Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-7/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, borcun tutulması, icarə obyektinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1186/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil Alhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 3866,66 (üç min səkkiz yüz altmış altı manat, altmış altı qəpik) manat məbləğində borc, ona hesablanmış 879,47 (səkkiz yüz yetmiş doqquz manat, qırx yeddi qəpik) manat cərimə olmaqla, cəmi 4746,13 (dörd min yeddi yüz qırx altı manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və 167,39 (yüz altmış yeddi manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1186/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 26 iyul 2024-cü il tarixə olan 3866,66 (üç min səkkiz yüz altmış altı manat, altmış altı qəpik) manat məbləğində borcun, 200 (iki yüz) manat məbləğində cərimənin və 160,66 (yüz altmış manat, altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4227,32 (dörd min iki yüz iyirmi yeddi manat, otuz iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsinə xitam verilməsi və icarə obyekti olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələri mübahisənin məhkəmədən kənar qaydada, barışıq sazişi ilə həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə cavabdehlə razılığa gəlindiyi barədə ərizə təqdim edərək barışıq sazişi bağlanıldığını bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixli barışıq sazişinin əslini təqdim edərək tərəflərin mübahisəni öz aralarında barışıq sazişində razılaşdırılmış şərtlərlə həll etdiklərini bildirmiş, barışıq sazişinin təsdiq edilməklə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1186/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyası iş materiallarını, ərizəni araşdıraraq və barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1186/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə ...tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
8. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1186/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
9. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdehin nümayəndəsi Vəkil Alhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e- 2-2(119)-1186/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Subicarəçi Cavabdeh xx.xx.2018-ci il tarixli 1407A saylı subicarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 2530,00 (iki min beş yüz otuz) manat məbləğində qalıq icarə haqqı borcunu İddiaçınə xx.xx.2025-ci il tarixdə tam ödəmişdir.
2. Subicarəçinin istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən sahəsi 34 kv.metr ölçüdə olan 1407A nömrəli qeyriyaşayış sahəsinə (qadın geyimləri mağazası) görə xx.xx.2018-ci il tarixli 1407A saylı subicarə müqaviləsinin 4.1-ci bəndinə əsasən müəyyən olunmuş aylıq icarə haqqı dəyişdirilərək 150,00 (yüz əlli manat, 00 qəpik) manat (ƏDV daxil) müəyyənləşdirilir.
3. İcarəçi İddiaçı MMC tərəfindən “xx.xx.2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi geri götürülür və xx.xx.2018-ci il tarixli 1407A saylı subicarə müqavilə üzrə Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan qalıq icarə haqqı borcu hazırda tələb olunmur.
4. Bu barışıq sazişi ondan ötrü bağlanır ki, tərəflər hazırki mübahisə ilə bağlı öz aralarında gəldikləri razılaşma saziş qismində məhkəmə tərəfindən təsdiq edilsin.
İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, borcun tutulması, icarə obyektinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.