Məhkəmə qərarları › İş №2-2(105)-60/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-60/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-60/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-150/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-150/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 6158,27 manat əsas borc və 82 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6240,27 manat (altı min iki yüz qırx manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6158,27 manat əsas borc və 82 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6240,27 manat (altı min iki yüz qırx manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 8 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilənin məqsədi “data mərkəzi – 1” vasitəsilə göstərilən xidmətlərin tənzimlənməsi və tərəflər arasında vahid çərçivə münasibətlərinin müəyyən edilməsi nəticəsində "xxxx" MMC tərəfindən göstəriləcək xidmətlərin razılaşdırılmasından ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən "xxxx" MMC müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavədə göstərilmiş xdmətləri həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh MMC isə xidmətlərin müqabilində əlavə və ya razılaşdırılmış digər sənədlərdə nəzərdə tutulmuş qaydada müvafiq ödənişləri həyata keçirir... 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Cavabdeh MMC isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh MMC-nin 8 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli müqavilə üzrə "xxxx" MMC-yə ƏDV daxil 6158,27 manat borcu yaranmışdır. Bununla bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər borc ödənilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil 20 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. O, ərizədə qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi imzalandığı tarixdən cavabdeh tərəfindən 30 elektron qaimə-faktura üzrə 11054,30 manat pul ödənilmişdir. 2023-cü ilin avqust ayı üzrə göstərilən xidmətlərə dair ödənişlər Cavabdeh MMC tərəfindən icra edilmişdir. Tərəflər arasında olan müqavilənin predmeti elektron xidmətlərin göstərilməsindən ibarətdir. Həmin xidmətlərin göstərilməsinin nəticəsini ənənəvi üsullarla sübut etmək kifayət qədər çətin məsələdir. Məsələn, hazırkı halda iddiaçı xidmətlərdən istifadə edilməsini, təqdim edilmiş sənədlərdən göründüyü kimi, heç bir şeylə təsdiq edə bilmir. Bu kimi halların qarşısının alınması və mübahisənin yaranmaması məqsədi ilə müqaviləyə bir neçə müddəa əlavə olunmuşdur. Belə ki, müqavilənin 6.1-cı bəndinə əsasən xidmətlərdən istifadə niyyəti olan sifarişçi icraçıya yazılı sifariş göndərməlidir. Təqdim olunan sifariş formasından görünür ki, cavabdehin sifarişi xx.xx.2024-cü il tarixədək olmuşdur. 2023-cü ilin sentyabr ayına kimi cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi nəzərə alındıqda, dörd ay üzrə borcun qalması müəyyən olur, lakin bu da heç bir halda iddia məbləğinə bərabər deyil. Bundan başqa, müqavilənin 6-cı bəndinə əsasən cavabdeh sifarişləri e-mail vasitəsi ilə göndərməli, icraçının nümayəndəsi cavab emaili ilə qiymət təklifi göndərməli, qiymət təklifi ilə cavabdeh razılaşdığı halda icraya başlanılmalı, bu sifariş forması e-mail vasitəsi ilə cavabdehə göndərilməli, sonuncu 3 iş günü ərzində e-mail vasitəsi ilə razılıq bildirməli olduğu halda bunların heç biri məhkəməyə təqdim olunmayıb. Bu qədər korrespondensiyanın göndərilməsini sübut etməyin bir texnologiya şirkəti üçün çətin bir məsələ olmamasına baxmayaraq, məhkəməyə belə sübut təqdim olunmayıb və nəticə etibarı ilə sifarişin olması sübut edilməyib. Müqavilənin 6.8-ci bəndinə əsasən xidmətin göstərilməsi təhvil-təslim aktı ilə təsdiqlənməlidir ki, bu akt da sübutlar siyahısında görünmür. Çünki müqavilənin 12.6.1-ci bəndində təkrarən xidmətin göstərilməsinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməli olması, məhz bundan sonra ödənişin həyata keçirilməli olması vurğulanmışdır ki, təhvil-təslim aktı da təqdim olunmayıb. Digər tərəfdən, iddia ərizəsindən cavabdehdən konkret hansı müddət üçün xidmət haqqının tələb olunduğunu, həmin müddətdə göstərilən xidmətlərin hansılar olduğunu və dəyərinin nə qədər olduğunu müəyyən etmək mümkün deyildir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh MMC apellyasiya şikayətini vəkili-nümayəndəsi Vəkil 20 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsinin (iddiaya etirazının) dəlilləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təkrarən təmin etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-150/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 8 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavədə göstərilmiş xidmətləri, “Sifarişçi” isə xidmətlərin müqabilində Əlavə və ya razılaşdırılmış digər sənədlərdə nəzərdə tutulmuş qaydada müvafiq ödənişləri həyata keçirir. Həmin müqavilənin 5.2.10-cu bəndinə əsasən, hazırkı müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə dair ödənişlərin vaxtlı-vaxtında və tam şəkildə aparılmasını həyata keçirmək “Sifarişçi”-nin vəzifəsidir. Müqavilənin 12.1-ci bəndinə əsasən, sifarişçi ödənişi əlavədə göstərilmiş xidmətlərin təsviri, şərtləri və ödəniş tələblərinə uyğun olaraq həyata keçirir. Həmin müqavilənin 12.6.2-ci bəndinə əsasən, xidmətlərin göstərilməsi tamamlandıqdan sonra icraçı sifarişçiyə elektron qaimə-fakturanı göndərir. Sifarişçi elektron qaimə-fakturanı 5 iş günü ərzində təsdiqləməlidir. Sifarişçi icraçı tərəfindən göndərilən elektron qaimə-fakturanı 5 iş günü ərzində təsdiqləmədiyi təqdirdə, elektron qaimə-faktura ilə əhatə edilən xidmətlər sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. Müqavilənin 13.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər arasında 29 yanvar 2021-ci il tarixdən yaranmış və mövcud olan münasibətlərə şamil edilir. Hazırkı müqavilə vaxtından əvvəl xitam edilmədiyi təqdirdə imzalandığı tarixdən 3 il müddətində qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş göndərmədikdə, müqavilə hər dəfə növbəti 3 il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan icraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 8 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsinə 8 fevral 2021-ci il tarixli, 1 nömrəli Əlavəyə əsasən icraçı sifarişçiyə virtual server xidmətlərinin konfiqurasiyasına əsaslanaraq müqavilə əsasında tətbiq edilən və hazırkı Əlavə ilə müəyyən edilən şərtlər əsasında virtual server xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində Əlavə ilə müəyyən edilən qaydada tələb edilən ödənişlərin həyata keçirilməsi öhdəliyini daşıyır. İş materiallarında olan icraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 8 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsinin 08 fevral 2021-ci il tarixli 1 nömrəli Əlavəsinə 1 nömrəli Qiymətlərin razılaşdırılması protokolu ilə virtual server xidmətlərinin təsviri və qiyməti müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən 15 mart 2021-ci il tarixdə təsdiq edilmiş Xidmət sifariş forumunda göstərilən xidmət haqqının aylıq məbləği 237,30 manat, 17 iyun 2022-ci il tarixdə təsdiq edilmiş Xidmət sifariş forumunda göstərilən xidmət haqqının aylıq məbləği 197,61 manat razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən 16 yanvar 2025-ci il tarixdə təqdim olunmuş ərizədə göstərilir ki, 8 fevral 2021 ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərə görə ümumi məbləği ƏDV daxil 17212,57 manat təşkil edən 42 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturalardan 30 ədədinin dəyəri (11054,30 manat) Cavabdeh MMC tərəfindən ödənilmiş, onun 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək göstərilən xidmətlərə görə göndərilmiş 12 ədəd elektron qaiməfaktura üzrə 6158,27 manat borcu qalmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 265698 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli EBDL seriyalı 492360 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 217602 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDR seriyalı 433427 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDU seriyalı 296654 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDV seriyalı 669584 nömrəli, 513,18 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00006641 nömrəli, 513,38 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00048380 nömrəli, 513,38 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00142556 nömrəli, 513,38 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00754892 nömrəli, 513,38 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10110311 nömrəli və 513,38 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10008521 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan kredit bildirişlərindən görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə 260,27 manat, xx.xx.2021-ci il tarixdə 237,30 manat, xx.xx.2021-ci il tarixdə 237,30 manat, xx.xx.2021-ci il tarixdə 237,30 manat, xx.xx.2021-ci il tarixdə 474,60 manat, xx.xx.2021-ci il tarixdə 237,30 manat, xx.xx.2021-ci il tarixdə 237,30 manat, xx.xx.2021-ci il tarixdə 474,60 manat, xx.xx.2022-ci il tarixdə 237,30 manat, xx.xx.2022-ci il tarixdə 237,30 manat, xx.xx.2022-ci il tarixdə 237,30 manat, xx.xx.2022-ci il tarixdə 237,29 manat, xx.xx.2022-ci il tarixdə 474,58 manat, xx.xx.2022-ci il tarixdə 434,90 manat, xx.xx.2022-ci il tarixdə 434,90 manat, xx.xx.2023-cü il tarixdə 764,41 manat, xx.xx.2023-cü il tarixdə 3479,25 manat və xx.xx.2023-cü il tarixdə 434,91 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə cəmi 1686,21 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 8 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddaiçı tərəfindən cavabdehə 2021-ci ilin yanvar ayından 2024-cü ilin iyul ayınadək ümumilikdə 17212,57 manat dəyərində xidmət göstərilmiş və bununla əlaqədar cavabdehə 42 ədəd elektron qaimə-faktura göndərilmişdir. 30 ədəd elektron qaimə-faktura üzrə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 11054,30 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh MMC öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək xidmətlərin dəyərini tam ödəmədiyindən "xxxx" MMC ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında xidmət göstərilməsinə dair çərçivə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli müqavilə üzrə ödənilməmiş ƏDV daxil 6158,27 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə gəlməsinin əsasları ilə razılaşır. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, Müqavilənin 6.8 və 12.6.1-ci bəndlərinə əsasən göstərilmiş xidmətlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilməli olması və məhz bundan sonra ödənişin həyata keçirilməli olması nəzərdə tutulmuş, lakin iddiaçı tərəfindən cavabdehə təhvil-təslim aktları təqdim olunmamışdır. Digər tərəfdən, iddia ərizəsindən cavabdehdən konkret hansı müddət üçün xidmət haqqının tələb olunduğunu, həmin müddətdə göstərilən xidmətlərin hansılar olduğunu və dəyərinin nə qədər olduğunu müəyyən etmək mümkün deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər ay üçün tərtib olunmuş təhvil-təslim aktlarının surətini və bu aktların cavabdehə göndərilməsini təsdiqləyən sübutları (sifarişli poçt qəbzlərini) məhkəməyə təqdim etmişdir. Lakin sözügedən aktlar cavabdeh tərəfindən təsdiqlənməmiş, nə də təsdiqlənmədən geri qaytarılmamışdır. Digər tərəfdən isə, həmin aktlar əsasında cavabdehə təqdim olunmuş elektron qaimə-fakturaların əksəriyyəti (42-sindən 30-u) ödənilmişdir. Bunu cavabdeh özü də təsdiqləmiş, 30 elektron qaimə-faktura üzrə 11054,30 manat pul ödənildiyini bildirmişdir. Bundan başqa, cavabdeh borcunun olmasını istisna etməməklə yanaşı, ən çoxu 4 ayın xidmət haqqının ödənilməmiş ola bildiyini iddia edir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti formal xarakter daşıyır və şikayətin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı xx.xx.2021ci il tarixli, 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi üzrə 6158,27 manat məbləğində borcun ödənilməsi (tutulması) tələbinə dair iddiası əsaslıdır və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi dövlət rüsumunun təmin olunmuş tələblərə mütənasib olaraq cavabdehdən tutulması və aidiyyəti üzrə ödənilməsi ilə bağlı məsələni də qanuna müvafiq qaydada həll etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-150/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə müvafiq olaraq, kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 150/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar