Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-40/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdullayev Namı̇ q Nurəddı̇ n oğlunun cavabdeh “Karvan İ̇stehsalat Kommersı̇ ya Şı̇ rkəti” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Abdullayev Namı̇ q Nurəddı̇ n oğlunun cavabdeh “Karvan İ̇stehsalat Kommersı̇ ya Şı̇ rkəti” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-2(119)-98/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 10 oktyabr 2023-cü ildə cavabdeh "X2 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "X2 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 99.924 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan e-2(060)-6652/2023 nömrəli iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 19 yanvar 2024-cü ildə Sumqayıt Kommersiya Məhkəməsində keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə “işin baxılmamış saxlanması” barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırkı kommersiya işi üzrə iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəflə mübahisənin mediasiya vasitəsilə həll edilməsi və eləcə də, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə elektron və ya poçt vasitəsilə hər hansı bir pretenziya və ya bildiriş göndərməyərək, mübahisənin məhkəməyədək mediasiya və yaxud, pretenziya qaydasında həll edilməsi tələblərinə riayət etməməsi əsası ilə İddiaçı cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmasını xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)- 98/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair 2-2(119)-98/2024 nömrəli kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanılmışdır.
5. İddiaçı nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)- 98/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Sumqayıt Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli 2-2(119)- 98/2024 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)-98/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.1 və 259.0.13-cü maddələrinə istinad edərək gəliyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına və “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həll üzrə mediasiya prosesində iştiraka dair sənəd təqdim etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi hazırkı iddia tələbi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmiş, sonradan isə aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyində bu kateqoriyadan olan iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmamışdan əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydası müəyyənləşdirilməmişdir. Hesab edir ki, iddiaçı tərəfin mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməsinin məcburuliyi, həmin iddia ərizəsi birbaşa kommersiya məhkəməsinə təqdim edilən zaman tələb edilir. Digər halda, yəni mülki işin aidiyyatı üzrə göndərilməsi zamanı isə iddaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməsi imkanı mövcud olmadığına görə MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması tamamilə əsassızdır. Hesab edir ki, belə zərurət olduğu halda məhkəmə işi təxirə salmaqla, iddiaçıya mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməsi imkanı yaradılmalı, əgər iddiaçı bu imkandan istifadə etməyi halda isə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Həmçinin qeyd edir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə elektron formada prentenziya məktubunun göndərilməsi təmin edilmiş, bununla da işin baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsan aradan qaldırılmışdır. Bu əsasdan da cıxış edərək hesab edir ki, iddia ərizəsinin MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün səbəb olan şərait artıq aradan qalxmış və mövcud deyildir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə və “Mediasiya haqqında” Qanuna edilən son dəyişiklikərə əsasən artıq kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələb olunmur. Bununla da məhkəmənin MPM-nin 259.0.13-cü maddəsinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qalxmışdır. Belə olan halda iddianın baxılmamış saxlanılmasına səbəb olan və sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl aradan qaldırılmalı olan yeganə hal mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməməsi olur ki, bununla bağlı mövqeyini yuxarıda ətraflı qeyd etmişdir. Buna baxmayaraq, işə baxan məhkəmə qeyd olunan halları nəzərə almayaraq əsassız qərardad qəbul etmişdir. Məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edərkən işin həqiqi hallarına uyğun əsaslandırılmadığından – məhkəmə tərəfindən MPM-nin 259.0.1 və 259.0.13-cümaddələri düzgün tətbiq edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-2(119)-98/2024 nömrəli qərardadının ləğv edilməsinə və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsi xahiş olunur.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
10. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-2(119)-98/2024 nömrəli qərardadının ləğv edilməsinə və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-2(119)- 98/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu (25 yanvar 2024-cü il tarixə olan redaksiya): Maddə 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 4.1. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Maddə 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Maddə 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Maddə 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)- 98/2024 nömrəli və bununla bağlı 02 fevral 2024-cü il tarixli 2-2(119)-98/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 259.0.1 və 259.0.13-cü maddələrinə istinad edərək gəliyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına və “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həll üzrə mediasiya prosesində iştiraka dair sənəd təqdim etməmişdir. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyində bu kateqoriyadan olan iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmamışdan əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydası müəyyənləşdirilməməsi və iddiaçı tərəfin mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməsinin məcburuliyi, həmin iddia ərizəsi birbaşa kommersiya məhkəməsinə təqdim edilən zaman tələb edildiyini, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə elektron formada prentenziya məktubunun göndərilməsinin təmin edildiyini, bununla da işin baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanın aradan qaldırıldığını, həmçinin Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə və “Mediasiya haqqında” Qanuna edilən son dəyişiklikərə əsasən artıq kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələb olunmadığını. Bununla da məhkəmənin MPM-nin 259.0.13-cü maddəsinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qalxdığını göstərmişdir. Şikayətin dəlilləri üzrə araşdırma aparan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə müvafiq Qanunlar 26 dekabr 2023-cü ildə imzalansa da, həmin Qanunlar (dəyişikliklər) Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)-98/2024 nömrəli qərardadı qəbul olunandan sonra, yəni 25 yanvar 2024-cü ildə dərc olunduqdan sonra qüvvəyə minmişdir. Belə olan halda, işə baxılarkən qüvvədə olmuş qanunvericilik normalarına əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)-98/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən cavabdeh “X2 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsinə dair kommersiya işinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılması tamamilə qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Eləcə də, mövcud olmuş qanunvericilik norması əsasında qəbul edilmiş qərardadda istinad olunan qanunun sonradan dəyişdirilməsi və yaxud, qərardadda qeyd olunan nöqsanların aradan qaldırılması – qəbul olunarkən həmin qərardadın qanunsuzluğuna və əsassızlığına dəlalət etmir və qərardad qəbul olunduqdan sonra bu kimi halların baş verməsi qərardadın sonradan ləğv edilməsinə səbəb ola bilməz. Bundan əlavə, İddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsi ilə 10 oktyabr 2023cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisəni cavabdeh ilə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına da riayət etməmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə, aidiyyəti üzrə müvafiq məhkəməyə verilməsi tamamilə iddiaçı tərəfin iradəsinə, səlahiyyət və vəzifələrinə aid olduğundan, iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə düzgün müraciət olunmaması - iddiaçını müvafiq ixtisaslaşdırılmış məhkəməyə müraciətin prosessual qaydalarına riayət etmək vəzifəsindən azad etmir. Bundan əlavə, 19 yanvar 2024-cü il tarixli qərardadda qeyd olunan nöqsanın, yəni mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair tələbin sonradan aradan qaldırılması məhkəmənin qanuni qərardadının ləğv edilməsinə əsas ola bilməz. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsində təsbit olunmuşdur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
14. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2-2(119)-98/2024 nömrəli və bununla bağlı 02 fevral 2024-cü il tarixli 2-2(119)-98/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.