Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-906/2023 31.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 10 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ödənilmiş 42000 (qırx iki min) manat məbləğin müqavilədə göstərilən işləri yerinə yetirmədiyi üçün və ödənilmiş 202 (iki yüz iki) manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (subpodratçı) ilə İddiaçı (podratçı) arasında 03 dekabr 2021-ci ildə Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində deyilir: ”Subpodratçı” Müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “Qiymət razılaşması”nda göstərilmiş işləri yerinə yetirməyi və “Podratçı”ya təhvil verməyi, “Podratçı” isə həmin işləri qəbul edib, haqqını bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir ki, bu Müqavilənin ümumi məbləği 42000 (qırx iki min) manatdır. Həmin Müqavilənin 2.2.1-ci bəndində deyilir: işləri Müqavilə ilə müəyyən edilmiş müddətdə “Podratçı” ya təhvil vermək “Subpodratçı”nın vəzifəsidir. Həmin Müqaviıənin 2.3.2-ci bəndində göstərilir ki, “Subpodratçı” Müqavilənin şərtlərini pozaraq “Podratçı”ya Müqavlədə müəyyənləşdirildiyindən az miqdarda və çeşiddə iş verdkdə, çatışmayan miqdarda işlərin verilməsini tələb etmək və ya verilmiş işlərdən imtina etmək və ya işlərin dəyərini ödəməkdən imtina etmək, işin dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək “Podratçı”nın hüququdur. “Subpodratçı” işləri “Podratçıya” təhvil verəndən sonra 30 gün müddətində ödəməyi öhdəsinə götürür. ”Subpodratçı” İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq, subpodratçı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Podratçı İddiaçı MMC tərəfindən müqavilədə nəzərdə tutulan 42000 (qırx iki min) manat subpodratçı Cavabdeh MMC-yə ödənilmişdir. Tərəflər arasında mübahisənin məhkəmədən kənar mediasiya vasitə ilə həll olunması üçün cavabdehə mediasiya təklifi göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir əməli addım atılmamış və təklif göndərilən tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasınını keçirilməsi üçün tələb olunan məbləğ də, yəni cəmi 202 (iki yüz iki) manat pul vəsaiti də İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və subpodratçı Cavabdeh ilə podratçı İddiaçı arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli subpodrat müqaviləsində nəzərdə tutulan işləri subpodratçı Cavabdeh yerinə yetirmədiyinə görə podratçı İddiaçı tərəfindən ödənilmiş 42000 manat məbləğində pul vəsaitinin və 202 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, subpodratçı Cavabdeh (VÖEN **********) ilə podratçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli Müqavilədən görünür ki, “Subpodratçı” bu Müqaviləyə əlavə edilmiş və onun ayrilmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılma” Protokolunda göstərilmiş işləri (bundan sonra “İşlər”) yerinə yetirməyi və “Podratçı”ya təhvil verməyi, “Podratçı” isə həmin işləri qəbul edib, haqqını bu Müqavilədə nəzər tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bəndi). Həmin Müqavilənin 1.2-ci bəndinin tələblərinə görə, bu Müqavilə Obyektin sökülməsi üzrə işlərin görülməsi və bu Müqavilə ilə müəyyən edilmiş qaydada Obyektin sökülməsi, tikinti tullantılarının və tikinti meydançasından kənara tullantıların çıxarılması və daşınması işlərinin görülməsi üçün bağlanmışdır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqavilənin ümumi məbləği 42000 (qirx iki min) manatdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, əgər “Subpodratçı” satılmış İşləri “Podratçı’ya verməkdən imtina edirsə və ya “Podratçı”ya təhvil verilən iş bu Müqavilədə göstəriləndən az olarsa, “Podratçı”nın Müqavilənin icrasından imtina etmək hüququ vardır. Həmin Müqavilənin 2.3.2-ci bəndinə əsasən, “Podratçı”nın “Subpodratçı” Müqavilənin şərtlərini pozaraq “Podratçı”ya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda və çeşiddə iş verdikdə, çatışmayan miqdarda işlərin verilməsini tələb etmək və ya verilmiş işlərdən imtina etmək və ya işlərin dəyərini ödəməkdən imtina etmək, işin dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Həmin Müqavilənin 2.3.3-cü bəndinə əsasən, “Podratçı" “Subpodratçı”nı 15 gün öncədən məlumatlandıraraq birtərəfli olaraq Müqaviləni dayandıra bilər. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən, işləri qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini (qiyməti) ödəmək - “Podratçı”nın vəzifəsidir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “Subpodratçı” işləri “Podratçı”ya təhvil verəndən sonra 30 gun müddətində ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, işlərin qiyməti bu Müqavilənin tərkib hissəsi olan “Qiymət razılaşdırılması protokolunda” müəyyən edilir. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, bu Müqavilənin bağlandığı tarixdən etibarən 15 (on beş) bank günü ərzində Baş Podratçı Subpodratçıya Müqavilə üzrə görüləcək işlərin 20 %-i məbləğində (18% ƏDV daxil olmaqla və ya olmamaqla) hesabına avans köçürür və faktiki yerinə yetirilmiş işin təhvil alınması aktlarına əsasən növbəti tam ödəniş edilərkən qeyd olunmuş məbləğ (avans) sonradan proporsional şəkildə ümumi məbləğdən tutulur. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən, ödənişin 70 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən sonra üçün nəzərdə tutulur. Həmin Müqavilənin 3.8-ci bəndinə əsasən, ödənişin 10 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən 30 gün sonra üçün nəzərdə tutulur. Həmin Müqavilənin 6.8-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəvə minir və 23 dekabr 2021-ci il tarixinə kimi qüvvədədir. İş materiallarında olan podratçı İddiaçı və subpodratçı Cavabdeh tərəfindən imzalanaraq-möhürlənmiş "Qiymətlərin razılaşdırma” Protokolundan (03 dekabr 2021-ci il tarixli Müqaviləyə 1 nömrəli Əlavədən) görünür ki, sifarişçi İddiaçı sifarişi əsasında icraçı "xxxx" MMC tərəfindən 1 tonu 82,8 manatdan hesablanan 26550 (iyirmi altı min beş yüz əlli) manat dəyərində 320 ton inşaat tullantılarının 30 km məsafəyə daşınması (daşınma xidməti) işləri və 15450 (on beş min dörd yüz əlli) manat dəyərində söküntü işləri (ümumi binada olan divar qutunun tamamilə sökülməsi, metal arakəsmələrin, metal şkafların, yararsız qapıların beton döşəmələrin, taxta qapı və pəncərələrin, yararsız kanalizasiya boruların sökülməsi) olmaqla, ümumilikdə cəmi 42000 (qırx iki min) manat dəyərində işlər görülməlidir. Qeyd etmək lazımdır ki, podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında 03 dekabr 2021-ci ildə bağlanaraq, 23 dekabr 2021-ci il tarixinədək qüvvədə olan 03 dekabr 2021-ci il tarixli Müqavilədə və yaxud, həmin Müqaviləyə əlavə olan "Qiymətlərin razılaşdırma” Protokolunda (1 nömrəli Əlavədə) bu Müqavilənin 1.2-ci bəndində qeyd olunan işlərin, yəni “Obyektin sökülməsi, tikinti tullantılarının və tikinti meydançasından kənara tullantıların çıxarılması və daşınması” işlərinin hansı ərazidə, hansı ünvanda və hansı obyektdə (obyektin adı, ünvanı və digər dəqiqləşdirici rekvizitləri) görülməsi üçün bağlandığı göstərilməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 15 dekabr 2021-ci il tarixli İB**********_169900_211215 nömrəli və 28 dekabr 2021-ci il tarixli İB**********_169900_211228 nömrəli Ödəniş Tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 15 dekabr 2021-ci ildə saat 1625-də 20000 (iyirmi min) manat və 28 dekabr 2021-ci ildə saat 0906-da isə 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, 03 dekabr 2021-ci il tarixli Müqavilə üzrə ƏDV daxil ümümilikdə cəmi 49560 manat (42000 manat görülmüş işin dəyəri + 7560 manat ƏDV = 49560 manat) dəyərində görülmüş işlərlə əlaqədar subpodratçı Cavabdeh tərəfindən podratçı İddiaçınə 28 dekabr 2021-ci il tarixli EBBO seriyalı 905795 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş sifarişçi Azərbaycan Milli Elmlər X1 Aparatının İşlər İdarəsinin tabeliyində Təmir Tikinti Şöbəsi ilə podratçı İddiaçı arasında bağlanılmış 26 noyabr 2021-ci il tarixli 22 nömrəli Müqavilə üzrə tərtib edilərək imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə yə təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, İstehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinə" aid 2021-ci ilin dekabr ayında yerinə yetirilmiş işlərə dair Qəbul Aktlarından (Forma-2) görünür ki, podratçı İddiaçı MMC tərəfindən sifarişçi Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə yə təşkilatlarının yerləşdiyi bina və ərazilərdə cəmi 43104,8 manat dəyərində, cəmi 240269,88 manat dəyərində, cəmi 33661,03 manat dəyərində, cəmi 35245,77 manat dəyərində, cəmi 29919,37 manat dəyərində, cəmi 120095,09 manat dəyərində və cəmi 123980,56 manat dəyərində və eyni zamanda, 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərə dair Qəbul Aktından (Forma-2) isə görünür ki, cəmi 47512,46 manat dəyərində söküntü, quraşdırma və təmir işləri görülmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş 12 sentyabr 2023cü il tarixli 22 nömrəli Maliyyə Arayışında göstərilir ki, 03 dekabr 2021-ci ildə İddiaçı MMC ilə Cavabdeh MMC arasında subpodrat müqaviləsi imzalanmışdır. Subpodrat müqaviləsinin ümumi məbləği 42000 (qırx iki min) manat olmuşdur. Həmin məbləğin avans kimi 20000 (iyirmi min) manatı 13 dekabr 2021-ci il tarixdə, 22000 (iyirmi iki min) manatı isə 23 dekabr 2021-ci il tarixdə Cavabdeh hesabına köçürülmüşdür. Lakin, subpodratçı Cavabdeh MMC tərəfindən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir (qeyd etmək lazımdır ki, həmin Maliyyə Arayışında ödənişlərin tarixi “13 dekabr 2021-ci il” və “23 dekabr 2021-ci il” kimi göstərilsə də, məlum ödənişlərin icra olunmasını təsdiq edən Ödəniş Tapşırıqlarında ödənişlərin tarixi müvafiq olaraq “15 dekabr 2021-ci il” və “28 dekabr 2021-ci il” kimi qeyd olunmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə araşdırması zamanı iş materialları və iddia ərizəsinin məzmunu ilə müəyyən olunmuşdur ki, podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli Müqavilə əsasında “26550 (iyirmi altı min beş yüz əlli) manat məbləğində 320 ton inşaat tullantılarının 30 km məsafəyə daşınması (daşınma xidməti) işlərinin və 15450 (on beş min dörd yüz əlli) manat məbləğində söküntü (ümumi binada olan divar qutunun tamamilə sökülməsi, metal arakəsmələrin, metal şkafların, yararsız qapıların beton döşəmələrin, taxta qapı və pəncərələrin, yararsız kanalizasiya boruların sökülməsi) işlərinin” görülməsi ilə əlaqədar podratçı İddiaçı MMC tərəfindən subpodratçı "xxxx" MMC-nin hesabına müvafiq olaraq 15 dekabr 2021-ci ildə 20000 manat və 28 dekabr 2021-ci ildə isə 22000 manat olmaqla, cəmi 42000 (qırx iki min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, podratçı İddiaçı MMC həmin köçürülmüş pulun əvəzində subpodratçı Cavabdeh MMC tərəfindən 03 dekabr 2021-ci il tarixli Müqavilədə nəzərdə tutulan işlərin görülməməsi əsası ilə 10 iyul 2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müqavilədə göstərilən işləri yerinə yetirmədiyi üçün ödənilmiş 42000 (qırx iki min) manat məbləğində pulun və ödənilmiş 202 (iki yüz iki) manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını” xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl ödənilmiş 42000 (qırx iki min) manat məbləğində pulun qaytarılması üçün cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora müraciət olunmuşdur (10 yanvar 2023-cü il tarixli MŞB\16- 00007 nömrəli mediasiya arayışı). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə də, yuxarıda qeyd olunanlardan görünür ki, podratçı İddiaçı MMC (VÖEN **********) ilə subpodratçı Cavabdeh MMC (VÖEN **********) arasında 03 dekabr 2021-ci ildə bağlanan və 23 dekabr 2021-ci il tarixinədək qüvvədə olan 03 dekabr 2021-ci il tarixli Müqavilə əsasında 15 dekabr 2021-ci il tarixli İB**********_169900_211215 nömrəli və 28 dekabr 2021-ci il tarixli İB**********_169900_211228 nömrəli Ödəniş Tapşırıqları ilə podratçı İddiaçı MMC tərəfindən subpodratçı "xxxx" MMC-nin hesabına müvafiq olaraq 15 dekabr 2021-ci ildə 20000 manat və 28 dekabr 2021-ci ildə isə 22000 manat olmaqla, cəmi 42000 (qırx iki min) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Hazırkı iddia ərizəsində isə İddiaçı MMC cavabdeh "xxxx" MMC-dən 03 dekabr 2021-ci il tarixli Müqavilə üzrə ödənilmiş həmin 42000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir və bu tələbini sonuncunun həmin Müqavilə üzrə nəzərdə tutulan işləri icra etməməsi ilə əsaslandırır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin könkret halları və eyni zamanda, tərəflər arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli Müqavilənin şərtləri və həmin müqavilə əsasında tərtib edilmiş sənədlərlə hazırkı iddia tələbinin əsaslılığı təsdiq olunmur. Çünki, 03 dekabr 2021-ci il tarixli Müqavilənin şərtlərinə görə podratçı İddiaçı MMC həmin Müqavilə üzrə cəmi 42000 (qirx iki min) manat dəyərində qiymətləndirilmiş (1.3-cü bənd) işlərin görülməsi üçün subpodratçı Cavabdeh MMC-nin hesabına həmin pul vəsaitini “Subpodratçı” işləri “Podratçı”ya təhvil verəndən sonra 30 gun müddətində ödəməli (1.3-cü bənd) idi və müqavilə şərtlərinə görə 42000 (qirx iki min) manat məbləğində pulun ödənişi “Podratçı” tərəfindən aşağıda qeyd olunan qaydada icra edilməli idi: - 1) bu Müqavilənin bağlandığı tarixdən etibarən 15 (on beş) bank günü ərzində Baş Podratçı Subpodratçıya Müqavilə üzrə görüləcək işlərin 20 %-i məbləğində hesabına avans köçürür və faktiki yerinə yetirilmiş işin təhvil alınması aktlarına əsasən növbəti tam ödəniş edilərkən qeyd olunmuş məbləğ (avans) sonradan proporsional şəkildə ümumi məbləğdən tutulur (3.6-cı bənd); 2) ödənişin 70 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən sonra üçün nəzərdə tutulur (3.7-ci bənd); 3) ödənişin 10 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən 30 gün sonra üçün nəzərdə tutulur (3.8-ci bənd). Göründüyü kimi, Müqavilədə nəzərdə tutulan işlər görülənədək 42000 manat məbləğində pul vəsaitinin yalnız 20 %-i, yəni 8400 manat hissəsi avans şəklində, qalan 80 %-i, yəni 33600 manat hissəsi isə işlərin görülməsi və təhvil verilməsi tam yekunlaşdıqdan sonra ödənilməli idi. Halbuki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cəmi 42000 (qırx iki min) manat məbləğində pul vəsaitinin 20000 (iyirmi min) manat hissəsi 15 dekabr 2021-ci ildə, 22000 (iyirmi iki min) manat hissəsi isə 28 dekabr 2021-ci ildə ödənilmişdir. Yəni, iş görülmədiyi halda Müqavilə şərtlərinə görə 42000 manat məbləğində pul vəsaiti ödənilməli olmadığı halda, qeyd olunan pul vəsaiti tamamilə ödənilmişdir. Bundan əlavə, 03 dekabr 2021-ci il tarixli Müqavilə imzalandığı andan qüvvəvə minmiş və 23 dekabr 2021-ci il tarixinə kimi qüvvədə olmuşdur. Bu halda isə, yəni iş görülmədiyi halda məlum Müqavilənin müddəti bitdikdən sonra 28 dekabr 2021-ci il tarixində müqavilənin dəyərinin qalan hissəsi olan 22000 manat məbləğində pul vəsaitinin də ödənilməsi – mahiyyət etibarilə Müqavilədə nəzərdə tutulan işlərin görülməsini təsdiq edir. Bunun əksini təsdiq edən hər hansı bir mötəbər sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddia tələbinin əsaslandırıldığı 03 dekabr 2021-ci il tarixli Müqavilənin şərtləri iddiaçı (podratçı) İddiaçı MMC-yə kifayət qədər hüquq və səlahiyyətlər vermişdir ki, cavabdeh (subpodratçı) Cavabdeh MMC müqavilədə nəzərdə tutulan işlərin görülməsi ilə əlaqədar öhdəliyini yerinə yetirmədikdə və gördüyü işləri təhvil vermədikdə, müqavilənin 42000 manat məbləğində pulla ifadə olunmuş dəyərinin 80 %-ni, yəni 33600 manat hissəsini tam ödəməsin və hətta, avans kimi ödəməli olduğu 20%-i, yəni 8400 manat pulu isə geri tələb etsin (məlum Müqavilədə müəyyən edilmiş tərəflərin öhdəliklərini icra etməsi ardıcıllığı da bunu tələb edir). Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdeh "(subpodratçı) Cavabdeh tərəfindən nəzərdə tutulan işlərin yerinə yetirilməməsi" barədə 12 sentyabr 2023-cü il tarixli 22 nömrəli Maliyyə Arayışı isə İddiaçı MMC-nin özü tərəfindən tərtib olunduğuna və işin halları ilə təsdiq olunmadığına görə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd etmək lazımdır ki, iddiaçı tərəf cavabdehin məlum müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməməsinin sübutu kimi məhkəməyə sifarişçi Azərbaycan Milli Elmlər X1 Aparatının İşlər İdarəsinin tabeliyində Təmir Tikinti Şöbəsi ilə podratçı İddiaçı arasında bağlanılmış 26 noyabr 2021-ci il tarixli 22 nömrəli Müqavilə üzrə tərtib edilərək imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə yə təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, İstehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinə" aid 2021-ci ilin dekabr ayında və 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərə dair Qəbul Aktlarını (Forma-2) təqdim etsə də, həmin sənədlər podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında 03 dekabr 2021-ci ildə bağlanan və 23 dekabr 2021-ci il tarixinədək qüvvədə olan 03 dekabr 2021-ci il tarixli Müqavilə üzrə sonuncunun üzərinə düşən işləri yerinə yetirməməsini təsdiq etmir. Çünki, müqavilə ilə nəzərdə tutulan işlər 2021-ci ilin dekabr ayında və yaxud 2022-ci ilin yanvar ayında subpodratçı Cavabdeh MMC tərəfindən deyil, başqası tərəfindən icra olunmuşdursa, 15 dekabr 2021-ci ildə 20000 manat və 28 dekabr 2021-ci ildə isə 22000 manat məbləğlərində pul vəsaitlərinin podratçı İddiaçı MMC tərəfindən subpodratçı Cavabdeh MMC-nin hesabına ödənilməsi – iddiaçının yuxarıda qeyd olunan mövqeyini təkzib edir və eyni zamanda, iddia tələbinin əsaslılığını təsdiq etmir. Göründüyü kimi, iddiaçı cavabdehin 03 dekabr 2021-ci il tarixli Müqavilədə nəzərdə tutulan 42000 manat dəyərində daşınma xidmətinin və söküntü işlərinin icra edilmədiyini iddia etsə də, bu mövqeyini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin Müqavilənin şərtləri baxımından qaytarılması tələb olunan pulun ödənilmə tarixləri, miqdarı və işin digər konkret halları - Müqavilədə nəzərdə tutulan işlərin icra edilməsi təsəvvürünü yaradır. Yəni, iddia ərizəsində cavabdehə ödənilmiş 42000 manat məbləğində pulun müqabilində nəzərdə tutulan işlərin görülmədiyi iddia olunsa da, iddiaçı qeyd olunan həmin xüsusatı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, “İddiaçı tərəfindən ödənilmiş 42000 manat (qırx iki min) məbləğin müqavilədə göstərilən işləri yerinə yetirmədiyi üçün və ödənilmiş 202 (iki yüz iki) manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin olunmamalı və iddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-906/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-906/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver