Məhkəmə qərarları › İş №2-2(105)-46/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-46/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-46/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1127/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İcarəyə verən X11 ilə icarəçi İddiaçı arasında bağlanmış 02 may 2019-cu il tarixli 2/2019 nömrəli İcarə Müqaviləsinə əsasən icarə obyekti - yəni, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində 0,0447 ha torpaq sahəsində yerləşən 1144,4 kv.m ümumi (764,1 kv.m əsas və 380,3 kv.m köməkçi) sahədən ibarət 2 və 1 mərtəbəli 16C nömrəli qeyri-yaşayış binası (dövlət reyestrindən çıxarışda təsbit olunub) sahənin 1 (bir) kvadrat metrinə görə aylıq olaraq 12 (on iki) manat icarə haqqı ödənilməklə 15 (on beş) il müddətinə sonuncuya (İcarəçiyə) icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, icarə Müqaviləsinin müddəti Sahənin market kimi fəaliyyət göstərməsinin açılış günündən hesablanır (bundan sonra “Başlama tarixi” adlanacaq) və bundan sonra bu İcarə Müqaviləsi 15 (on beş) il müddətinə davam edəcək (bundan sonra “Müddət” adlanacaq). Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, icarəçi bu Müqavilə üzrə öhdəliklərini İcarəyə verənin razılığı ilə üçüncü tərəfə ötürə bilər.

2. İcarəyə verən İddiaçı ilə icarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinə əsasən: Müqavilə bəndləri 2.1. İcarəyə verən ünvan 1 ünvanında yerləşən və Əlavə 1-də göstərilmiş obyektləri hazırkı müqavilədə nəzərdə tutulan şərt və müddəalara əsasən və hazırkı X12 1 kimi qoşulmuş Plana uyğun olaraq İcarəçiyə icarəyə verir və icarəçi bu obyektləri qəbul edir... 3.1. Hazırkı müqavilə imzalandığı andan qüvvəyə minir. 3.2. X6 İcarəçinin “açılış tarixi”ndən etibarən 5 (beş) il davam edəcək. Mərkəzin ictimaiyyət üçün açılacağı tarix Əlavə 1-də müəyyən edilmiş tarix hesab edilir. 3.3. yuxarıda qeyd olunan müddəalara baxmayaraq, Tərəflərdən biri ikinci ilin sonunda hazırkı icarə Müqaviləsinə xitam vermək barədə niyyətini bildirərsə, X2rşılıqlı razılığı əsasında xitam verilə bilər. Yuxarıda qeyd olunan xitam barədə niyyət 6 (altı) ay qabaqcadan yazılı şəkildə bildirməlidir... 4.1.2. əsas icarə haqqının ödənişi İcarəçi tərəfindən qabaqcadan hər ayın əvvəlində İcarəyə verən tərəfindən təqdim olunan hesablaşmaya dair sənədləri aldıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq həyata keçiriləcəkdir. 4.1.3. Əsas icarə haqqı: - İcarənin birinci, ikinci və üçüncü illərdə tətbiq edilən bu haqqın məbləği Əlavə 1-də göstərildiyi kimi olacaq... 12.1. İcarəçi hazırkı İcarə Müqaviləsini və ya icarəyə götürülmüş Obyekti, yaxud onun hər hansı bir hissəsini ötürmək, təhvil və ya subicarəyə vermək, o cümlədən Obyekt ilə bağlı lisenziya vermək və ya Obyekti başqa şəxslərlə birgə istifadə elmək hüququna malik deyil. Belə tədbirlər tamamilə qadağan edilir və İcarəyə Verənin əvvəlcədən verdiyi yazılı razılığı olmadan icarəçi Obyekt üzərində hüquqlarını girov qoya, yaxud borc almaq üçün təminat kimi istifadə edə və ya üçüncü tərəflərə təqdim edə bilməz. 12.2. İcarəyə Verən bu İcarə Müqaviləsi üzərində öz hüquqlarını və vəzifələrini yalnız İcarəçinin yazılı razılığı ilə hər hansı tərəfə ötürə və ya köçürməyə sərbəstdir... 13.1. İcarə müddəti ərzində: (a) icarə haqqı, xidmət haqqı və ya hazırkı müqaviləyə əsasən İcarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin, hesabı təqdim edilmiş və hesabda göstərilmiş ödəmə vaxtı çatdıqdan sonra 30 (otuz) iş günü ərzində ödənməsə (rəsmi tələb edilən və ya edilməyən); yaxud (b) İcarəçi burada verilmiş hər hansı şərti, şəraiti, məsuliyyəti və ya razılaşmanı yerinə yetirməsə, yaxud bunlara əməl etməsə; yaxud... (d) İcarəçi müflis olarsa, yaxud kreditorların xeyrinə hüquqlarını ötürərsə, yaxud kreditorlarla hər hansı razılaşma və ya sövdələşmə bağlayarsa və ya İcarəçi bir şirkət kimi ləğv edilərsə, yaxud İcarəçinin könüllü (birləşmə və ya yenidən təşkil məqsədi istisna olmaqla) və ya məcburi bağlanması hallarında 13.2. belə hallarda icarəyə verən öz qərarı ilə Obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olur və bundan sonra hazırkı X13 Verənin ödənilməmiş İcarə Haqqı və ya Xidmət Haqqı xərcləri ilə bağlı, yaxud İcarəçinin burada göstərilən şərtləri, müddəaları, ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcəkdir 16.3. İcarəyə verilmiş obyektin (Bölüm 2-də təsvir olunduğu kimi) bilavasitə istismarı zamanı istifadə olunan kommunal xidmətlərin dəyəri İcarəyə verən tərəfindən quraşdırılmış avadanlıqlar vasitəsilə ölçüləcək və hər ayın sonunda hesab-faktura formasında İcarəçiyə təqdim olunacaqdır. Bu hesab-fakturanın dəyəri 7 (yeddi) iş günü ərzində ödənilməlidir. İcarəçi tərəfindən ödənilməli olan xərclərə İcarəyə verənin sayğac paylanma sistemi əsasında birbaşa qeyd olunan elektrik enerjisi, su və qaz sərfiyyatı üzrə haqlar, habelə xidmət haqqı daxildir.

3. İcarəyə verən İddiaçı ilə icarəçi-hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinə 1 nömrəli Əlavəsinə əsasən, icarəyə verən İddiaçı MMC tərəfindən hər m2–i 8,2 (səkkiz manat 20 qəpik) manat dəyərində olmaqla, cəmi 542 m2 olan icarə obyektini ümumilikdə aylıq icarə haqqı 5244,39 (beş min iki yüz qırx dörd manat 39 qəpik) manat (4444,40 icarə haqqı + 799,99 ƏDV=5244,39) məbləğində hesablanmaqla, icarəçi Cavabdeh 5 il müddətinə icarəyə verilmişdir.

4. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinə 2 nömrəli Əlavənin “F” bəndinə əsasən, İcarəçinin hazırkı İcarə Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin pozulmasını aradan qaldırmaq məqsədilə Obyektə daxil olmaq hüququ vardır (“i” yarımbəndi). Yuxarıda təsvir edilmiş bütün Obyektə giriş hüquqları müvaliq vaxtlarda və müvafiq bildiriş verməklə tətbiq edilir. Lakin fövqəladə hallarda X14 bildiriş vermədən və ya hər hansı itki, yaxud zədə üçün məsuliyyət daşımadan Obyektə girmək (yaxud, lazım gələrsə kilidləri sındıraraq daxil olmaq) hüququna malikdir.

5. Satış İnvoysları və Elektron Qaimələr ilə müəyyən olunur ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsi üzrə icarəyə verən İddiaçı (VÖEN **********) tərəfindən icarəçi Cavabdeh (VÖEN **********) 2022-ci ilin yanvar ayından noyabr ayınadək icarə haqqının ödənilməsi ilə əlaqədar müvafiq qaydada tərtib olunmuş Elektron Qaimələr təqdim olunmuşdur.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 oktyabr 2023-cü ildə təsdiq edilərək verilmiş İddiaçınə aid Bank Hesabı üzrə Çıxarışlardan görünür ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinə əsasən icarəçi Cavabdeh tərəfindən 10 dekabr 2021-ci ildə icarəyə verən İddiaçı bank hesabına 5245 (beş min iki yüz qırx beş) manat məbləğində və 25 aprel 2022-ci ildə isə 5245 (beş min iki yüz qırx beş) manat məbləğində pul vəsaitləri köçürülmüşdür.

7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-nin adına tərtib olunmuş X7 görünür ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək elektrik enerjisindən istifadə edilməsinə görə müxtəlif vaxtlarda müəyyən məbləğlərdə borc məbləğləri hesablanmışdır.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş Ödəniş Tapşırıqlarından və eləcə də ƏDV sub-uçot hesaba köçürülmənin aparılması haqqında Bildirişlərdən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına və sub-uçot hesabına müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vəsaitləri köçürülmüşdür.

9. İddiaçı tərəfindən tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli 0632 nömrəli Maliyyə Arayışına əsasən, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh icarəyə verən İddiaçınə 17 oktyabr 2023-cü il tarixə 57688,29 (əlli yeddi min altı yüz səksən səkkiz manat 29 qəpik) manat əsas icarə haqqı borcu və elektrik enerjisi sərfıyyatına görə 3561,72 (üç min beş yüz altmış bir manat 72 qəpik) manat kommunal borc olmaqla, ümumilikdə 61250 (altmış bir min iki yüz əlli) manat məbləğində ödənilməmiş borcu qalmışdır.

10. Cavabdeh məxsus C01410860 nömrəli Ümumvətəndaş Pasportundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının hava məkanından istifadə etməklə (təyyarə ilə) 10 iyul 2022-ci il tarixində Almaniya Federasiyasının "Berlin Brandenburg" Airportuna daxil olmuşdur.

11. Məhkəməyə təqdim edilmiş səs yazıları, “votsap” mobil tətbiq vasitəsilə həyata keçirilən yazışmalar, fotoşəkillər və digər təqdim olunmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 noyabr 2021ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsi üzrə məlum icarə obyekti 2022-ci ilin iyul ayınadək icarəçi Cavabdeh faktiki istifadəsində olsa da, o, 2022-ci ilin iyul ayında İcarəyə verənin razılığı olmadan icarə obyektini Davud adlı şəxsə təhvil vermişdir. Davud adlı şəxs isə 2022-ci ilin iyul ayının 18-dən etibarən İddiaçı MMC-nin əməkdaşı ilə telefon vasitəsi ilə əlaqə yaradıb, danışıqlar aparmış və iddiaçı MMC-nin əməkdaşının sualına cavab olaraq "2022-ci ilin iyulun axırından icarə obyektini faktiki olaraq təhvil aldığını" bildirmişdir. İddiaçı MMC-nin əməkdaşı isə bunun cavabı olaraq Davud adlı şəxsə “müqaviləni 1 avqustdan bağlamağı” təklif etmişdir. Bundan sonra isə Davud adlı şəxslə İddiaçı MMC-nin əməkdaşı arasında həmin obyektin yeni icarə müqaviləsi bağlanmaqla icarəyə götürülməsi üçün danışıqlar aparılmışdır. Eyni zamanda, Cavabdehlə də “borcunun ödənilməsi” ilə bağlı yenə həmin proqram vasitəsilə əlaqə saxlanıldıqda, sonuncu da bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

12. İddiaçı 25 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 noyabr 2021-ci il tarixli, “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsi üzrə yaranmış 57688,29 (əlli yeddi min altı yüz səksən səkkiz manat 29 qəpik) manat əsas icarə haqqı borcunun, elektrik enerjisi sərfiyyatına görə 3561,72 (üç min beş yüz altmış bir manat 72 qəpik) manat kommunal borcun və əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3277,3 (üç min iki yüz yetmiş yeddi manat 30 qəpik) manat faiz borcunun, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 may 2019-cu il tarixli 2/2019 №-li İcarə Müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1144,4 kv.m. olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə 15 il müddətinə icarəyə verilmişdir. 01 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh arasında (bundan sonra “cavabdeh”) “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmış və sözügedən ünvandakı ümumi sahənin 542 kv.metr ölçüyə malik hissəsi 5 (beş) il müddətinə cavabdehə icarəyə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavənin 14-cü bəndinə əsasən icarə haqqı icarəyə verilən obyektin hər kvadrat metri üçün 8,2 manat müəyyən edildiyindən, 542 kv.metr-lik obyekt üçün aylıq icarə haqqı ƏDV ilə birlikdə 5244,39 manat (4444,4 + 799,99 ƏDV) təşkil etmişdir. Lakin, 2022-ci ilin yanvar-noyabr ayları ərzində cavabdeh tərəfindən iddiaçıya heç bir icarə haqqı məbləği ödənilməmişdir. Beləliklə, icarəçinin 11 ay üçün icarə haqqı borcu ƏDV daxil 57688,29 manat təşkil etmişdir. Eyni zamanda, cavabdeh 2022-ci ilin iyuldekabr ayları ərzində istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə ödəməli olduğu 3561,72 manat borcu da iddiaçıya ödəməmişdir. Beləliklə, icarə haqqı və kommunal xidmətlərin haqqına görə ödənilməmiş ümumilikdə 61250 manat borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Bununla bağlı, cavabdehə “EMİS” və onlayn kargüzarlıq vasitəsilə göndərilmiş pretenziya məktubu hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (günlük 0,0137 faiz). Müqavilənin 4.1.2-ci bəndinə əsasən icarəçi icarə haqqını qabaqcadan hər ayın əvvəlində hesablaşmaya dair sənədi aldıqdan 5 (beş) iş günündən gec olmayaraq həyata keçirməlidir. Beləliklə, 2022-ci ilin ödənilməmiş: 1) Yanvar ayının icarə haqqına görə (13 yanvar 2022 – 31 iyul 2023) – 405,2 manat (5244,39 x 564 gün x 0.0137%); 2) Fevral ayının icarə haqqına görə (10 fevral 2022 – 31 iyul 2023) – 385,1 manat (5244,39 x 536 gün x 0,0137%); 3) Mart ayının icarə haqqına görə (10 mart 2022 – 31 iyul 2023) – 364,9 manat (5244,39 x 508 gün x 0,0137%); 4) Aprel ayının icarə haqqına görə (11 aprel 2022 – 31 iyul 2023) – 342 manat (5244,39 x 476 gün x 0,0137%); 5) May ayının icarə haqqına görə (12 may 2022 – 31 iyul 2023) – 319,7 manat (5244,39 x 445 gün x 0,0137%); 6) İyun ayının icarə haqqına görə (13 iyun 2022 – 31 iyul 2023) – 296,7 manat (5244,39 x 413 gün x 0,0137%); 7) İyul ayının icarə haqqına görə (12 iyul 2022 – 31 iyul 2023) – 275,9 manat (5244,39 x 384 gün x 0,0137%); 8) Avqust ayının icarə haqqına görə (09 avqust 2022 – 31 iyul 2023) – 255,7 manat (5244,39 x 356 gün x 0,0137%); 9) Sentyabr ayının icarə haqqına görə (09 sentyabr 2022 – 31 iyul 2023) – 233,5 manat (5244,39 x 325 gün x 0,0137%); 10) Oktyabr ayının icarə haqqına görə (13 oktyabr 2022 – 31 iyul 2023) – 209 manat (5244,39 x 291 gün x 0,0137%); 11) Noyabr ayının icarə haqqına görə (09 noyabr – 31 iyul 2023) – 189,6 manat (5244,39 x 264 gün x 0,0137%). Yəni, ümumilikdə gecikdirilmiş vaxt üçün cavabdehin icarə haqqı və kommunal borcdan əlavə 3277,3 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərini pozduğuna görə cavabdehin ümumilikdə iddiaçıya ödəməli olduğu pul məbləği 64527,3 manatdır. Əlavə olaraq bildirilir ki, hazırkı mübahisə ilə əlaqədar mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. Bununla bağlı 405 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan faktı təsdiq edən Sumqayıt 1 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı və mediasiya xərcini təsdiq edən ödəniş qəbzi hazırki iddia ərizəsinə əlavə edilir. 01 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh (“icarəçi”) arasında bağlanmış “5017 Ankaraw-H X16” nömrəli İcarə Müqaviləsinin: 2.1-ci bəndinə əsasən icarəyə verən bununla ünvan 2 ünvanda yerləşən və Əlavə 1-də göstərilmiş obyektləri burada verilmiş şərt və müddəalara əsasən və hazırkı X12 1 kimi qoşulmuş plana uyğun olaraq İcarəçiyə icarəyə verir və icarəçi bu obyektləri qəbul edir. 4.1.1-ci bəndinə əsasən İcarə Müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində İcarəçi aşağıda göstərilən məbləğin ödənməsi üçün cavabdehlik daşıyacaq: (i) sabit olan əsas icarə haqqını. 4.1.2-ci bəndinə əsasən əsas icarə haqqının ödənişi icarəçi tərəfindən qabaqcadan hər ayın əvvəlində icarəyə verən tərəfindən təqdim olunan hesablaşmaya dair sənədləri aldıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq həyata keçiriləcək. 4.1.3-cü bəndinə əsasən əsas icarə haqqı: icarənin birinci, ikinci və üçüncü illərdə tətbiq edilən bu haqqın məbləği Əlavə 1-də göstərildiyi kimi olacaq. 16.3-cü bəndinə əsasən İcarəyə verilmiş obyektin (Bölüm 2-də təsvir olunduğu kimi) bilavasitə istismarı zamanı istifadə olunan kommunal xidmətlərin dəyəri İcarəyə verən tərəfindən quraşdırılmış avadanlıqlar vasitəsilə ölçüləcək və hər ayın sonunda hesab-faktura formasında icarəçiyə təqdim olunacaqdır. Bu hesab-fakturanın dəyəri 7 (yeddi) iş günü ərzində ödənilməlidir. İcarəçi tərəfindən ödənilməli olan xərclərə icarəyə verənin sayğac paylanma sistemi əsasında birbaşa qeyd olunan elektrik enerjisi, su və qaz sərfiyyatı üzrə haqlar, habelə xidmət haqqı daxildir. 24.1-ci bəndinə əsasən icarəyə verənin burada verilmiş hüquqlarına, səlahiyyətlərinə və ziyanın əvəzinin ödənməsinə dair hüquqlarına xələl gətirmədən, icarəçinin hazırkı icarə müqaviləsinə əsasən icarəyə verənə ödəməli olduğu, lakin ödəmədiyi məbləğ üçün faiz ödəyəcək, belə Faizlər Faizin tətbiq edildiyi məbləğin ödəniş vaxtı çatdığı gündən bu ödənişin tam icra edildiyi günə qədər hesablanacaq və ödənilməli olan icarə haqqı kimi əsas məbləğlə birlikdə ödənəcəkdir. 24.4-cü bəndinə əsasən hər tərəf hazırkı icarə müqaviləsinə əməl etməməsi və ya onun öhdəliklərinin pozulması ilə əlaqədar, yaxud hazırkı İcarə Müqaviləsini pozmasından irəli gələn hər hansı ziyan ilə bağlı digər tərəfin qaldırdığı iddialar əsasında İcarə Müqaviləsinin hər hansı müddəasına uyğun tələb irəli sürdüyü halda yaranan xərcləri və/yaxud bu iddianın məcburi icrası nəticəsində yaranmış bütün qanuni xərcləri digər tərəfə ödəyəcək. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavənin 3-cü bəndinə əsasən icarəyə verilən obyektin sahəsi 542 kv.metr təşkil edir və həmin Əlavənin 14-cü bəndinə əsasən icarə haqqı ayda obyektin hər kv.metri üçün 8,2 manat hesablanmaqla (ƏDV xaric) ödənilir.

14. Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən 23 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinin 5244,39 (beş min iki yüz qırx dörd manat 39 qəpik) manat məbləğində olan hissənin təmin edilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinin 13.1- 13.2-ci bəndlərini və mülki qanunvericiliyin müddəalarını rəhbər tutaraq, iddia tələbini qismən – yəni, 2022-ci ilin yanvar ayına münasibətdə ƏDV daxil 5244,39 manat məbləğində qəbul edir. Qalan hissədə iddia tələbi tamamilə əsassızdır. Çünki, müqaviləyə əsasən 2022-ci ilin yanvar ayının sonundan etibarən icarə müqaviləsi özlüyündə qüvvədən düşmüşdür/xitam verilmişdir və həmin tarixdən sonrakı dövr üzrə icarə haqqı hesablanması Müqaviləyə və Qanuna uyğun deyildir. Bundan əlavə, Cavabdeh 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən icarə obyektində kommersiya fəaliyyətini dayandırmışdır. İddiaçı isə 2022-ci ilin noyabrına kimi icarə haqqı, 2022-ci ilin iyul-dekabr ayları üçün isə kommunal xidmət haqqı hesablamışdır. Halbuki, Cavabdeh 2022-ci ilin iyul ayının 10-dan etibarən Almaniya Federasiyasına getmişdir və həmin tarixdən orada yaşayır. Cavabdehin Almaniya Federasiyasına getməsini təsdiq edən təyyarə bileti, viza və pasportundan çıxarışlar etiraza əlavə olunur. Etirazın hüquqi əsasları ilə bağlı yazılı mülahizə isə ətraflı şəkildə məhkəmə baxış iclasına kimi təqdim ediləcəkdir.

15. Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən 08 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinin 5244,39 (beş min iki yüz qırx dörd manat 39 qəpik) manat məbləğində olan hissənin təmin edilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 1) icarə haqqı ilə bağlı hesablanmış borca münasibətdə: iddiaçı hər təqvim ayı üzrə ƏDV daxil 5244,39 manat olmaqla, ümumilikdə, 11 ay üzrə (2022-ci ilin yanvar-noyabr) ƏDV daxil 57688,29 manat icarə haqqı borcu hesablamış və həmin borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Cavabdeh Ülvi oğlu 10 iyul 2022ci il tarixindən Almaniya Federasiyasına getmişdir və indiyədək Azərbaycana qayıtmamışdır. Cavabdehin ölkə sərhədləri daxilində olmadığı dövr üzrə (2022-ci il iyulnoyabr) onun ölkə sərhədləri daxilində yerləşən icarə obyektindən istifadə etməsinə görə icarə haqqının hesablanması tamamilə əsassızdır. Həmçinin, 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən cavabdeh tərəfindən icarə obyektində kommersiya fəaliyyəti faktiki olaraq dayandırılmış və yanvar ayı üzrə icarə haqqı (5244,39 manat) iddiaçıya ödənilməmişdir. Müqavilə üzrə ödənilməli olan yanvar ayının icarə haqqı məbləği Müqavilənin 13.1 (a) yarımbəndinə əsasən ödəniş etmək öhdəliyinin icrasının çatdığı vaxtdan etibarən 30 (otuz) iş günü ərzində cavabdeh tərəfindən icraçıya ödənilmədiyi üçün Müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə qüvvədən düşmüş və ona xitam verilmişdir. Müqavilənin 13.1 (a) yarımbəndində müəyyən edilən hal baş verdikdə müqaviləyə xitam verilməsi Müqavilənin - iki tərəf arasındakı qanunun (nəzərə alınsa ki, hüquq nəzəriyyəsinə əsasən müqavilə tərəflər arasında bir qanundur) imperativ (tərəflərin iradəsindən asılı olmayaraq tətbiq edilən) şərtindən irəli gəlir. Bu səbəbdən, cavabdeh tərəfindən aylıq icarə haqqı məbləğinin ödənilməsi 30 (otuz) iş günündən artıq müddətə gecikdirildiyinə görə iddiaçının iradəsindən (mülahizəsidən) asılı olmayaraq müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2 və 424.3-cü maddələrinə əsasən müqavilə ləğv edilərkən tərəflərin hüquq və öhdəliklərinə xitam verilir. Müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə ləğv edildiyindən və tərəflərin həmin tarixdən sonra bir-birilərinə qarşı hər hansı hüquq və öhdəlikləri mövcud olmadığından müqaviləyə və qanuna uyğun olaraq cavabdehin yanvar ayının sonundan etibarən müqavilə üzrə borc öhdəliyi, iddiaçının isə icarə haqqı tələb etmək hüququ yaranmamışdır. Lakin, iddiaçı müqavilənin qüvvədən düşməsinə, müqavilə üzrə hüquq və öhdəliklərin ləğv edilməsinə baxmayaraq qüvvədən düşmüş müqavilə üzrə hüquqlarına istinad edərək iddiaçıdan icarə haqqı məbləğinin ödənilməsini tələb etmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə hesablanmış icarə haqqı borcunun müqavilənin qüvvədən düşmə tarixinə qədər iddiaçı qarşısında yaranmış öhdəlik olan yanvar ayının icarə haqqı məbləğində olan 5244,39 manat hissəsi cavabdeh tərəfindən müqavilə şərtlərinə və Mülki Məcəllənin 424.4-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilir. Lakin, iddia tələbi üzrə icarə haqqı borcunun digər hissəsi həmin tələbin əsası olan müqavilə həmin borcun hesablandığı tarixlərdə artıq mövcud olmadığı və həmin dövrə tətbiq edilmədiyi və ən əsası həmin dövr üzrə cavabdeh tərəfindən hər hansı formada icarə obyektindən faktiki olaraq istifadə edilmədiyi üçün cavabdeh tərəfindən qəbul edilmir. 2) Kommunal xidmətlər ilə bağlı hesablanmış borca münasibətdə: iddiaçı 2022-ci ilin iyul-dekabr ayları üzrə cavabdehin “istifadə etdiyi” elektrik enerjisi sərfiyyatına görə 3561,72 manat məbləğində borc hesablayaraq həmin borcun da iddiaçıya ödənilməsini tələb etmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin tarixlərdə müqavilənin qüvvədən düşmüş olması səbəbindən iddiaçının həmin dövr üzrə hər hansı hüququnun mövcud olmadığını və cavabdehin 10 iyul 2022-ci il tarixindən Almaniya Federasiyasında olduğunu nəzərə alaraq, cavabdehin ölkə sərhədləri daxilində olmadığı 6 (altı) aylıq bir dövr üzrə (2022-ci il, iyul-dekabr) cavabdehin hər hansı kommunal xidmətdən “istifadə etdiyini” iddia etmək, həmin xidmətlərə görə cavabdehə borc hesablamaq tamamilə əsassızdır. Həmçinin, iddiaçı 2022-ci ilin dekabr ayı üzrə icarə haqqı borcu hesablanmadığı halda icarə obyektindəki kommunal xidmətlərdən istifadə üzrə borc hesablamışdır. Bu hal da iddiaçının tələblərinin tamamilə formal olduğunu bir daha sübut edir. 3) İcarə haqqı borcuna hesablanmış faiz borcuna münasibətdə: iddiaçı tərəfindən ödənilməmiş icarə haqqı borcuna dair illik 5% olmaqla, ümumilikdə, 3277,3 manat məbləğində faiz borcu hesablamışdır. Mülki Məcəllənin 439 və 449-cu maddələrinə əsasən faiz ödəmək öhdəliyi əlavə öhdəlik olub əsas öhdəliklərin icrasının təmin edilməsi məqsədilə hesablanır. Lakin, yuxarıda qeyd edildiyi kimi, iddiaçının icarə haqqı borcu və kommunal xidmətlərə görə borc hesabladığı dövr üzrə tərəflər arasında bağlanmış müqavilə artıq qüvvədən düşdüyündən cavabdehin həmin dövr üzrə hər hansı bir pul və ya digər əsas öhdəliyi mövcud olmamışdır. Əsas öhdəliyin mövcud olmadığı halda faiz öhdəliyinin mövcudluğu mümkün deyildir və bu səbəbdən cavabdeh, icarə haqqı və kommunal xidmətlərə görə hesablanmış faiz borcunu da tam həcmdə əsassız hesab edir.

16. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 08 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdehin etirazına Münasibət” təqdim edilərək, cavabdehin etirazının rədd edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş olunmuş və bildirilmişdir ki, “Etiraz” Mülki-Prosessual Məcəllənin 154.1-ci maddəsi ilə müyyən edilmiş 20 günlük müddət ötürülmüşdür, tərəflər arasında bağlanmış İcarə Müqaviləsinin 3.3-cü bəndinə əsasən müqavilənin birtərəfli qaydada xitamı yalnız icarə müddətinin ikinci ilində tərəflərdən birinin digərinə 6 ay qabaqcadan yazılı qaydada xitam vermək barədə niyyətini bildirdiyi halda mümkündür. Müqavilənin 13.2-ci bəndi isə İcarəyə verənin öz qərarı ilə icarə sahəsinə daxil olduğu halda və yalnız icarəyə verən bu hüququnu reallaşdırdıqdan sonra icarəçinin öhdəliklərini pozması ilə bağlı tədbir görmək hüququna xələl gətirmədən müqaviləyə xitam verilməsi, Müqavilənin xitamının isə İcarəyə verənin icarə sahəsinə daxil olmaq və icarəçidən sahəni boşaltmasını tələb etmək hüququnu icra etdiyi təqdirdə etibarlıdır, lakin faktiki olaraq İcarəyə verənin icarə sahəsinə daxil olmamış və icarəçinin öz fəaliyyətini dayandırmamış, cavabdehin ölkədən kənarda olması onun sahədə fəaliyyətini istisna etmir, faktiki olaraq cavabdehin 2022-ci ilin yanvar ayından noyabr ayına kimi icarə sahəsində fəaliyyət göstərmiş, bu səbəbdən də İcarəyə verən sahəyə daxil olmamış, cavabdeh obyektdə kommersiya fəaliyyətini dayandırması ilə bağlı İcarəyəverənə hər hansı bildiriş göndərməmiş, cavabdeh obyektdə kommersiya fəaliyyətini dayandırdığını qeyd etməsinə baxmayaraq, faktiki olaraq icarə sahəsini 2022-ci ilin iyul ayında digər şəxslər qarşısında olan borcu müqabilində Davud adlı şəxsə İcarəyə verənin razılığı olmadan əsassız və qanunsuz olaraq təhvil vermiş, bu barədə həmin Davud adlı şəxs 2022-ci ilin avqust ayında Şirkətin icarə şöbəsinin əməkdaşına “Whatsapp”la yazaraq bildirmiş, eyni zamanda borcunun ödənilməsi ilə bağlı yenə həmin proqram vasitəsilə Cavabdehlə də əlaqə saxlanıldıqda, cavabdeh də bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləmiş, bununla bağlı iddiaçı ilə cavabdeh və cavabdehin sahəni təhvil verdiyi Davud adlı şəxs arasındakı telefon yazışmalarından çıxarışları və səs yazılarından ibarət “DVD” disk məhkəməyə təqdim olunmuşdur. Cavabdehin öz “etiraz”ında ölkəni 10 iyul 2022-ci il tarixində tərk etməsini bildirməsi də cavabdehin iyul ayına qədər icarə sahəsində fəaliyyət göstərməsini və həmin tarixdən etibarən İcarəyə verənin heç bir razılığı alınmadan obyekti və obyektdə yerləşən cavabdehin özünə məxsus malları üçüncü bir şəxsə sataraq təhvil verməsini də təsdiq edir, 2022-ci ilin avqust ayından noyabr ayına qədər olan müddətdə icarə sahəsində iddiaçı razılıq verməmiş, lakin cavabdehin təhvil verdiyi üçüncü bir şəxsin fəaliyyət göstərməsi cavabdehi həmin müddət ərzindəki müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.

17. Cavabdeh nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 25 dekabr 2023-cü ildə məhkəməyə “Etiraz”la müraciət etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçıya "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab fakturalar və həmin fakturalar üzrə ödənişlər təqdim edilmişdir. Halbuki, təqdim edilən həmin faktura və ödənişlərin isə cavabdehə heç bir aidiyyəti yoxdur və sonuncu məhkəmə iclasında isə iddiaçıdan müqayisə üçün abonent saldosunun təqdim edilməsi istənilmişdi. İddia tələbinə qarşı verilmiş Etirazda da bildirildiyi kimi, 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən cavabdeh tərəfindən icarə obyektində kommersiya fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Bundan əlavə, iddiaçı elektrik enerjisindən istifadə ilə bağlı cavabdehə ötən müddət ərzində hər hansı hesab-faktura təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 16.3-cü bəndinə uyğun olaraq əgər elektrik enerjisindən istifadə edilmişdisə, iddiaçı sayğaca uyğun olaraq cavabdehin istifadə etdiyi elektrik enerjisinin həcmini müəyyən etməli və bu barədə cavabdehə hesab-faktura təqdim etməli idi. Bu isə özlüyündə cavabdehin obyektdən və elektrik enerjisindən istifadə etmədiyi faktını təsdiq edir. Həmçinin, təqdim edilmiş faktura və ödənişlərə diqqət yetirdikdə və xüsusilə dövrləri və dövlər üzrə ödənişləri müqayisə etdikdə, həmin məbləğlərin məhz iddiaçının öz fəaliyyəti ilə bağlı olduğu müəyyən edilir. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında elektrik enerjisi haqqı azalan xətt üzrə davam etmiş və ardınca mövsümi olaraq temperturun artması səbəbindən 2022-ci ilin may ayından etibarən elektrik enerjisi xərcləri artmağa başlamışdır. Cavabdeh tərəf hesab edir ki, bu fakt da özlüyündə cavabdehin elektrik enerjisi və obyektdən istifadə etmədiyini təsdiq edir.

18. İddiaçı MMC-nin nümayəndəsi 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yazılı müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin təqdim etdiyi hesab fakturalar və bunlara uyğun olaraq ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, cavabdehin icarə sahəsində fəaliyyətini təsdiq etmək üçün cavabdehin oradakı fəaliyyətindən əvvəlki aya (yəni, oktyabrdan noyabr ayınadək) dair də hesab-faktura (birinci hesab-faktura) və ödəniş tapşırığı təqdim edilmişdir. Belə ki, cavabdehin sahədə fəaliyyətə başlamazdan əvvəlki ayın sərfiyyatına nəzər yetirdikdə, sonrakı aylara nisbətdə dəfələrlə kiçik olduğu görünür. Həmçinin, 2022-ci ilin noyabr ayından iyul ayına kimi olan dövrdəki sərfiyyatla, iyul ayından dekabr ayına qədər olan sərfiyyatı müqayisə etdikdə göstəricilərin bir-birinə yaxın olduğu aydın olur. Bundan başqa, cavabdehin, yəni Cavabdeh sahəni Davud adlı şəxsə olan 40000 manat məbləğində borcu qarşılığında verdiyini təsdiq edən məhz Cavabdeh aid yeni səs yazıları da məhkəmə iclasında təqdim olunacaqdır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin bildirmək lazımdır ki, cavabdehin nümayəndəsi müqavilənin 13.2-ci bəndinə istinad edərək müqavilənin xitamına əsaslanmaqla cavabdehin öhdəliklərindən azad olduğunu bildirsə də, müqavilənin tərkib hissəsi olan və tərəflər arasında bağlanmış 2 saylı Əlavənin (f) bəndinin (i) yarımbəndinə əsasən icarəyə verənin obyektə giriş hüququ bununla bağlı icarəçiyə bildiriş verdiyi halda yarandığından və işin hallarında İcarəyə verən tərəfindən icarəçiyə belə bir bildirişin verilmədiyi məlum olduğundan müqavilənin 13.2-ci bəndinə istinad edilərək müqavilənin xitamını bildirmək Müqavilənin və Mülki Məcəllənin tələblərinə tamamilə ziddir. Eyni zamanda, işin materiallarına əlavə edilmiş AVİS-dən elektron qaimələrin ümumi siyahısı ilə bağlı çıxarışdan görünür ki, icarəçi ona təqdim edilmiş elektron-qaimələrə imtina verməmişdir. Sözügedən fakt da icarəçinin həmin sahədəki fəaliyyətini bir daha təsdiq edir. 2022-ci ilin iyul ayından sonrakı dövr üçünsə yenə də müqavilə tərəfi rəsmi olaraq cavabdehin özü olduğundan həmin dövr üçün borc məbləği də məhz onun tərəfindən ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Üçüncü şəxsin sahədən çıxarılması məsələsinə gəldikdə isə icarə hüququ ilə obyektdə sahiblik hüququnu həyata keçirən məhz cavabdeh olduğundan, digər üçüncü şəxslərin çıxarılmasını tələb etmək faktiki olaraq onun risk dairəsində olmuşdur. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, icarəçinin fakt üzrə lazımi ehtiyatlılıq göstərməməsi onu müqavilə üzrə öhdəliklərindən azad etmir. Qeyd olunanlara əsasən, icarə müqaviləsi tam olaraq qüvvədə olmuş və cavabdehdən tələb edilən ümumi pul məbləği tamamilə əsaslıdır.

19. Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 25 dekabr 2023-cü ildə məhkəməyə ərizə təqdim edilərək, iddia tələbinin qismən (5244,39 manat) təmin edilməsi və qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə 08 dekabr 2023-cü il tarixli “Etiraz”a münasibət təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilir ki, qeyd edilən müraciətdə göstərilən arqumentlər tamamilə əsassızdır. Etirazın rədd edilməsinə münasibətdə: - Mülki prosessual qanunvericilikdə etirazın rədd edilməsi əsasları müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi, cavabdeh tərəf elektron materialları 23 noyabr 2023-cü il tarixdə əldə etdikdən sonra ilkin “etiraz” və ardınca, tam yazılı formada “etiraz” təqdim edilmişdir. Bundan əlavə, iddiaçının özü tərəfindən prosessual pozuntulara yol verilir və məhkəmə hazırlıq iclası yekunlaşana kimi təqdim edilməli sübutlar - məhkəmə baxış iclasında təqdim edilir. İddiaçı Müqavilənin 13-cü bəndini təhrif etmişdir. Müqavilənin müvafiq bəndinin məzmunundan da aydın göründüyü kimi, müqavilənin qüvvədən düşməsi obyektə daxil olmaya deyil, "hüququn yaranmasına" istinad edilmişdir. Müqavilənin 13.1(a) bəndinin tələbləri baxımından 13.2-ci bənddəki hüququn yaranmasına və müqavilənin hüquqi qüvvəsini itirməsinə əsas olan hal baş vermişdir. Bundan əlavə, iddiaçının özünün də son məhkəmə iclasında etiraf etdiyi kimi, müqavilənin standart şərtləri iddiaçı tərəfindən təqdim edilmişdir və belə olan halda, hər hansı qeyri-müəyyənlik Mülki Məcəllənin 419.2-ci maddəsinin tələbləri baxımından iddiaçının əleyhinə təfsir edilməlidir. İddiaçı cavabdeh tərəfindən müqavilənin ləğvi ilə bağlı hər hansı bildirişin verilmədiyinə istinad edir. Halbuki, müqavilənin 13-cü bəndinin tətbiqi baxımından iddiaçının Müqavilə üzrə həmin öhdəliyi olmamışdır. İddiaçı müqavilənin “birtərəfli ləğvi” ilə Müqavilənin 13-cü bəndində qeyd edilən “tərəflərin iradəsindən asılı olmayaraq (avtomatik) hüquqi qüvvəsini itirməsini” eyniləşdirir. Halbuki, müqavilədən “birtərəfli ləğv” və “avotmatik ləğv” qaydalarının fərqləndirildiyi aydın şəkildə görünür. İddiaçının nümayəndəsinin son məhkəmə iclasında verdiyi izahatdan və məhkəməyə təqdim etdiyi sübutlardan da aydın olur ki, ən geci 2022-ci ilin iyul ayından etibarən İddiaçı icarə obyekti ilə bağlı üçüncü şəxslərlə icarə münasibətləri yaratmış və müqavilə danışıqlarına başlamışdır. Bu fakt da obyektin cavabdeh tərəfindən istifadə edilmədiyinin iddiaçıya məlum olduğunu sübut edir. İddiaçının məhkəməyə təqdim etdiyi "Whatsapp" proqramı üzərindən səsyazmalar birbaşa cavabdeh və İddiaçının səlahiyyətli nümayəndələri arasında səsyazmalar deyil, üçüncü şəxslərlə danışıqları əks etdirən səsyazmalardır. Ona görə də, həmin səsyazmalar AR MPM-in 76-cı maddəsinin tələblərinə və AR Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında müəyyən edilmiş tələblərə uyğun deyildir və bu səbəbdən qanunauyğun əldə edilmiş sübut hesab edilə bilməz.

20. Cavabdehin nümayəndəsi Nümayəndə2 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən “Ərizə” ilə müraciət edib bildirmişdir ki, iddiaçı bu günki tarixdə təqdim etdiyi “Məlumat”da da müqavilə müddəalarını və işin hallarını təhrif etmişdir. İddiaçının AVİS proqramı ilə göndərdiyi elektron qaimə-fakturalar isə cavabdeh tərəfindən təsdiq edilməmiş, qanunvericiliyə uyğun olaraq 5 (beş) iş günü keçdikdən sonra sistem tərəfindən avtomatik təsdiq olunmuşdur. Digər hallarla bağlı mülahizələr isə yazılı şəkildə məhkəməyə təqdim edilmişdir.

21. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında icarə müqaviləsi 01 noyabr 2021-ci ildə bağlanmış və hazırkı iddia tələbi üzrə cavabdehdən 2022-ci ilin yanvar ayından noyabr ayına qədər olan icarə haqqı borcu tələb olunur. Cavabdeh 2022-ci ilin aprel ayında bir aylıq icarə pulunu ödəsə də, 2021-ci ildən borcu qaldığı üçün ödənilən həmin məbləğ 2021-ci ilin borcuna hesablanmışdı. Çünki, cavabdehin birinci ödənişi 10 dekabr 2021-ci ildə 5245 manat məbləğində olmuş və ödəniş noyabr ayının icarə haqqına hesablanmışdır. 25 aprel 2022-ci ildə edilən 5245 manat məbləğində ikinci ödənişi isə 2021-ci ilin dekabr ayının icarə haqqına hesablanmışdı. Cavabdeh icarə obyektini ötürdüyü Davud adlı şəxslə obyektin ona icarəyə verilməsi ilə əlaqədar yazışmalar 2022-ci ilin avqust ayında başlamışdır. Çünki, həmin şəxs Fəridin obyekti ona ötürməsi və yeni icarəçinin özü olması barədə məlumatı iddiaçıya həmin vaxt vermişdi. Cavabdeh icarə obyektini ötürdüyü 3-cü şəxs Davud adlı şəxs icarə obyektindən 2022-ci ilin noyabr ayından çıxdığı üçün iddiaçı da icarə müqaviləsinin 13.2-ci bəndinə əsasən icarə haqqını həmin dövrə qədər tələb edir. Həmin obyektlə əlaqədar yeni icarə müqaviləsi başqa bir icarəçi ilə 2023-cü ilin fevral ayında bağlanmışdır. Lakin, Fəridin icarə obyektini təhvil verdiyi Davud adlı şəxslə 2022-ci ilin avqust ayından danışıqlar aparılsa da, onunla icarə müqaviləsinin bağlanması mümkün olmamışdır. Məhkəməyə təqdim edilən 2022-ci ilə aid yazışmalar Davud adlı şəxs və iddiaçının İcarə Şöbəsinin əməkdaşı arasında aparılan yazışmalardır. İddiaçı obyektin üçüncü şəxsə, yəni Davud adlı şəxsə ötürüldüyünü 2022-ci ilin avqust ayında bilmişdi. Davud adlı şəxs 2022-ci ilin avqust, sentyabr, oktyabr aylarında icarə obyektindən istifadə etmiş və yeni icarə müqaviləsinin bağlanması üçün iddiaçı tərəfin məsul şəxsi ilə danışıqlar aparmışdır. Lakin, Davudla yeni icarə müqaviləsinin bağlanması ilə əlaqədar razılığa gəlmək mümkün olmamışdır. Buna görə də, iddiaçı başqa bir şəxslə müqavilə bağlamışdır. İddiaçı icarə müqaviləsinin 24.1-ci bəndinə və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən cavabdehdən gecikdirilmiş məbləğə görə illik 5% dərəcə ilə 3277,3 manat faiz borcunun ödənilməsini tələb edir. Müqavilənin 12.1-ci bəndinə əsasən icarəçinin icarəyə götürdüyü obyekti, yaxud da onun hər hansı bir hissəsini ötürmək, təhvil vermək və ya subicarəyə vermək hüququ yoxdur. Cavabdeh obyekti Davud adlı şəxsə ötürməklə müqavilənin bu bəndini də pozmuşdur.

22. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı vermiş olduğu yazılı etirazlarında yazılanlara uyğun izahat verərək, iddia tələbini qismən qəbul etdiyini və 2022-ci ilin yanvar ayı üçün nəzərdə tutulan bir aylıq icarə haqqı borcu olaraq cəmi 5244,39 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirib, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsi üzrə Cavabdeh cəmi 5244,39 manat məbləğində icarə haqqı borcunun olmasını təsdiq etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 13.1-ci yarımbəndinə əsasən ödəniş etmək öhdəliyinin icrasının çatdığı vaxtdan etibarən 30 iş günü ərzində cavabdeh tərəfindən icarə haqqı İcarəverənə ödənilmədiyi üçün Müqavilənin 13.2-ci yarımbəndinə əsasən Müqavilə qüvvədən düşmüş və ona xitam verilmişdir. Cavabdeh tərəf 2022-ci ilin yanvar ayından fəaliyyətini dayandırmışdır. Ona görə də, cavabdeh iddianı 5344,39 manat həcmində qəbul edir. Çünki 30 günlük müddət var, yanvar ayı həmin 30 iş gününə düşür. Lakin, Cavabdeh yanvar ayından sonra tələb olunan icarə haqqı borcunu qəbul etmir. Çünki, tərəflərin faktiki olaraq razılaşdırdığı və hal-hazırkı iş üzrə iddiaçının özünün standart şərtlərini təqdim etdiyi müqavilə 2022-ci ilin fevral ayından hüquqi qüvvəsini itirmişdir. Belə olan halda 2022-ci ilin fevral ayından noyabr ayına qədər icarə haqqının tələb edilməsi doğru deyil. 2022-ci ilin iyul ayından cavabdeh icarə obyektindən faktiki olaraq istifadə etməmiş və tərəflər arasında icarə münasibətləri olmamışdır. Ona görə də, 2022-ci ilin yanvar ayından noyabr ayına qədər icarə haqqının tələb edilməsi düzgün deyildir. Eyni zamanda, 2022-ci ilin iyul ayından dekabr ayına qədər elektrik enerjisindən istifadə haqqının tələb edilməsi də doğru deyil. Hətta, icarə haqqı noyabr ayına qədər, elektrik enerjisindən istifadənin dəyəri isə dekabr ayına qədər tələb edilir. İddiaçı tərəf iddia edir ki, cavabdeh müqaviləni ləğv etməzdən əvvəl bildiriş təqdim etməli idi. Halbuki, Müqavilə şərtlərindən görünür ki, müqavilə öz hüquqi qüvvəsini itirdiyi halda və bu hər iki tərəfin razılaşdığı, onlara məlum olan halda - cavabdehin bildiriş vermək öhdəliyi olmamışdır. “Whatsapp” yazışmaları ilə bağlı demək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında vurğulanır ki, birbaşa müqavilə tərəfləri arasında olan yazışmalar sübut qismində qəbul oluna bilər. İddiaçı tərəfin təqdim etdiyi “Whatsapp” yazışmalarından isə görünür ki, bu danışıqlar üçüncü şəxslə iddiaçının işçisi arasında olmuşdur. Bu isə Mülki Prosessual Məcəllənin 67-ci maddəsinin tələbləri baxımından sübutların mümkünlüyü qaydasında mötəbər sübutlar hesab edilə bilməz. Eyni zamanda, Cavabdeh əsas borcu qəbul etmədiyi üçün digər tələb olunan dəbbə pulunu da qəbul etmir. İcarə müqaviləsində müqavilənin xitamının 2 əsası göstərilmişdir. Müqavilənin birtərəfli xitamı 3.2-ci bəndində, ikitərəfli xitamı isə 13.2-ci bəndində qeyd olunmuşdur. Mülki Məcəllənin 419-cu maddəsinin tələbinə əsasən müqavilənin standart şərtlərini hansı tərəf müəyyən edirsə, qeyri-müəyyənliyi də həmin tərəf müəyyən edir. Bu müqavilə üzrə də qeyri-müəyyənliyi iddiaçı tərəf yaratmışdır. İddiaçı tərəf 2022-ci ilin iyul və dekabr ayları arasında obyektdə elektrik enerjisindən istifadə edənin Cavabdeh olduğunu sübut etməlidir. İcarə müqaviləsinin 13.1-ci bəndinə əsasən əgər icarə haqqı ödəmə vaxtı çatdıqdan 30 iş günü ərzində ödənilməzsə, müqaviləyə xitam verilə bilər. Müqavilənin birtərəfli xitamı və ya avtomatik xitamı eyni anlam daşımır. Müqavilənin 13.2-ci bəndində isə icarəyə verənin obyektə yenidən daxil olmaq hüququ yaranır və müqavilə tam olaraq qüvvədən düşür. Həmin şərtlərə görə də İcarə Müqaviləsi fevral ayında tam qüvvədən düşmüşdür. Cavabdeh 2022-ci ilin fevral ayında kommersiya fəaliyyətini dayandırmışdır. Cavabdeh aylıq icarə haqqını gecikdirməsi faktı isə iddiaçı tərəfə 2022-ci ilin fevral ayından məlum olmuşdur.

23. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1127/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 01 noyabr 2021-ci il tarixli İcarə Müqaviləsi üzrə 36710,73 (otuz altı min yeddi yüz on manat 73 qəpik) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 37110,73 (otuz yeddi min yüz on manat 73 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 200,13 (iki yüz manat 13 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarə müqaviləsi üzrə icarəyə verilmiş icarə obyekti Cavabdeh faktiki istifadəsində 2022-ci ilin iyul ayınadək olmuş və həmin tarixdə icarəçi Cavabdeh müqavilə şərtlərinin ziddinə olaraq, İcarəyə verənin razılığı olmadan həmin qeyri-yaşayış sahəsini 2022-ci ilin iyul ayında Davud adlı şəxsin faktiki istifadəsinə verərək, ölkəni tərk etmişdir. Davud isə 2022ci ilin iyul ayında icarəyə verən İddiaçı MMC-nin əməkdaşı ilə telefon əlaqəsi yaradaraq, məlum icarə obyektini icarəyə götürmək üçün danışıqlara başlamış və bu danışıqlar zamanı o, icarə obyektini "2022-ci ilin iyulun axırından faktiki olaraq Cavabdeh təhvil aldığı" barədə həmin əməkdaşa məlumat vermiş və bu məlumatı alan icarəyə verən İddiaçı MMC-nin əməkdaşı isə ona “bu halda icarə obyekti ilə əlaqədar icarə müqaviləsini 01 avqust 2022-ci ildən bağlamağı” təklif etmişdir. İşin konkret hallarına görə məlum danışıqlar Davud adlı şəxslə icarə müqaviləsinin bağlanması ilə nəticələnməsə də, sonuncu tərəfindən İcarəyə verən İddiaçı MMC-nin məlumatının olması və heç bir etirazının olmaması əsasında həmin icarə sahəsindən 2022-ci ilin iyul ayından sonra da bir neçə ay ərzində istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, bu halın özü, eləcə də 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinin şərtləri (4.1.2ci, 13.1-ci və 13.2-ci bəndləri) cavabdeh 2022-ci ilin yanvar ayından etibarən icarə haqqını ödəmədiyinə görə həmin Müqavilənin ləğv edilməsi və obyektin geri qaytarılması üçün icarəyəverənin kifayət qədər əsasları olmasına baxmayaraq, icarəyə verən obyektin 2022ci ilin iyul ayınadək hər ayın əvvəlində ödənilməli olan icarə haqqını ödəmədən cavabdehin faktiki istifadəsində qalmasına, eləcə də 2022-ci ilin iyul ayından sonra isə Davud adlı şəxsin obyektdən istifadə etməsinə şərait yaratmışdır. Yəni, iddiaçı 2022-ci ilin iyul ayının axırlarından etibarən məlum icarə obyekti ilə bağlı digər bir şəxslə faktiki icarə münasibətləri yaratmış və müqavilə danışıqlarına başlayaraq, cavabdehə icarəyə verilmiş icarə obyektindən həmin üçüncü şəxsin istifadəsinə şərait yaratmışdır. Bütün bu qeyd edilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, icarəyə verən İddiaçı MMC 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinə 2 nömrəli Əlavənin “F” bəndinə əsasən İcarəçinin hazırkı İcarə Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin pozulmasını aradan qaldırmaq məqsədilə Obyektə daxil olmaq hüququndan istifadə etməyərək hərəkətsizlik nümayiş etdirmiş və eləcə də, öz hərəkət və davranışları ilə həmin icarə obyektinin hazırkı müqavilə üzrə tərəf olmayan şəxsə təhvil verilməsinə etiraz etməyərək, sonuncunun 2022-ci ilin iyul ayından sonra da həmin obyektdən istifadəsinə faktiki "razılığını" bildirmişdir. Bu halda isə cavabdeh iddia ərizəsində həmin icarə obyektinə görə son istifadə müddətinin 2022-ci ilin noyabr ayı nəzərdə tutulmaqla, aylıq 5244,39 manatdan olan “11 ay üçün hesablanmış 57688,29 manat məbləğində” icarə haqqı borcunun deyil, faktiki olaraq 2022-ci ilin iyul ayından həmin icarə obyektinin Davud adlı şəxsə təhvil verməsi və bu təhvil vermədən iddiaçı məlumatlı olmasına baxmayaraq, buna heç bir etirazını bildirməməsi və əksinə, həmin şəxslə yeni icarə müqaviləsinin bağlanması üçün danışıqlar apararaq onun obyektdən istifadəsinə şərait yaratması nəzərə alınaraq, 2022-ci ilin yanvar – iyul ayları üzrə, yəni yeddi aylıq icarə haqqı üzrə yaranmış icarə borcunun ödənilməməsinə görə müvafiq öhdəlik daşıyır. Qeyd etmək lazımdır ki, bu nəticə - 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsində nəzərdə tutulan şərtlər və işin konkret halları baxımından da öz təsdiqini tapır. Ona görə də, bütün bu hallara görə müəyyən olunur ki, İcarəçi olaraq Cavabdeh tərəfindən 2022-ci ilin yanvar-iyul aylarını əhatə edən icarə haqqı borcları ödənilməmişdir ki, bu borcun miqdarı da ümumilikdə 36710,73 manat məbləğindədir (5244,39 manat x 7 ay = 36710,73 manat). Yəni, yuxarıda qeyd olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində mübahisəli icarə sahəsindən 11 ay ərzində istifadə ilə əlaqədar icarə haqqı olaraq cavabdehdən tutulması tələb olunan 57688,29 (əlli yeddi min altı yüz səksən səkkiz manat 29 qəpik) manat məbləğində pul vəsaitinin yalnız 36710,73 (otuz altı min yeddi yüz on manat 73 qəpik) manat məbləğində olan hissəsinin əsaslılığı - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 675, 700.1¸ 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 445.1, 448, 404, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2-ci maddələri ilə əsaslandırmışdır.

26. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə iddia tələbinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddianın qismən təmin olunması hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin avtomatik olaraq hüquqi qüvvəsini itirməsi və müqavilənin hüquqi qüvvəsini itirməsindən sonra tərəflərin hüquq və öhdəliklərinə xitam verilməsi məsələsinə hüquqi qiymət verməmiş və yalnız “Whatsapp” yazışmalarına istinadən müqaviləni təfsir etmişdir. Nəzərə alınmalıdır ki, 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən cavabdeh tərəfindən icarə obyektində kommersiya fəaliyyəti faktiki olaraq dayandırılmış və yanvar ayı üzrə icarə haqqı (5244.39 AZN) iddiaçıya ödənilməmişdir. Müqavilə üzrə ödənilməli olan yanvar ayının icarə haqqı məbləği müqavilənin 13.1 (a) yarımbəndinə əsasən ödəniş etmək öhdəliyinin icrasının çatdığı vaxtdan etibarən 30 (otuz) iş günü ərzində cavabdeh tərəfindən icraçıya ödənilmədiyi üçün müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə qüvvədən düşmüş və ona xitam verilmişdir. Müqavilənin 13.1 (a) yarımbəndində müəyyən edilən hal baş verdikdə Müqaviləyə xitam verilməsi Müqavilənin- iki tərəf arasındakı qanunun (nəzərə alınsa ki, hüquq nəzəriyyəsinə əsasən müqavilə tərəflər arasında bir qanundur) imperativ (tərəflərin iradəsindən asılı olmayaraq tətbiq edilən) şərtindən irəli gəlir. Bu səbəbdən, cavabdeh tərəfindən aylıq icarə haqqı məbləğinin ödənilməsi 30(otuz) iş günündən artıq müddətə gecikdirildiyinə görə Tərəflərin iradəsindən (mülahizəsidən) asılı olmayaraq Müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2 və 424.3-cü bəndlərinə əsasən müqavilə ləğv edilərkən tərəflərin hüquq və öhdəliklərinə xitam verilir. Müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə ləğv edildiyindən və tərəflərin həmin tarixdən sonra bir-birilərinə qarşı hər hansı hüquq və öhdəlikləri mövcud olmadığından, müqaviləyə və qanuna uyğun olaraq cavabdehin yanvar ayının sonundan etibarən müqavilə üzrə borc öhdəliyi, iddiaçının isə icarə haqqı tələb etmək hüququ yaranmamışdır. Lakin, məhkəmə müqavilənin qüvvədən düşməsinə, müqavilə üzrə hüquq və öhdəliklərin ləğv edilməsinə baxmayaraq, tərəflər arasında “faktiki münasibətlər”in olması qənaətinə gəlmiş və yazışmalara istinadən iddia tələbini qismən təmin etmişdir. Hesab edirik ki, məhkəmə müqaviləni təfsir edərkən onun qüvvədən düşməsindən sonra tərəflərin həmin müqavilə şərtlərini “faktiki olaraq” tətbiq etməklə bağlı iradə ifadələrini müəyyən etməmişdir və bu səbəbdən müqavilə şərtləri əsas götürülərək borc hesablana, iddia tələbi qismən təmin oluna bilməzdi. İş materialları və qətnamə ilə tərəflərin müqavilənin 13.2-ci yarımbəndinə uyğun olaraq ləğvindən sonra müqavilə şərtlərini tətbiq etməyə dair iradə ifadələri də müəyyən edilmir. Xüsusilə, cavabdehin 2022ci ilin yanvar-iyul ayları üzrə icarə obyektindən istifadə etməsi və həmin dövrə görə müqavilə şərtlərinə uyğun iddiaçıya ödənişin edilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddia tələbinin qismən təmin edilməsinə dair hissədə cavabdehin müqavilə şərtləri ilə borcun ödənilməsi öhdəliyinin hüquqi əsasının olması məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, faktiki olaraq tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən məhkəmə iddia tələbinin qismən təmin edilməsinə dair hissədə cababdehin öhdəliyinin yaranma əsasını müəyyən etməli və borc öhdəliyinin həmin əsas üzrə hesablanmasını qətnamədə dəqiq və ətraflı göstərməli idi. Məhkəmə qətnamədə gəldiyi hüquqi nəticənin yeganə əsası kimi, “Whatsapp” yazışmalarına istinad etmişdir. Halbuki, müqavilənin icrası ilə bağlı faktiki hallar konkret olaraq müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun müəyyən edilməli idi. Mülki Prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hesab edirik ki, icarə müqaviləsinin uzunmüddətli icrası mötəbərliyi şübhə altında olan yazışmalarla deyil, müqavilənin icrası ilə bağlı səlahiyyətli nümayəndələrin yazışmaları, təhvil-təslim aktları, üzləşmə aktları və digər hər iki tərəfin müqavilə üzrə münasibətlərini yeddi ay ərzində fasiləsiz davam etdirdiyini təsdiq edən sübutlarla müəyyən edilməli idi. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi "Whatsapp" proqramı üzərindən səsyazmalar birbaşa cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələri arasında səsyazmalar deyil, üçüncü şəxslərlə danışıqları əks etdirən səsyazmalardır. Həmin səsyazmalar AR MPM-in 76-cı maddəsinin tələblərinə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında müəyyən edilmiş tələblərə uyğun deyildir. Bu səbəbdən qanunauyğun əldə edilmiş sübut hesab edilə bilməzdi. Məhkəmə iş materiallarında mövcud olan ziddiyyətlərə qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materialları ilə cavabdehin 2022-ci ilin yanvar-iyul aylarında icarə obyektində elektrik enerjisi istifadə etməsi sübut edilməmişdir və həmin dövrə görə müqavilənin 16-cı bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə də hər hansı hesab-faktura təqdim edilməmişdir. İddiaçı hər hansı mötəbər sübutla cavabdehin icarə obyektindən fasiləsiz istifadəsini sübut edə bilməmişdir. Həmçinin, məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və AR Mülki Məcəlləsinin 331-ci və 334-cü maddələrinin tələbləri baxımından etibarsız olması faktına hüquqi qiymət verməmişdir. Bu səbəbdən, qətnamə prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir, qeyd edilən hallar nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə dəyişdirilərək iddia tələbinin 5244.39 AZN məbləğində təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin şərtlərinin düzgün təfsir edilməməsinə münasibətdə məhkəmənin diqqətinə çatdırılır ki, cavabdehin əsas olaraq gətirdiyi, tərəflər arasındakı 01 noyabr 2021-ci il tarixli, “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinin guya hüquqi qüvvəsini itirməsi iddiası tamamilə əsassızdır. Belə ki, müqavilədə qeyd edilib ki, “... 13.1ci bəndində nəzərdə tutulan - (a) icarə haqqı, xidmət haqqı və ya hazırkı müqaviləyə əsasən icarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin, hesabı təqdim edilmiş və hesabda göstərilmiş ödəmə vaxtı çatdıqdan sonra 30 (otuz) iş günü ərzində ödənməsə (rəsmi tələb edilən və ya edilməyən); yaxud (b) icarəçi burada verilmiş hər hansı şərti, şəraiti, məsuliyyəti və ya razılaşmanı yerinə yetirməsə, yaxud bunlara əməl etməsə;- həmin Müqavilənin 13.2-ci bəndinin tələblərinə uyğun olaraq İcarəyə Verən öz qərarı ilə obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olur və bundan sonra hazırkı X13 Verənin ödənilməmiş İcarə Haqqı və ya Xidmət Haqqı xərcləri ilə bağlı, yaxud İcarəçinin burada göstərilən şərtləri, müddəaları, ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcəkdir” (13.2-ci bənd). Cavabdeh 01 noyabr 2021-ci il tarixli, “5017 Ankara W-H X16” nömrəli İcarə Müqaviləsinin yuxarıda göstərilən müddəalarına istinad edərək Sumqayıt Kommersiya Məhkəməsinin haqlı olaraq cavabdehdən tutulmasını təmin etdiyi 36,710.73 (otuz altı min yeddi yüz on manat yetmiş üç qəpik) manat məbləğində icarə haqqı borcunun yalnız cavabdehin 2022-ci ilin yanvar ayı üçün ödəməli olduğu, lakin ödəmədəyi 5,244.39 (beş min iki yüz qırx dörd manat otuz doqquz qəpik) hissədə təmin edilməli olduğu qənaətinə gəlib. Cavabdeh iddia edir ki, o, yanvar ayından etibarən icarəyə verilən sahədən guya faktiki istifadəni dayandırıb. Halbuki iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh 2022-ci ilin aprel ayında bir aylıq icarə pulunu ödəsə də, 2021-ci ildən borcu qaldığı üçün ödənilən həmin məbləğ 2021-ci ilin dekabr ayının borcuna hesablanıb. Çünki, cavabdehin birinci ödənişi 10 dekabr 2021-ci ildə 5,245 manat məbləğində olub və həmin ödəniş noyabr ayının icarə haqqına hesablanıb. Beləliklə də, 25 aprel 2022-ci ildə edilən 5,245 manat məbləğində ikinci ödənişi isə 2021-ci ilin dekabr ayının icarə haqqına hesablanıb. Bir sözlə, cavabdeh iddia etdiyinin əksinə 2022-ci ilin aprel ayında icarə haqqı ödəyib və bununla da fəaliyyətini təsdiq edib. Lakin əvvəldən borclu qaldığı aylar olduğu üçün əvvəlki aylara hesablanıb. Cavabdeh 30 (otuz) iş günü ərzində icarə haqqını ödəməməsini əsas gətirərək müqavilənin guya avtomatik xitam olunduğunu iddia edir. Halbuki cavabdeh icarə haqqını ödəmədiyi halda icarə obyektindən faktiki olaraq istifadə edib, öz şəxsi əşyalarını obyektin ərazisindən çıxarmayıb. İddiaçıya icarə obyektindən istifadə etmədiyi müqavilənin xitam olunması niyyətində olduğu barədə heç bir xəbərdarlıq etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır... Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Halbuki tərəflər arasındakı icarə Müqaviləsinin 3.3-cü bəndində qeyd edilib ki,.. Tərəflərdən biri ikinci ilin sonunda hazırkı icarə Müqaviləsinə xitam vermək barədə niyyətini bildirərsə, X2rşılıqlı razılığı əsasında xitam verilə bilər. Yuxarıda qeyd olunan xitam barədə niyyət 6 (altı) ay qabaqcadan yazılı şəkildə bildirməlidir. Cavabdeh iddiaçıya müqaviləyə xitam vermək barədə hər hansı iradə ifadəsi bildirməyib. Əksinə cavabdeh 2022-ci ilin yanvar ayından iyul ayına kimi tərəflər arasında keçən hər yazışma və danışıqda iddiaçıya icarə haqqını ödəmək niyyətində olduğunu bildirib. Hətta cavabdeh 5 may 2022-ci il tarixində iddiaçı ilə əlaqə saxlayıb, icarə haqqına endirim edilməsini tələb edib, bu səbəbdən də İddiaçı MMC-nin Baş ofisində görüş keçirilib və tərəflər arasında icarə haqqının aşağı salınmasına dair razılıq əldə edilə bilinməyib. Bu məqamda belə bir sual meydana gəlir: Əgər cavabdeh 2022-ci ilin yanvar ayından icarə obyektindən faktiki istifadəni dayandırıbsa və cavabdehin fikrincə müqavilə avtomatik xitam olunubsa cavabdehin icarə haqqının aşağı salınması üçün çalışmaqda məqsədi nə idi?! Belə anlaşılır ki, cavabdeh müqavilənin həmin maddəsinə “güvənib” icarə obyektindən istifadə edib, gəlir əldə edib lakin iddiaçıya heç bir ödəniş etmədiyi üçün icarə haqqından azad olunacağı qənaətinə gəlib. Bir sözlə cavabdeh 01 noyabr 2021-ci il tarixli, “5017 Ankara W-H X16” nömrəli X10 1-də göstərilən 542 kv. m sahəni 2022-ci ilin yanvar ayından iyul ayına qədər (bu müddət Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2 (119)-1127/2023 nömrəli qətnaməsi ilə öz təsdiqini tapan müddətdir, əslində olan faktiki istifadə müddəti 2022-ci ilin dekabrın sonuna qədərdir) öz istifadəsində saxlayıb, oradan gəlir əldə edib. İddiaçıya isə bunun müqabilində heç bir ödəniş etməyib. Onu da qeyd etmək lazımdır ki, iş materiallarında olan, icarəyə verən X11 ilə icarəçi İddiaçı MMC arasında bağlanmış 02 may 2019-cu il tarixli 2/2019 nömrəli icarə Müqaviləsinə əsasən icarə obyekti - yəni, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində 0,0447 ha torpaq sahəsində yerləşən 1,144.4 kv.m ümumi (764,1 kv.m əsas və 380,3 kv.m köməkçi) sahədən ibarət 2 və 1 mərtəbəli 16C nömrəli qeyri-yaşayış binası (dövlət reyestrində çıxarışda təsbit olunub) sahənin 1 (bir) kvadrat metrinə görə aylıq olaraq 12 (on iki) manat icarə haqqı ödənilməklə 15 (on beş) il müddətinə sonuncuya (İcarəçiyə) icarəyə verilib. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, icarə Müqaviləsinin müddəti Sahənin market kimi fəaliyyət göstərməsinin açılış günündən hesablanır (bundan sonra “Başlama tarixi” adlanacaq) və bundan sonra bu İcarə Müqaviləsi 15 (on beş) il müddətinə davam edəcək (bundan sonra “Müddət” adlanacaq). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı sahənin 1(bir) kvadrat metrinə görə 12 (on iki) manat təşkil edir. Yuxarıda yazılanlardan da göründüyü kimi, iddiaçı sözügedən mübahisəli icarə obyektini cavabdehə subicarəyə verib. Belə olan halda riyazi hesabla da görə bilərik ki, iddiaçı cavabdehə subicarəyə verdiyi 542 kv. m sahəyə görə aylıq 6,504 (altı min beş yüz dörd) manat icarə haqqı ödəyib. Bu da özlüyündə iddiaçının təkcə 2022-ci ilin yanvar ayından iyul ayına qədər 45,528 (qırx beş min beş yüz iyirmi səkkiz) manat ziyana uğramasına səbəb olub. Çünki cavabdeh icarə haqqını ödəyəcəyi vədi ilə iddiaçının vaxtını almasa, iddiaçı həmin sahə üçün yeni icarə müqaviləsi bağlayaraq öz gəlirini əldə edə bilərdi. Bundan əlavə, cavabdehin istinad etdiyi müqavilənin 13.2-ci bəndində qeyd edilir ki,... “İcarəyə Verən öz qərarı ilə obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olur və bundan sonra hazırkı X13 Verənin ödənilməmiş İcarə Haqqı və ya Xidmət Haqqı xərcləri ilə bağlı, yaxud İcarəçinin burada göstərilən şərtləri, müddəaları, ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcəkdir” (13.2-ci bənd). İcarəyə verən, icarəçi ilə müqavilənin bağlandığı 01 noyabr 2021-ci il tarixindən 2022-ci ilin noyabrına qədər icarə obyektinə daxil olmayıb. İcarəçi də öz növbəsində icarə obyektini boşaltmayıb. İşin ən qəribə tərəfi də odur ki, cavabdeh guya obyektdə kommersiya fəaliyyətini dayandırdığını qeyd etsə də, faktiki olaraq icarə sahəsini 2022-ci ilin iyul ayında digər şəxslər qarşısında olan borcu müqabilində icarəyə verənin hər hansı bir yazılı razılığı olmadan Davud adlı şəxsə verib, 10 iyul 2022-ci ildə ölkəni tərk edib Almaniyaya gedib. Bu barədə icarəyə verənin həmin Davud adlı şəxsin 2022-ci ilin avqust ayında Şirkətin icarə şöbəsinin əməkdaşına “whatsapp”la məlumat verdiyi zaman xəbəri olub, eyni zamanda borcunun ödənilməsi ilə bağlı yenə həmin proqram vasitəsilə Cavabdehlə də əlaqə saxlanıldıqda, cavabdeh də bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləyib. Bununla bağlı iddiaçı ilə cavabdehə cavabdehin sahəni təhvil verdiyi Davud adlı şəxs arasındakı telefon yazışmalarının da çıxarışları və səs yazılarından ibarət “DVD” diski iş materiallarında mövcuddur. Bir sözlə, cavabdeh nəinki icarə obyektindən faktiki istifadəni dayandırıb, hətta həmin obyekti başqasının istifadəsinə verib, gəlir əldə edib. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

30. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən edilmiş halllarına əsasən, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X16” nömrəli X8 verən tərəfindən hazırlanmış müqavilə şərtlərinə görə İcarəçi aylıq 5244,39 manat məbləğində nəzərdə tutulan icarə haqqını “hər ayın əvvəlində İcarəyə verən tərəfindən təqdim olunan hesablaşmaya” dair sənədləri aldıqdan sonra 5 iş günündən gec olmayaraq ödəməli olmuşdur. Cavabdeh müqavilə üzrə 2 dəfə-10 dekabr 2021-ci ildə 5245 manat məbləğində və 25 aprel 2022-ci ildə 5245 manat məbləğində ödənişlər etmiş və həmin ödənişlər icarəyə verən tərəfindən 2021-ci ilin noyabr və dekabr aylarına hesablanmışdır. Daha sonra cavabdeh icarəçi Cavabdeh icarə obyektini İcarəyəverənin hər hansı bir yazılı razılığı olmadan Davud adlı şəxsə verib, 10 iyul 2022-ci ildə ölkəni tərk edib xaricə getmişdir. Həmin şəxs 2022-ci ilin iyul ayında İcarəyəverən MMC-nin məsul şəxsi ilə əlaqə saxlayıb bu barədə məlumat verərək, icarə obyektini Cavabdeh borcunun əvəzinə götürərək işlətdiyini bildirmiş və onun özü ilə həmin obyektlə əlaqədar icarə müqaviləsi bağlamağı icarəyəverən MMC-nin əməkdaşına təklif etmişdir. Bundan sonra, icarə obyektinin həmin şəxsə icarəyə verilməsi ilə əlaqədar bir neçə ay danışıqlar aparılmasına baxmayaraq, icarə məbləği haqqında razılaşma olmadığına görə həmin danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən həmin şəxs obyekti boşaltmış və obyekt 2023-cü ilin fevral ayında başqasına icarəyə verilmişdir.

33. İddiaçı “2022-ci ilin yanvar-noyabr ayları ərzində heç bir icarə haqqı məbləği ödənilməməsinə əsaslanmış və 11 ay üçün icarə haqqı borcu və digər xərclərin cavabdehdən tutulmalı olduğunu bildirmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, işin kollegiya tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunur ki, 01 noyabr 2021-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş icarə obyekti 2022-ci ilin iyul ayınadək cavabdehin faktiki istifadəsində olmuş və cavabdeh müvafiq dövr üzrə ödənişlər etməmiş, həmin qeyriyaşayış sahəsini 2022-ci ilin iyul ayında Davud adlı şəxsin faktiki istifadəsinə verərək, ölkəni tərk etmişdir. Davud adlı şəxslə danışıqlar icarə müqaviləsinin bağlanması ilə nəticələnməsə də, sonuncu tərəfindən icarəyə verən İddiaçı MMC məlumatlı olmuş və həmin icarə sahəsindən 2022-ci ilin iyul ayından sonra da bir neçə ay ərzində istifadə edilmişdir. Bu halı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri də təsdiqləmişlər.

35. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən aylıq icarə haqqı məbləğinin ödənilməsi 30(otuz) iş günündən artıq müddətə gecikdirildiyinə görə tərəflərin iradəsindən (mülahizəsidən) asılı olmayaraq müqaviləyə xitam verilmişdir.

36. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli qərarı)

37. İşin hallarından göründüyü kimi, tərəflər arasında icarə münasibətləri olmuş, cavabdeh yalnız 1 ay icarə obyektindən istifadə etdiyinə, daha sonra icarə obyektinin boş olmasına istinad etsə də, kollegiya həmin dəlilləri əsassız hesab edir. İşin istinad olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, müqaviləyə cavabdehin bildirdiyi kimi xitam verilməmiş, tərəflər arasında müqavilə münasibətləri davam etmişdir. Hətta cavabdeh icarə obyektini iyul ayının sonunda digər şəxsə vermişdir. Bu səbəbdən cavabdehin obyektdən istifadə etməməsi ilə bağlı dəlili əsassızdır.

38. Məhkəmə kollegiyası şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.

39. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).

40. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

41. Göstərilənləri nəzərə alaraq, icarəçi həmin müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

42. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

44. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1127/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar