Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-57/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2-2(119)-54/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və daha sonra isə "iddia tələbinin azaldılması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən 121000 (yüz iyirmi bir min) manat əsas borc və 7881,30 (yeddi min səkkiz yüz səksən bir manat 30 qəpik) manat faiz borcu olmaqla, cəmi 128881,30 (yüz iyirmi səkkiz min səkkiz yüz səksən bir manat 30 qəpik) manat məbləğində borcun və ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 17 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə ərizə ilə məhkməyə müraciət edərək, iş üzrə Cavabdeh MMC-nin faktiki ünvanı Bakı şəhərində yerləşdiyi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2-2(119)-54/2023 nömrəli qərardadı ilə Cavabdeh “işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin əsas fəaliyyət sahəsi Bakı şəhərində olduğuna görə işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi “işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə cavabdehin ərizəsini təmin etməmiş və hesab etmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı “ünvan 2sində yerləşir və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı vermiş olduğu “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mübahisə iddiaçının cavabdeh tərəflə bağlanmış kredit müqaviləsi əsasında ödənilməmiş borcun tutulması ilə bağlıdır. Ona görə də, cavabdehin faktiki ünvanının hüquqi ünvandan fərqli olması mübahisənin mövcud ərazi aidiyyətini dəyişdirmir və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı vermiş olduğu “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35ci maddəsinin tələbləri baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2-2(119)-54/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-57/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-57/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver