Məhkəmə qərarları › İş №2-2(105)-41/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-41/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-41/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-597/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-597/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak krediti müqaviləsi və 19 fevral 2020-ci il tarixli, 2020/00055-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 13 fevral 2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak krediti müqaviləsi üzrə 14.300 manat məbləğində əsas borc, 3.260,70 manat məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə 300 manat məbləğində dəbbə pulu, cəmi 17.860,70 manat, 19 fevral 2020-ci il tarixli, 2020/00055-01 saylı kredit müqaviləsi üzrə 3.600 ABŞ dolları məbləğində əsas borc, 583.20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 70 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.253,20 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1ında yerləşən 40 nömrəli mənzilə yönəldilməsi, ünvan 1ında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması, həmin mənzilin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh2 iddiaçıya olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, evin mülkiyyətçisi olan Cavabdeh1 qaytarılması, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmasa, istifadə hüquqlarını itirməklə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 85%-i iddiaçıya, 15%-i cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 25 manat pul alınaraq, İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti vermişdirlər. İŞİN HALLARİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərtilə 14.300 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1ında yerləşən 40 saylı mənzili (Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013, tarix 15.07.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 13.02.2020-ci il tarixli, 2020/00049-011P №-li ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 18.02.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №si **********, Reyestr № **********14-05101-093013). İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1ında yerləşən 40 saylı mənzili (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101- 093013, tarix 15.07.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 19.02.2020-ci il tarixli, 2020/00055-011P №-li ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 24.02.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №- si **********, Reyestr № **********14-05101-093013). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 50000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləğləri və onlara hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilələr ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə 17.08.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 2.331,20 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 AZN məbləğində dəbbə pulu, cəmi 18.876,30 AZN məbləğində borc yaranmışdır. 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsi üzrə 17.08.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı BOKT ASC məhkəmədən tərəflər arasında bağlanılmış 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsinin və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə 17.08.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 2.331,20 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 AZN məbləğində dəbbə pulu, cəmi 18.876,30 AZN məbləğində borcun və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsi üzrə 17.08.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ında yerləşən 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borc üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 2.331,20 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 AZN məbləğində dəbbə pulu, cəmi 18.876,30 AZN məbləğində borcun və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsi üzrə 17.08.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində poteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra İddiaçı BOKT ASC məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanılmış 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsinin və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcun və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ında yerləşən 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcun və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi çıxardığı qətnamə ilə tərəflər arasında bağlanmış kredit müqaviləsini ləğv edərək Cavabdeh2 13.02.2020-ci il tarixli, 2020/00049-01 nömrəli istehlak krediti müqaviləsi üzrə 14300 manat məbləğində əsas borc, 3260,70 manat məbləğində faiz borcu və 300 manat məbləğində dəbbə pulu, cəmi 17860,70 manat, 19.02.2020-ci il tarixli, 2020/00055-01 saylı kredit müqaviləsi üzrə 3600 ABŞ dolları məbləğində əsas borc, 583,20 ABŞ dolları məbləğində faiz borcu, 70 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4253,20 ABŞ dolları tutulmasını qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445 və 448-ci maddələrinin tələblərini nəzərə almamışdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh2 aldığı kreditlə, kreditin məqsədinə uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olmaq üçün minik avtomobili almış, lakin koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejimi tətbiq olunduğuna görə fəaliyyət göstərə bilməmişdir. Məlum olduğu kimi, ölkə ərazisində 2020-ci ilin mart ayından sentyabr ayına kimi sərt karantin rejimi, Cavabdeh2 yaşadığı və əmək fəaliyyəti ilə məşğul olduğu Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində isə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Məhz bu səbəbdən, yəni özünün cavabdeh olmadığı səbəbdən Cavabdeh2 işləyə bilmədiyinə görə kredit müqavilələri üzrə ödənişləri edə bilməmişdir. Cavabdeh2 aldığı kreditləri qeyd olunan səbəbdən ödəyə bilmədiyinə görə hətta hüquqazidd hərəkətlərə yol vermişdir, nəticədə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə başlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 07.08.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.10.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 07.08.2020-ci il tarixindən 06.10.2020-ci il tarixinə kimi Cavabdeh2 cəzaçəkmə müəssisəsində olmuşdur. Kredit müqaviləsi üzrə borcun ödənilməsində olan gecikdirmələr Cavabdeh2 cavabdeh olmadığı hallardan irəli gəlmişdir və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı tamamilə aşkardır. Məhkəmə əsassız olaraq əsas borc üzrə faizləri iddia ərizəsinə əlavədə göstərilmiş məbləğlərdə müəyyən etmişdir. İddiaçı ilkin iddia ərizəsində 13.02.2020-ci il tarixli, 2020/00049-01 nömrəli istehlak krediti müqaviləsi üzrə faiz borcunu 2331.20 AZN məbləğində, 19.02.2020-ci il tarixli, 2020/00055-01 saylı kredit müqaviləsi üzrə faiz borcunu 427.20 ABŞ dolları məbləğində göstərmişdir. Lakin, iddiaçı tərəfindən 26.10.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə əlavə təqdim edilmiş və həmin ərizədə 13.02.2020-ci il tarixli, 2020/00049-01 nömrəli istehlak krediti müqaviləsi üzrə faiz borcu 3260.70 AZN məbləğində, 19.02.2020-ci il tarixli, 2020/00055-01 saylı kredit müqaviləsi üzrə faiz borcunu 583.20 ABŞ dolları məbləğində göstərilmişdir. Məhkəmə iddia ərizəsinə əlavədə göstərilmiş faiz məbləğlərinin cavabdehdən tutulmasını qət etməklə cavabdehin hüquqlarının pozuntusuna yol vermişdir. Belə ki, iş üzrə 08.10.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı və cavabdehlərdən Cavabdeh1 nümayəndələrinin mübahisənin məhkəmədənkənar həlli ilə bağlı birgə xahişinə əsasən məhkəmə işin baxışını yekunlaşdırmamış, tərəflərə mübahisənin barışıq yolu ilə həlli imkanının yaradılması məqsədi ilə məhkəmə iclasını 26.10.2020-ci il tarixinə təxirə salmışdır. Bu müddət ərzində Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi iddiaçının mərkəzi ofisində nümayəndəsi ilə görüşmüşlər. Görüş zamanı Cavabdeh2 üzürlü və obyektiv səbəblərdən kredit borcunu ödəyə bilmədiyini, hazırda işlədiyini və yeni qrafik üzrə borclarını vaxtında ödəyəcəyini bildirmişdir. Lakin, mübahisənin barışıq yolu ilə həlli iddiaçının nümayəndəsinin qeyrikonstruktiv və qərəzli mövqeyinə görə mümkün olmamışdır. Bundan sonra, iddiaçı tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli ilə bağlı vaxt verilməsinə dair qarşılıqlı razılıqlarına əsasən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq keçən müddəti də əsas borca faiz hesablanmasına daxil etmişdir və iddia ərizəsinə əlavədə həmin faiz məbləğini tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı BOKT ASC-yə və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-597/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanılmış 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərtilə 14.300 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 13.02.2020-ci il tarixli, 2020/00049-011P №-li və 19.02.2020-ci il tarixli, 2020/00055-011P №-li ipoteka müqavilələrindən görünür ki, qeyd edilən kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1ında yerləşən 40 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 50000 AZN məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 22.10.2020-ci il tarixə İddiaçı BOKT ASCyə 13.02.2020-ci il tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcu və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın dövlət reyestrindən 18.02.2020-ci il tarixli və 24.02.2020-ci il tarixli çıxarışların təsdiqlənmiş surətindən görünür ki, 13.02.2020ci il tarixli, 2020/00049-01 №-li və 19.02.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqavilərindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1ında yerləşən 40 saylı mənzilin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh tərəf bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 421.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.2, 39.3.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqavilələri əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqavilələri üzrə öhdəlikləri icra edərək müqavilələrdə nəzərdə tutulan pul məbləğlərini Cavabdeh2 versə də, cavabdeh müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğlərini ödəməmiş, bununla da cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. İş materiallarında olan hesabdan çıxarışlardan (səh. 62-63) görünür ki, Cavabdeh2 13.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 300 manat, 19.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə isə heç bir ödəniş aparmamışdır. Apelyasiya şikayətinin borc məbləği barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafiklər üzrə aparmamaqla müqavilə şərtlərini pozması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. İddia tələbinin mənzildən istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı bankın, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Mənzildən çıxarılma ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı hansı cavabdehin mənzildən çıxarılmasını dəqiq göstərməmişdir və bu hissədə iddia tələbi qeyri-müəyyəndir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Belə olan halda, iddia tələbi ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən gec bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin edilə bilməz. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İş materiallarından göründüyü kimi ipoteka müqaviləsində ipoteka predmetinin likvid dəyəri 50000 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin 162/FB/21 nömrəli, 03 may 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1ında yerləşən 40 nömrəli mənzil hazırkı vəziyyəti nəzərə alınmaqla likvid qiyməti 62000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil açıq hərraca çıxarılarkən onun likvid qiyməti qiymətləndirmə rəyinə müvafiq olaraq 62000 manat məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-597/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi qismən - ünvan 1ında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmasa, istifadə hüquqlarını itirməklə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ipoteka predmeti olan ünvan 1ında yerləşən 40 nömrəli mənzilin likvid qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməli, iddia tələbi ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən gec bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 20.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, ipoteka predmetinin qiymətləndirilməsinə görə İddiaçı BOKT ASC “xxxx” MMC-nin hesabına 500 manat ödəmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məhkəmə xərci Cavabdeh2 alınaraq İddiaçı BOKT ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-597/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi qismən - ünvan 1ında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmasa, istifadə hüquqlarını itirməklə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan ünvan 1ında yerləşən 40 nömrəli mənzilin likvid qiyməti 62000 (altmış iki min) manat müəyyən edilsin. İddia tələbi ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən gec bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İpoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat Cavabdeh2 alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar