Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-57/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(119)-430/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(119)- 430/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-22(119)-430/2021 nömrəli qərardadından şikayət vermiş və həmin qərardadın ləğv olunmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, kuryer şirkəti olan “xxxx” MMC vasitəsilə borcluya bildirişin göndərilməsinə dair xx.xx.2021-ci il tarixli 272814 və 272815 saylı qəbzlər iddia ərizəsinə əlavə olunmuşdur. Həmin qəbzlərə əsasən kuryer tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktlara əsasən borclular qeydiyyatda olduqları ünvanda yaşamırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(119)- 430/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdeh (kredit müqaviləsi üzrə borcalan) Cavabdeh2 ünvanlanmış “Bildiriş” (“pretenziya”) məktubunun ona çatdırılması barədə müvafiq sənəd (poçt qəbzi və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək digər Cavabdeh1 ünvanlanmış “pretenziya” məktubunun mətni və həmin “pretenziya” məktubunun ona çatdırılması barədə müvafiq sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Yəni, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli Y2566 nömrəli İpoteka Müqaviləsinin 6.9-cu bəndində “bu Müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir” şərtinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl həmin şərtin tələblərinə riayət edərək, müvafiq qaydada mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün həmin cavabdehə müraciət etməmişdir. Kollegiya qeyd edir ki, həmin cavabdehə məhkəməyə müraciət edilənədək "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş ünvanlanmış olsa da (həmin “bildiriş” cavabdehə çatdırılmamışdır), həmin “Bildiriş” yuxarıda Müqavilələrin 6.9-cu bəndində qeyd olunan şərtlərin yerinə yetirilməsi kimi qəbul oluna bilməz. Çünki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildirişin göndərilməsi - tərəflər arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli Y2566 nömrəli İpoteka Müqaviləsinin 6.9-cu bəndinin yuxarıda qeyd olunan tələbinin yerinə yetirilməsi deyildir (“borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət olunarkən "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36, 37 və 39-cu maddələrinin tələblərinə də riayət edilərək, bununla bağlı müvafiq sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmalıdır). Şikayətin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilməsi nəzərdə tutulan və üzərində “iddia pretenziya” qeydi aparılmış “xxxx” MMC-nə aid poçt göndərişlərinin 272814 nömrəli və 272815 nömrəli qəbzləri iddia ərizəsinə əlavə edilmiş olsa da, həmin qəbzlər də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini və iddia ərizəsinin surətinin cavabdehlərə təqdim olunmasını təsdiq etmir. Belə ki, cavabdehlərə çatdırılmamış həmin göndərişlərin qəbzlərində xx xxxxxx 2021-ci il tarixinə aid “ünvanda yaşamır” qeydi aparılmış və bununla əlaqədar xx xxxxxx 2021-ci il tarixli aktlar tərtib olunmuşdur. Lakin həmin Qəbzlərdə və Aktlarda kuryerin ünvanlarda olma vaxtı göstərilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, hətta həmin poçt göndərişləri cavabdehlərə çatdırılmış olsa belə, cavabdehlərin həmin “Pretenziya”ya cavab verməsinə və eləcə də, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına müəyyən müddət verilmədən və bunun üçün müəyyən ağlabatan müddəti gözləmədən, elə həmin tarixdə də iddia ərizəsinin surəti cavabdehlərə təqdim edilməklə məhkəməyə müraciət olunmuşdur – bu isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin həmin qaydaları nizamlayan tələblərinə riayət olunması kimi qəbul edilə bilməz. Halbuki, iddiaçı “Pretenziya” ilə əlaqədar cavabdehin hazırki mübahisə üzrə münasibət bildirməsi üçün ağlabatan müddəti gözlədikdən sonra məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa-mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-430/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-57/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-57/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver