Məhkəmə qərarları › İş №2-2(105)-67/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-67/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-67/2022 07.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh və "xxxx" Firmasının direktoru Cavabdeh3, cavabdeh və Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və "xxxx" Firmasına qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e- 2-2(119)-22/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və "xxxx" Firmasına qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 395713 manat əsas borcun, 53408,56 manat faiz borcunun, 413,30 manat cərimənin, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının Cavabdeh3 tutulması, tutmanın Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə (0,065 ha torpaq sahəsi ilə birlikdə) və cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına (0,01449 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi və həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 39 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh4 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 16 nömrəli fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 67 nömrəli qeyri-yaşayış binasına və 0,01449 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-22/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 (VÖEN **********) 386991,75 (üç yüz səksən altı min doqquz yüz doxsan bir manat 75 qəpik) manat məbləğində əsas borc, 97389,07 (doxsan yeddi min üç yüz səksən doqquz manat 07 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 180 (yüz səksən) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 485620,82 (dörd yüz səksən beş min altı yüz iyirmi manat 82 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh3 tutulmalı olan cəmi 485620,82 (dörd yüz səksən beş min altı yüz iyirmi manat 82 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 96,9 kv.m ümumi sahədən ibarət 39 nömrəli mənzilə, Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə və cavabdeh "xxxx" Firmasına məxsus Sumqayıt şəhəri 6-cı mikrorayon; Yeni qaydalarla: - AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 0,01449 ha torpaq sahəsinə və həmin torpaq sahəsində olan 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 485620,82 (dörd yüz səksən beş min altı yüz iyirmi manat 82 qəpik) manat məbləğində borcun ödənilməsi, tutmanın yönəldiyi Cavabdeh4 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 77000 (yetmiş yeddi min) manat məbləğində, Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 96000 (doxsan altı min) manat məbləğində və cavabdeh "xxxx" Firmasına məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 385000 (üç yüz səksən beş min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-22/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılaraq, icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iş üzrə tərəflər arasında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlandığını bildirmiş, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

1. Borclu Cavabdeh3 Sumqayıt Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi üzrə 386991.75 AZN əsas, 97389,07 AZN faiz, 1000 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 485380.82 (dörd yüz səksən beş min üç yüz səksən manat, səksən iki qəpik) AZN məbləğində borcunun olmasını qəbul edərək xx.xx.2022-ci il tarixdə əsas borc üzrə 5500 manat ödəniş etmişdir.

2. a) Tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli 4-BİZG3-2-0-1112-19 (İl) nömrəli ipoteka müqaviləsi üzrə "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 385 000 (üç yüz səksən beş min) manat məbləğində müəyyən edilsin. b) Tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (İ2) nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 saylı evin 39 nömrəli mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 77 000 (yetmiş yeddi min) manat məbləğində müəyyən edilsin. c) Tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (İ3) nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0.065 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 96 000 (doxsan altı min) manat məbləğində müəyyən edilsin.

3. Borclu Cavabdeh3 qətnamə üzrə 479880.82 AZN qalıq borc məbləğini (ilk ödəniş 07 iyul 2022-ci il tarixdən başlanmaqla 30 iyun 2025-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür.

4. Borclu Cavabdeh3 yeni qrafik üzrə ödənişlərini hər ay qrafikdə göstərilən tarixlərdən 3 günü keçməməklə ödədiyi təqdirdə barışıq sazişi pozulmamış hesab edilsin.

7 İyul 2022 70,000.00 29 Yanvar 2024 11,000.00 28 İyul 2022 11,000.00 28 Fevral 2024 11,000.00 29 Avqust 2022 1,500.00 28 Mart 2024 11,000.00 28 Sentyabr 2022 1,500.00 29 Aprel 2024 11,000.00 28 Oktyabr 2022 22,000.00 28 May 2024 11,000.00 28 Noyabr 2022 22,000.00 28 İyun 2024 11,000.00 28 Dekabr 2022 22,000.00 29 İyul 2024 11,000.00 30 Yanvar 2023 4,000.00 28 Avqust 2024 11,000.00 28 Fevral 2023 4,000.00 30 Sentyabr 2024 11,000.00 28 Mart 2023 4,000.00 28 Oktyabr 2024 11,000.00 28 Aprel 2023 4,000.00 28 Noyabr 2024 11,000.00 29 May 2023 4,000.00 27 Dekabr 2024 11,000.00 28 İyun 2023 46,000.00 28 Yanvar 2025 11,000.00 28 İyul 2023 11,000.00 28 Fevral 2025 11,000.00 28 Avqust 2023 11,000.00 28 Mart 2025 11,000.00 28 Sentyabr 2023 11,000.00 28 Aprel 2025 11,000.00 30 Oktyabr 2023 11,000.00 28 May 2025 11,000.00 28 Noyabr 2023 11,000.00 30 İyun 2025 10,880.82 28 Dekabr 2023 11,000.00 Total 479880.82

5. Borclu Cavabdeh3 sazişin 4-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0.065 ha torpaq sahəsini və onun üzərində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evini, "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasını və Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 saylı evin 39 nömrəli mənzilini girovdan azad etməyi (dövlət rüsumları cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin bu Sazişin 4-cü bəndində göstərilən şərtlərə uyğun olaraq 2 (iki) dəfədən artıq icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, barışıq sazişinin şərtləri pozulduğu halda aidiyyatı üzrə icra şöbəsinə müraciət edilməsi üçün tədbir görülsün. 479880.82 AZN (dörd yüz yetmiş doqquz min səkkiz yüz səksən manat səksən iki qəpik) AZN borc və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 180 (yüz səksən) manat məbləğində xidmət haqqı sazişin 2ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilsin. Həmin əmlaklar bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətlərə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclu Cavabdeh3 Bankın xeyrinə tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunmaları ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyır.

8. Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

13. Bu barışıq sazişi 5 (beş) nüsxədə Sumqayıt şəhərində, 07 iyul 2022-ci il tarixdə imzalanmışdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5 maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları 07 iyul 2022-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-22/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış 07 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Borclu Cavabdeh3 Sumqayıt Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi üzrə 386991.75 AZN əsas, 97389,07 AZN faiz, 1000 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 485380.82 (dörd yüz səksən beş min üç yüz səksən manat, səksən iki qəpik) AZN məbləğində borcunun olmasını qəbul edərək xx.xx.2022-ci il tarixdə əsas borc üzrə 5500 manat ödəniş etmişdir.

2. a) Tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli 4-BİZG3-2-0-1112-19 (İl) nömrəli ipoteka müqaviləsi üzrə "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 385 000 (üç yüz səksən beş min) manat məbləğində müəyyən edilsin. b) Tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (İ2) nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 saylı evin 39 nömrəli mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 77 000 (yetmiş yeddi min) manat məbləğində müəyyən edilsin. c) Tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (İ3) nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0.065 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 96 000 (doxsan altı min) manat məbləğində müəyyən edilsin.

3. Borclu Cavabdeh3 qətnamə üzrə 479880.82 AZN qalıq borc məbləğini (ilk ödəniş 07 iyul 2022-ci il tarixdən başlanmaqla 30 iyun 2025-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür.

4. Borclu Cavabdeh3 yeni qrafik üzrə ödənişlərini hər ay qrafikdə göstərilən tarixlərdən 3 günü keçməməklə ödədiyi təqdirdə barışıq sazişi pozulmamış hesab edilsin.

7 İyul 2022 70,000.00 29 Yanvar 2024 11,000.00 28 İyul 2022 11,000.00 28 Fevral 2024 11,000.00 29 Avqust 2022 1,500.00 28 Mart 2024 11,000.00 28 Sentyabr 2022 1,500.00 29 Aprel 2024 11,000.00 28 Oktyabr 2022 22,000.00 28 May 2024 11,000.00 28 Noyabr 2022 22,000.00 28 İyun 2024 11,000.00 28 Dekabr 2022 22,000.00 29 İyul 2024 11,000.00 30 Yanvar 2023 4,000.00 28 Avqust 2024 11,000.00 28 Fevral 2023 4,000.00 30 Sentyabr 2024 11,000.00 28 Mart 2023 4,000.00 28 Oktyabr 2024 11,000.00 28 Aprel 2023 4,000.00 28 Noyabr 2024 11,000.00 29 May 2023 4,000.00 27 Dekabr 2024 11,000.00 28 İyun 2023 46,000.00 28 Yanvar 2025 11,000.00 28 İyul 2023 11,000.00 28 Fevral 2025 11,000.00 28 Avqust 2023 11,000.00 28 Mart 2025 11,000.00 28 Sentyabr 2023 11,000.00 28 Aprel 2025 11,000.00 30 Oktyabr 2023 11,000.00 28 May 2025 11,000.00 28 Noyabr 2023 11,000.00 30 İyun 2025 10,880.82 28 Dekabr 2023 11,000.00 Total 479880.82

5. Borclu Cavabdeh3 sazişin 4-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0.065 ha torpaq sahəsini və onun üzərində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evini, "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasını və Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 saylı evin 39 nömrəli mənzilini girovdan azad etməyi (dövlət rüsumları cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin bu Sazişin 4-cü bəndində göstərilən şərtlərə uyğun olaraq 2 (iki) dəfədən artıq icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, barışıq sazişinin şərtləri pozulduğu halda aidiyyatı üzrə icra şöbəsinə müraciət edilməsi üçün tədbir görülsün. 479880.82 AZN (dörd yüz yetmiş doqquz min səkkiz yüz səksən manat səksən iki qəpik) AZN borc və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 180 (yüz səksən) manat məbləğində xidmət haqqı sazişin 2ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilsin. Həmin əmlaklar bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətlərə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclu Cavabdeh3 Bankın xeyrinə tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunmaları ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyır.

8. Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

13. Bu barışıq sazişi 5 (beş) nüsxədə Sumqayıt şəhərində, 07 iyul 2022-ci il tarixdə imzalanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-22/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predimet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar