Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-64/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(119)-52/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 5755,58 (beş min yeddi yüz əlli beş manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 706,60 (yeddi yüz altı manat altmış qəpik) manat məbləğində faiz bоrcu və 368,65 (üç yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6830,83 (altı min səkkiz yüz otuz manat səksən üç qəpik) manat məbləğində bоrcun, 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 23491,73 (iyirmi üç min dörd yüz doxsan bir manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 1417,31 (min dörd yüz on yeddi manat otuz bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 27099,12 (iyirmi yeddi min doxsan doqquz manat on iki qəpik) manat məbləğində bоrcun və 191,79 (yüz doxsan bir manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 23 yanvar 2023-cü il tarixdə bağladığı 011A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,75% оlmaqla 22 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 (iyirmi yeddi min) manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 25 iyul 2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3508,27 manat ödəniş etmiş və оnun iddiaçıya 23491,73 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15 mart 2024-cü il tarixə 234 gün üçün hesablanmış faiz borcu 2190,08 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında hər gecikən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. 15 mart 2024-cü il tarixə 234 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1417,31 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Bundan başqa Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 17 oktyabr 2022-ci il tarixdə bağladığı 011A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17 avqust 2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2744,42 manat ödəniş etmiş və оnun iddiaçıya 5755,58 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15 mart 2024-cü il tarixə 211 gün üçün hesablanmış faiz borcu 706,60 manat, cərimə 368,65 manat təşkil edir. Kredit müqavilələrinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Sumqayıt Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(119)-52/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 5736,66 (beş min yeddi yüz otuz altı manat altmış altı qəpik) manat məbləğində əsas borc, 706,60 (yeddi yüz altı manat altmış qəpik) manat məbləğində faiz borcu və 290 (iki yüz doxsan) manat məbləğində cərimə olmaqla, cəmi 6733,26 (altı min yeddi yüz otuz üç manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 23471,99 (iyirmi üç min dörd yüz yetmiş bir manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz borcu və 1175 (min yüz yetmiş beş) manat məbləğində cərimə olmaqla, cəmi 26837,07 (iyirmi altı min səkkiz yüz otuz yeddi manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 190,71 (yüz doxsan manat yetmiş bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq X2 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(119)-52/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və apellyasiya şikayəti verilən hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 apellyasiya şikayətini Mülki Məcəllənin 467-ci maddəsi, X7 və Azadlıqları Konvensiyasının 6-cı maddəsi, Mülki Prosessual Məcəllənin 14.1-ci, 77-ci, 88-ci, 385.1-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, ondan, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 23471,99 manat məbləğində əsas borc, 2190,08 manat məbləğində faiz borcu və 1175 manat məbləğində cərimə olmaqla, cəmi 26837,07 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin hissəsində qətnamə ilə razılaşmır. Çünki məhkəmə faktları tam və hərtərəfli araşdırmadan yüksək faiz dərəcələrinə istinad olunmaqla hesablanmış kredit məbləğinin ödəniş qrafikini əsas götürərək əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, faiz borcu azaldılmaqla cərimə tam silinməlidir. Bu hissədə hesab edir qətnamə əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli krеdit müqaviləsinin 1-ci bəndinə görə bank məbləğı 8500 (səkkiz min beş yüz) manat olan borc pulu aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir. Kredit alan krediti ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə-Ödəniş planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli krеdit müqaviləsi üzrə tərtib olunmuş 17 oktyabr 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 17 oktyabr 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 15 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli krеdit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5755,58 manat məbləğində əsas borcu, 706,60 manat məbləğində faiz borcu və 368,65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6830,83 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 011G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 011G**********02 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə 15 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubları göndərilərək 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 5755,58 (beş min yeddi yüz əlli beş manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 706,60 (yeddi yüz altı manat altmış qəpik) manat məbləğində faiz bоrcu və 368,65 (üç yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun 25 mart 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli krеdit müqaviləsinin 1-ci bəndinə görə bank məbləği 27000 (iyirmi yeddi min) manat olan borc pulu aylıq faiz dərəcəsi 1,75 % olmaqla 22 (iyirmi iki) ay müddətinə kredit alana verir. Kredit alan krediti ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə-Ödəniş planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesabından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli krеdit müqaviləsi üzrə tərtib olunmuş 23 yanvar 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 25 noyabr 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 15 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli krеdit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 23491,73 manat məbləğində əsas borcu, 2190,08 manat məbləğində faiz borcu və 1417,31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27099,12 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 011G**********202 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 011G**********03 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə 15 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubları göndərilərək 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 23491,73 (iyirmi üç min dörd yüz doxsan bir manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 1417,31 (min dörd yüz on yeddi manat otuz bir qəpik) manat cərimə borcu olduğu bildirilmiş, borcun 25 mart 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli, 9/7859 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 15 mart 2024-cü il tarixə 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla banka olan əsas borcu 5736,66 manat, faiz borcu üzrə 864,96 manat, 23 yanvar 2023-cü il tarixli, 011A********** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla banka olan əsas borcu 23471,99 manat, faiz borcu üzrə 3563,16 manat məyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın faiz borcunun və cərimə borcunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli və 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli krеdit müqavilələri üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alaraq tutulmalı olan faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 27 yanvar 2025-ci il tarixli, 9/7859 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alaraq iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, 27 yanvar 2025-ci il tarixli 9/7859 nömrəli ekspert rəyində 17 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 864,96 manat manat, 23 yanvar 2023-cü il tarixli 011A********** kredit müqaviləsi üzrə isə 3563,16 manat təşkil olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdeh1 17 oktyabr 2022-ci il tarixli, 011A********** nömrəli kredit müqaviləsi üzrə 706,60 (yeddi yüz altı manat altmış qəpik) manat məbləğində, 23 yanvar 2023-cü il tarixli 011A********** kredit müqaviləsi üzrə isə 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq 17 oktyabr 2022-ci il tarixli, 011A********** nömrəli kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 706,60 (yeddi yüz altı manat altmış qəpik) manat məbləğində, 23 yanvar 2023-cü il tarixli 011A********** kredit müqaviləsi üzrə isə 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış faiz borcu məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz borcunun və 1175 (min yüz yetmiş beş) manat məbləğində cərimə borcunun tutulmasına münasibətdə iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayətində 23 yanvar 2023-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 2190,08 (iki min yüz doxsan manat səkkiz qəpik) manat məbləğində faiz borcunun və 1175 (min yüz yetmiş beş) manat məbləğində cərimə borcunun düzgün müəyyən edilməməsi mübahisələndirilsə də, işin araşdırılmış hallarına əsasən əsas borc məbləğinə münasibətdə tutulmalı olan faiz məbləği və cərimə məbləği mütənasib olduğundan, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-2(119)-52/2025 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-64/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-64/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver