Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-35/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Kapitalbank” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh “Azərsənayetı̇ kı̇ nti” Səhmdar Cəmı̇ yyətı̇ nin 2 saylı Müəssı̇ səsı̇ nə qarşı kommersiya işi üzrə (Açar sözlər: prosessual müddətin bərpası) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı “Kapitalbank” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 12134,40 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)- 564/2016 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi 08 avqust 2023cü il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi tərəfindən verilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2- 2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə prosessual müddətin keçməsi əsası ilə geri qaytarılmışdır.
5. 20 sentyabr 2023-cü il tarixdə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)- 564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 saylı 20 may 2016-cı il tarixli qiyabi qətnamənin ləğv edilməsi üçün 08 may 2023-cü il tarixdə müvafiq inzibati məhkəməyə şikayət verilmiş və həmin məhkəmədən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunması tövsiyə edilmişdir. Ancaq inzibati məhkəmədən müvafiq məktub cavabdehə vaxtında verilməmiş və cavabdehin müraciətində göstərilmiş əlaqə nömrəsinə zəng edilməmişdir. Bir neçə gün axtardıqdan sonra 418xx-xx/2023 saylı 12 may 2023-cü il tarixdə cavabdehə ünvanlanmış məktub həmin məhkəmənin dəftərxanası tərəfindən təqdim edilmişdir (müraciətdən 2 ay 13 gün sonra). Bundan sonra cavabdeh tərəfindən 26 iyul 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş ərizə prosessual müddətin keçməsi ilə əsası ilə icra edilmədən geri qaytarılmışdır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi tərəfindən verilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2- 2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi üçün, ərizə verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir.
8. Cavabdehin qanuni təmsilçisi 27 noyabr 2023-cü il tarixdə şikayət təqdim edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)- 564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 nömrəli 20 may 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında 08 may 2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilmiş və cavabdehə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Ancaq həmin məktub cavabdehə vaxtında verilməmiş və göstərilmiş əlaqə nömrəsinə zəng edilməmişdir. Bir neçə gün axtardıqdan sonra cavabdehə ünvanlanmış 418xx-xx/2023 saylı 12 may 2023-cü il tarixli məktub dəftərxana tərəfindən 2 ay 13 gün gecikmə ilə 25 iyul 2023-cü ildə təqdim edilmişdir. Sonra cavabdeh tərəfindən 26 iyul 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş şikayət, 30 avqust 2023-cü il tarixdəki müraciət və 19 sentyabr 2023-cü il tarixdə verilmiş ərizə müddətin keçməsi ilə əsaslandırılaraq Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Cavabdehin iştirakı təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə verilmiş ərizə və ərizə verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)- 564/2016 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2-2(105)- 161/2023 nömrəli qərardadı ilə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 nömrəli qiyabi qərarından verilmiş şikayət qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadı ləğv edilmiş, cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-564/2016 nömrəli qiyabi qərarından verilmiş şikayətə yenidən baxılması üçün işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-2(119)- 564/2016 nömrəli qərardadı ilə (hakim Həlimə Alıyeva) cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(119)-564/2016 nömrəli qərardadından cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
13. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(85)-564/2016 nömrəli 20 may 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında 08 may 2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilmiş və cavabdehə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Ancaq həmin məktub cavabdehə vaxtında verilməmiş və göstərilmiş əlaqə nömrəsinə zəng edilməmişdir. Bir neçə gün axtardıqdan sonra cavabdehə ünvanlanmış 418xxxx/2023 saylı 12 may 2023-cü il tarixli məktub dəftərxana tərəfindən 2 ay 13 gün gecikmə ilə 25 iyul 2023-cü ildə təqdim edilmişdir. Sonra cavabdeh tərəfindən 26 iyul 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş şikayət, 30 avqust 2023-cü il tarixdəki müraciət və 19 sentyabr 2023-cü il tarixdə verilmiş ərizə müddətin keçməsi ilə əsaslandırılaraq Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təmin edilməmişdir.
14. Cavabdehin nümayəndəsi "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 23 noyabr 2023-cü il tarixli 09/66 nömrəli şikayətinə aydınlıq gətirərək sözügedən şikayətin Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2- 2(119)-564/2016 nömrəli qərardadından verildiyini bildirmiş, həmin qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş edir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
17. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli qərardadının tam yoxlanılmasını qanunamüvafiq hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli və bununla bağlı 23 yanvar 2024-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol verməmiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmışdır.
20. Kollegiya araşdırması zamanı işin halları ilə müəyyən edildi ki, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin qanuni təmsilçisi Qanuni nümayəndə 27 aprel 2023-cü il tarixdə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(85)-564/2016 nömrəli qiyabi qətnaməsinin cavabdehə təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016-cı il tarixli 2-2(085)-564/2016 nömrəli qiyabi qətnaməsinin göndərilməsinə dair poçt göndərişinin cavabdeh tərəfindən alınmasını təsdiq edən xəbərnamədən görünür ki, poçt vasitəsi ilə göndərilmiş həmin qiyabi qətnaməni cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi 04 may 2023-cü ildə rəsmi qaydada almış, lakin qanuni təmsilçisi Qanuni nümayəndə 08 avqust 2023-cü il tarixdə həmin qiyabi qətnamənin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2016cı il tarixli 2- 2(85)-564/2016 nömrəli qiyabi qətnaməsi cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi 04 may 2023-cü il tarixdə rəsmi qaydada aldığına görə həmin qiyabi qətnamənin ləğv olunması barədə ərizə verilməsi üçün nəzərdə tutulan prosessual müddət ərizənin məhkəməyə verilmiş olduğu 08 avqust 2023-cü il tarixdə ötürülmüş olmuşdur.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı həmin qiyabi qətnamənin ləğv olunması barədə ərizə verilməsi müddətinin cavabdeh tərəfindən üzrlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
23. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, şikayətdə qeyd olunan əsaslar birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi əsası kimi çıxış edə bilməz. Apellyator nə birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu ərizəyə, nə də şikayətə prosessual müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı müvafiq sübutlar əlavə etməmişdir. Ərizənin yanlış olaraq digər bir məhkəməyə təqdim edilməsi isə prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi, müddətin şəxsdən asılı olmayan səbəblərdən buraxıldığı qənaətinə gəlməyə əsas verən hal kimi qiymətləndirilə bilməz. Bu qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, şikayət təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-2(119)- 564/2016 nömrəli və bununla bağlı 23 yanvar 2024-cü il tarixli, 2-2(119)-564/2016 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.