Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-36/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)-953/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8984,60 manat məbləğində əsas borc və 4394,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 13378,89 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda bank və digər cavabdeh – Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrc alanla еyni dərəcədə krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, həmçinin bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 25 may 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 8984,60 manat məbləğində əsas bоrcu və 4394,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 13378,89 manat məbləğində kredit borcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün Mediasiya şurasına müraciət olunmuş, mediasiya prosesində qarşı tərəf iştirak etmədiyinə görə 24 may 2021- ci il tarixdə MŞB-5-01683 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışlar verilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki) yüz manat məbləğində mediasiya xərci ödənilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 953/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 8983,33 (səkkiz min doqquz yüz səksən üç manat 33 qəpik) manat məbləğində əsas borc, 3836,26 (üç min səkkiz yüz otuz altı manat 26 qəpik) manat məbləğində faiz borcu və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 13019,59 (on üç min on doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 128,46 (yüz iyirmi səkkiz manat 46 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2-2(119)-953/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Covid-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub qazanc əldə edilə bilməmişdir. Bu səbəbdən də kredit üzrə vaxtı-vaxtında ödənişlər edə bilməmişdir. Bank tərəfindən faiz borcu həddən artıq çox hesablanmışdır. Kredit müqaviləsi üzrə borcun yaranmasına səbəb də yuxarıda qeyd etdikləridir. O, şəraitin əhəmiyyətli dərəcədə dəyişəcəyini bilsəydi kredit götürməzdi. Borcun yaranmasında günahının olmamasına qətnamədə hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, 200842-808075/1 nömrəli kredit müqaviləsindən görünür ki, dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 24 ay müddətinə illik 23% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit bu müqavilə ilə müəyyən olunan şərtlər borcalan tərəfindən icra edildikdən sonra bank tərəfindən borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu borcalanın müvafiq ssuda hesabında aparılır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır: a) cərimə faizləri; b) vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; c) vaxtı keçmiş və gecikdirilmiş əsas borc; d) faiz borcu; e) əsas borc. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 46% faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli, 200842-808075/1 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 22 noyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli, 200842-808075/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 22 noyabr 2019-cu il tarixli 200842-808075/1 nömrəli kredit müqaviləsi əsasında alınan kreditlər üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin zaminlik Müqaviləsinin 4-cü bəndinin tələblərinə görə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar və zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 25 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 25 may 2022-ci il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8984,60 manat məbləğində əsas bоrcu və 4394,29 manat faiz borcu оlmaqla, cəmi 13378,89 (on üç min üç yüz yetmiş səkkiz manat 89 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 787 gün təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh1 müvafiq olaraq 22 noyabr 2019-cu il tarixli Kredit və Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmişlər və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Beləliklə də, Cavabdeh2 kredit müqaviləsi üzrə 25 may 2022-ci il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8984,60 manat məbləğində əsas bоrcu və 4394,29 manat faiz borcu оlmaqla, cəmi 13378,89 (on üç min üç yüz yetmiş səkkiz manat 89 qəpik) manat məbləğində borcunun olduğu müəyyən edildiyindən Bank həmin borcun cavabdehlərdən, yəni borcalan Cavabdeh2 (VÖEN **********) və zamin Cavabdeh1 müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiyanın məhkəmə araşdırması zamanı hesablanan borcun məbləğinin müəyyən edilməsi ilə razı olmayan Cavabdeh2 vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 9/6774 nömrəli ekspert rəyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 saylı krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka müqavilə müddətinin bitdiyi, yəni 22 noyabr 2021-ci il tarixinə - 8983,33 manat əsas borcunun, 3607,93 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra 25 may 2022-ci il tarixinə (illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) 228,33 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh1 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 27 oktyabr 2022-ci il tarixli 9/6774 nömrəli ekspert rəyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 saylı krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka müqavilə müddətinin bitdiyi, yəni 22 noyabr 2021-ci il tarixinə - 8983,33 manat əsas borcunun, 3607,93 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra 25 may 2022-ci il tarixinə (illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) 228,33 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “Covid-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub qazanc əldə edilə bilməməsi, bununla əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişəcəyini bilsəydi kredit götürməzdi dəili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar cavabdehin sahtbkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsi onun Bank qarşısında öhdəliklərinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Belə ki, bununla əlaqədar tərəflər arasında sonradan müqaviləyə hər hansı dəyişiklik edilməmişdir, eləcə də qeyd olunan hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 953/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-36/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-36/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver