbləğinə, xx.xx.2016-cı il tarixli **********899000 nömrəli qərarla əlavə hesablanmış 554455,10 manat əlavə vergi məbləğinə və xx.xx.2016-cı il tarixli **********335700 nömrəli qərarla hesablanmış 142939,49 manat əlavə vergi məbləğinə xx.xx.2017-ci il tarixdə azalmalar verilmişdir. Vergi borcunun ödənilməsi üçün cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarılarkən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində aparılmış azalmalar nəzərə alınmış və iddia ərzəsində də cavabdehin qeyd edilən tarixə dövlət büdcəsinə azalmalar nəzərə alınmaqla 36517,72 manat məbləğində borcunun ödənilməmiş qalması qeyd edilmişdir. Məhkəmənin “vergi ödəyicisinin əmlakının siyahıya alınmasının həyata keçirilməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasının iddiaçı tərəfindən sübut edilməməsi” dəlilinə gəldikdə isə, iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə, həmçinin də şəxsi hesab vərəqəsində cavabdehin vergi borcunun olması, vergi borcunun ödənilməsi ilə bağlı aidiyyəti tədbirlərin görülməsi kifayət qədər sübutlarla təsdiq edilmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı qanunsuz vergi hesablamaları, əsassız borclar əsasında siyahıya alma həyata keçirilir, həmin borclar isə məhkəmə qərarları ilə ləğv edilir. Siyahıya almaya əsas olan borc məbləği Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci tarixli qərarı ilə silinmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X7 apelyasiya şikayətindən imtina etmişdir. Ona görədə iddia əsassızdır. xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə saldo 64.000 manat təşkil edir. İddiaçı azalmanı tanıyır, lakin hesab vərəqəsindən silmir. Əsas borc artıq mübahisələndirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 digər nümayəndənin izahatına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd təmin etmiş və ona əsaslanmışdır ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddiaların təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı inzibati orqan vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Respublikası 2 saylı X1rşı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barəsində vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli, **********3 saylı qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2962/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək cavabdehin iddiaçı barəsində vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli, **********3 saylı qərarı ilə iddiaçının siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin edilməsinin vergi orqanına qadağan edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(105)- 804/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-869/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(105)-804/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. X14 Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının icraatında olarkən Cavabdeh MMC-nin nümayəndəsi tərəflər arasında mübahisə aradan qalxdığına görə müvəqqəti xarakterli müdafiəyə dair ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Cavabdeh MMC barəsində 708607,82 manat məbləğində əlavə hesablanmış vergi məbləği üzrə “Vergilərin hesablanması barədə” qərarı ləğv edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etsə də, işə apellyasiya qaydasında baxılarkən xx xxxxxx 2018-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasında mübahisə aradan qalxdığından apelyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2- 1(85)-27/2018 saylı qərarından verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilmiş, iş üzrə apelyasiya icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Kollegiya qeyd edir ki, iddiaçı vergi borcunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-449/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-29/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-29/2020
04.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver