Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-69/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X11 və X8 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, X4 nümayəndəsi X7, cavabdeh "xxx" X3 nümayəndəsi və vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakı ilə, X4 cavabdeh "xxx" X1rşı xx xxx 2007-ci il tarixli, 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1576/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh "xxx" X6 tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ X9 Cavabdeh X1rşı cavabdehə 1,0 hektar torpaq sahəsinin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 12 saylı və 20,0 hektar torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2006-cı il tarixli 31 saylı iclas protokolunun qərarlarının və həmin qərarlar əsasında bağlanılmış xx xxx 2007-ci il tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və cavabdehdən 2016-cı il yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16800 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-2(85)- 1576/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh X5 1,0 hektar torpaq sahəsinin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 12 saylı və 20.0 hektar torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2006-cı il tarixli, 31 saylı iclas protokolunun qərarları və həmin qərarlar əsasında bağlanılmış xx xxx 2007-ci il tarixli, 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və Cavabdeh X2 2016-cı il yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Sumqayıt Bələdiyyəsinə ödənilməsi qət edilmişdir. (hakim Z.Pirverdiyev). Cavabdeh X6 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-2(105)-30/2017 saylı qətnaməsi ilə (N.Nəsibov sədrlik edən-məruzəçi, hakimlər A.Nuriyeva və X.Cəmilova) Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh "xxx" X6 tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-2(102)-62/2020 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-2(105)-30/2017 saylı qətnaməsi ləğv edilmiş, Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 12 saylı və 20.0 hektar torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2006-cı il tarixli, 31 saylı iclas protokolları qərarlarının ləğv edilməsi hissəsində işin icraatına xitam verilmiş, digər hissədə isə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıtİnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-2(85)- 1827/2015 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdehin torpaqdan istifadəyə görə yaranmış 153.581.52 manat icarə haqqı borcunun cavabdehdən tutularaq bələdiyyəyə ödənilməsi qət edilmişdir. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğuna istina edilsə də, həmin məhkəmə qərarının olması barədə cavabdehə məlumat verilməmiş və həmçinin də onun icra olunması üçün icra şöbəsinə göndərilməsindən də xəbərsiz olmuşdur. Müvafiq olaraq cavabdeh hazırkı qətnamədən şikayət verildikdən sonra yuxarıda qeyd olunan qətnamənin də ləğv edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Belə ki, həmin iş üzrə iclaslarda iştirak etsələr də qətnamə onlara göndərilməmiş və rəsmi təqdim olunmamışdır. Məhkəmənin hər hansı bildirişi onlara göndərilməmişdir. Belə olan halda qətnamə ləğv edilməlidir. Halbuki qanunun tələbinə görə (MPM 4.8,9, 10) məhkəmə istənilən halda tərəflərin məhkəmədə çəkişmə prinsipinin, bərabərlik hüquqlarının təmin edilməsi məqsədi ilə onların məhkəmədə iştirakını təmin etməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Yusifov Ülvi Rövşən oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müqavilə üzrə qeyd olunan borc məbləği mövcuddur, lakin altı aylıq borca görə müqavilənin ləğvi optimal həll variantı deyildir və tərəflər müqavilə üzrə kompromisə gəlməlidirlər. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin xx xxx 2007-ci il tarixli, 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəf məhkəmə mübahisəsindən xəbərdar olmuş, ona dəfələrlə borc bildirişləri göndərilmişdir. İş materiallarında pretenziya qaydasına riayət olunması və iddia ərizəsinin cavabdehə çatdırılması barədə sənədlər mövcuddur. Hətta cavabdehin icra orqanının rəhbərinin ölkədən çıxma hüququnun məhdudlaşdırlması barədə məhkəmə qərardadı mövcuddur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə xx xxx 2007-ci il tarixli, 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 12 saylı iclas protokolunun qərarından görünür ki, “xxx" X5 Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və baza yaradılması məqsədi ilə icarə hüququ əsasında 1,0 hektar torpaq sahəsi ayrılmışdır. Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 31 saylı iclas protokolunun qərarından görünür ki, Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədi ilə xxxün perimetri boyunca 7,0 hektar bataqlıq sahə və perimetrin əhatə etdiyi xxxün 13,0 hektar sahəsi əlavə olaraq Cavabdeh X5 eyni hüquq əsasında ayrılmışdır. xx xxx 2007-ci il tarixli, 431 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, iddiaçı, Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən sahəsi 200.000 kvadrat metr təşkil edən torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə cavabdehin icarəsinə verməyi, cavabdeh isə illik 32000 manat icarə haqqı ödəməyi öz öhdələrinə götürmüşlər. xx xxx 2007-ci il tarixli, 432 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, iddiaçı, Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən sahəsi 10.000 kvadrat metr təşkil edən torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə cavabdehin icarəsinə verməyi, cavabdeh isə illik 1600 manat icarə haqqı ödəməyi öz üzərlərinə götürmüşlər. xx xxxxx 2016-cı il tarixli 760 saylı və xx xxxx 2016-cı il tarixli 2047 saylı xəbərdarlıq-bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxx 2007-ci il tarixli, 431 saylı və xx xxx 2007-ci il tarixli, 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 12 saylı və 20.0 hektar torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2006-cı il tarixli, 31 saylı iclas protokolları qərarlarının ləğv edilməsi hissəsində işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk əvvəl yuxarıda qeyd olunan xəbərdarlıq-bildirişlərin mötəbərliliyi ilə bağlı qeyd edilməlidir ki, xx xxxxx 2016-cı il tarixli 760 saylıxəbərdarlıq-bildirişdən görünür ki,bildiriş cavabdehin əməkdaşı tərəfindən qəbul edilmiş və üzərində Qarayeva S.B “məktubun əslini götürdüm” yazaraq həmin tarixdə imzalamışdır. xx xxxx 2016-cı il tarixli 2047 saylı xəbərdarlıq-bildirişdən isə görünür ki, “əsli ilə düzdür” qeydi edilməklə həmin bildiriş iddiaçının “sənədlər üçün” möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışda cavabdeh “xxx" MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, ünvan 1 İKF-yə məxsus restoran olaraq qeyd edilmişdir. Bu səbəbdən cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün həmin ünvana məhkəmə bildirişləri göndərilmiş, lakin hər dəfə “ünvan tam deyil” qeydi ilə poçt zərfləri geri qaytarılmışdır. Cavabdehin iştirakının təmin edilməsi üçün iş materiallarında olan telefon nömrələri ilə cavabdehin nümayəndəsi ilə telefon əlaqəsi yaradılmış və bundan sonra səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, tərəflər arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 431 saylı və xx xxx 2007-ci il tarixli, 432 saylı torpaq icarəsi müqavilələrinə əsasən yaranmış 16800 manat borcun tələb olunması əsaslı olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxx 2007-ci il tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və cavabdehdən 2016-cı il yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16800 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanılmış torpaq icarə müqavilələrinin 5.2-ci bəndinə əsasən cavabdeh torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək vəzifəsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 710.1 -ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə xitam verilir. Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndinə əsasən 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Cavabdehin apelyasiya şikayətində istinad etdiyi məhkəmə bildirişlərinin çatdırılmaması, məhkəmə iclaslarında iştirak etməmələri barədə dəlillər isə təkrar apelyasiya baxışı zamanı nümayəndə iştirak etdiyi üçün və onun mübahisə üzrə mövqeyi aydınlaşdırıldığından, məhkəmə kollegiyası həmin dəlillərə təkrar münasibət bildirməyə zərurət görmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1576/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi xx xxx 2007ci il tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və cavabdehdən 2016-cı il yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16800 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh X6 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1576/2016 saylı xx xxxxxxx 2016cı il tarixli qətnaməsi xx xxx 2007-ci il tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və cavabdehdən 2016-cı il yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16800 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh X6 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 3 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 4 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-2(105)-69/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-69/2020
24.08.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver