Məhkəmə qərarları › İş №2-2(105)-50/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-50/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-50/2022 25.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 və üçüncü şəxs “D.X5” MMC-nin nümayəndəsi (direktoru (i/v 84) Nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, e-2-2(119)- 456/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə 01/8AZD nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq satılacaq meyvə-tərəvəz məhsulunu almaq üçün xx.xx.2019-cu il tarixli, 106383847№-li ödəmə tapşırığı ilə 27.500 (iyirmi yeddi min beş yüz) manat və xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığı əsasında 100.000 (yüz min) manat, cəmi 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pul avans olaraq cavabdehin “Ziraat Bank Azərbaycan ASC”-dəki bank hesabına ödənilmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən cavabdehin hesabına ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən İddiaçı QSC-yə göndərilməli olan meyvə-tərəvəz məhsulları heç bir fors-major hadisəsi baş verməməsinə baxmayaraq, bu günə qədər göndərilməmiş, nə də göndərilməməsinin səbəbi barədə İddiaçı QSC-yə məlumat verilməmişdir. Müqavilənin şərtləri pozulduğuna görə Cavabdeh MMC-nin bank hesabına ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun İddiaçı QSC-yə qaytarılması barədə cavabdehin əməkdaşlarına dəfələrlə şifahi olaraq, xx.xx.2020-ci il tarixdə isə yazılı şəkildə pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, ödənilmiş pulun geri qaytarılması barədə bu günə qədər heç bir tədbir görülməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilən iddia ərizəsinin surəti cavabdehə poçt vasitəsi ilə göndərilmiş, cavabdeh həmin iddia ərizəsinin surətini xx.xx.2021-ci il tarixdə poçtdan qəbul etmiş, ancaq heç bir cavab verməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-nin "xxxx" ASC-nin Gəncə filialındakı hesab nömrəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, e-2-2(119)- 456/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun tutularaq, İddiaçı QSC-nin VÖEN:**********, H/hes: AZ37PAHA40070AZNHC**********, "xxxx" ASC Gəncə Filialı, VÖEN **********, KOD-511845, M/HAZ82NABZ********************, SWİFT: PAHAAZ22 hesabına ödənilməsi qət edilmişdir (hakim X.Tağıyev). Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli 2-2(105)-96/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Səyyad Qafari). Cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2021-ci il, 2-2(102)-553/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-2(105)-96/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Abiyeva Kəmalə (sədrlik edən və məruzəçi), Dadaşov İlqar və Qəribov Bəhman). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən “Şirin AQRO" QSC ilə “ECOFRUİT' MMC arasında xx.xx.2018-ci il tarixli 01/8AZD nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında “Şirin AQRO" QSC şirkətə 127500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində meyvə məhsullarının alınması ilə bağlı pul köçürmüş, əvəzində şirkət “Şirin AQRO" QSC-yə 04 avqust 2019-cu il tarixdə ******* qaimə faktura ilə 29080 (iyirmi doqquz min səksən) manatlıq, 23 avqust 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 30905 (otuz min doqquz yüz beş) manatlıq, 20 iyul 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 14463 (on dörd min dörd yüz altmış üç) manatlıq, 29 iyul 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 14399 (on dörd min üç yüz doxsan doqquz) manatlıq, 02 fevral 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 23275 (iyirmi üç min iki yüz yetmiş beş) manatlıq, 09 sentyabr 2019- cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 18892 (on səkkiz səkkiz doxsan iki) manatlıq, 27 noyabr 2019-cu il tarixdə ******* nömrəli qaimə faktura ilə 31654 (otuz bir min altı yüz əlli dörd) manatlıq, yəni 162668 (yüz altmış iki min altı yüz altmış iki) manatlıq meyvə məhsulu vermişdir. Göründüyü kimi, artıq miqdarda meyvə məhsulunu iddiaçıya təhvil vermişlər. Həmin meyvə məhsullarının verilməsinə “Şirin AQRO" QSC tərəfindən təhvil alınmasına dair qaimələr də apelyasiya şikayətinə əlavə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verməmiş, nəticədə məhkəmədə müdafiə hüququndan məhrum edilmişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilməli,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, apellyasiya şikayətində qeyd olunmuş əslləri iş materiallarına əlavə edilmiş, işin 98-108-ci vərəqlərində olan qaimə fakturalarında və malların təhvil verilməsinə dair təhvil-təslim aktları ilə bağlı cavabdehin nümayəndəsi bildirmişdir ki, Cavabdeh MMC və “D.X5” MMC eyni şəxs tərəfindən təsis olunmuşdur. Bununla əlaqədar hər iki hüquqi şəxs eyni fəaliyyəti həyata keçirdikləri üçün işin operativ təşkili və meyvə məhsullarının zay olması riskinin qarşısının alınması üçün həmin hüquqi şəxslər arasında öhdəliklərin qarşılıqlı icrası haqqında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır. Bununla əlaqədar Cavabdeh MMC-nin İddiaçı QSC qarşısında öhdəliyi üçüncü şəxs “D.X5” MMC tərəfindən icra olunmuşdur. İddiaçı cavabdehin həmin dəlillərinə öz yazılı etirazını bildirərək qeyd etmişdir ki, Cavabdeh MMC-dən ödəmiş olduqları pulun müqabilində heç bir kiloqram da meyvə məhsulları qəbul etməmişlər və həmin cavabdehdən onlara meyvə məhsulları göndərilməmiş, nə də cavabdehin iddia etdiyi kimi bir holdinqin tərkibində olan “D.X6” MMC adlı hüquqi şəxsdən onlara hər hansı çəkidə və dəyərdə meyvə məhsulları faktiki olaraq göndərilməmişdir. Həmçinin etirazda qeyd olunmuşdur ki, Elnur Hümmətov təsisçinin qardaşı olmaqla heç bir vaxt iddiaçı şirkətlə hər hansı alqı-satqı işlərində əlaqəsi olmamış, heç bir qaimə və ya aktlara imza etməmişdir. Eyni zamanda Elnur Hümmətov iddiaçının adından hər hansı hüquqi sənədlərə imza atmaq səlahiyyəti yoxdur. Bundan başqa cavabdehlə və “D.X5” MMC ilə aralarında üçtərəfli qarşılıqlı ödəmə və ya öhdəliklərin ötürülməsinə dair ayrıca müqavilə bağlanmamışdır (i/v 200-201). Yuxarıda qeyd olunanlarla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-2(105)-50/2022 nömrəli qərardadı ilə ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 4/1054 nömrəli məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinə əsasən müəyyən olunur ki, tədqiqatın nəticəsi kimi, ekspertizaya təqdim edilmiş, işin 98-ci vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza, işin 100-cü vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza,işin 101-ci vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza,işin 102-ci vərəqində olan, xx.xx.2019-cu il tatixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza,işin 103-cü vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza X4 tərəfindən, ekspertizaya təqdim edilmiş, işin 104-cü vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 99-cu vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza X3 və ya X4 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Yuxarıda qeyd olunan X3 və X4 tərəfindən imzalanmış “Qaimə faktura”larda təhvil alınmış meyvə məhsullarının qiyməti - işin 98-ci vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada 23275(iyirmi üç min iki yüz yetmiş beş) manat, işin 100-cü vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada 14399 (on dörd min üç yüz doxsan doqquz) manat, işin 101-ci vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada 29080 (iyirmi doqquz min səksən) manat, işin 102-ci vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada 30905 (otuz min doqquz yüz beş) manat, işin 103-cü vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada 18892 (on səkkiz səkkiz doxsan iki) manat, işin 104-cü vərəqində olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada 31654 (otuz bir min altı yüz əlli dörd) manatlıq - cəmi 148205 (yüz qırx səkkiz min iki yüz beş) manat olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən meyvə məhsulu ödənilən məbləğdən artıq həcmdə təhvil alınmışdır. Məhkəmə kollegiyası müqavilə şərtlərinə zidd öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməli olmasına dair iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən “Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir”. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. İşin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, borclu, yəni Cavabdeh MMC üçüncü şəxs “D.X6” MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə (i/v 144-145) öhdəliyin məhz üçüncü şəxs tərəfindən icrasına razı olmuş, kreditor olan hazırkı iş üzrə iddiaçı isə həmin icranı qəbul etmişdir. Belə ki, işin 104-cü vərəqində olan xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturanın məhz iddiaçı hüquqi şəxsin direktoru X3 tərəfindən imzalanması yuxarıd qeyd olunan öhdəliyin üçüncü şəxs tərəfindən icra olunmasına razılığı ifadə edir. Məhkəmə kollegiyası X2 iddiaçının adından hər hansı sənədlərə imza etmək səlahiyyətinin olmaması ilə bağlı iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, X4 İddiaçı QSC-nin direktoru Xanlar Hümmətovun oğlu, eyni zamanda iddiaçı hüquqi şəxsin təsisçisi Qalib Hümmətovun qardaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən “Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər”. Buna görə tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin icrası ilə bağlı meyvə məhsullarının qəbul olunmasının iddiaçı tərəfindən faktiki olaraq Elnur Hümmətova həvalə edilməsi uzun müddət iddiaçının buna etiraz etməməsinə görə iddiaçının yuxarıda göstərdiyi dəlili əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 132 (yüz otuz iki) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, e-2-2(119)- 456/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin İddiaçı QSC-dən 132 (yüz otuz iki) manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar