Məhkəmə qərarları › İş №2-2(105)-30/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-30/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-30/2020 18.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), X17 və X15 ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-556/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi K.M.Abdullayevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-556/2019 saylı qətnaməsi ilə (hakim V.E.Əzizova) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh İB tərəfindən qaz sərfiyyatına görə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanaya hesablanmış 123129,40 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi K.M.Abdullayev apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixana əvvəllər X5 mülkiyyətində olmuş, sonradan N.Babayev istixananı ona satmış və alqı-satqı əsasında X24 Sahəsi tərəfindən abonent kodu onun adına keçirilmişdir. X24 Sahəsi tərəfindən təqdim olunmuş, xx.xx.2019-cu il tarixli abonentin saldosunda (abonent kodu **********00000) sayğacın mexaniki göstəricisi 2.144.576 kubmetr, elektron göstərici 2.760.195 kubmetr göstərilmişdir. Göstəricilər arasındakı fərq 615.619 kubmetr və ya 123.123,80 manat təşkil edir (615.619 kubmetr x 0,20 manat). Abonentin saldosuna əsasən, qaz borcu sayğacın elektron göstəricisinə (2.760.195 kub.metr) görə hesablanmışdır. Lakin istixanada qaz sərfinin hesablanması mexaniki göstəricilər əsasında aparılmalıdır. Belə ki, göstərilən məsələ ilə əlaqədar, yəni istixanada qaz sərfinin hesablanması sayğacın mexaniki göstəriciləri əsasında aparılmalı olması barədə tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur ki, istixanada qaz sərfinin hesablanması sayğacın mexaniki göstəriciləri əsasında aparılmalıdır. X1 mülkiyyətində olduğu vaxt, o, yuxarıda göstərilən məsələ ilə əlaqədar iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-2(85)- 41/2016 saylı qərarı ilə iddia təmin edilmiş, istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış (sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasındakı fərqin dəyəri) məbləğin silinməsi qərara alınmışdır. Qətnamənin 6-cı vərəqinin yuxarıdan birinci abzasında birbaşa göstərilir ki, “X7 qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalı idi”. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(105)-105/2016 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)-41/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədə də göstərilmişdir ki, X7 qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəricisi əsas götürülməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-166/17 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-2(105)-105/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, göstərilən mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul olunmuşdur və bu məhkəmə qərarları ilə konkret olaraq təsdiq olunmuşdur ki, qaz sərfiyyatına görə borc hesablanarkən, sayğacın mexaniki göstəricisi əsas götürülməklə borc hesablanmalıdır. Lakin tərəflər arasındakı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qaz sərfinin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalı olması təsdiq olunmasına baxmayaraq, Cavabdeh İB tərəfindən sahibkarı olduğu istixanada qaz sərfi qanunsuz olaraq yenə də sayğacın elektron göstəricisinə əsasən aparılır. Hazırda istixananın qaz təchizatı yuxarıda göstərilən səbəblərdən Cavabdeh İB tərəfindən süni şəkildə yaradılmış qaz sərfiyyatı borcuna görə dayandırılmışdır. İstehlakçıdan istixananın qaz təchizatının bərpa olunması üçün elektron və mexaniki göstəricilər arasında yaranmış fərqin ödənilməsi tələb olunur ki, bu da qeyri-qanuni tələbdir. Onun cari qaz sərfiyyatı borcunu artıqlaması ilə ödəmiş, lakin Cavabdeh İB cari qaz sərfiyyatı borcunu artıqlaması ilə ödəməyinə baxmayaraq, qaz təchizatının bərpa edilməsindən imtina edir. Bu səbəbdən o, Cavabdehnə Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanada qaz sərfinin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmasını, həmçinin xx.xx.2019-cu il tarixinə artıq hesablanmış 123.123,80 manat qaz sərfi məbləğinin (sayğacın mexaniki və elektron göstəriciləri arasındakı fərq) silinməsi barədə ərizə pretenziya ilə müraciət etmişdir. Ərizə-pretenziya Cavabdeh İB-də surətinə qəbul olunma barədə ştamp vurulmaqla xx.xx.2019-cu ildə qəbul olunmuşdur. Lakin hal-hazıra qədər Cavabdeh İB-nə dəfələrlə müraciət edərək, ərizənin baxılmasının nəticələri barədə ona məlumat verilməsini xahiş etsə də, ərizəsinə bu vaxta qədər heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixə X24 Sahəsi tərəfindən təqdim olunmuş abonentin saldosunda Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: (abonent kodu **********00000) sayğacın mexaniki göstəricisi 2.144.669 kubmetr, elektron göstərici 2.760.316 kubmetr göstərilmişdir. Göstəricilər arasındakı fərq 615.647 kub.metr təşkil edir. Fərqin pulda dəyəri 123.129,40 manat təşkil edir (615.647 kubmetrX0,20 manat). Ona görə də, Cavabdeh İB tərəfindən onun mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 123129,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi K.M.Abdullayev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı Xaçmaz rayonun Köhnə-Xudat kəndində yerləşən istixananı işlədir. Həmin obyektdə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Abonent üçün sənayə qaz (qurğusundan istifadə edən istehlakçılar üçün nəzərdə tutulmuş Elster tipli G-250 RVG EK-220 markalı sayğac quraşdırılmışdır. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. İddia ərizəsində qeyd olunur ki, cavabdeh təşkilat onun istifadə etdiyi təbii qaza görə borcu sayğacın elektron göstəricisinə əsasən hesablanmışdır. O isə hesab edir ki, onun istifadə etdiyi təbii qaza görə borcu sayğacın mexaniki göstəricisinə əsasən hesablanmalıdır. Faktiki olaraq sayğacdan keçən təbii qazın nisbi miqdarı sayğacın mexaniki göstəricisində əks olunur. Lakin yüksək təzyiqli qazdan istifadə edən abonentlər üçün Elster tipli G-250 RVG sayğaclarının komplektasiyasına EK-220 markalı elektron korrektor əlavə edilir ki, həmin elektron cihaz sayğacdan aldığı mexaniki göstəricisini havanın temperaturu, nisbi rütubətlik və atmosfer təzyiqinin standart şərtlərinə uyğun hesablayaraq həmin amillərin təsiri nəzərə alınmaqla sayğacdan keçən təbii qazın real miqdarı qeyd edilir. Yəni təbii qazdan yüksək təzyiqlə (saatda 10 m3-dan artıq) istifadə olunduqda havanın temperaturu, nisbi rütubət və atmosfer təzyiqi sərf olunan miqdarının müəyyən edilməsinə təsir göstərir. Buna görə də sayğacın elektron göstəricisinin mexaniki göstəricisindən artıq olması qanunauyğun haldır. Bütün bu hesablamalar G-250 qazsayğaclarının istismarı üzrə rəhbər təlimata, Metrologiya üzrə Qaydalara PR50.2ş019-96”, “Rotasion və trubin sayğacları vasitəsi ilə ölçmələrin yerinə yetirilməsi metodikası”na əsasən aparılır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Cavabdehnə qarşı iddia ərizəsində iddianın əsası kimi göstərilmiş məsələ ilə bağlı cavabında bir mənalı olaraq bildirir ki, “Təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron kollektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Bundan əlavə xx xxxxxx 2019-cu il tarixli debitor borcun ödənilməsi haqqında iki tərəfli bağlanmış Razılaşma Protokoluna əsasən “İstehlakçı “1.1. təbii qazdan istifadəyə görə Cavabdehnə 51598.60 (əlli bir min beş yüz doxsan səkkiz) manat 60 (altmış) qəpik məbləğində borcunun olmasını qəbul edir. 1.2. həmin borcdan, təbii qazın sərfiyyatından əlavə 2019-cu ilin noyabr və dekabr aylarında hər ayın 25-nə kimi 25799.30 (iyirmi beş min yeddi yüz doxsan doqquz) manat 30 (otuz) qəpik olmaqla Cavabdehnə ödəməyi öhdəsinə götürür. 1.3 “İstehlakçı” ya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və X21n 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandıralacağını qəbul edir və bununla Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirmişdir. 2. X21 üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 3. “İstehlakçı X21 üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququ öz üzərində saxlayır. X21 tərəflər üçün məcburi şərtlər əks etdirməklə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunur və tərəflərdə saxlanılır. Cavabdeh İB təbii qazın çıxarılması, emalı ilə məşğul olmur. Birliyin vəzifəsi yalnız SOCAR şirkətindən aldığı təbii qazı qazpaylayıcı funksiyasını yerinə yetirməklə istehlakçıya, fasiləsiz, təhlükəsiz, keyfiyyətli qaın təmin edilməsi və həmin qazın dəyərinin ödənilməsini təmin etməkdən ibarədir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edimiş xx xxxxxx 2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X13 və İddiaçı arasında Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 2.16 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (Üzüm emalı zavodu) torpaq sahəsinin bir hissəsini, yəni 1,2285 ha “xxxx” ASC-də girovda qalmaq şərti ilə alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. Cavabdeh və fiziki şəxs X14 arasında xx xxxxxx 2016-cı il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməyi, İstehlakcı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcının hesabına ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.4-cü bəndində istehlakcının qaz sayğacı haqqında məlumat öz əksini tapmış və sayğacın quraşdırılma tarixi xx xxxxxx 2014-cü il, Dövlət yoxlamasından keçirilməsinin son tarixi isə xx xxxxxx 2014-cü il göstərilmişdir. Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus obyektdə quraşdırılmış Elster G- 250 RVG EK-220 markalı, 75441594 saylı sayğacın 2019-cu ilin iyun ayı üzrə mexaniki göstəricisi 2.144.576 kub.metr, elektron göstəricisi isə 2.760.195 kub.metr göstərilmişdir. Göründüyü kimi həmin sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında kəskin fərq (615.619 kub metr) mövcud olmuşdur ki, iş üzrə tərəflər arasında da həmin fərqə görə sayğacın mexaniki və ya elektron göstəricisinin əsas götürülməsi ilə bağlı mübahisə yaranmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)-41/2016 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı - X5 cavabdeh - Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixli abonentin saldosundan iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın qaz sərfıyyatı üzrə artıq hesablanmış 7712.50 manat məbləğinin silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh- X7 qarşı 9495,48 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh xeyrinə ödənilməsi tələbinə dair iddiaları üzrə ilkin iddia təmin edilmiş, Cavabdeh tərəfindən X7 onun mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın qaz sərfıyyatı üzrə artıq hesablanmış 7712.50 manat məbləğin silinməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq X7 ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək X4 1782,98 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2- 2(105)-2016 saylı qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)-41/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-2(102)-166/2017 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-2(105)-2016 saylı qətnaməsi ilk iddia üzrə Cavabdeh İBnin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “Sayğacın istismara yararlığı haqqında” və “Sayğacın obyektdə ilkin quraşdırılması barədə” sənədlərdə Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanada quraşdırılmış Elster G-250 RVG EK-220 markalı, 75141594 saylı sayğacın ancaq mexaniki göstəriciləri göstərilmişdir və bu da əsas verir ki, qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəriciləri əsas götürülməlidir. X25 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın xx.xx.2019-cu il tarixədək istifadə olunan təbii qaza görə 53463 manat 60 qəpik qaz pulu borcu vardır. xx.xx.2018-ci il tarixdə 2-2(85)41/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməyə əsasən 7712 manat 50 qəpik abonentin hesabından silinmişdir. İş materialları ilə müəyyən olur ki, Cavabdeh İB və İddiaçı nümayəndəsi X6 arasında iddiacının mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananaya təbii qazdan istifadəyə görə hesablanmış 51598,60 manat məbləğində borcun olması barədə xx.xx.2019-cu il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu imzalanmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, İddiaçı ilə yaxın dost münasibətində olduğu üçün etibarnamə əsasında onun bu və ya digər məsələlərin həllində iştirak etmiş, lakin o, heç bir vaxt iddiaçıya məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın işçisi olmamışdır. İstixanaya təbii qazın verilməsi cavabdeh tərəfindən dayandırıldığından və qazın verilməsini bərpa etmək ücün Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli razılaşma protokolu oxunmadan, məzmunu və mahiyyətini bilmədən imzalamışdır. Həmin vaxt protokolun bir nüsxəsi ona verilməmiş və hazırda da həmin sənədin məzmunundan məlumatsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İB və İddiaçı nümayəndəsi X6 arasında iddiacının mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananaya təbii qazdan istifadəyə görə hesablanmış 51598,60 manat məbləğində borcun olması barədə xx.xx.2019-cu il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu işin həqiqi hallarına uyğun olmayıb, toplanmış digər sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə, həmin sənədə tənqidi yanaşılmalı və sübut kimi qəbul edilməməlidir. Apelyant tərəfindən iddiacı X10 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanada xx.xx.2014-cü il tarixdə quraşdırılmış Elster G-250 RVG EK-220 markalı 75141594 saylı sayğacın texniki pasportu məhkəməyə təqdim edilməmiş və qazın dəyərinin hesablanması zamanı sözügedən sayğacın nəyə əsasən mexaniki deyil, məhz elektron göstəricisinin əsas götürülməsi heç nə ilə əsaslandırılmamışdır. Cavabdehİstehsalat Birliyinin göstərilən “istifadə edilmiş qazın dəyəri olaraq borc məbləğinin sayğacın mexaniki deyil, elektron göstəricisinə əsasən hesablanmalı olması” barədə dəlili işə nə birinci instansiya məhkəməsində baxılarkən, nə də apelyasiya baxışı zamanı nümayəndə tərəfindən əsaslandırılmamış və bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh İB-nə münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi K.M.Abdullayevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-556/2019 saylı qətnaməsi Cavabdeh İB-nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar