Məhkəmə qərarları › İş №2-2(105)-65/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-65/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-65/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X3 və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbibarədə iddia ərizəsinə dairiş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2-(85)-669/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə 0müraciət edərək cavabdehdən 110401 (yüz on min dörd yüz bir manat əlli səkkiz qəpik )manat 58 qəpik məbləğində faiz borcu və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-2(85)- 669/2016 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdeh “xxxx” MMC-dən 100.020 (yüz min iyirmi) manat faiz borcu və 25 (iyirmi beş) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.(hakim V.Əzizova) Cavabdeh “xxxx” MMCapelyasiyaşikayətiverərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2-(85)-669/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 cavabdeh tərəfindən məhkəməyə apelyasiyaşikayətindənimtinabarədə ərizə təqdim olunacağını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apelyasiy aicraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. HəminMəcəllənin 372.7-cimaddəsinəgörəapelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qərar qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən apelyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi cavabdeh «xxxx” MMC-nin apelyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apelyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı ASC-nin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2-(85)-669/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar