Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-52/2022 22.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-2(119)-41/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 8186756,80 (7310488 + 876268,80) manat məbləğində dividendin, Cavabdeh1nə 2010-2019cu illər üzrə İddiaçı tərəfindən qoyulmuş 452436 ABŞ dolları məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və nəqliyyat vasitələrinin satışındən əldə edilmiş ******* manat vəsaitin "xxxx" MMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair 2-2(119)-41/2022 nömrəli kommersiya işi üzrə İddiaçı nümayəndəsi Vəkil2 04 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iş üzrə icraatın dayandırılması” barədə ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə “nəqliyyat vasitələrinin satışından əldə edilmiş ******* manat vəsaitin "xxxx" MMC-nin hesablaşma hesabına ödənilməsi barədə iddia tələbində nəzərdə tutulan nəqliyyat vasitələrinin satışı ilə əlaqədar bağlanmış alqı-satqı Müqavilələrinin etibarsız hesab edilməsi barədə Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən 19 avqust 2021-ci il tarixli 2(008)-2435/2021 nömrəli qətnamə qəbul olunsa da, həmin qətnamə qanuni qüvvəsini almadığına görə hazırkı iş üzrə icraatının dayandırılmasını xahiş etmiş və iş üzrə 15 mart 2022-ci ildə keçirilən məhkəmə baxış iclasında da həmin vəsatətini müdafiə etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X3, X6, X4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X5, X2 və “Simurq Kompani” ATSC-yə) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair qəbul edilmiş 19 avqust 2021-ci il tarixli 2(008)-2435/2021 nömrəli qətnamə qanuni qüvvəyə minənədək dayandırılmışdır (hakim Zülfüqar Sadıqov). Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, həmin qərardadın qüvvədə saxlanılması və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin edərkən iddiaçının nəqliyyat vasitələrinin satışından əldə edilmiş ******* manat vəsaitin "xxxx" MMC - nin hesablaşma hesabına ödənilməsi tələbinin, nəqliyyat vasitələrinin satışına dair "müqavilələrin etibarsız hesab edilməsi” bərədə Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli 2(008)-2435/2021 nömrəli qətnaməsində göstərilmiş nəqliyyat vasitələri olmasını və Sabunçu Rayon Məhkəməsi tərəfındən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli 2(008)-2435/2021 nömrəli qətnaməsinin qüvvəyə minməsini araşdırmamaqla iş üçün əhəmiyyəti olan halları sübut etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 şikayətinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış Sumqayıt Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadı ləğv edilməli, iş üzrə icraatın dayandırılmasına dair iddiaçının vəsatəti təmin edilməməli, iş materialları işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belı ki, birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair 2-2(119)-41/2022 nömrəli kommersiya işi üzrə verilmiş iddia tələblərindən biri olan “nəqliyyat vasitələrinin satışından əldə edilmiş ******* manat vəsaitin "xxxx" MMC-nin hesablaşma hesabına ödənilməsi” barədə iddia tələbində nəzərdə tutulan nəqliyyat vasitələrinin satışı ilə əlaqədar satıcı oıaraq "xxxx" MMC ilə ayrıayrı şəxslər arasında bağlanmış alqı-satqı Müqavilələri Bakı şəhər Sabunçu Rayon Məhkəməsində mübahisələndirilmiş və həmin mübahisə üzrə “müqavilələrin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən 19 avqust 2021-ci il tarixli 2(008)-2435/2021 nömrəli qətnamə qəbul olunaraq, həmin nəqliyyat vasitələrinin satılması barədə bağlanmış müqavilələr etibarsız hesab edilmişdir. Lakin, həmin Qətnamənin qanuni qüvvəsini alması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, hər iki iş arasında elə bir asılılıq və bağlılıq vardır ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-2435/2021 nömrəli mülki iş üzrə qəbul edilmiş 19 avqust 2021-ci il tarixli 2(008)2435/2021 nömrəli qətnamə qanuni qüvvəyə minməyincə, hazırkı 2-2(119)-41/2022 nömrəli kommersiya işinin mahiyyəti üzrə baxılması və ədalətli həlli mümkün deyildir. Lakin birinci instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin 19.08.1921-ci il tarixli 2(008)-2435/2021 saylı qətnaməsinin nəticə hissəsinin nədən ibarət olmasına, həmin qətnamənin hansı hissəsinin apellyasiya qaydasında mübahisələndirilməsinə gəldiyi nəticə üzrə hüquqi qiymət verməmişdir. Belı ki, qeyd olunan Sabunçu Rayon Məhkəməsinin 19.08.1921-ci il tarixli 2(008)- 2435/2021 saylı qətnaməsinin nəticə hissəsində aşağıdakılar qət edilmişdir: “ İddia təmin edilsin. Satıcı Cavabdeh1 MMC ilə alıcı X12 arasında bağlanılmış Markası: İSUZU ECOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 987971; Şassı: NNAM0B5LL02016825 olan avtobus barədə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin; Markası:İSUZU ECOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 993764; Şassı: NNAM0B5LL02016840 olan avtobus barədə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin; Markası: İSUZU ECOBUS AVTOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 993748; Şassı: NNAM0B5LL02016836 olan avtobus barədə 12.09.2017-ci il tarixli alqı-satqı müqaviləsinin; Markası: İSUZU ECOBUS AVTOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 995742; Şassı:NNAM0B5LL02016844 olan avtobus barədə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, Markası: İSUZU ECOBUS AVTOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 988013; Şassi: NNAM0B5LL02016819 olan avtobus barədə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, Markası: İSUZU ECOBUS AVTOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 993771; Şassi: NNAM0B5LL02016837 olan avtobus barədə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və Markası: İSUZU ECOBUS AVTOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 993762; Şassi: NNAM0B5LL02016832 olan avtobus barədə 27.12.2014-cü il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
2. Markası: İSUZU ECOBUS AVTOBUS; B/ili: 2012; Rəngi: AĞ; Mühərrik: 997966; Şassi: NNAM0B5LL020 olan avtobus barədə satıcı Cavabdeh1 MMC ilə alıcı X12 arasında bağlanılmış 20.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, satıcı X12 ilə alıcı X5 arasında bağlanılmış 06.12.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, satıcı X5 ilə alıcı “SİMURQ KOMPANİ” ATSC arasında bağlanılmış 13.11.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və satıcı “SİMURQ KOMPANİ” ATSC ilə alıcı X10 arasında bağlanılmış 13.11.2019-cu il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
3. Satıcı Cavabdeh1 MMC ilə alıcı "xxxx" MMC arasında bağlanılmış Markası: TEMSA PRESTU SUPER DELUXE A; B/ili: 2010; Rəngi: AĞ; Mühərrik: 4M42-A84663; Şassi: NLTPNG13L01400184 olan avtobus barədə 12.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və Markası: TEMSA PRESTO SUPER DELUXE A; B/ili: 2010; Rəngi: AĞ; Mühərrik: 4M42-A84658; Şassi: NLTPNG13L01400185 olan avtobus barədə 12.03.2020ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
4. Satıcı Cavabdeh1 MMC ilə alıcı X7 arasında bağlanılmış Markası: DAEWOO BS090 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU005896 olan avtobus barədə 13.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Markası: DAEWOO BS090 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU005920 olan avtobus barədə 13.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Markası: DAEWOO BS090 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU005928 olan avtobus barədə 13.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Markası: DAEWOO BS90 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU005932 olan avtobus barədə 13.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Markası: DAEWOO BS90 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU005972 olan avtobus olan 13.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Markası: DAEWOO BS90 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU005978 olan avtobus barədə 13.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Markası: DAEWOO BS90 AVTOBUS; B/ili: 2013; Rəngi: AĞ; Ban: KL5UK42HEDU006015 olan avtobus barədə 13.01.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
5. Markası: İSUZU SAZNP37 AVTOBUS; B/ili: 2011; Rəngi: AĞ; Mühərrik: 899282; Şassi: NSANPR66PAS104420 olan avtobus barədə satıcı Cavabdeh1 MMC ilə alıcı X8 arasında bağlanılmış 27.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və satıcı X8 ilə alıcı X2 arasında bağlanılmış 16.12.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
6. Markası: İSUZU SAZNP37 AVTOBUS; B/ili: 2011; Rəngi: AĞ; Mühərrik: 915891; Şassi: NSANPR66PBS104528 olan avtobus barədə satıcı Cavabdeh1 MMC ilə alıcı X8 arasında bağlanılmış 27.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və satıcı X8 ilə alıcı X2 arasında bağlanılmış 28.12.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
7. Markası: İSUZU SAZNP37 MİCROAVTOBUS; B/ili: 2011; Rəngi: AĞ; Mühərrik: 917266; Şassi: NSANPR66PBS104636 olan avtobus barədə satıcı Cavabdeh1 MMC ilə alıcı X8 arasında bağlanılmış 27.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və satıcı X8 ilə alıcı X2 arasında bağlanılmış 30.12.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin.
8. Markası: İSUZU SAZ NP 37 AVTOBUS; B/ili: 2011; Rəngi: AĞ; Mühərrik: 915900; Şassi: NSANPR66PBS104530 olan avtobus barədə satıcı Cavabdeh1 MMC ilə alıcı X8 arasında bağlanılmış 27.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və satıcı X8 ilə alıcı X2 arasında bağlanılmış 10.11.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin və həmin müqavilələr əsasında verilmiş şəhadətnamələr ləğv edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2022-ci il tarixli 2(102)-878/2022 saylı qərarından göründüyü kimi iş üzrə cavabdeh X1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilib həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda cavabdeh X1 Cavabdeh1 MMC ilə yuxarıda qeyd olunan bağlanmış müqavilələrin deyil, onunla satıcı X8 arasında bağlanmış yuxarıda qeyd olunan qətnamədə göstərilən yalnız 16.12.2017, 28.12.2017, 30.12.2017 və 27.02.2015-ci il tarixli müqavilələri mübahisələndirilir. Bu isə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair 2-2(119)-41/2022 nömrəli kommersiya işi üzrə verilmiş iddia tələblərindən biri olan “nəqliyyat vasitələrinin satışından əldə edilmiş ******* manat vəsaitin "xxxx" MMC-nin hesablaşma hesabına ödənilməsi” barədə iddia tələbinin qeyd olunan hissəsinə mahiyyəti üzrə baxılmasına mane olmur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi MPM-nin 254.1.4-cü maddəsinin tələblər baxımından düzgün hüquqi nəticəyə gəlməyərək iddiaçının vəsatətini əssasız olaraq təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALİR:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin olunsun. Sumqayıt Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış Sumqayıt Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2-2(119)-41/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin olunmasın. İş materialları işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.