Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-29/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)-906/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2- 2(119)- 906/2023 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməmişdir.
2. İddiaçı 21 dekabr 2023-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli qərardadı ilə (hakim Zülfüqar Sadiqov) Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır.
4. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2- 2(119)-906/2023 nömrəli qərardadından şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2- 2(119)-906/2023 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi, əks halda sənədlərin (həmçinin təmin edildiyi halda) apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
7. Cavabdeh Məhdud məsumliyyətli Cəmiyyəti (Subpodratçı) ilə İddiaçı (Podratçı) arasında 03 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 42000 AZN (qırx iki min manat) pul ödənilmişdir. Lakin “Subpodratçı” Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, müqavilədə nəzərdə tutulan işlər yerinə yetirilməmişdir. Mübahisə məhkəmədən kənar Mediasiya qaydasında həll olunmamış, bundan sonra məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən iddianın təmin olunmaması barədə 31 oktyabr 2023-cü il tarixli, e-2-2(119)-906/2023 saylı qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən vaxtında apellyasiya şikayəti verilmişdir. Lakin verilən apellyasiya şikayəti tamamilə əsassız olaraq geri qaytarılmış və məhkəmənin göstərdiyi “qüsurlar” aradan qaldırılaraq 21 dekabr 2023-cü ildə yenidən elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti verilməsinin qarşısını almağa çalışan Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-906 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə səbəb kimi “iddia müddətinin ötürülməsi” göstərilərək apellyasiya şikayəti geri qaytarılmışdır. Bu tamamilə əsassızdır. Beləki, müvafiq qətnamədən vaxtında apellyasiya şikayəti verilmişdir. Lakin məhkəmə tərəfindən verilən apellyasiya şikayəti qüsurlu olduğu üçün (hətta haqli olsa belə) geri qaytarılmışdır. Həmin “qüsurlar” aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti verilmişdir. Belə olan halda iddia müddəti ötürülmüş hesab edilməyə bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 23 dekabr 2023-cü il tarixindən 02 yanvar 2024-cü il tarixinə qədər Azərbaycanda olmamışdır. Mülki Prosessual Məcəllənin 133-cü, 267-269cu maddələrini rəhbər tutaraq Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-906/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi, əks halda sənədlərin (həmçinin təmin edildiyi halda) apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, məhkəmə prosesinin şifahi icraat qaydasında keçirilməsini xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)-906/2023 nömrəli qərardadadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
11. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
13. Apellyasiya baxışının hədləri
Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli və bununla bağlı 08 yanvar 2024-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair mövqeyini bununla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qətnaməsinin tam mətni 16 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilmiş və həmin məhkəmə Qətnaməsi 16 noyabr 2023-cü il tarixdə, saat 10:01-də İddiaçınə məxsus elektron kabinetə yerləşdirilərək, ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. İddiaçı həmin qətnamədən hazırkı apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 21 dekabr 2023-cü il tarixdədə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Halbuki, İddiaçı məlum qətnaməni 16 noyabr 2023-cü il tarixdə almış olduğu halda, həmin qətnamədən apellyasiya şikayətini də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 17 dekabr 2023-cü il tarixinədək verməli idi. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində apellyasiya şikayəti verilməli olmasına baxmayaraq, Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qətnaməsindən İddiaçı hazırkı apellyasiya şikayəti 21 dekabr 2023-cü ildə saat 21.23-də Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. Lakin, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün müvafiq vəsatət verilməmiş və buraxılan müddətin üzürlü olmasını təsdiq edən sübutlar (sənədlər) məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(119)-906/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır.
16. Hazırda iddiaçı tərəf müvafiq qətnamədən vaxtında apellyasiya şikayəti verdiyini, lakin məhkəmə tərəfindən verilən apellyasiya şikayətinin qüsurlu olduğu üçün geri qaytarıldığını, həmin qüsurlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti verdiyini, həmçinin nümayəndə və vəkilin ölkədə olmadığını, bu baxımdan müddətin ötürülmüş hesab edilmədiyini mübahisələndirmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.
18. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
19. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlillərini əsassız hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, məhkəmə haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli və bununla bağlı 08 yanvar 2024-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli və bununla bağlı 08 yanvar 2024-cü il tarixli e-2-2(119)- 906/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.