Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-36/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Sənaye Korporası̇ yasi” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: icarə haqqı borcunun tutulması) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X4 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı “Azərbaycan Sənaye Korporası̇ yasi” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2- 2(119)-1230/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında imzalanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 9680 (doqquz min altı yüz səksən) manat kommunal haqqı borcu və 34004,24 (otuz dörd min dörd manat 24 qəpik) manat icarə haqqı borcu olmaqla, ümumilikdə 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) ilə icarəçi Cavabdeh (bundan sonra - cavabdeh) arasında 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3 ünvanında ümumi sahəsi 6881 kv.metr olan 5 mərtəbəli inzibati binanın idarə korpusunu 5 (beş) il müddətinə icarəyə götürmüşdür. Cavabdeh Müqavilənin ilk 3 ayı üzrə (2021-ci ilin iyul, avqust, sentyabr ayları) aylıq 12000 (on iki min) manat, növbəti 3 ayı üçün (2021-ci ilin oktyabr, noyabr, dekabr ayları) aylıq 14000 (on dörd min) manat və 2022-ci ilin yanvar ayından başlayaraq Müqavilənin müddəti bitənədək aylıq 16000 (on altı min) manat (ƏDV daxil) icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə əsasən İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 1 %-i məbləğində dəbbə pulu ödəyir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən icarəçi kobud pozuntuya yol verdikdə icarəyə verənə 2 (iki) aylıq icarə haqqı həcmində cərimə ödəyir. Daha sonra 08 aprel 2022-ci il tarixində tərəflər arasında Müqaviləyə 1 saylı Əlavə imzalanmaqla Müqavilənin 1.2 və 3.1-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: “Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3 ünvanında olan 5 mərtəbəli inzibati binanın idarə korpusunun 3 mərtəbəsi - ümumi 4128 kv. metrdən ibarət icarə obyektinə görə cavabdeh 01 aprel 2022-ci il tarixindən başlayaraq iddiaçıya aylıq 9600 (doqquz min altı yüz) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq, Müqavilə üzrə tərtib edilmiş 08 aprel 2022- ci il tarixli borca dair Razılaşmaya əsasən cavabdeh borcunu etiraf etmiş və ümumilikdə yaranmış 44895,95 (qırx dörd min səkkiz yüz doxsan beş manat 95 qəpik) manat borcun 30 iyun 2022-ci il tarixinə kimi 3 (üç) aylıq qrafik əsasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh tərəfindən yaranmış borcun müəyyən hissəsinin ödənişi təmin edilmiş, tərəflər arasında olan üzləşmə aktına əsasən 01 may 2023-cü il tarixinə olan qarşılıqlı öhdəliklər 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat təşkil etmişdir. Müqavilənin ləğvinə dair 13 iyul 2023-cü il tarixli Müqaviləyə əsasən İcarəçinin icarəyə götürdüyü icarə obyekti özəlləşdirildiyi üçün tərəflər qarşılıqlı razılığa gəlib, 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə münasibətləri 07 aprel 2023-cü il tarixindən bitmiş hesab edilərək, İcarəçi ödənilməmiş icarə haqqı və kommunal xərcləri təşkil edən 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcunu etiraf etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq iddiaçı tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Ona görə də, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş hazırkı dövrə olan 9680 manat kommunal haqqı borcu və 34004,24 manat icarə haqqı borcu olmaqla, ümumilikdə 43684,24 manat məbləğində borcun ödənilməsi tələb olunur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İcarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinə əsasən icarəçi "xxxx" MMC “ünvan 1 ünvanında ümumi sahəsi 6881 kv metr olan 5 mərtəbəli inzibati binanın idarə korpusunu icarəyə götürmüş və həmin icarə üzrə ilk 3 ayı üzrə (2021-ci ilin iyul, avqust, sentyabr ayları) aylıq 12000 (on iki min) manat, növbəti 3 ayı üçün (2021-ci ilin oktyabr, noyabr, dekabr ayları) aylıq 14000 (on dörd min) manat və 2022-ci ilin yanvar ayından başlayaraq müqavilənin müddəti bitənədək aylıq 16000 (on altı min) manat (ƏDV daxil) icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
5. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə İcarə haqqı hər cari ayın 5-dən gec olmayaraq icarəyə verənin bank hesabına hesab fakturaya və elektron qaiməyə əsasən köçürmə yolu ilə ödənilməlidir
6. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, icarə obyekti daşınmaz əmlak olduğu halda, icarə haqqı məbləğinə kommunal xərclər daxil deyil və icarə müddəti ərzində İcarə obyektindən istifadə zamanı yaranan bütün kommunal ödənişlər (qaz, su, işıq, telefon rabitəsi, internet və sair xərclər) İcarəçinin hesabına həyata keçiriləcəkdir.
7. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, bu Müqavilə üzrə İcarə müddəti bitdikdə İcarəçi İcarə obyektini İcarəyə verənə vaxtında təhvil vermədiyi halda, icarəyə verən bütün gecikdirilmə vaxtı üzrə müvafiq icarə haqqının ödənilməsini və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
8. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu Müqavilə hər iki tərəf onu imzaladığı vaxtdan hüquqi qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədə qalır.
9. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən, bu Müqavilənin 7-ci bəndinə uyğun olaraq, bu müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.
10. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, hər hansı tərəf bu Müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda, digər "tərəfə 30 (otuz) təqvim günü əvvəl yazılı surətdə xəbərdarlıq verməklə” bu Müqaviləyə xitam verə bilər.
11. "İcarəyə verən" - "xxxx" ASC ilə "İcarəçi" - Cavabdeh (VÖEN **********) arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinə 08 aprel 2022-ci il tarixli 1 saylı Əlavənin 1 və 1.2-ci bəndlərinə əsasən, tərəflər arasında Müqaviləyə 1 saylı Əlavə imzalanmaqla Müqavilənin 1.2-ci və 3.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3 ünvanında olan 5 mərtəbəli inzibati binanın idarə korpusunun 3 mərtəbəsi - ümumi 4128 kv. metrdən ibarət icarə obyektinə görə icarəçi 01 aprel 2022-ci il tarixindən başlayaraq icarə verənə hər ay aylıq 9600 (doqquz min altı yüz) manat ƏDV daxil məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
12. 08 aprel 2022-ci il tarixli "08 may 2021-ci il tarixli İ 03/21 nömrəli “İcarə müqaviləsi üzrə yaranmış borca dair" Razılaşmadan görünür ki, borclu "xxxx" MMC 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə müqaviləsi üzrə ümumilikdə 44895,85 manat məbləğində icarə haqqı borcunun olmasını etiraf edərək, həmin borcu 2022-ci ilin aprel ayında 14965,28 manat, 2022-ci ilin may ayında 14965,28 manat və 2022-ci ilin iyun ayında isə 14965,29 manat olmaqla, ödəməyi öhdəsinə götürmüş və həmin Razılaşmada qeyd olunan icarə haqqı borcunun tam qaytarılma müddəti 30 iyun 2022-ci il tarixi müəyyən edilmişdir.
13. 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinin icrası ilə əlaqədar icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh tərəfindən tərtib edilərək imzalanıb-möhürlənmiş 01 may 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, icarəçi Cavabdeh 01 may 2023-cü il tarixinə icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində qalıq borcu vardır.
14. İcarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-2366 № ilə qeyd olunub) 13 iyul 2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” Müqavilənin məzmunu ilə müəyyən olunur ki, İcarəçinin icarəyə götürdüyü icarə obyekti özəlləşdirildiyi üçün Tərəflər qarşılıqlı razılığa gələrək, 08 may 2021-ci il tarixli İ03/21 nömrəli icarə müqaviləsi üzrə münasibətləri 07 aprel 2023-cü il tarixindən etibarən bitmiş hesab edirlər.
15. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, icarəçi ödənilməmiş icarə haqqı və kommunal xərcləri təşkil edən cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcu olduğunu etiraf edir və borcu ödəməyi öhdəsinə götürür (Müqavilənin 3-cü bəndində göstərilir ki, həmin Müqavilə 13 iyul 2023-cü il tarixindən qüvvəyə minir).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2- 2(119)-1230/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdehndən 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 34004,24 (otuz dörd min dörd manat 24 qəpik) manat icarə haqqı borcu, 9680 (doqquz min altı yüz səksən) manat kommunal haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi olmaqla, cəmi 43884,24 (qırx üç min səkkiz yüz səksən dörd manat 24 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 221,05 (iki yüz iyirmi bir manat 05 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 700.1, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 448.1 və 448.2-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 106.3, 88, 217.3, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
18. Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2- 2(119)-1230/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanunvericilik aktlarına və normalara istinadı tamamilə əsasız və qanunsuz yanaşmadı. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, razılaşdırılmış məbləğlər həqiqəti əks etdirmir və düzgün deyildir. Belə ki, icarə haqqının hesablanması zamanı yalnışlığa yol verilmiş, düzgün hesablanmamışdır. Heç kəs də buna nəzər yetirməmişdir. Sadəcə olaraq qarşılıqlı hesablaşma əsas götürülərək qətnamə qəbul edilmişdir. Həmçinin kommunal borcların ödənilməsi ilə bağlı tələbi yalnız həmin komunal xidmətləri həyata keçirən subyektlər tələb edə bilər. Lakin hakim buna diqqət yetirməmişdir. Məhkəmə icrarə sahəsinin təhvilqəbulunun hansı tarixdən olması, müəssisənin hansı tarixdən icarə obyektini istifadəyə götürməsi və ödənişlərin hansı sənədlər əsasında hesablanmasını araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
22. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə tam yoxlanılmasını məqsədəmüvafiq hesab edir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
27. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsinə əsasən icarəçi "xxxx" MMC “ünvan 1 ünvanında ümumi sahəsi 6881 kv metr olan 5 mərtəbəli inzibati binanın idarə korpusunu icarəyə götürmüş və həmin icarə üzrə ilk 3 ayı üzrə (2021-ci ilin iyul, avqust, sentyabr ayları) aylıq 12000 (on iki min) manat, növbəti 3 ayı üçün (2021-ci ilin oktyabr, noyabr, dekabr ayları) aylıq 14000 (on dörd min) manat və 2022-ci ilin yanvar ayından başlayaraq müqavilənin müddəti bitənədək aylıq 16000 (on altı min) manat (ƏDV daxil) icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 may 2021-ci il tarixli İ 03/21 nömrəli İcarə Müqaviləsi 13 iyul 2023cü il tarixli Müqavilə ilə 07 aprel 2023-cü il tarixdə ləğv edilmiş və həmin İcarə müqaviləsi ləğv edilərkən cəmi 43684,24 manat məbləğində borcun tam ödənilməsini icarəçi Cavabdeh öhdəsinə götürmüşdür. Lakin, qeyd olunan borc tam ödənilmədiyi üçün icarəyə verən (iddiaçı) "xxxx" ASC 9680 (doqquz min altı yüz səksən) manat kommunal haqqı borcu və 34004,24 (otuz dörd min dörd manat yetmiş 24 qəpik) manat icarə haqqı borcu olmaqla, ümumilikdə cəmi 43684,24 (qırx üç min altı yüz səksən dörd manat 24 qəpik) manat məbləğində borcun ödənilməsi üçün icarəçi (cavabdeh) Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi müəyyən edilmiş bu hallara əsasən iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.
30. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu dəlillər ilə razılaşmır, həmin dəlilləri formal mülahizə hesab edir, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
33. Məhkəmə kollegiyası apellyator şikayətin dəlilləri üzrə qeyd edir ki, apellyator borc məbləğinin miqdarını mübahisələndirsə də, nə apellyasiya şikayətinə, nə də apellyasiya icraatındakı araşdırma zamanı etirazını istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, tərəflər arasında bağlanılmış qarşılıqlı öhdəliklərə dair üzləşmə aktının mötəbərliyi məhkəmələrdə mübahisləndirilməmişdir.
34. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1230/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.