Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-48/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-32/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 25 noyabr 2020-ci il tarixli C00287376-01 saylı kredit üzrə 16604,91 manat əsas borc, 791,46 manat faiz borcu və 127,05 manat cərimə borcu olmaqla, cəmi 17523,42 manat borcun, 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit üzrə 58158,01 manat əsas borc, 2795,19 manat faiz borcu və 290,62 manat cərimə borcu olmaqla, cəmi 61243,82 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında 17 noyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-03091LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borcalan www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X6 çərçivəsində tərəflər arasında - xx.xx.2020-ci il tarixli DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və həmin ərizə üzrə Bank tərəfindən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 16,5% olmaqla 25 may 2022-ci il tarixədək 20000 (iyirimi min) manat məbləğində birdəfəlik kredit verilmiş; 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 18% olmaqla xx.xx.2022-ci il tarixədək 63000 (altmış üç min) manat məbləğində birdəfəlik kredit verilmişdir. DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********48 saylı və DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması üzrə isə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********86 saylı zaminlik müqavilələri bağlanmışdır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli X3 5-ci bölməsinin 5.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. Lakin Müştəri DC00287376-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 134 gün, DC00287376-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 127 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin xx.xx.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 16604,91 manat əsas borc, 791,46 manat faiz borcu və 127,05 manat cərimə borcu olmaqla, cəmi 17523,42 manat, gecikmə günün sayı-134 gün; - DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 58158,01 manat əsas borc, 2795,19 manat faiz borcu və 290,62 manat cərimə borcu olmaqla, cəmi 61243,82 manat təşkil edir, gecikmə günün sayı–127 gün. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada İddiaçı ASC tərəfindən cavabadehlərlə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat məbləğində əsas borc, 1621 manat məbləğində faiz borcu və 440,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18666,69 manat məbləğində borcun və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 manat məbləğində əsas borc, 5964,79 manat məbləğində faiz borcu və 1181,61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 65304,41 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 mart 2022-ci ildə yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə 15 mart 2022-ci il tarixli ərizə təqdim edilərək, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 (on altı min altı yüz dörd manat 91 qəpik) manat əsas borc, 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə olmaqla, cəmi 19948,65 (on doqquz min doqquz yüz qırx səkkiz manat 65 qəpik) manat məbləğində borcun, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 (əlli səkkiz min yüz əlli səkkiz manat 01 qəpik) manat əsas borc, 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimə olmaqla, cəmi 69767,14 (altmış doqquz min yeddi yüz altmış yeddi manat 14 qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 32/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 (on altı min altı yüz dörd manat 91 qəpik) manat əsas borc, 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 (əlli səkkiz min yüz əlli səkkiz manat 01 qəpik) manat əsas borc, 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 90145,79 (doxsan min yüz qırx beş manat 79 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 329,14 (üç yüz iyirmi doqquz manat 14 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(119)-32/2022 saylı qətnaməsinin qismən, “25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimənin cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: qətnamə qismən-“faizlərin və cərimələrin tutulması” hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında 17 noyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 03091LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borcalan www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri qəbul etmişdir. Qeyd olunan X6 çərçivəsində tərəflər arasında xx.xx.2020-ci il tarixli DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və həmin ərizə üzrə Bank tərəfindən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 16,5% olmaqla 25 may 2022-ci il tarixədək 20000 (iyirimi min) manat məbləğində birdəfəlik kredit verilmiş; 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 18% olmaqla xx.xx.2022-ci il tarixədək 63000 (altmış üç min) manat məbləğində birdəfəlik kredit verilmişdir. DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********48 saylı və DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması üzrə isə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********86 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin müştəri DC00287376-01 saylı və DC00287376-02 saylı maliyyələşdirmə üçün ərizələr müqavilə öhdəliklərini lazımi qaydada icra edə bilməmiş, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirə bilməmişdir. Buna səbəb isə həmin dövrdə ölkədə hökm sürən pandemiya vəziyyəti ilə əlaqədar olmuşdur. Cavabdeh1 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kreditlər üzrə yalnız əsas borcların tutulmasına razıdır. Belə ki, hər iki müqavilə üzrə əsas borc birlikdə kifayət qədər məbləğ (74762 manat) edir. Borcun Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutulması qət edilsə də, nəzərə almaq lazımdır ki, qeyd edilən məbləği Cavabdeh1 ödəyəcək. Çünki Cavabdeh2 artıq fəaliyyətini dayandırmışdır, qeyd edilən MMC-nin rəhbəri və məsul şəxsi də məhz Cavabdeh1 olmuşdur. Bank yüksək məbləğdə kredit verərkən həm borclunun (məsul şəxsinin), həm zaminin eyni şəxs olduğunu nəzərə almamışdır. Cavabdeh1 isə ancaq əsas borcu ödəmək iqtidarındadır. Bankdan götürdüyü kredit hesabına qurmaq istədiyi biznes tamamilə iflasa uğramış, qazanc əldə etmək əvəzinə ziyan etmişdir. Nəticədə Cavabdeh2 MMC fəaliyyətini dayandırmışdır. Cavabdeh1 iddiaçı Banka müraciət edərək faizləri dayandırmağı və ödəniş üzrə yeni qrafik qurulmasını xahiş etsə də, iddiaçı bank cavabdehin düşdüyü vəziyyəti nəzərə almamış, ona hər hansı güzəşt edilməmiş və nəticədə hazırkı məhkəmə mübahisəsi meydana gəlmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcu hissəsində ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(119)-32/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materialları ilə müəyyən olunur ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "müştəri" Cavabdeh2 (VÖEN **********) arasında 17 noyabr 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC-03091LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X4 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X6 çərçivəsində 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh2nə illik faiz dərəcəsi 16,5% olmaqla, 25 may 2022-ci il tarixədək 20000 (iyirimi min) manat məbləğində və eləcə də, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" Cavabdeh2 MMC arasında yuxarıda qeyd olunan X6 çərçivəsində 03 fevral 2021-ci il tarixli DC00287376- 02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh2nə illik faiz dərəcəsi 18% olmaqla, 03 avqust 2022-ci il tarixədək 63000 (altmış üç min) manat məbləğində birdəfəlik kreditlər verilmişdir. Həmin Razılaşmanın 1ci bəndinə əsasən, Cavabdeh2 MMC (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X3 bankın rəsmi internet səhifəsində “https://www.pashabank, az/gsa addendum/lang.az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasına əsasən, Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.9-cu bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli DC**********48 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 tərəfindən 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli DC**********86 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 tərəfindən 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 15 mart 2022-ci il tarixli Maliyyə Arayışında borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 mart 2022-ci il tarixinə borcalan Cavabdeh2 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat məbləğində əsas borc, 2420,12 manat məbləğində faiz borcu və 923,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19948,65 (on doqquz min doqquz yüz qırx səkkiz 65 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 350) və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə isə 58158,01 manat məbləğində əsas borc, 9018,08 manat məbləğində faiz borcu və 2591,05 manat məbləğində cərimə borcu olmaqla, cəmi 69767,14 (altmış doqquz min yeddi yüz altmış yeddi manat 14 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 343) olduğu göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsində 25 noyabr 2020-ci il tarixli DC00287376- 01 nömrəli kredit üzrə və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün cavabdeh tərəfin vəsatəti əsasında 03 dekabr 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və iddiaçı tərəfin vəsatəti əsasında məhkəmənin 07 aprel 2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmişdir. 03 noyabr 2022-ci il tarixli 9/3082 nömrəli ekspert rəyindən görünür ki, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə borcalan “Svetofor Trade AZE" MMC-nin 14 mart 2022-ci il tarixə Banka 16650 manat əsas borcu və 2420,21 manat faiz borcu vardır. 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə isə borcalan “Svetofor Trade AZE" MMC-nin 14 mart 2022-ci il tarixə Banka 58394,88 manat əsas borcu və 9018,08 manat faiz borcu vardır. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli 9/3082 nömrəli Ekspert Rəyinin tədqiqat prosesinin təsviri hissəsində göstərillmişdir ki, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 saylı kredit müqaviləsinə əsasən kredit alana illik 16,5% olmaqla, xx.xx.2022-ci il tarixədək 20000 manat məbləğində kredit verilmiş, hər gecikdirilmiş gün üçün illik 15 faiz dərəcə ilə cərimə məbləği tətbiq edilmiş və 25 noyabr 2020-ci il tarixli DC00287376-01 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) 4691,49 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 3395,09 manatı əsas borca, 1246,96 manatı faiz borcuna və 49,44 manatı isə cərimə borcuna silinmişdir. 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit müqaviləsinə əsasən kredit alana illik 18% olmaqla, xx.xx.2022-ci il tarixədək 63000 manat məbləğində kredit verilmiş, hər gecikdirilmiş gün üçün illik 15 faiz dərəcə ilə cərimə məbləği tətbiq edilmiş və 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) 7434,76 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 4841,99 manatı əsas borca, 2312,90 manatı faiz borcuna və 279,87 manatı isə cərimə borcuna silinmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, borcalan (cavabdeh) Cavabdeh2 və zamin (cavabdeh) Cavabdeh1 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli Kredit və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli Kredit, 23 noyabr 2020-ci il tarixli DC**********48 nömrəli və 02 fevral 2021-ci il tarixli DC**********86 nömrəli Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh “COVİD 19” pandemiyası ilə əlaqədar kredit borcunu ödəyə bilmədiyini qeyd etmiş, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kreditlər üzrə yalnız əsas borcların tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-32/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-48/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-48/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver