Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-56/2024 28.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli e-2-2(119)-952/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətəapellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli e-2-2(119)952/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 212,31 (iki yüz on iki manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 41382,89 (qırx bir min üç yüz səksən iki manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. Cavabdeh 20 fevral 2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli e-2- 2(119)-952/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli e-2-2(119)-952/2023 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli e-2-2(119)-952/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən xəbəri olmayıb. Belə ki, poçtla bu barədə heç bir göndəriş olmayıb. Hüquqi cəhətdən savadsızdır. ASAN imza ilə elektron poçta girib baxa bilmir. Qətnamədən onda xəbəri olub ki, xx.xx.2024-cü il tarixli sifarişli poçt zərfi ilə Siyəzən rayon İcra və Probasiya şöbəsindən xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar gəlib. Hesab edir ki, prosesual müddət bərpa olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli e-2-2(119)-952/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim H.Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2023cü il tarixli e-2-2(119)-952/2023 nömrəli qətnaməsi 22 noyabr 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Bundan sonra cavabdeh tərəfindən qətnamədən 14 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(119)952/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəni və apellyasiya şikayətini məhkəməyə 20 fevral 2024-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi və qərardadın ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli e-2-2(119)-952/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-56/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-56/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver