Məhkəmə qərarları › İş №2-2(105)-73/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-73/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-73/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-88/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xxxx – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “Borc alan” olmaqla, bağlanmış 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsinə əsasən “yeni obyektin tikintisi” məqsədilə borcalan Cavabdeh 36 ay müddətinə, yəni 20 iyul 2015-ci il tarixinədək illik 19 % dərəcəsi ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir (həmin kreditin müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda Banka ödənilməsini nəzərdə tutan Ödəniş Cədvəlini (1 saylı Əlavəni) borcalan Cavabdeh da imzalamışdır və həmin Ödəniş Cədvəlinə əsasən ödənişin son tarixi 20 iyul 2015-ci il müəyyən olunmuşdur). Eyni zamanda, 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit verən ASC “Xalq” Bankı ilə ipoteka qoyan (borcalan) Cavabdeh məxsus Quba rayonunun Amsar–Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır.

2. 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsinin “36 aylıq” icra müddəti bitdikdən sonra Borc alanın əsas və faiz borclarının ödənilməsi üzrə icra olunmamış öhdəlikləri qaldığından, kredit verən ASC “Xalq” Bankı müvafiq iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, “20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh Quba rayonu Amsar-Palasa kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 57,6 kv.metr yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 20 iyul 2012-ci il tarixli **********12 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 9595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 20 iyul 2015-ci il tarixdən 11 dekabr 2015-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2015ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1003,18 manat məbləğində cərimə faizləri, cəmi 12230,05 manat və xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,2 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 37 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğindən dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankının pul tələbinin 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba rayonu Amsar-Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9000 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 38000 manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsaitdən 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh ASC “Xalq” Bankına olan 9595,31 manat məbləğində əsas borcu, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10553,4 manat borcun və 25,89 manat dövlət rüsumunun ASC «Xalq» Bankının xeyrinə tutulması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi və iddianın qalan hissələrdə isə təmin olunmaması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xxxx 08 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı xxxx qarşısında 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 5990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 5773,79 manat məbləğində penya olmaqla, cəmi 11564,68 (on bir min beş yüz altmış dörd manat 68 qəpik) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 125,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı xxxx tərəfindən 10 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı xxxx qarşısında 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 5990,89 (beş min doqquz yüz doxsan manat 89 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 5573,79 (beş min beş yüz yetmiş üç manat 79 qəpik) manat məbləğində penya olmaqla, cəmi 11564,68 (on bir min beş yüz altmış dörd manat 68 qəpik) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 125,30 (yüz iyirmi beş manat 30 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - "20 iyul 2012-ci il tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 5573,79 manat penya borcu olduğu halda, iddia tələbində yanlışlıqla 5773,79 manat qeyd edilməsi" ilə əsaslandırılmışdır.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % ödənilməsi şərtilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında sonuncunun Quba rayonunun Amsar-Palasa kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən birmərtəbəli, 57,6 kv.m yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Borc alan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankının tələbi 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba rayonu Amsar-Palasa kəndindəki 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən birmərtəbəli, 57,6 kv.metr yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 90000 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 38000 manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsaitdən Cavabdeh ASC “Xalq” Bankına olan 9595,31 manat məbləğində əsas borcunun, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10533,4 manat borcun və 25,89 manat dövlət rüsumunun ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini 18 noyabr 2021-ci il tarixdə tam şəkildə ödəmişdir. Lakin buna baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəlikləri heç də tam həcmdə icra edilməmişdir. Belə ki, Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borcalan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəməlidir. Borc alan tərəfindən müvafiq öhdəliklərinin icrası pozulduğuna görə 11 dekabr 2015-ci il tarixdən (Quba Rayon Məkəməsinə müraciət edilən tarixdən) kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı 18 noyabr 2021-ci tarixədək hesablanmış penyanın məbləği 5773,79 (beş min yeddi yüz yetmiş üç manat 79 qəpik) manat təşkil etmişdir. Həmin tarixdən sonra cavabdeh tərəfindən ümumilikdə 200 manat məbləğində ödəniş həyata keçirilmişdir ki, həmin ödənişlər kredit müqaviləsinin 2.9-cu bəndi ilə müəyyən edilmiş ardıcıllığa uyğun olaraq penyanın ödənilməsinə yönəldilmişdir. Beləliklə, 01 dekabr 2022-ci il tarixinə Borcalanın Bank qarşısında penya borcunun məbləği 5573,79 (beş min beş yüz yetmiş üç manat 79 qəpik) manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında öz təsdiqini tapmışdır. X3 məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin Qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin Qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş Qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə İddiaçı tərəfindən Kredit müqaviləsi üzrə 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinədək olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, “ASC “Xalq” Bankında Daşınmaz əmlakın girovu ilə verilən istehlak krediti bank məhsulunun Pasportu” üzrə bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 16 % (on altı faiz) təşkil edir. Qeyd olunana əsasən Bank Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli Qətnaməsi ilə zərərin (əldən çıxmış faydanın) əvəzinin hesablanmasının başa çatdığı tarixdən (11 dekabr 2015-ci il) əsas borcun tam şəkildə qaytarıldığı 18 noyabr 2021-ci il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra 11 dekabr 2015-ci il tarixdən (ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ilkin iddi tələbləri ilə Quba Rayon Məhkəməsinə müraciət edildiyi tarix) əsas borcun tam şəkildə qaytarıldığı 18 noyabr 2021-ci il tarixinədək olan dövr üçün müvafiq məbləğ 5990,89 (beş min doqquz yüz doxsan manat 89 qəpik) manat təşkil edir. Qeyd etmək lazımdır ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş olsa da, Cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir.

7. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-88/2023 nömrəli, 23 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bankının həmin iddia tələbi üzrə qəbul edilmiş Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankının pul tələbinin 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba rayonu Amsar- Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9000 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 38000 manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsaitdən 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh ASC “Xalq” Bankına olan 9595,31 manat məbləğində əsas borcu, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10553,4 manat borcun və 25,89 manat dövlət rüsumunun ASC «Xalq» Bankının xeyrinə tutulması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi və iddianın qalan hissələrdə isə təmin olunmaması qət edilmişdir. Yəni, həmin qətnamə ilə iddia tələbi “20 iyul 2015-ci il tarixdən 11 dekabr 2015-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması” və “xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissələrində təmin olunmamış, “xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1003,18 manat məbləğində cərimə faizlərinin tutulması” hissəsində isə qismən təmin edilərək "xxxx" tutulmuşdur. Borcverən xxxx ilə borcalan Cavabdeh arasında 36 ay müddətinə bağlanmış 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, ilk olaraq həmin müqavilədən irəli gələn “öhdəlik” hüquq münasibətləri yaranmış olsa da, sonradan iddiaçı icra müddəti bitmiş həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə mövcud borcun ipoteka predmetinə yönəldilməklə tutulması qət edilmişdir. Ona görə də, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə “borcalan” kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə “borclu” kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan qaydada “hissə-hissə” olmaqla, 18 noyabr 2021-ci tarixədək icra olunmasında cavabdehin (borclunun) təqsiri müəyyən edilmir. Yəni, Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)32/2016 nömrəli qətnaməsi əsasında “ipoteka predmetləri satılmaqla” borcun ödənilməməsinə görə cavabdeh məsuliyyət daşımır və yuxarıda qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun başqa üsulla ödənilməsinə (borcun borclu tərəfindən hissəhissə olmaqla ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir. Halbuki, iddiaçı tələbkar olaraq, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə tutulan borcun yuxarıda qeyd olunan qaydada icrasını qəbul etməyə və qətnamənin Nəticə hissəsinin qət olunmuş qaydada icra olunmasını tələb edə bilərdi.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 421, 425.1, 425.2, 427.3 317.1, 319.1, 385.1, 527.1, 528, 529.2, 529.4, 560.2, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 39.1, 41.2, 43.7, Mülki Prosessual Məcəllənin 82.3, 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 218.3, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

10. Qətnamədən iddiaçı xxxx apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)-88/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 62.65 (altmış iki manat 65 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kommersiya mübahisəsinə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(027)-32/2016 №-li qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə 9595,31 manat məbləğində əsas borcdan, 955,09 manat məbləğində adi faizlər üzrə borcdan, 3 manat məbləğində penyadan ibarət olan cəmi 10553,4 manat məbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2015-ci il tarixinədək (həmin mülki iş üzrə iddia tələbi həcminin artırılması barədə ərizənin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və penyanın Cavabdeh tutulması ilə bağlıdır. Belə olan halda, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi, bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. X3 məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunanlardan da göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq iddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliklərə xitam verilməsi əsasları

528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu:

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır.(...) Maddə 43. Hərracın baş tutmamış elan edilməsi 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir (maddə 43.7-1); İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 07 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xxxx – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “Borc alan” olmaqla, bağlanmış 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsinə əsasən “yeni obyektin tikintisi” məqsədilə borcalan Cavabdeh 36 ay müddətinə, yəni 20 iyul 2015-ci il tarixinədək illik 19 % dərəcəsi ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir (həmin kreditin müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda Banka ödənilməsini nəzərdə tutan Ödəniş Cədvəlini (1 saylı Əlavəni) borcalan Cavabdeh da imzalamışdır və həmin Ödəniş Cədvəlinə əsasən ödənişin son tarixi 20 iyul 2015-ci il müəyyən olunmuşdur). Eyni zamanda, 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit verən ASC “Xalq” Bankı ilə ipoteka qoyan (borcalan) Cavabdeh məxsus Quba rayonunun Amsar–Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır.

21. Lakin, 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsinin “36 aylıq” icra müddəti bitdikdən sonra Borc alanın əsas və faiz borclarının ödənilməsi üzrə icra olunmamış öhdəlikləri qaldığından, kredit verən ASC “Xalq” Bankı müvafiq iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, “20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh Quba rayonu Amsar-Palasa kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 57,6 kv.metr yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 20 iyul 2012-ci il tarixli **********12 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 9595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 20 iyul 2015-ci il tarixdən 11 dekabr 2015-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1003,18 manat məbləğində cərimə faizləri, cəmi 12230,05 manat və xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,2 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 37 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğindən dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankının pul tələbinin 20 iyul 2012-ci il tarixli 172001/0085/12/09 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba rayonu Amsar-Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9000 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 38000 manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsaitdən 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh ASC “Xalq” Bankına olan 9595,31 manat məbləğində əsas borcu, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10553,4 manat borcun və 25,89 manat dövlət rüsumunun ASC «Xalq» Bankının xeyrinə tutulması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi və iddianın qalan hissələrdə isə təmin olunmaması qət edilmişdir. Beləliklə, həmin qətnamə ilə iddia tələbi “20 iyul 2015-ci il tarixdən 11 dekabr 2015-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması” və “xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissələrində təmin olunmamış, “xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1003,18 manat məbləğində cərimə faizlərinin tutulması” hissəsində isə qismən təmin edilərək "xxxx" tutulmuşdur.

23. Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq, qətnamənin nəticə hissəsi qətnamədə müəyyən edilmiş qaydada icra olunmamışdır. Belə ki, 20 iyul 2015-ci ildə müddəti bitmiş 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə “ödənilməmiş 9595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 3 manat dəbbə pulu olmaqla, cəmi 10553,4 manat məbləğində borc” qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmamış və qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üsulu ilə tutulmalı olan borc məbləği kredit alan Cavabdeh tərəfindən hissə-hissə olmaqla ödənilmiş və onun Borcalan olaraq 20 iyul 2015-ci ildə müddəti bitmiş 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcları yəni, məlum məhkəmə qətnaməsi ilə tutulan pul vəsaitləri üzrə icra olunmamış öhdəlikləri qalmamışdır.

24. Bundan sonra isə iddiaçı ASC “Xalq” Bank Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)32/2016 nömrəli qətnaməsi ilə zərərin, yəni əldən çıxmış faydanın əvəzinin hesablanmasının başa çatdığı 11 dekabr 2015-ci il tarixindən həmin qətnamə ilə tutulan əsas və digər borcların tam şəkildə qaytarıldığı 18 noyabr 2021-ci il tarixinədək Cavabdeh 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı xxxx qarşısında 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 5990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 11 dekabr 2015-ci il tarixdən 18 noyabr 2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 5573,79 manat məbləğində penya olmaqla, cəmi 11564,68 manat məbləğində pul vəsaitinin tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə “20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh ASC “Xalq” Bankına olan 9595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10553,4 manat borcunun Quba rayonu Amsar- Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilib, qeyd olunan ipoteka predmetlərinin açıq hərracda satışından əldə olunan vəsait hesabına həmin borcun iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi”nin qət edilməsinə baxmayaraq, qanuni qüvvəsini almış qətnamə məhkəmənin müəyyən etdiyi qaydada icra edilməmiş və qətnamə ilə tutulması müəyyən edilmiş “9595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10553,4 manat borc” cavabdeh tərəfindən nağd pul şəklində hissə-hissə ödənilmiş və iddiaçı olan Kreditor (tələbkar) isə buna heç bir etiraz etməyərək, həmin qaydada icranı sonadək qəbul etmişdir. Yəni, məhkəmə qətnaməsinə əsasən məlum ipoteka predmetləri qanunvericiliyin müəyyən etdiyi qaydada satılaraq, cavabdehin 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə yaranmış borcunun ödənilməsinin təmin edilməsi əvəzinə, həmin qətnamə əsasında müəyyən edilmiş borc məbləğinin ödənilməsi nağd pul şəklində hissə-hissə olmaqla icra edilmiş və iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmişdir.

26. Başqa sözlə, Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə cavabdehin ipotekaya qoyulmuş əmlakları hesabına ödənilməli olması müəyyən edilən borc məbləği - qətnamədə nəzərdə tutulan qaydada ipoteka predmetlərinin satılması hesabına deyil, cavabdehin (borclunun) bilavasitə ödədiyi pul vəsaiti hesabına hissə-hissə olmaqla ödənilmiş və iddiaçı (tələbkar-kreditor) tərəf öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, icra müddəti bitmiş kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin qətnamədə nəzərdə tutulduğu üsulla deyil, başqa cür icra olunmasının şərtləri və nəticəsi ilə əlaqədar tərəflər arasında hər hansı bir yeni öhdəlik yaradan saziş imzalanmamış və qətnamənin icrasını tələb etməyən tələbkarın razılığı ilə bu üsulla icra yekunlaşdıqdan sonra hazırkı iddia tələbində qeyd olunan "xxxx" tələb olunur.

27. Məhkəmə kollegiyası hesab edir ki, borcverən xxxx ilə borcalan Cavabdeh arasında 36 ay müddətinə bağlanmış 20 iyul 2012-ci il tarixli **********12 nömrəli Kredit Müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu yoxdur.

28. Kollegiya Mülki Məcəllənin 529.2-ci maddəsinin tələbləri baxımından qeyd edir ki, qətnamə ilə tutulan borcun başqa üsulla ödənilməsinə (borcun borclu tərəfindən hissəhissə olmaqla ödənilməsinə) iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir. Halbuki, iddiaçı tələbkar olaraq, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə tutulan borcun yuxarıda qeyd olunan qaydada icrasını qəbul etməyə və qətnamənin nəticə hissəsinin qət olunmuş qaydada icra olunmasını tələb edə bilərdi. Belə ki, həmin iş üzrə kreditorun öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul etməmək və onu öhdəliyin icrası kimi təsdiq etməmək niyyəti var idisə, sübut etməli idi ki, həmin hərəkət icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. İş materiallarında həmin qətnamə üzrə borcun borclu tərəfindən ödənilməsi üsulu ilə bağlı kreditorun hər hansı narazılığının olduğu müəyyən olunmur.

29. “İpoteka haqqında qanun”un tələbləri ilə müəyyən olunur ki, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 25 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir.(§16) Əgər iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etməyibsə, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satıla bilməməsi və ya ipoteka saxlayan tərəfindən əldə edilməməsi - ipoteka qoyan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu - ondan asılı olmayan haldan irəli gəlir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borcun ödənildiyi, xx.xx.2021-ci il tarixədək tam şəkildə qaytarıldığı mübahisələndirilmir. Mübahisələndirilən hal məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələblərinin pozulmasıdır. Bununla bağlı apellyasiya şikayətində Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad olunmuşdur.

31. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, X3 Məhkəməsi qeyd etmişdir ki, “...konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. ...Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.”

32. Kollegiya qeyd edir ki, Quba Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(027)-32/2016 nömrəli qətnaməsinin çıxarıldığı tarixdən sonrakı dövr üzrə cavabdeh tərəfindən müntəzəm ödənişlər edilməklə borc məbləği tam ödənilmişdir, kreditor isə vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-88/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar