Məhkəmə qərarları › İş №2-2(105)-51/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-51/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-51/2024 27.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı kommersiya işi üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin cavabdeh Əlı̇ yev Nizami Zülfi oğluna qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(119)-50/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki icarə müqaviləsi üzrə ümumilikdə 4359,07 (dörd min üç yüz əlli doqquz manat 07 qəpik) manat məbləğində icarə haqqı borcu, 716,81 (yeddi yüz on altı manat 81 qəpik) manat məbləğində cərimə borcu və mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediyasiya xərcinin əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 50/2024 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi üzrə 1960,73 (min doqquz yüz altmış manat 73 qəpik) manat icarə haqqı borcu və 30 (otuz) manat cərimə, 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi üzrə 2398,34 (iki min üç yüz doxsan səkkiz manat 34 qəpik) manat icarə haqqı borcu və 50 (əlli) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 52,5 (əlli iki manat 50 qəpik) manat hissəsi olmaqla, cəmi 4491,57 (dörd min dörd yüz doxsan bir manat 57 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 64,39 (altmış dörd manat 39 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(119)-50/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək göstərdi ki, iddiaçı ilə aralarında barışıq olub, artıq apellyasiya şikayətinə baxılması üçün əsaslar qalmamış və bu məqsədlə apellyasiya icraatına xitam verilməsini xahiş edir.

5. İş üzrə İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir

8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Əlı̇ yev Nizami Zülfi oğlunun apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin cavabdeh Əlı̇ yev Nizami Zülfi oğluna qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(119)-50/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar