Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-32/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Novruzova Valentı̇ na Rauf qızına qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Novruzova Valentı̇ na Rauf qızına qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəси üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(119)-1247/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DCLT00293190-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4098,34 manat əsas borc və 421,29 manat cərimə borcu olmaqla, cəmi 4519,63 manat məbləğində borcun, DC00293190-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6638,89 manat əsas borc, 965,58 manat faiz borcu və 246,58 manat cərimə borcu olmaqla, cəmi 7851,05 manat məbləğində borcun, DC00293190-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13295,82 əsas borc, 1438,88 manat faiz borcu və 283,7 manat cərimə borcu olmaqla, cəmi 15018,40 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh “Cavabdeh (bundan sonra “Borcalan”) arasında 04 dekabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/6772 saylı Razılıq Ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, Borcalan www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X10 çərçivəsində: - 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 06 sentyabr 2022-ci il tarixədək illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, 5000 (beş min) manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti ayrılmış; 29 noyabr 2021-ci il tarixli DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 29 noyabr 2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10000 (on min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; və 20 may 2022-ci il tarixli DC00293190-03 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 20 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15000 (on beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin, Borcalan qeyd edilən DCLT00293190-01 saylı müqavilə üzrə öhdəliklərini 303 gün, DC00293190-02 saylı müqavilə üzrə öhdəliklərini 280 gün, DC00293190-03 saylı müqavilə üzrə öhdəliklərini 289 gün icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın 06 iyul 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimi olmuşdur: DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 4098,34 manat əsas borc və 421,29 manat cərimə borcu olmaqla, cəmi 4519,63 manat;, DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 6638,89 manat əsas borc, 965,58 manat faiz borcu və 246,58 manat cərimə borcu olmaqla, cəmi 7851,05 manat; və DC00293190-03 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 13295,82 əsas borc, 1438,88 manat faiz borcu və 283,7 manat cərimə borcu olmaqla, cəmi 15018,4 manat. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı ASC mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19 oktyabr 2023-cü ildə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Cavabdeh DCLT00293190-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 4098,34 manat əsas borc və 791,26 manat cərimə borcu olmaqla, cəmi 4889,6 (dörd min səkkiz yüz səksən doqquz manat 60 qəpik) manat məbləğində borcun, DC00293190-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 6638,89 manat əsas borc, 1266,55 manat faiz borcu və 442,57 manat cərimə borcu olmaqla, cəmi 8348,01 (səkkiz min üç yüz qırx səkkiz manat 01 qəpik) manat məbləğində borcun, DC00293190- 03 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 13295,82 manat əsas borc, 2041,61 manat faiz borcu və 557,5 manat cərimə borcu olmaqla, cəmi 15894,93 (on beş min səkkiz yüz doxsan dörd manat 93 qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş materiallarından görünür ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "müştəri" Cavabdeh (VÖEN **********) arasında 04 dekabr 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X4 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/6772 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X5 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X10 çərçivəsində 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi güzəşt müddəti bitdiyi halda 24% olmaqla, 06 sentyabr 2022-ci il tarixədək 5000 (beş min) manat məbləğində, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" Cavabdeh arasında yuxarıda qeyd olunan X10 çərçivəsində 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla, 29 noyabr 2023-cü il tarixədək 10000 (on min) manat məbləğində və eləcə də, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" Cavabdeh arasında yuxarıda qeyd olunan X10 çərçivəsində 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla, 20 may 2024-cü il tarixədək 15000 (on beş min) manat məbləğində birdəfəlik kreditlər verilmişdir.
6. Bank xidmətlərinin göstərilməsinə dair X4 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasına əsasən, bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.
7. X6 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”ları müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir.
8. X6 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.
9. X6 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 19 oktyabr 2023-cü il tarixli PB/BPŞOUT-01259-2023 nömrəli Maliyyə Arayışında borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12 oktyabr 2023-cü il tarixinə borcalan Cavabdeh 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 manat məbləğində əsas borc və 791,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4889,6 (dörd min səkkiz yüz səksən doqquz manat 60 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 401), 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə isə 6638,89 manat məbləğində əsas borc, 1266,55 manat məbləğində faiz borcu və 442,57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8348,01 (səkkiz min üç yüz qırx səkkiz manat 01 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 378) və 20 may 2022- ci il tarixli DC00293190- 03 nömrəli kredit üzrə isə 13295,82 manat məbləğində əsas borc, 2041,61 manat məbləğində faiz borcu və 557,50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15894,93 (on beş min səkkiz yüz doxsan dörd manat 93 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 387) olduğu göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2- 2(119)-1247/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 (dörd min doxsan səkkiz manat 34 qəpik) manat əsas borc və 100 (yüz) manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 6638,89 (altı min altı yüz otuz səkkiz manat 89 qəpik) manat əsas borc, 1266,55 (min iki yüz altmış altı manat 55 qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə, 20 may 2022ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 13295,82 (on üç min iki yüz doxsan beş manat 82 qəpik) manat əsas borc, 2041,61 (iki min qırx bir manat 61 qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 27741,21 (iyirmi yeddi min yeddi yüz qırx bir manat 21 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 172,92 (yüz yetmiş iki manat 92 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1 və 465.2-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2. 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayəti və onun dəlilləri
13. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(119)- 1247/2023 nömrəli qətnaməsinin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və qətnamə həmin hissəsdə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. X9 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X9 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamış və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı DCLT00293190-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 401 gün, DC00293190-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 378 gün və DC00293190-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 387 gün olduğundan cərimə məbləğinin DCLT00293190-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100 (bir yüz) manat, DC00293190-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100 (bir yüz) manat və DC00293190-03 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
17. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən - cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
21. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərədə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
22. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
23. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin cərimə borcun tutulmasına aid hissəsinə münasibətdə səhv nəticəyə gəlmişdir.
27. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 4098,34 (dörd min doxsan səkkiz manat 34 qəpik) manat əsas borc və 100 (yüz) manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 6638,89 (altı min altı yüz otuz səkkiz manat 89 qəpik) manat əsas borc, 1266,55 (min iki yüz altmış altı manat 55 qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə, 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 13295,82 (on üç min iki yüz doxsan beş manat 82 qəpik) manat əsas borc, 2041,61 (iki min qırx bir manat 61 qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 27741,21 (iyirmi yeddi min yeddi yüz qırx bir manat 21 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcunun təmin edilməyən hissəsində əsassız olmasını göstərmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq şikayəti qismən əsaslı hesab edir.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
32. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində yanlış qiymətləndirmə apararaq, səhv nəticəyə gəlmişdir.
33. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Kollegiya hesab edir ki, cərimə borcunun miqdarının müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsi səhvə yol vermiş, tənasüb müəyyənləşdirilərkən kreditorun əsaslı mənafeyi nəzərə alınmamış, əsas borca nisbət dəyərləndirilməmiş, məhkəmə Mülki Məcəllənin 467-cı maddəsinə istinad etməklə kifayətlənmişdir.
35. Kollegiya vurğulayır ki, qanunvericilik cərimənin miqdarının azaldılmasının mümkünlüyünü nəzərdə tutsa da, lakin bu zaman qeyd edildiyi kimi kreditorun əmlak mənafeyi nəzərə alınmalı, o cümlədən kollegiyanın qənaətincə tətbiq edilməli olan cərimə və əsas, faiz borcu arasında mütənasiblik və ədalətli tarazlıq gözlənilməlidir.
36. Kollegiya eyni zamanda hesab edir ki, cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olması, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsi onun vəziyyətini daha da ağırlaşdırdığından, cavabdehin əmlak mənafeləri nəzərə alınaraq tələb olunan cərimənin miqdarının aşağıdakı şəkildə müəyyən edilməsi mütənasiblik prinsipinə uyğun olardı.
37. Belə ki, 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə tələb olunan 791,26 manat cərimə azaldılaraq 205 manat, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə tələb olunan 442,57 manat cərimə azaldılaraq 332 manat müəyyən edilməli, 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə tələb olunan 557,5 manat cərimə isə tam təmin edilməldir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(119)-1247/2023 nömrəli qətnaməsi cərimənin miqdarının müəyyən edilmiş hissəsində dəyişdirilərək Cavabdeh 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 205 manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 332 manat cərimə, 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 557,5 manat cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(119)- 1247/2023 nömrəli qətnaməsi - Cavabdeh (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 100 (yüz) manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 100 (yüz) manat cərimə, 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 100 (yüz) manat cərimə tutulması hissəsində dəyişdirilsin, Cavabdeh (VÖEN **********) 06 sentyabr 2021-ci il tarixli DCLT00293190-01 nömrəli kredit üzrə 205 (iki yüz beş) manat cərimə, 29 noyabr 2021-ci il tarixli DC00293190-02 nömrəli kredit üzrə 332 (üç yüz otuz iki) manat cərimə, 20 may 2022-ci il tarixli DC00293190-03 nömrəli kredit üzrə 557,5 (beş yüz əlli yeddi manat əlli qəpik) manat cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.