Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-42/2020 21.04.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-111/2020 saylı qərardadından Cavabdeh MMC-nin nümayəndəsi və vəkili A.E.Məmmədzadənin verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-111/2020 saylı qərardadı ilə (hakim Z.Ə.Sadiqov) iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi qismən təmin edilib, iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olub, cavabdeh “DSC” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyində olan Abşeron rayonu Masazır qəsəbəsi, İlqar Abdullayev küçəsində yerləşən 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda dəmir boruların üzərinə həbs qoyulmuş və ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili A.E.Məmmədzadə həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)- 111/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 08-01 saylı X2 göstərilən öhdəliklər üzrə yaranmış ümumilikdə 33047,17 (otuz üç min qırx yeddi manat 17 qəpik) manat pulun, vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-nə ödənilməsi və 24,253 kiloqramlıq avadanlığın (dəmir ayaqaltıların) Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə geri qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddianın təmini tədbiri barədə ərizə verib, cavabdehin sahibliyində olub, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi, İlqar Abdullayev küçəsində yerləşən 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda dəmir boruların üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi və cavabdeh “DSC“ Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesablarına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili A.E.Məmmədzadə şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qərardadla məhkəmə tərəfindən mübahisə predmeti ola məsələlər barədə əvvəlcədən mövqe bildirilmiş və iddia predmeti olan avadanlıqların cavabdehin sahibliyində olduğu göstərilmişdir. Halbuki həmin avdanlıqların cavabdehdə olduğunu tədiq edən təsdiq edici sənədlər iş materiallarına əlaə olunmamışdır. Ümumilikdə isə həmin avadanlıqların kimin sahibliyində olması məsələsi iddiaçı tərəfindən irəli sürülmüş iddia ərizəsinin premetini təşkil edir. Bununla yanaşı sözügedən avadanlıqların iddiaçıya məxsusluğunu təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Ona görə də, iddianın təmini tədbiri barədə ərizə qanunsuz və əsassız olduğundan təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “xxxx” ASC iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Abşeron rayonu Masazır qəsəbəsinin İlqar Abdullayev küçəsində yerləşən 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzinluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda dəmir boruların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPMnın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi kommersiya mübahisəsi üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan və cavabdeh “DSC“ Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyində olmaqla, Abşeron rayonu Masazır qəsəbəsi, İlqar Abdullayev küçəsində yerləşən 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda dəmir boruların üzərinə həbs qoyulmalıdır. Cavabdeh tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadından ləğv edilib, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsini sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan Cavabdeh MMC-nin nümayəndəsi və vəkili A.E.Məmmədzadənin verdiyi şikayəti əsasında dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili A.E.Məmmədzadənin verdiyi şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-111/2020 saylı qərardadı Cavabdeh MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-42/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-42/2020
21.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver